Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1819/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası Baş X34 İdarəsinin Şəki RQİ-nə qarşı “müqavilənin etibarsızlığı tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 08 iyun 2021-ci il tarixli, 2(024)- 229/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası Baş X34 İdarəsinin Şəki RQİ-nə qarşı “Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ-90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə BDYP Şəki RQİTBŞ-55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və avtomobilin yenidən özünə verilməsi tələbinə dair” iddiası rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası Baş X34 İdarəsinin Şəki RQİ-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ-90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Cəlil oğlu ilə BDYP Şəki RQİTBŞ-55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və avtomobilin yenidən özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin icasında İddiaçı izahat verərək göstərmişdir ki, o, 2008-ci ildə Rusiya Federasiyasına ailəsinin yanına gedərkən qohumu X2 “VAZ 21099” markali, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə geri qayıdana qədər nəzarət etməsini xahiş etmişdir. Həmin avtomobili Rusiya Federasiyasından almış və 208931 ANGİ 22/08/08 nömrəli gömrük qeydiyyatından keçirmişdir. Həmin tarixdə avtomobili 22.08.2008-ci il tarixli, AB098173 nömrəli şəhadətnaməsi ilə mülkiyyətinə keçirmişdir. Həmin avtomobillə bir-iki dəfə anasını ziyarət etmək üçün Gürcüstan Respublikasına gedib-gəlmişdir. Bir-neçə ildən sonra təxminən 2012-ci ildə Orduxan işləri ilə bağlı Rusiya Federasiyasına gəlmişdir. Onlar görüşən zaman Orduxan ona avtomobili təmir etmək üçün avtoservisə aparmalı olduğunu və bunun üçün də avtomobilin qeydiyyat şəhadətnaməsinin lazım olduğunu bildirmişdir. O, qeydiyyat şəhadətnaməsini Orduxana vermişdir. Orduxan Bakı şəhərinə qayıtdıqdan bir neçə müddət sonra onunla telefon əlaqəsi saxlayaraq avtomobili təmir etdirdikdən sonra, satışa çıxarmasını təklif etmiş, o da hələ ki avtomobili təmir etdirməsini, sonra isə satmasını bildirmişdir. Orduxan ona alıcı tapacağını, əgər maşını alası olsalar etibarnamə göndərməsini demişdir. Sonuncu telefon danışığından sonra o 2018-ci ildə anası rəhmətə getdiyi üçün Gürcüstana Respublikasına getmişdir. Orada qohumu Orduxanı görmüş və avtomobilinin sazlığı ilə bağlı maraqlanmış, Orduxan isə avtomobili apardığı servisdə olmadığını, masini kimin necə və hara apardıqlarını bilmədiyini bildirmişdir. Bundan sonra Azərbaycan Republikasının X34nə şifahi müraciət etmiş, onlar isə həmin avtomobilin etibarnamə əsasında alqı-satqı olunaraq başqasına satıldığını bildirmişlər. Bu səbəbdən də ona, avtomobilin kim tərəfindən satıldığını, kimə satıldığını və.s başqa əlavə məlumat verə bilmədiklərini bildirmişlər. Yalnız sistemdən çıxarış kimi bir sənəd vermişlər. Orada həmin avtomobilin bir çox şəxslərə etibarnamə ilə verildiyi qeyd olunur. O, bu sənədləşmələrin harada rəsmiləşdirilməsini öyrənmək üçün Ədliyyə Nazirliyinə rəsmi sorğu vermiş, 23.12.2019-cu il tarixli, 05/Ə- 211/2-13 nömrəli Sorğuya cavabda isə “Elektron notariat” informasiya sistemindən əldə olunan məlumatla avtomobili 10.06.2014-cü il tarixdə Beyləqan rayonu 2 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə 27.09.2008-ci il tarixdə Yevlax rayonu 2 saylı notariat ofisində verilmiş etibarnamə əasasında rəsmiləşdirildiyi göstərilmişdir. 03.12.2019-cu il tarixli, 05/Ə-211-13 nömrəli Sorğuya cavabda qeyd olunmuşdur ki, avtomobili 21.11.2014cü il tarixində Şəki rayon 2 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Sonuncu dəfə 26.10.2020-ci il tarixli, 172 nömrəli vəkil sorğusuna əsasən BDYPİ-nin 18.12.2020-ci il tarixli 116360/220 saylı sorğuya cavabda bildirilir ki, ona məxsus mühərrik nömrəsi 21083 ******* saylı olan, B/ili 2001, XTA**********0217 Ban nömrəli “VAZ 21099” markalı minik avtomobili BDYP-nin Şəki RQİTBŞ-**-DK-*** nömrəsi, AC278909 saylı, 21.11.2014-ci il tarixli şəhadətnamə ilə Şəki şəhəri Bağbanlar küçəsi ev 67A, mənzil 20-də qeydiyyatda olan Cavabdeh2 ilə alqı-satqı edilmişdir. Bundan sonra başqa şəxslərə etibarnamə verilmiş, daha sonra AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamə üzrə avtomobili BDYP-nin Şəki RQİTBŞ-**-BP-*** nömrəsi ilə hazırda Qax rayonu, Şotavar kəndində qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 ilə alqı satqı müqaviləsi edilmişdir. Hazırda avtomobil **-BE-*** nömrə nişanı ilə həmin şəxsin qeydiyyatındadır. Yuxarıda qeyd olunanlara əsasən avtomobili dələduzluq məqsədləri ilə etibarından suiistifadə edilərək, aldadılaraq əmlakı özgəninkiləşdirilmişdir. Hüquqi baxımdan bu əməl cinayət tərkibli olsa da, müraciət etdiyi hüquq mühafizə orqanları bu işlə bağlı məhkəməyə müraciət etməsinii tövsiyyə etmişdir. Artıq bir vətəndaş kimi hüquqi müstəvidə bu əməlin qiymətləndirilməsini istəyir. O, əmlakının qaytarılmasını və ya onun dəyərinin ona ödənilməsini və bu əməli törədənlərin məsuliyyətə cəlb olunmalarını istəyir. Hesab edir ki, ilkin olaraq, yuxarıda qeyd olunan müxtəlif notariat orqanlarında müxtəlif şəxslərlə bağlanılmış etibarnamələr etibarsız hesab edilməli, alqı-satqı müqaviləsi ləğv edilməlidir. Qanunun məzmunundan göründüyü kimi etibarnamə mülkiyyətçinin adından çıxış etmək və onu üçüncü şəxslər qarşısında təmsil etmək üçün verilən səlahiyyətdir. Lakin o mülkiyyət sahibi kimi yuxarıda qeyd olunan şəxslərə belə bir səlahiyyət təsdiq edən sənəd verməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ-90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Cəlil oğlu ilə BDYP Şəki RQİTBŞ- 55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və avtomobilin yenidən özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin icasında Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbində göstərilən “VAZ 21099” markalı avtomobili Cavabdeh1 ilə 07.01.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Sözügedən avtomobil 2017-ci ildə elektrik sistemində qısa qapanma baş verdiyi üçün yanmışdır. Hazırda avtomobil təmirdədir. İddianı qəbul etmir. Çünki avtomobili rəsmi qaydada alqı-satqı əsasında almış, həmin vaxtı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında da olan etibarnamələrlə də sübut olunur ki, həmin etibarnamələr onun tərəfindən verilməyib. İlkin olaraq notarius da təsdiq edir ki, arxiv sənədlərində və reyestr kitablarında həmin tarixdə və reyestr nömrəsi ilə sənəd var, lakin onun adından verildiyi kimi qeyd olunmayıb və 2-ci olaraq etibarnamənin verildiyi tarixdə o, ölkədə olmamışdır. Bunu isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 11.12.2018-ci il tarixli, 33/7227 saylı məktubundan da görünür ki, o, həmin tarixlərdə ölkə xaricində olmuşdur. Bu da o deməkdir ki, onun mülkiyyəti qanunsuz olaraq onun icazəsi, yazılı razılığı olmadan kimlərinsə mülkiyyətinə, istifadəsinə verilmişdir. Göründüyü kimi məhkəmə iş materiallarını hərtərəfli, obyektiv, yeterincə araşdırmamış və nəticədə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, sözügedən qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərk onun təmin edilməməsini və iş üzrə Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsinin qüvədə saxlanılmasının xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası Baş X34 İdarəsinin Şəki RQİ-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DİN Baş X34 İdarəsinin qeydiyyat-imtahan idarəsinin rəisinin 28.02.2020-ci il tarixli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, İddiaçı məxsus olmuş **-DK-*** dövlət qeydiyyat nişanlı, şəhadətnamə nömrəsi AB098173 şəhadətnamənin verilmə tarixi 22.08.2008 olan “VAZ 21099” minik, 2001-ci il istehsallı mavi metalik rəngli mühərrik nömrəsi-21083 ******* ban nömrəsi-XTA **********0217 olan avtomobil etibarnamə ilə X15 (10.06.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X6, (08.07.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X6 (08.07.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X16 (10.09.2014- 09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X16 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X14 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X14 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X17 (26.10.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X17 (26.10.2014- 09.06.2015 təsdiq edilib 10.06.2015), etibarnamə ilə X18 (02.11.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə Cavabdeh2(16.11.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X8 (21.11.2014-09.06.2015-təsdiq edilib 10.06.2015) etibar edilmiş, 21.11.2014-ci il tarixli BDYP-nin alqı satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmış, avtomobilə **-BP-*** dövlət qeydiyyat nişanı, sahibi Cavabdeh2 adına 21.11.2014cü il tarixli AC278S00 Şəhadətnamə verilmiş, etibarnamə ilə X11 (29.11.2016-29.11.2017təsdiq edilib 30.11.2017), etibarnamə ilə X12 (16.12.2016-29.11.2017-təsdiq edilib 30.11.2017), alqı satqı müqaviləsi əsasında 07.01.2017-ci ildə qeydiyyatdan çıxmış, avtomobilə **-BE-*** dövlət qeydiyyat nişanı və sahibi Cavabdeh1 07.01.2017-ci il tarixdə AC736859 Şəhadətnamə verilmiş, qeydiyyat üçün əsas Alqı-satqı müqaviləsi olmuşdur. (BDYP Şəki RQİ və TBŞ-**-BP-***). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03.12.2019-cu il tarixli № 05/ə-211-13 saylı məktubunun surətindən görünür ki, “VAZ 21099” markalı, **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı mülkiyyətində olan avtomobilə sonuncu dəfə 21.11.2014-cü il tarixdə Şəki rayon 2 saylı notariat ofisində etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 23.12.2015-ci il tarixli № 05/ə-211/2-13 saylı məktubunun surətindən görünür ki, “Elektron notariat” infiromasiya sistemindən əldə olunan məlumata əsasən “VAZ 21099” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.06.2014-cü il tarixdə Beyləqan rayonu 2 saylı Notariat ofisində təsdiq edilmiş etibarnamə 27.09.2008-ci il tarixdə Yevlax rayonu 2 saylı dövlət notariat ofisində verilmiş etibarnamə əsasında rəsmiləşdirilmişdir. İş materiallarında olan DİN Baş X34 İdarəsinin Şəki Regional Qİ və TB-nin 16.05.2021-ci il tarixli № 016-705 saylı məktubundan görünür ki, qeydiyyat-imtahan idarəsinin rəisinin 28.02.2020-ci il tarixli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X22 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri Bağbanlar küçəsi ev 61 mənzil 12-də qeydiyyatda olan X7 Şəki 2 saylı notariat kontorundan 21.11.2014-cü il tarixdə aldığı 09.06.2015-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam) səlahiyyətli olduğu Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti, ev l85-də qeydiyyatda olan İddiaçı məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı minik avtomobilini 21.11.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında **-BP-*** dövlət qeydiyyat nişanları təyin edilməklə Şəki şəhəri Bağbanlar küçəsi ev 67A mənzil 20-də qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmış və 07.01.2017-ci il tarixdə adından qeydiyyatdan çıxarılmışdır. Cavabdeh2 məxsus **-BP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı minik avtomobilini alqı-satqı müqaviləsi əsasında 07.01.2017-ci il tarixdə Qax rayonu Şotavar kəndində qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanları verilmişdir. Cavabdeh2 adına 21.11.2014-cü il tarixdə qeydiyyata alınmış avtomobilin qeydiyyata alınması üçün əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyindən yandırılma yolu ilə ləğv edilmişdir. İş materiallarında olan DİN Baş X34 İdarəsinin Şəki Regional Qİ və TB-nin 16.05.2021-ci il tarixli № 016-705 saylı məktubuna əlavə edlmiş 07.01.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür Cavabdeh2 mülkiyyətində olan 2001-ci il buraxılış tarixli “VAZ 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili X1. İş materiallaırnda olan AC № 278909 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılış tarixli “VAZ 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına 21.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına olan X5 verilməsi haqqında ƏN-V № 531964 nömrəli Etibarnamənin surətindən görünür ki, həmin etibarnaməyə əsasən Cavabdeh2 adından Məmmədov Elçin Nadir oğlu Cavabdeh2 mülkiyyətində olan 2001-ci il buraxılış tarixli “VAZ 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri etməyi X12 etibar etmişdir. İş materiallarında Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X9 rayonu, M.Ə.Rəsulzadə Qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatdadır. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarında olan 08.02.2021-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olmuş **-DK-*** dövlət qeydiyyat nişanlı, şəhadətnamə nömrəsi AB 098173 şəhadətnamənin verilmə tarixi 22.08.2008 olan “VAZ 21099” minik, 2001-ci il istehsallı mavi metalik rəngli mühərrik nömrəsi-21083 ******* ban nömrəsi-XTA **********0217 olan avtomobil etibarnamə ilə X15 (10.06.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X6, (08.07.2014- 09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X6 (08.07.2014- 09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X16 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X16 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X14 (10.09.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X14 (10.09.2014- 09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X17 (26.10.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X17 (26.10.2014-09.06.2015 təsdiq edilib 10.06.2015), etibarnamə ilə X18 (02.11.2014- 09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə Cavabdeh2(16.11.2014-09.06.2015-təsdiq edilib 10.06.2015), etibarnamə ilə X7 Şəki 2 saylı notariat kontorundan 21.11.2014-cü il tarixdə aldığı 09.06.2015-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam) səlahiyyətli olduğu Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti, ev l85-də qeydiyyatda olan İddiaçı məxsus 90-DK173 dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı minik avtomobilini 21.11.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında **-BP-*** dövlət qeydiyyat nişanları təyin edilməklə Şəki şəhəri Bağbanlar küçəsi ev 67A mənzil 20-də qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmış və 07.01.2017-ci il tarixdə adından qeydiyyatdan çıxarılmışdır. Cavabdeh2 məxsus **-BP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı minik avtomobilini alqı-satqı müqaviləsi əsasında 07.01.2017-ci il tarixdə Qax rayonu Şotavar kəndində qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınaraq **- BE-*** dövlət qeydiyyat nişanları verilmişdir. Cavabdeh2 adına 21.11.2014-cü il tarixdə qeydiyyata alınmış avtomobilin qeydiyyata alınması üçün əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyindən yandırılma yolu ilə ləğv edilmişdir. İddiaçı hazırda Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ-90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Cəlil oğlu ilə BDYP Şəki RQİTBŞ-55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və avtomobilin yenidən özünə verilməsini tələb edir. Tərəflər arasında olan qarşılıqlı münasibətlərdən, işin faktiki hallarından görünür ki, mübahisə predmetləri olan Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ- 90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş Şəki şəhəri Bağbanlar küçəsi ev 61 mənzil 12-də qeydiyyatda olan X7 Şəki 2 saylı notariat kontorundan 21.11.2014-cü il tarixdə aldığı 09.06.2015-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam) və Cavabdeh1 Cəlil oğlu ilə BDYP Şəki RQİTBŞ-55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş etibarnamə ilə X11 (29.11.2016-29.11.2017-təsdiq edilib 30.11.2017), etibarnamə ilə X12 (16.12.2016-29.11.2017-təsdiq edilib 30.11.2017), verilmiş etibarnamələr qüvvədə olmuş, hal-hazırda da qüvvədədir, iddiaçı həmin etibarnamələri mübahisələndirmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı sözügedən iddia tələbində qeyd olunan alqı-satqı müqavilələrinin bağlanması üçün əsas olmuş etibarnamələr qüvvədə olduğundan həmin müqavilələrin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. İddiaçı də məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə biləcək hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehlərin deyil, iddiaçının üzərinə düşür. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıdığı halda, məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda alqı-satqı müqavilələrinin bağlanması üçün əsas olmuş etibarnamələr qüvvədə olduğu halda alqı-satqı müqavilələrinin məhkəmə qaydasında etibarsızlığının tələb etməkdə iddiaçı haqlı olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, tələbin “Cavabdeh2 Bəşir oğlu ilə bağlanılmış BDYP Şəki RQİTBŞ-90DK173 nömrəli, 21.11.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Cəlil oğlu ilə BDYP Şəki RQİTBŞ-55BP818 nömrəli, 07.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair hissəsi əsassızdır. Tələbin “həmin müqavilə əsasında verilmiş AC736859 nömrəli, 07.01.2017-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və avtomobilin yenidən iddiaçıya verilməsi”nə verilməsi hissəsi ilə bağlı hesab edir ki, həmin tələb birinci tələbdən törəmə tələb olduğuna və sübuta yetirilmədiyinə görə həmin hissələrdə də iddia rədd edilməlidir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşır və hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Digər tərəfdən öyrənilən işdən bəlli olur ki, iddiaçı ərizəsində özünə məxsus avtomobilin qohumu olan Orduxan Əliyevə o qayıdanadək nəzarət etdiyini bildirsədə, iddia ərizəsində həmin şəxsə qarşı hər-hansı tələb irəli sürməmiş, həmçinin özünün etiraf etdyi kimi 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmış, sözügedən iddia ərizəsini isə məhkəməyə 21 fevral 2021-ci ildə vermişdir. Halbuki, MM-in 354.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi yuxarıda sadalanan hallar bilavasitə iddiaçının hazrkı tələbinin qeyrisəmimi olmasına dəlalət edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(024)-229/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1819/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1819/2021
14.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver