Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-183/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras payının müəyyən edilməsi çıxarışın, qeydin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: sənədlərin ləğvi, müqavilənin etibarsızlığı, miras) Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və X18 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras payının müəyyən edilməsi çıxarışın, qeydin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X11 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X19 və onun 1 nəfər ailə üzvünə (arvadı X37) mülkiyyətinə Balakən rayonu Şərif kəndi ərazisindən 1,13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. X19 03 iyun 1997-ci ildə, X37 23 fevral 2011-ci ildə ölmüşdür.
2. X19 və X23 aşağıdakı vərəsələri olmuşdur: oğlu X20, oğlu X7, oğlu-İddiaçı, oğlu Cavabdeh1 Heybulah oğlu, qızı- X12.
3. Cavabdeh1 mərhum atası X3 miras qalan əmanət hesabında pul vəsaitinə dair 05 iyul 2012-ci il tarixdə 2V-452 nömrəsi ilə, mərhum atası X3 və mərhum anası X21 miras qalan 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 30 dekabr 2019-cu il tarixdə 2V- 733 reyestr nömrəsi ilə və 30 dekabr 2019cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
4. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa və plan ölçü sənədinə əsasən Balakən rayonu Şərif kəndində 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 103 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Həmin plan ölçü sənədindən görünür ki, 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Balakən rayonu Şərif kəndində yerləşən, ümumi sahəsi 0. 4763 ha olan torpaq sahəsini Cavabdeh3 satmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X8 və anası X27 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
7. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı İd
8. Sonradan Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçı onun hüquqi varisi X
9. İddiaçı hüquqi varisi X11 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 məhkəməyə iddia tələ
10. Həmçinin Cavabdeh3 cavabdeh kimi işə cəlb olunmuşdur.
11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən ra
12. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ölmüş iddiaçının hüquqi varisi onun atasından və anasından miras qalmış əmlakları qəbul etdiyini sübut etməli idi. Ölmüş iddiaçının hüquqi varisi və onun nümayəndələri iddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə valideynlərindən qalmış mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ölmüş iddiaçının hüquqi varisinin nümayəndələri sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X17, X32 və Şahid1 ifadələrində xx.xx.1997-ci il tarixdə ölmüş X3 və xx.xx.2011-ci il tarixdə ölmüş X21 qalmış mirasın iddiaçı tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edilməsini təsdiq etməmişlər.
13. Məhkəmə qeyd edib ki, xx.xx.1997-ci il tarixdə ölmüş X3 və xx.xx.2011-ci il tarixdə ölmüş X21 miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməli idi. Belə ki, mərhumların dörd nəfər övladları olsa da, onlardan üçü mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir.
14. Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X15 aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləçinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 350, 354.1, 354.2, 149.2, 1263, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243, 1243.2, 1243.3, 1246, 1255, 1256, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321, 1321.2 və 1322-ci maddələri, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.1 və 22.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayonu Şərif kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN-0730, Kod ********) Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı 26 sentyabr 2009-ci il tarixli müqavilə 30 dekabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Zaqatala rayonu Şərif kənd sovetliyi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamə Balakən rayonu Şərif kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 dekabr 2019-ci ildə verilmiş 328 nömrəli arayış Cavabdeh1 Heybulah oğlu tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizə 28 dekabr 2019-cu il tarixli B-303 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmasına, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən arayış Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 1022 nömrəli arayış Balakən rayon Şərif kənd bələdiyyəsi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 48 nömrəli arayış Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 yanvar 2020-ci ildə verilmiş 08 nömrəli arayış Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci ildə verilmiş 01 nömrəli arayış Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 27 №-li arayış Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 28 №-li arayış Ədliyyə Nazirliyi Cavabdeh2 Dağıstan Respublikası Mahaçqala şəhəri Stepnoy qəsəbəsi ünvanında yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 ünvanlanmış 13 yanvar 2020-ci il tarixli 14 nömrəli məktub 10 mart 2021-ci il tarixli AN-İ №0924001 daşınmaz əmlakın alqı-satqı müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, 619931 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 180-184 №-li arayışlar
17. Qətnаmədən nаrаzı qаlаn iddiaçının hüquqi varisi X11 nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-513/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024cü il tarixli, 2(102)-32/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-513/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-427/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X16 və X21 miras qalmış 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6540 ha hissəsinə onların vərəsələri olan İddiaçı, Cavabdeh1, X5, Uruxova (Xutrayeva) Xacay Heybullah qızının və X6 hər birinin 1/5 hissə olmaqla paylarının müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2980/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-427/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün geri qaytarılmışdır. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçının hüquqi varisi X11 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi işin aşağıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.
23. Belə ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, atası X16, anası isə X28r. Onlar qeyr-rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişdirlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X9, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X12 doğulmuşdur. İddiaçı qardaşı X9 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı atası X16 03 iyun 1997-ci ildə, anası X37 isə 23 fevral 2011-ci ildə ölmüşdür. Balakən rayonu Şərif kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı atası X8 və anası X27 Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir.
24. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir.
25. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X23, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X10 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
26. Bildirmişdirlər ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X23 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X4 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə 2V734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir.
28. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X23 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum atası X4 mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
29. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünmüşdür ki, 1928-ci ildə anadan olmuş X23 xx.xx.1952-ci ildə X9, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X12 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V- 733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
30. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir.
31. Həmin sənədlərdən görünmüşdür ki, X8 və X27 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda, Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X24 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır.
32. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X24 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.
33. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X1 öz sağlığında oğlu İddiaçı ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi vermiş, İddiaçı Rusiya Federasiyasından Balakən rayonuna qayıdarkən atasının ona verdiyi evdə yaşamış, X4 ölümündən sonra da onun dəfn mərasimlərində iştirak edərkən həmin evdə qalmış, həmin torpaq sahəsində mütəmadi olaraq bir neçə il əkin-biçin eləmiş, Cavabdeh1 sonradan İddiaçı atasından miras qalmış əmlaklara buraxmamış, onlar arasında miras üstündə narazılıq olmuşdur.
34. Sonradan Maksud həmin torpaqda olan bir otaqlı evi də sökmüşdür. Həmin faktlar iş üzrə iddiaçı tərəfin məhkəməyə gətirdiyi şahidlər qeyd edilən halları və İddiaçı atasından miras qalmış əmlakı qəbul etdiyini təsdiq etsələr də məhkəmə həmin ifadələri hansı əsasla sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır.
35. Balakən rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2ci və 1243.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan Mülki Məcəllənin 1243.2-ci, 1243.3-cü, 1257-ci, 1291-ci maddələrinin tələblərini pozaraq mərhumlara məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, iddiaçını miras payından məhrum etmişdir. Eyni zamanda miras əmlak məhkəmədə mübahisələndirildiyi halda, Cavabdeh1 mirasın bir hissəsini başqa şəxsin adına özgəninkiləşdirməklə formal olaraq “vicdanlı alıcı” faktı yaratmaqla iddianın rədd olunması üçün sübutlar toplamaqla obyektiv həqiqətin müəyyən olunmasına maneələr yaratmışdır.
36. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.
37. Qeyd olunanlara əsasən Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh3 əlavə olaraq bildirdi ki, həmin pay torpağını 2008-ci ildə o alıb. Lakin sənədləşmə işləri həmin dövrdə mümkün olmadığı üçün sənədləşməni 2021-ci ildə edib. Həmin torpaq sahəsi daşlı-çınqıllı torpaq sahəsi olub. O, çətinliklə həmin torpaq sahəsini təmizləyib həmin yerdə fındıq bağı salıb. Məhkəmə iclasında suallara cavab olaraq Cavabdeh3 bildirdi ki, O, torpağı 2008-ci ildə alıb. Sənədləşməni isə 2021-ci ildə edib. O, torpağın mübahisəli olduğunu bilməyib. O, 2008-ci ildə torpağı alıb istifadə etməyə başlayıb. Həmin torpaq sahəsi qumlu-çınqıllı yer olub. O, həmin yeri təmizlədib fındıq bağı edib. Torpağı ona İlham satıb o, da alıb və həmin yeri fındıq bağı edib. Ola bilsin ki, onun adı olduğundan məhkəmə onu da dəvət edib. Torpaq 65 sotdan ibarətdir. Həmin torpaq sahəsinin 47 sotundan istifadə edir. Əvəllər subsidia ilə bağlı bilməyib. Sonradan ona deyiblər ki, torpaq adına olsa subsidia ala bilər. O, 2022-ci ildən 2024-cü ilə qədər subsidia alıb. Həmin torpaq sahəsini 850 manata alıb. Kəndlərdə alqı satqı olmayıb. Sonra o, subsidiya ala bilmədiyindən torpağı sənədləşdirmək qərarına gəlib. Cavabdeh1 əlavə olaraq bildirdi ki, torpaq sahəsinin bir hissəsini anası 2008-ci ildə Cavabdeh3 satıb. Digər hissəsi isə onun ərazisindədir. Həmin torpaq sahəsi sərhəd zolağında yerləşir. O, torpaq sahəsini satmayıb. Məhkəmə iclasında suallara cavab olaraq Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, onların şikayətçi olduğunu bilməyib. Məhkəməyə çağrılanda onların şikayətçi olduğunu bilib. O, İlhama deyib ki, məhkəməyə veriblər gəl torpağı rəsmiləşdir. Lakin bunu İlhama nə vaxt dediyi yadında deyil. Onun qardaşıyla heç bir münaqişəsi olmayıb. O, məhkəmədədə həmin torpaq sahəsinin anasının satdığını deyib. Onlar alqı-satqını məhkəmə gedən zaman etmişlər. İlham ona deyib ki, gəl alqı-satqı etsinlər. Qardaşı onun atasının pay torpağından pay istəyib. Onun anası onlara deyib ki, İlhama torpağı özü satıb. Torpağı adına 2020-ci ildə keçirib. Onlar torpağı alqı-satqı etdikdən sonra İlhamın adı çıxdığından məhkəməyə çağrılıb. O, və İlham bir kənddə yaşayırlar. Uzaq qohumdular. Lakin gediş və gəlişləri yoxdur. Qardaşı 1973-cü ildən Rusiya Federasiyasında yaşayır. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Maddə 528. Vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə açılır. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
59. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar
65. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (...). Maddə 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.
Qərarlar: “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2980/2024 saylı qərarı ilə mülki iş “Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin ləğv edilməsi” hissəsində yenidən baxılması üçün göndərildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən həmin hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Kollegiya əvvəla qeyd edir ki, öncəki apellyasiya baxışında Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(107)-427/2024 saylı qətnaməsi ilə iddia tələbi Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V- 733 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində təmin edilmiş və vərəsələrin hər birinin miras payı müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2980/2024 saylı qərarında göstərilmişdir ki, əmanət məbləğinə dair 05 iyul 2012-ci il tarxdə verilmiş şəhadətnamənin etibarsızlığı ilə bağlı tələb üzrə məhkəmənin gəldiyi nəticə düzgün olmuş və kassasiya şikayətinin dəlilləri qətanamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Hazırki apelylasiya baxışının predmeti isə Balakən rayon Şərif kəndində yerləşən 0,4763 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və onun hüquqi nəticələrinin etibarsızılığı ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2980/2024 saylı qərarında göstərilmişdir ki, “apellyasiya instansiya məhkəməsi həmin hissə üzrə mövqeyini iki müxtəlif əsaslandırma ilə aparmışdır. Belə ki, birinci halda qeyd edilir ki, müqavilə bağlanarkən qanunvericiliyin tələbi pozulmamışdır. Alğı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından Cavabdeh3 məlumatı olmamış, bu alğısatqı zamanı heç bir qanun pozuntusu olmamış, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən rəsmi sənədin həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə dair müqaviləni imzalayaraq torpaq sahəsini qanuni əsaslarla almışdır. Apellyasiya instansiya məhkəməsinin mübahisəli hissə üzrə qeyd etdiyi digər mövqeyindən aydın olur ki, tərəflərin izahatlarından və iş materiallarından da müəyyən olunduğu kimi miras qalmış 1.13 ha torpaq sahəsinin 0,4763 ha hissəsini Cavabdeh3 qeyri-rəsmi olaraq təxminən 20 il əvvəl almış və orada fındıq bağı salaraq yetişdirmişdir. Sonradan Cavabdeh3 həmin torpaq sahəsini öz adına rəsmləşdirərkən məhkəmə mübahisəsindən onun xəbəri olmayıb və o, həmin torpaq sahəsində 20 il öncə fındıq bağı əkmişdir.” İşin müəyyən edilmiş hallarından aydın olur ki, baxılan iş üzrə iddia ərizəsi 31 yanvar 2020-ci il tarixdə Balakən rayon məhkəməsinin icraatına daxil olmuş, iddiaçının vəfat etməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdə işin icraatı dayandırılmış, xx.xx.2022-ci il tarixdə işin icraatı təzələnmiş və iddiaçının prosessul hüquq varisi işə cəlb olunmuşdur. 89. Birinci instansiya məhkəməsinin işə baxılarkən, yəni 25 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış məhkəməyə təqdim olunmuşdur. Məhz bundan sonra iddiaçı iddia tələbinin həcmini artırmış və müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür. Göstərilənlərdən aşkar olaraq müəyyən olunur ki, cavabdeh miras əmlakı qəbul etdikdən, öz adına hüquqi qeydiyyatdan keçirdikdən və məhkəmə mübahisəsinin olduğu müddət ərzində torpaq sahəsini iki hissəyə bölmüş, hazırda mübahisəsi gedən Balakən rayon Şərif kəndində yerləşən 0,4763 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixdə, 0,6525 ha torpaq sahəsini isə xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələri əsasında Cavabdeh3 satmışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə Cavabdeh3 mübahisəsi gedən (0,4763 ha) torpaq sahəsinə münasibətdə vicdanlı alıcı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Şəxsin vicdanlı əldə edən olmasının müəyyən edilməsi üçün ilk olaraq mülkiyyətçinin əmlaka dair onun adına aparılmış qeydiyyat, yəni əmlakının tamamına münasibətdə mülkiyyətçi hüququ mübahisələndirildiyi və bununla bağlı icraatda işin olması aşkar olduğu halda hansı səbəbdən əqdin bağlanması aydınlaşdırılmalıdır. Eyni zamanda, vicdanlı əldə edən şəxsə münasibətdə əmlakın əvəzli əldə edilməsi, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilməməsi və bilmək iqtidarında olmaması sübut edilməlidir. Ona görə də, məhkəmə kollegiyası tərəfindən məhkəmədə icraat müddətində alğısatqı müqaviləsinin bağlanmasının hansı zərurətdən irəli gəlməsi, alıcı ilə mülkiyyətçinin bir ərazidə (kəndə) yaşaması, onların qohumluq əlaqələrinin olması, əgər alıcı 20 ildən artıq müddət ərzində torpaqdan istifadə edirdisə başlanmış icraatdan onun məlumatının olub-olmaması, məhz bu müddət ərzində müqavilənin bağlanmasını zəruri edən halların nədən ibarət olması araşdırılmışdır. Bu məqsədlə kollegiya tərəfindən Balakən RİHB yanın Balakən rayonu Şərif kənd İƏD üzrə nümayəndəliyinə və Balakən rayon Şərif kənd Bələdiyyəsinə sorğular verilmişdir. Balakən rayon Şərif kənd Bələdiyyəsinin 3 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X16 və onun 1 nəfər ailə üzvünün mülkiyyətində olmuş Balakən rayon Şərif kəndi ərazisində yerləşən 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə 2008-ci ilə kimi X13 istifadə edib. 2008-ci ildən 0.65 ha (0.47 ha istifadə olunur, 0.13 ha sərhəd xidməti üçün hərbi yol çəkilib, 0.05 ha isə su kanalı xəttinə düşüb) torpaq sahəsi Cavabdeh3, 0.48 ha isə X2 istifadəsindədir. Həmin torpaq sahəsinin 0.47 ha üçün ayrılan subsidiyanın 2022-ci ildən Cavabdeh3 alır. 31 yanvar 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə həmin torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən heç kimə heç bir arayış verilməyib. Cavabdeh3 İddiaçı ilə və X13 ilə uzaq qohumluğu (yəni 4-cü, 5-ci nəsil) vardır. Balakən RİHB yanın Balakən rayonu Şərif kənd İƏD üzrə nümayəndəliyi təırəfindən bənzər məzmunlu sorğuya cavab məktubu göndərilmişdir. İş materiallarından görünür ki, 1.13 ha torpaq sahəsi 0,4763 ha və 0,6525 ha olmaqla iki ayrı hissədə Cavabdeh3 satılmışdır. Hazırki iş üzrə mübahisələndirilən isə 0,4763 ha hissə ilə bağlı alqı-satqı müqaviləsidir. Balakən rayon Şərif kənd Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, torpaq sahəsinin 0.65 ha hissəsi 2008-ci ildən Cavabdeh3 istifadəsindədir. Mübahisələndirilən hissə isə cavabdeh X2 istifadəsində olmuşdur. Həmin hissə üzrə subsidiyaları 2022-ci ildən Cavabdeh3 alır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh3 tərəfindən 20 ildir istifadə olunan torpaq sahəsi 1.13 ha torpaq sahəsinin hazırda mübahisələndirilən hissəsi deyil, digər hissəsi olmuşdur. Mübahisələndirilən hissə 2022-ci ildə Cavabdeh3 sahiblik və istifadəsinə keçmişdir. Həmin vaxt isə həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi davam edirdi. Məhkəmə kollegiyasının iclasında tərəflər dinlənilərkən tərəflərin izahatları ilə də müəyyən edilmişdir ki, Cavabdeh3 alqı-satqı olunarkən davam edən məhkəmə mübahisəsindən məlumatı vardı. Belə ki, kollegiyanın iclasında suallara cavab olaraq Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, onların şikayətçi olduğunu bilməyib. Məhkəməyə çağrılanda onların şikayətçi olduğunu bilib. O, İlhama deyib ki, məhkəməyə veriblər gəl torpağı rəsmiləşdir. Lakin bunu İlhama nə vaxt dediyi yadında deyil. Onun qardaşıyla heç bir münaqişəsi olmayıb. O, məhkəmədədə həmin torpaq sahəsinin anasının satdığını deyib. Onlar alqı-satqını məhkəmə gedən zaman etmişlər. İlham ona deyib ki, gəl alqı-satqı etsinlər. Qardaşı onun atasının pay torpağından pay istəyib. Onun anası onlara deyib ki, İlhama torpağı özü satıb. Torpağı adına 2020-ci ildə keçirib. Onlar torpağı alqı-satqı etdikdən sonra İlhamın adı çıxdığından məhkəməyə çağrılıb. O, və İlham bir kənddə yaşayırlar. Uzaq qohumdular. Lakin gediş və gəlişləri yoxdur. Qardaşı 1973-cü ildən Rusiya Federasiyasında yaşayır. Göstərilənlərə əssən, kollegiya qənaətə gəlir ki, Cavabdeh3 mübahisəli 0,4763 ha torpaq sahəsinə münasibətdə vicdanlı alıcı hesab edilə bilməz, bu səbəbdən də mübahisəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun hüquqi nəticələri olan Çıxarış və qeyd etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hazırki apellyasiya baxışının predmeti olan hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçının hüquqi varisi X11 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 nömrəli qətnaməsi iddia tələbinin “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə 10 mart 2021-ci il tarixli 4Ə-644 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin ləğv edilməsi” hissəsinin rədd edilməsinə aid hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə 10 mart 2021-ci il tarixli 4Ə-644 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışın verildiyi daşınmaz əmlakın dövlət reyestrindəki qeyd etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçının hüquqi varisi X11 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 nömrəli qətnaməsi iddia tələbinin “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə 10 mart 2021-ci il tarixli 4Ə-644 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin ləğv edilməsi” hissəsinin rədd edilməsinə aid hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə 10 mart 2021-ci il tarixli 4Ə-644 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********16 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışın verildiyi daşınmaz əmlakın dövlət reyestrindəki qeyd etibarsız hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.