Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1836/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı Ərizəçi5, iddiaçı Ərizəçi1 nümayəndəsi X1, iddiaçılar Ərizəçi1 və Ərizəçi5 vəkili Vəkil və cavabdeh Maraqlı şəxs6 iştirakları ilə, İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 cavabdehlər Zaqatala rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu X5, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovna və Maraqlı şəxs6 qarşı “bölgü planının, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 nömrəli qətnaməsindən iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2016-cı il tаrixli, 2(033)-729/2020 saylı qətnaməsi (hаkim Tural Həsənov) ilə iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 cavabdehlər Zaqatala rayon 2 sayll Notariat kontorunun xüsusi notariusu X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovnaya və Maraqlı şəxs6 qarşı bölgü planının, torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş çıxarışın, torpaq sahəsinin alqı-satqısına dair alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 21 yanvar 2018-ci il tarixdə təsdiq edilmiş, 24.10.2014-cü il tarixli **********61 saylı çıxarışdakı 0.1431 ha torpaq sahəsinin Maraqlı şəxs3, Maraqlı şəxs4 və X18 arasında tərtib edilmiş bölgü planının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs3, Maraqlı şəxs4 və X11 adına aparılmış Göyəm küçəsində yerləşən 0.1431 ha torpaq sahəsinin 0.1073 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Qeydiyatının və həmin qeydiyyat əsasında verilmiş RX ******* saylı Çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* saylı çıxarış əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4 və X18 və Maraqlı şəxs6 arasında 0.0532 kvm torpaq sahəsinin alqı satqısına dair 28 mart 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(107)- 257/2021 saylı qətnaməsi ilə iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(107)-257/2021 saylı qətnaməsindən iddiaçılar Ərizəçi1, Cindarova (Osiyeva) Cəmilət Əhməd qızı, Ərizəçi4, X12 və Ərizəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(102)-3728/2021 saylı qərarı ilə iddiaçılar Ərizəçi1, Cindarova (Osiyeva) Cəmilət Əhməd qızı, Ərizəçi4, X12 və Ərizəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-257/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 apellyasiya şikayətini iddia tələbində göstərdikləri dəlillərlə əsaslandırmışlar. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tаrixli, 2(033)-729/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi6, cavabdehlər Zaqatala rayon 2 saylı Notariat kontorunun xüsusi notariusunu nümayəndəsi, X5, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovna məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi5, iddiaçı Ərizəçi1 nümayəndəsi X4, iddiaçılar Ərizəçi1 və Ərizəçi5 vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(102)-3728/2021 saylı qərarı ilə iddiaçılar Ərizəçi1, Cindarova (Osiyeva) Cəmilət Əhməd qızı, Ərizəçi4, X12 və Ərizəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 257/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2(102)-3728/2021 saylı qərarında göstərilmişdir ki, Baxılan iş üzrə iddiaçılar onların atası (iddiaçılardan birinin isə babası) olan, 02 aprel 2004-cü il tarixdə ölmüş X9 birgə pay hüququ olan mübahisəli torpaq sahəsinin naturada bölgüsü və bir hissəsinin alqı-satqısı üzrə sənədləri mübahisələndirirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar miras qoyanın vərəsələri olduqlarını və mirası qəbul etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərindən onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmamışdır. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən ölmüş şəxsin qohumları mirası qəbul edib-etməmələrindən asılı olmayaraq onun qanun üzrə vərəsələri hesab edilirlər. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, habelə mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadığı halda nəvələri miras qoyanın birinci növbəli vərəsələri sayılırlar. Hazırkı iş üzrə iddiaçılar da miras qoyanın övladları (iddiaçılardan biri isə vərəsə olan valideyni sağ olmayan nəvə) olduğundan onların vərəsə olduqlarını təsdiq etmək üçün əlavə sübutlar təqdim etmələrinə ehtiyac olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilik mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbulunu mümkün edir. Lakin vərəsə miras əmlaka olan hüququnu realizə etmək üçün üç ay ərzində və hər bir halda 6 aydan gec olmayaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etməlidir (maddə 1243.2, 1246). Bu baxımdan miras qoyanın ölümündən 6 aydan artıq müddət keçdikdən sonra vərəsələrin sırasına daxil olan şəxslər miras əmlaka dair iddia qaldırdıqları halda onların bununla bağlı subyektiv hüquqa malik olduqlarının təsdiqi baxımından ilk növbədə mirası qəbul etdikləri barədə sübutları məhkəməyə təqdim etməlidirlər. İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduqlarını onların miras əmlakı faktiki qəbul etdikləri ilə əsaslandırmış və bu halı təsdiq edən sübut qismində yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışların surətlərini iddia ərizəsinə əlavə etmişlər. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. Eyni zamanda MPM-in 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməyə, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməyə, cavabdehin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almağa, iddiaçının iştirakı ilə cavabdehin işin halları barədə izahatını almağa, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmağa, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmağa, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etməyə, prosessual hüquq və vəzifələrini tərəflərə izah etməyə borcludur. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verilməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Lakin işə baxmış birinci instansiya məhkəməsi MPM-in istinad olunan maddələrindən irəli gələn vəzifələrə riayət etmədən, qeyd olunan halları tərəflərlə müzakirə etmədən və sübut qismində təqdim edilmiş və işə əlavə olunmuş sənədlərə ümumiyyətlə qiymət vermədən, iddiaçıların hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüquqlarının olmadığı barədə nəticəyə gəlmiş və iddianı rədd etmişdir. İddiaçıların bir qisminin qətnamədən verdikləri apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, onlar miras qalmış evdə, təsərrüfatda yaşayır, miras qalmış evin, həyətin bir hissəsini vərəsəliklə qəbul etmişlər. Bu məsələ ilə bağlı 2018-ci ildən məhkəmə araşdırmaları gedib və iddia baxılmamış saxlanılıb. Məcbur olaraq 2020-ci ildə yenidən hazırkı ərizə ilə məhkəməyə müraciət ediblər. Məhkəmə sübutlara qiymət verməyib. Apellyasiya şikayətində iddiaçılar qətnamənin ləğv olunması ilə yanaşı, Zaqatala Rayon Məhkəməsində 2018 və 2019-cu ildə eyni adlı iddiaları əsasında məhkəmənin arxivində saxlanılan mülki işlərin, həmin Məhkəmədə baxılmış və bilavasitə bu mübahisə ilə əlaqədar olan 2(033)-13/2018 saylı mülki işin, Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmış və bilavasitə bu mübahisə ilə əlaqədar olan 2-1(84)-1393/2018 saylı mülki işin tələb olunaraq, həmin işlərdə olan sənədlərin araşdırılmasını xahiş etmişlər. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla eyni səhvləri təkrarlamış, həmçinin iddiaçılar tərəfindən surəti işdə olan sənədlərin əslinin araşdırılması üçün onların saxlanıldığı digər işlərin tələb olunması barədə vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Kollegiya nəzərə alır ki, məhkəməyə yazılı vəsatət ünvanlamış tərəfin məhkəmə iclasına gəlməməsi məhkəməni həmin vəsatəti müzakirə etmək vəzifəsindən azad edə bilməz. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlib-gəlməməsindən asılı olmayaraq hər bir halda məhkəmə vəsatətə onun müzakirəyə çıxarılmasının mümkünlüyü və ya əsaslılığı baxımından hüquqi qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə 24.10.2014-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* çıxarışa əsasən Zaqatala şəhəri Göyəm küçəsində yerləşən 0,1431 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X16, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adlarına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-13/2018 nömrəli 26 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestri çıxarışında göstərilmiş 0,1431 ha kənd təsərrüfatı torpaq sahəsindən iddiaçılar Maraqlı şəxs3, Maraqlı şəxs4 Məmmədhacıyevnanın və Maraqlı şəxs5 hər birinin payı 1/4 hissə olmaqla müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala şəhəri Göyəm küçəsi 16 ünvanında yerləşən Maraqlı şəxs3 məxsus olan 24.10.2014-cü il tarixli **********61 nömrəli çıxarışa əsasən 0,1431 ha torpaq sahəsinin bölgü planından görünür ki, mərhum X13 məxsus olan pay 0,0358 ha torpaq sahəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnaya məxsus olan pay 0,1073 ha torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə 06.03.2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala şəhəri Göyəm küçəsində yerləşən 0,1073 ha kənd təsərrüfatı təyinatlı torpaqlar paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adlarına daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 4Ə-512 reyestr nömrəsi ilə qeydiyyata alınmış AN-İ seriyalı ******* nömrəli 28 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 06.03.2018-ci il tarixdə verilmiş **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovna Zaqatala şəhəri Göyəm küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,1073 ha olan torpaq sahəsindən 0,0532 ha torpaq sahəsini 5300 manat qiymətə Maraqlı şəxs6 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə 30.03.2018-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyata və verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala şəhəri Göyəm küçəsində yerləşən 0,0532 ha kənd təsərrüfatı təyinatlı torpaqlar tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı Notariat Kontorunun Ərizəçi5t Əhməd qızına ünvanlandığı 20 may 2018-ci il tarixli 336 nömrəli məktubundan görünür ki, mərhum atası X16 və anası -X6 miras qalmış qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mərhumun digər vərəsəsi olan X20 ilə aranızda mübahisə olduğunu bildirilərək imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 1 saylı Notariat Kontorunun 31 avqust 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Notariat Kontoru tərəfindən 29 avqust 2008-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V70 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 23 fevral 2013-cü ildə vəfat etmiş X10 vərəsələri qızı-X12 və nəvəsi-Ərizəçi1dur. Şəhadətnamə verilən miras əmlak 23 fevral 2013-cü ildə vəfat etmiş X14 məxsus olan DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən verilmiş seriya MH ******* nömrəli, reyestr nömrəsi **********92-10301, 1eydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.10.2008-ci il olan çıxarışa əsasən Zaqatala rayonu Çökəkoba kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 81,2 kv.m. yaşayış sahəsi, 61,7 köməkçi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. X2 məxsus olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,20 ha torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinə X7 4 otaqlı, 81,2 kv.m. yaşayış sahəsi, 61,7 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3 otağını və 0,20 ha torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinə Ərizəçi1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları, uyğun məhkəmələrdən tələb olunaraq alınmış 2(033)-13/2018 saylı mülki işin, Şəki İnzibati- İqtisadi Məhkəməsində baxılmış və bilavasitə bu mübahisə ilə əlaqədar olan 2-1(84)- 1393/2018 saylı mülki işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın predmeti olan torpaq sahəsinin mülkiyyətçiləri Əhməd, Xəlil, Mədinə və Maryam Cindarovlar olmuşdur və mərhum Əhməd Cindarovdan miras qalmış torpaq sahəsinin hissəsi ilə bağlı hər hansı bir iddia qaldırılması üçün və iddia ərizəsində qeyd etdikləri əqdlərin mübahisələndirilmələri üçün iddiaçılar subyektiv hüquqa malik deyildirlər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Məhkəmə maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. Çünki, Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, habelə mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olaraq valideynləri sağ olmağıdı halda nəvələri miras qoyanın birinci növbəli vərəsələri sayılırlar. Hazırki iş üzrə iddiaçılar da miras qoyanın övladları (biri isə vərəsə olan valideyni sağ olmayan nəvə) olduğundan onların vərəsə olduqlarını təsdiq etmək üçün əlavə sübutlar təqdim etmələrinə ehtiyac olmamışdır. Həmçinin, bu fakt Ali Məhkəmənin qərarında da qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıların mübahisəli torpaq sahəsinin bölgüsü ilə bağlı notariusun apardığı əməliyyatları mübahisələndirmək üçün subyektiv hüquqları vardır. Belə ki, öyrənilən işdən bəlli olur ki, iddiaçılar 02 aprel 2004-cü il tarixdə vəfat etmiş X9 Qanun üzrə birinci növbəli vərəsələridir. X23 ünvan 3 ünvanda yerləşən 0.1431 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsinə 24.10.2014-cü il tarixdə RX seriyalı ******* saylı reyestrdən Çıxarış verilmişdir. Həmin Çıxarışa görə mülkiyyətçilər mərhum Əhməd Cindarov, oğlu Maraqlı şəxs3, gəlini Maraqlı şəxs4, nəvəsi Maraqlı şəxs5dır, həmçinin mübahisəli torpaq sahəsi mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olmuşdur. Notarius ölmüş adamın torpaq payını dirilərinin imzası ilə ayırmışdır. Yəni 4 nəfər mülkiyyətçisi oldugu torpaq sahəsini 3 nəfərin imzası ilə bölərək bölgü planını tərtib və təsdiq etmişdir. Bu hərəkətlər isə faktiki olaraq iddiaçıların vərəsəlik hüququnu pozmuşdur. Belə ki, Mülki Məcəllənin 223.2-ci maddəsində deyilir ki, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Mülki Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi torpaq sahəsində mülkiyyətçilərin payları müəyyən edildikdən sonra, mülkiyyətçilər razı oldugu halda məhkəməsiz paylar ayrıla bilər. Mülkiyyətçilər razı olmadığı halda payçı payın ayrılmasını məhkəmədə digər mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçi olmadıgı halda onun payına vərəsəlik hüququ əldə edildikdən sonra vərəsəliyi qəbul etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaqla torpaq sahəsində paylar ayrıla bilər. Lakin, öyrənilən işdən görünür ki, notarus hazırkı halda qanunun bu tələblərini pozaraq, ölmüş şəxsin payını qanunsuz olaraq ayrılmasına dair sənədi təsdiq etmişdir. Tədqiq edilən işdən aydın olur ki, iddiaçılar Əhməd Cindarovun vərəsələri olaraq ona ayrılmış torpaq sahəsi ilə razı deyillər. Həmin torpaq sahəsini alan şəxs Maraqlı şəxs6 da həmin torpaq sahəsinin vərəsələr arasında mübahisəli oldugunu bilirdi, lakin buna baxmayaraq o, mübahisə oldugunu bilə-bilə həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almaq üçün aparılmış qanunsuz sənədləşmədə o da iştirak etmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Maraqlı şəxs6 satıcılar Maraqlı şəxs3 və qeyrilərindən torpaq sahəsi alarkən ona satılacaq torpaq sahəsinin bölgüsünü naturada, yerində göstərərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi iddiaçıların və satıcıların yaşadıqları evinin həyətinə bitişik sahədir. Həmin sahə üzərində tərəflər arasında mübahisə var, lakin Maraqlı şəxs3 onu əmin etmişdir ki, həmin torpaq sahəsindəki mərhum atası Əhməd Cindarova məxsus torpaq sahəsi payını məhkəmə yolu ilə ayırdıqdan sonra alqı-satqını həyata keçirəcəkdir. Eyni zamanda torpaq sahəsinin bölgü sxemi yerində müəyyən olunarkən iddiaçılar həmin torpağın üzərində tərəflər arasında mübahisə olduğunu alıcı Maraqlı şəxs6 bildirmişlər. Maraqlı şəxs6 özü də etiraf edir ki, iddiaçılar torpaqla bağlı tərəflər arasında mübahisə olduğunu ona bildirmişlər. Lakin, bunu torpaq sahəsinin alqı-satqısı zamanı deyil, bundan bir-neçə ay sonra ona söyləmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyasının fikrinə görə notarius tərəfindən aparılmış əməliyyat qanunsuz olduğundan həmin sənəd əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında aparılmış alqı-satqı müqaviləsi də qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanuni düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Zaqatala rayon Məhkəməsinin qətnaməsi təmamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi isə təmin edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyanın iclasında o da müəyyən edildi ki, 02.04.2004cü il tarixdə vəfat etmiş X8 miras qalmış torpaq sahəsinə mirası qəbul etmiş vərəsələri olduğu halda vərəsəlik hüququ əldə edilmədən notarius tərəfindən haqlı olmayaq 4 nəfərə məxsus (1 nəfər vəfat etmiş şəxs) torpaq sahəsi 3 nəfərin imzası ilə bölgü sxemindəki imzalar təsdiq edilmiş, həmin bölgü sxemi əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində torpaq sahəsi 2 hissəyə ayrılaraq yeni çıxarış alınmış və həmin çıxarış əsasında mübahisə olduğunu bilə-bilə torpaq sahəsinin bir hissəsi Maraqlı şəxs6 tərəfindən alqı-satqı yolu ilə alınmışdır. İddiaçılar Maraqlı şəxs6 həmin torpaq sahəsinin mübahisəli olduğunu bildirmişlər, eyni zamanda torpaq sahəsinin bölgüsü zamanı hasar çəkilən zaman aralarında mübahisə olmuş, İnzibati Məhkəməyə müraciət olunmuş, İnzibati Məhkəmədə iddianın mümkünsüz sayılmasına dair və işin Mülki Məhkəməyə aid olduğuna dair qərardad qəbul olunmuşdur. Bundan sonra iddiaçılar Zaqatala Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən 21.01.2018-ci il tarixli təsdiq edilmiş 24.10.2014-cü il tarixli **********61 saylı çıxarışdakı 0.1431 ha torpaq sahəsinin Maraqlı şəxs3, Maraqlı şəxs4 və X19 arasında tərtib edilmiş BÖLGÜ PLANİ-nın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnanın adına aparılmış Göyəm küçəsində yerləşən 0.1431 ha torpaq sahəsinin 0,1073 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş RX ******* saylı Çıxarışın və Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarış əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovna və Maraqlı şəxs6 arasında 0.0532 kvm torpaq sahəsinin alqı-satqısına dair 28 mart 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinın və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməsini xahiş etmişlər. Belə olan halda Maraqlı şəxs6 torpaq sahəsi üzərində mübahisə olduğunu bildiyi halda alqısatqı yolu ilə torpaq sahəsini aldığı üçün vicdanlı alıcı hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bu baxımdan da, Məhkəmə Kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki,apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, işdə ola AN-İ nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 4-cü bəndindən görünür ki, satıçılar daşınmaz əmlakı 5300 manat qiymətinə alıcı Maraqlı şəxs6 satmışlar. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnadan müştərək qaydada satdıqları daşınmaz əmlakın dəyəri kimi alınmış 5300 (beş min üç yüz) manatın alınaraq Maraqlı şəxs6 qaytarılmasını mümkün bilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçılar Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 cavabdehlər Zaqatala rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu X5, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 Xalilovna və Maraqlı şəxs6 qarşı “bölgü planının, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnadan müştərək qaydada satdıqları daşınmaz əmlakın dəyəri kimi alınmış 5300 (beş min üç yüz) manat alınaraq Maraqlı şəxs6 qaytarılsın. 10 (on) manat dövlət rüsumu cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Xalilovnadan müştərək qaydada alınaraq iddiaçılara qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1836/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1836/2021
26.10.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver