Məhkəmə qərarları › İş №2(107)-1850/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1850/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1850/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və iddiaçı "İddiaçı" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması, hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəli qərardadından iş üzrə İddiaçı BOKT MMC tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı BOKTMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğvi, Lizinq obyektinin qaytarılması və hesablanmış lizinq ödənişlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə “İddiaçı» BOKTMMC-nin arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faiz borcuna görə 10488.63 manat, gecikdirilmiş günlər üçün ödənilməli olan cəriməyə görə 1021.99 manat, cəmi 11510.62 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı BOKTMMC-yə ödənilməsi və mülkiyyətində olan Lizinq obyekti, Ağrəngli, Ban: WAUZZZ4G1CN038799 Mühərrik: olan AUDİA7 MİNİK markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomobilinin təşkilata geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKTMMC vəsatətlə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2018-ci il tarixli, 136758/18 saylı Lizinq Müqaviləsinə əsasən Cavabdeh1 verilmiş Ağ rəngli, Ban: WAUZZZ4G1CN038799 Mühərrik: olan AUDİA7 MİNİK markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması və təşkilatın saxlancına yerləşdirilməsi haqda qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəli (hakim N.Paşayev) qərardadı ilə ərizə qismən təmin edilmiş, iddianı təmin etmək məqsədilə Cavabdeh1 verilmiş Ağ rəngli, Ban: WAUZZZ4G1CN038799 Mühərrik: olan AUDİ A7 MİNİK markalı **-TL-*** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardaddan İddiaçı BOKT MMC şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, mülkiyət hüququ ilə təşkilata məxsus olan lizinq obyekti hesab edilən Lizinq obyekti Ağ rəngli,Ban:WAUZZZ4GlCN038799 Mühərrik: olan,AUDİ A7 MİNİK markalı ** PU *** dövlət nömrə nişanlı avtomabilin məhkəmə prosesi olan dövrdə iş öz yekun nəticəsini tapana qədər cavabdehin istifadəsində qalmasını lizinq obyekti üçün təhlükə hesab etmiş və bu səbəbdən məhkəməyə müraciət edərək avtomabilin üzərinə həbs qoyulması, müilkiyətçinin saxlancına verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən avtomabilin üzərində həbs qoyulması hissəsində təmin edilmiş, lakin təşkilatın saxlancına verilməsi hissəsində isə təmin edilməmişdir. Təmin tədbiri barədə ərizə verməkdə məqsəd cavabdehin onun məhkəməyə verilməsindən və ödənişlərdə gecikməsi səbəbindən avtomabilə bilərəkdən ziyan vurması, detallanın sıradan çıxarılması, qeyri-işlək vəziyyətə gətirilməsi məqsədilədir. Həmçinin qərardadda təmin tədbiri barədə ərizənin bütövlükdə təmin olunmasının 3-cü şəxslərin maraqlarına toxunulmasına səbəb ola biləcəyi göstərilmişdir. Avtomabil onların mülkiyyətindədir və lizinq müqaviləsi bağlayaraq həmin müqavilə şərtlərinə uyğun olaraq cavabdehin istifadəsinə verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmənin 2(051)-1361/2020 saylı, xx.xx.2020-ci il saylı qərardadının ləğv edilməsini, təmin tədbiri barədə ərizənin tamamilə təmin edilməsini və Ağ rəngli, Ban:WAUZZZ4GlCN038799 Mühərrik: olan, AUDİ A7 MİNİK markalı ** PU *** minik avtomabili qətnamə qanuni qüvvəsini alana qədər təşkilatın saxlancına verilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəliqərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək bildirmişdir ki, iddianın təmin tədbiri barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, avtomobilin saxlanca qoyulması hissəsində təmin edilməmişdir. Hesab edir ki, məhkəmə həmin hissəni təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraqcavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi şikayət ərizəsini iddiaçı "İddiaçı" BOKT MMC-nin nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunun 43-cü, 50.3-cü, 50.7-ci, 52 və 53-cü, habelə 61-ci maddələrinin tələblərinə əsasən tələbin əmlaka yönəldilməsi, əmlakın istifadəsinin qadağan edilməsi, onun saxlanca verilməsi, əmlakın satılması, əmlakın hərraca çıxarılmaqla satılması və digər bu kimi məsələlər birbaşa icra məmurunun səlahiyyətinə aid edilmişdir və onlar tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 1361/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: İddiaçı BOKT MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1361/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar