Məhkəmə qərarları › İş №2(107)-1855/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1855/2020

25.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1855/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon notariat ofisinə qarşı çıxarışların ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, cavabdeh Cavabdeh1 iddiçılar İddiaçı1, İddiaçı2, İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və sair tələbinə qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsindən Cavabdeh1 qızı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinə dair X3 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələri nəzərə alınaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair X12in adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 X12in mülkiyyəti kimi qeydə alınaraq xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. X7 rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan ümumi sahəsi 477.4 kv.m olan üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevin mülkiyyəti kimi qeydə alınmasına əsas İsmayıllı rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)–38/2010 və xx xxxxxx 2010-cu il tarixli 2(037)- 273/2010 nömrəli qətnamələri olmuşdur. İsmayıllı rayon məhkəməsinin xx xxxx 2010- cu il tarixli 2(037)–38/2010 nömrəli qətnaməsi ilə 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində vəfat etmiş X17 nəvəsi olması faktı müəyyən edilmiş, X16 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Bundan əlavə İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnaməsi ilə 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində vəfat etmiş X16 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən,“Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilərək İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)–38/2010 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı ilə qismən, X19 və X5 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilərək tələbin həmin hissəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(102)-3537/15 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-6/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş, Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsinə dair iddası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)- 6/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qətnaməsi ilə onun və oğlu İddiaçı2 iddiası təmin olunaraq onun və oğlu İddiaçı2 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş X17 vərəsələri olmaları və X16 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onların tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(107)- 1265/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-7084/2018 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(107)-1265/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 atası Ağaməşədi X4 digər vərəsələrinin xəbəri olmadan, gizlin miras qalmış mülkü məhkəmə qərarları əsasında ələ keçirmiş, həmin mülkə mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etdikdən sonra digər vərəsələr onların hərəkətlərindən xəbərləri olmasın deyə təcili qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 X12in mübahisəli əmlakı əsassız əldə etməsindən xəbəri olmuşdur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ağaməşədi Haqverdiyevin adına xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010- cu il tarixli 2(037)- 38/2010 və xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnamələri ləğv olunmuşdur. Hesab edir ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız sayılmalı və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı2 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini isə qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X12in mülkiyyəti kimi qeydə alınaraq xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. X12 mülkiyyətində olan “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-65/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 iddiası təmin olunaraq onların 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş X17 vərəsələri olmaları və X16 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onların tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102-5873/2019 saylı qərarında və Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(107)- 1265/2018 saylı qətnaməsində İddiaçı1 və İddiaçı2 “Hacı Dadaş” mülkünün sahibi X13 1906-cı ildə vəfat edəndən sonra övladlarından Hacı Haqverdiyev və Nemət Haqverdiyevin mübahisəli mülkdə qalıb yaşaması, Hacı Haqverdiyevin həmin mülkün birinci mərtəbəsindən iki otaq, ikinci mərtəbəsindən də iki otaq olmaqla alt-üst dörd otaqdan istifadə edərək miras mülkün həmin hissəsini faktiki qəbul edərək yiyələnməsini, mülkün digər otaqlarının isə Nemət Haqverdiyevin sahibliyinə keçməsini təsdiq etmişlər. Əvvəllər mübahisəli mülkün naturada bölgüsü aparılmış və evin dörd otağı Hacı Haqverdiyevin, mülkün digər otaqları isə Nemət Haqverdiyevin sahibliyinə və idarəçiliyinə verilmişdir. Hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən mülkün naturada aparılmış bölgüsünə əsasən Hacı Haqverdiyevin sahibliyinə və istifadəsinə verilmiş dörd otağına münasibətdə təmin edilə bilər. O, İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinin dörd otağına vərəsəliyi qəbul etmələrini nəzərə alaraq həmin dörd otağa münasibətdə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair Ağaməşədi Haqverdiyevin adına DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi, həmin mülkün ona bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair onun adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 nümayəndəsi X14 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini isə qismən qəbul etdiyini bildirmiş və Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Birinci instansiya məhkəməsi işə İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə səhvdir. Bu işdə nə yalan , nə də uydurma və görünüş üçün bağlanmış əqd yoxdur və hansısa əqdi pərdələmək məqsədi də yoxdur və olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə göstərilən məsələlər həll edilmişdir. Həmin qətnamələrin ləğv edilməsi o demək deyildir ki, həmin əqdlər yalan, uydurma, başqa əqdi pərdələmək məqsədi ilə bağanan və əhəmiyyətsiz əqdlərdir. Məhkəmə göstərilən maddi hüquq normalarına düzgün istinad etməmişdir. Məhkəmə qətnaməsinin qanuniliyini əsaslandırmaq üçün qanuni qüvvəyə minmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)-38/2010 və xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnamələrinin ləğv olunmasına əsaslanmışdır. Onun qarşılıqlı iddia tələbi də qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əsaslandırılmışdır. Məhkəmə, məsələni köklü həll etmək və bu mübahisəyə son nöqtəni qoymaq üçün məhkəməyə onun təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad edib iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməli idi, çünki məhkəmə prosesinin hansı müddətə davam etməsindən asılı olmayaraq axır nəticədə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkün göstərilən dörd otağından artıq mirasa yiyələnə bilməyəcəklər. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi (nümayəndəsi) və İsmayıllı rayon notariat ofisi (nümayəndəsi) lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 vəkili X14 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsindən müəyyən edilir ki, 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Ərəgit kəndində vəfat etmiş X17 nəvəsi olması faktı müəyyən edilmiş və X19 və X5 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(107)-114/2015 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi qismən, X16 və X5 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi X6 tərəfindəbn qəbul edilməsi faktının müəyyən olunmasına dair hissəsi ləğv edilərək həmin hissə baxılmamış saxlanılmışdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsindən müəyyən edilir ki, 1929-cu ildə İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş Ağaməşədi Haqverdiyevin 1906-cı ildə İsmayıllı rayon Ərəgit kəndində vəfat etmiş babası X16 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş və İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ləğv edilərək Ağaməşədi Haqverdiyevin DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarından müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-65/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 1906cı ildə vəfat etmiş X13 vərəsələri olmaları və X9 miras qalmış İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsindən müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(037)-65/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-7084/2018 nömrəli qərarından müəyyən edilir ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(107)-1265/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə Ağaməşədi Haqverdiyevin adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsinin surətindən görünür ki, Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamışdır. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və çıxarışa əlavə edilmiş 407-3028/132 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayon Ərəgit kəndində yerləşən 0.05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4, 149.2, 340.1 və 340.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqddir və əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqddir və əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi ilə Ağaməşədi X2 nəvəsi olması faktı müəyyən edilmiş və X19 və X5 miras qalmış, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ilə Ağaməşədi X1 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş və yaşayış evi və evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Qeyd olunan məhkəmə qətnamələri əsasında Ağaməşədi Haqverdiyev həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair öz adına çıxarış almışdır. Ağaməşədi Haqverdiyev həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evini sonradan qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 qeyd edilən bağışlanma müqaviləsi əsasında həmin torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair öz adına çıxarış və texniki pasport almışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(107)-114/2015 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)-38/2010 saylı qətnaməsi qismən, X16 və X5 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(102)- 3537/15 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(107)-114/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi ləğv edilərək Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0.05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, 0.05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evinin Ağaməşədi Haqverdiyevin adına qeydə alınmasına əsas olan İsmayıllı rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(037)–38/2010 və xx xxxxxx 2010-cu il tarixli 2(037)-273/2010 nömrəli qətnamələri ləğv olunduğundan, “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 hektar torpaq sahəsinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ağaməşədi Haqverdiyevin adına qeydə alınmış xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, Ağaməşədi Haqverdiyevin mülkiyyətində olan yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin qızı Cavabdeh1 bağışlaması barədə İsmayıllı rayon notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin bağışlanma müqaviləsi əsasında “Hacı Dadaş” mülkü adlanan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyrindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 2(037)-81/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar