Məhkəmə qərarları › İş №2(107)-1857/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1857/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1857/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilərək İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən qabaq Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 09 iyul 2017-ci il tarixli 0.2531 ha torpaq sahəsinin 0.03 ha hissəsinin satılmasına dair AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmini tədbiri olaraq Zaqatala Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(033)- 649/2020 nömrəli qərardadına əsasən 0.03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh ilə arasında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdir ki, 2019-cu ilin axırına kimi torpaq sahəsinə olan borc məbləğini, 5000 (beş min) manatı ödəyəcək. Cavabdeh ilə aralarındakı şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün yenidən Zaqatala Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(033)713/2019 saylı qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(107)-2890/2019 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin olunmamış, Zaqatala Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh Zaqatala Rayon Məhkəməsinə müraciət edərək iddianm təmin olunmadığı üçün torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair müraciət etmişdir. Zaqatala Rayon Məhkəmsinin 16 mart 2020-ci il tarixli, 2(033)-649/2020 nömrəli qərardadına əsasən Cavabdeh məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Cavabdehin həmin torpaq sahəsi ilə bağlı ona 5000 (beş min) manat borcu qalmışdır. Məhkəmə iclaslarında cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman pulun ödənmədiyini bildirmişdir. Keçmiş məhkəmə iclaslarında (alqı-satqı müqaviləsinin etibarsızlığına dair) iş yoldaşı X2 İrzaya borcu olduğu üçün yaxşılıq etmək məqsədi ilə o, öz adında olan torpağı girov kimi Cavabdeh adına keçirmişdir. O, nə Cavabdeh, nədəki Ələkbərov Fəxridən alqı-satqı müqaviləsində göstərilən məbləği almamışdır. Bunun üçün hesab edir ki, iddiası əsaslıdır, cavabdehdən torpaq sahəsinə dair ödənilməmiş 5000 manat məbləğ alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunaraq cavabdehdən 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 09.07.2017-ci il tarixdə reyestrdə 4Ə-229 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 09 iyul 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı X1 rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 5000 manata ona satmışdır. O, həmin torpaq sahəsini qanuni əsaslarla almışdır. Həmin müqavilə bağlanan zaman 5000 manat məbləğində pulu iddiaçıya vermişdir. Onun hazırda iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Alqı-satqı müqaviləsində göstərilən pul məbləği iddiaçıya tam şəkildə ödənildiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi (pul tələbi) ilə məhkəməyə müraciət etməmişdən qabaq cavabdehə Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 09 iyul 2017-ci il tarixli 0.2531 ha torpaq sahəsinin 0.03 ha hissəsinin satılmasına dair AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmini tədbiri olaraq Zaqatala Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(033)- 649/2020 nömrəli qərardadına əsasən 0.03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdir ki, 2019-cıı ilin axırma kimi torpaq sahəsinə olan borc məbləğinin 5000 (beş min) manatı ödəyəcəkdir. Cavabdeh ilə aralarındakı şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün yenidən Zaqatala Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsmm 02 avqust 2019-cu il tarixli, 2(033)-713/2019 nömrəli qətnaməsinə əsasən iddiam təmin edilməmişdir, Zaqatala Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(107)-2890/2019 nömrəli qərarına əsasən Zaqatala Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh, Zaqatala Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunmadığı üçün torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 mart 2020-cı il tarixli, 2(033)-649 /2020 nömrəli qərardadına əsasən Cavabdeh məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qeyd edir ki, cavabdehin həmin torpaq sahəsi ilə bağlı ona 5000 (beş min) manat borcu qalmışdır. Məhkəmə iclaslarında cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman pulun ödənmədiyini bildirmişdir. Keçmiş məhkəmə iclaslarında (alqı-satqı müqaviləsinin etibarsızlığına dair) iş yoldaşı Fəxri Ələkbərovun borcu olduğu üçün yaxşılıq etmək məqsədi ilə o, öz adında olan torpağı girov kimi Cavabdeh adına keçirdim. O, nə Cavabdeh nə dəki Fəxri Ələkbərovadan alqı-satqı müqaviləsində göstərilən məbləği almamışdır. Bunun üçün hesab edir ki, iddiası əsaslıdır, cavabdehdən torpaq sahəsinə dair ödənilməmiş 5000 manat məbləğ Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan başqa eyd edir ki, cavabdeh ilə aralarında olan mülki işlərdə cavabdehin adına keçirdiyi torpaq sahəsinə görə cavabdeh tərəfindən ona hər hansı bir məbləğin ödənilmədiyini bildirmişdir. Cavabdeh torpaq sahəsinə dair ona pul ödədiyini bildirsə də, pulun ödənilməsi ilə bağlı hər hansı bir sənəd, qəbz məhkəmə iclaslarına təqdim etməmişdir. Bunun üçün hesab edir ki tələbi əsaslıdır. Cavabdehdən 5000 (beş min) manat pul məbləği alınaraq ona ödənilməlidir. Buna görə də sözügedən qətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı lıəqıqı faktlara əsaslanmamışdır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə İddiaçı və onun nümayəndəsi və vəkili X3 və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(033)-713/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aralarında 09 iyul 2017-ci il tarixdə bağlanmış 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(107)-2890/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(033)-713/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 20 iyun 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 20.06.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı X1 rayonu Aşağı Tala kəndində yerləşən 0,2531 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Həmin müqavilə onlar tərəfindən imzalanmışdır. İddiaçı alqı-satqı müqaviləsindən kənar şifahi razılaşmaları əsasında cavabdehin ona ödənilməmiş 5000 manat verəcəyini də bildirərək həmin pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. İddiaçı iddia edir ki, onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman aralarında şifahi razılaşma olmuşdur ki, cavabdeh ona 5000 pul ödəyəcəkdir. Lakin, iddiaçı onların arasında razılaşma olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qanunvericiliyin tələbindən də görünür ki, əşyanın nisyə satılması haqqında alqısatqı müqaviləsinin mühüm şərti kimi ödənişlərin müddəti və qaydası müqavilədə göstərilməlidir. Halbuki, İddiaçı ilə Cavabdeh arasında 09 iyul 2017-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsində belə bir şərt öz əksini tapmamış, eyni zamanda tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmamışdır. Bundan başqa, iddiaçı onu da qeyd edir ki, “cavabdehin həmin torpaq sahəsi ilə bağlı ona 5000 (beş min) manat borcu qalmışdır. Məhkəmə iclaslarında cavabdehin alqı-satqı müqaviləsi bağlanan zaman pulu ödəmədiyini bildirmişdir.” Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında da iddiaçı torpaq alqı-satqısı zamanı pul almadığını bildirsə də, qeyd edilən dəlillərlə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı ilə Cavabdeh arasında öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır və həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda İddiaçı 5000 manat ödənilməsi ilə bağlı tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi, çünki iddiaçı 5000 manatdan məhrum olduğunu qeyd etsə də, cavabdehin həmin pulun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etməmişdir. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır və əlaqə olaraq qeyd edir ki, İddiaçı iddia etdiyi cavabdehin ona 5000 manat vəsaiti ödəməli olması öz təsdiqini tapmadığından İddiaçı qeyd edilən məbləği Cavabdeh tələb etməkdə haqlı deyildir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci mаddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə (rədd etməkdə) haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı Cavabdeh həmin pulun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim edə bilmədiyindən, yəni iddia tələbini təsdiq edən mümkün və mötəbər sübutlara malik olmadığından onun pul tələbinə dair iddiası əsaslı sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi beş min manat olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar