Məhkəmə qərarları › İş №2(107)-1860/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1860/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1860/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə xxxxxxx ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-223/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: xxxxxxx "xxxxxxx"ASC-nin nümayəndəsi E.Məmmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5428 manat əsas, 996 manat faiz borcunun, cəmi 6454 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "xxxxxxx" ASC-nin xeyrinə tutulması, xx xxx 2016-cı il tarixli 444-L/16 saylı müqavilələri ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belerus-1221 markalı və 1 ədəd Belerus-892 markalı traktorların saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-223/2018 nömrəli (hakim V.Məlikov) qətnaməsinə əsasən iddiа təmin оlunmuş, xxxxxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 444-L/16 saylı müqavilənin ləğv olunması, Lizinq obyekti olan 1 ədəd Belerus-1221 markalı və 1 ədəd Belerus-892 markalı traktorların saz vəziyyətdə geri "xxxxxxx" ASC-yə verilməsi, Cavabdeh 6454 manat məbləğində pul tutularaq xxxxxxx “xxxxxxxxx” ASC-yə ödənilməsi, məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb xxxxxxx ASCyə qaytarılması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-223/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh məhkəməyə teleqram göndərərək tərəfindən borcun ödənildiyi üçün apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. xxxxxxx "xxxxxxx"ASC-nin nümayəndəsi (vəkil) X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, borc məbləğini ödədiyini və apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və şikayətin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apelyasiya şikayəti verən şəxs həm də apelyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apelyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apelyasiya şikayətindən imtina edə bilər. Lakin apelyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apelyasiya şikayətindən imtina apelyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi xxxxxxxnın iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apelyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apelyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apelyasiya şikayətindən imtina qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(039)-223/2018 nömrəli qətnaməsindənvermiş olduğu apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar