Məhkəmə qərarları › İş №2(107)-1861/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1861/2020

01.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1861/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, X1 nümayəndəsi X2 iştirak ilə, Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən Ağsu şəhəri Cavanşir Şərifli küçəsindən keçən, İddiaçı balansında və istismarında olan, diametri 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa olunmuş birmərtəbəli yaşayış evinin və daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hüseynova (Quliyeva) Güllü Xanlar qızının İddiaçı Ağsu Regional X7rşı – cavabdehə məxsus Ağsu şəhərinin şərq hissəsində yeni çəkilərək 250 mm diametrli, yeraltı, orta təzyiqli polietilen qaz kəmərinin ona məxsus Ağsu şəhəri, C.Şərifov küçəsində yerləşən həyətyanı torpaq sahəsindən öz vəsaiti hesabına çıxarılaraq aparılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, X3 məxsus həyətyanı torpaq sahəsinə doğru çəkilmiş Ağsu şəhəri, Cavanşir Şərifov küçəsindən keçən 250 mm diametrli, yeraltı, orta təzyiqli polietilen qaz kəməri İddiaçı vəsaiti hesabına sökülərək təsdiq edilmiş layihəyə uyğun bərpa edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı İB apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, podratçı “xxxxx” MMC işə cəlb edilməli olduğu halda birinci instansiya məhkəməsi bunu etməmişdir. Bundan əlavə iş üzrə təkrar ekspertizanın keçirilməsi də zəruridir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Ağsu RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş 4 nömrəli aktdan görünür ki, PE-250 mm-lık, orta təzyiqli yeraltı polietilen qaz kəməri X8 şəhəri, C.Şərifov küçəsində yerləşən həyətyanı sahəsindən keçir. Aktın doğruluğu TBXnin ustası Telman Abuşov, çilingərlər Rauf Məcidov və Bəhrəm İslamov tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Ağsu RQİİ-nin rəisi tərəfindən X3 ünvanlanan xx.xx.2019-cu il tarixli məktubla, diametri 250 mm-lık, orta təzyiqli qaz xəttinin mühafizə zonasında bir mərtəbəli fərdi yaşayış evi və daş hasar inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Ağsu X12 İdarəsi tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, Ağsu Rayon İcra Hakimiyyətinin Başçısına və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəzsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanan məktublarla Ağsu rayonu ərazisində inşa edilmiş tikililərin qaz kəmərlərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikili olmaqla daim təhlükə mənbəyi olmaqla kəmərin zədələnməsı və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaratdığından həmin tikililərin ləğv edilməsi istiqamətində müvafiq köməklik gödtərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı protokolundan çıxarışdan görünür ki, X1 müraciəti nəzərə alınaraq fərdi yaşayı evi tikmək üçün ona şəhərin S.Quliyev küçəsinin şərq tərəfindən 0.08 ha həyətyanı torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, Dövlət X6 xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 735 nömrə ilə qeydə alınmış, A seriyalı, 394957 nömrəli torpaq sahəsinin planı və ölçüsü X3 Ağsu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı ilə 800 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamından görünür ki, Ağsu şəhər sakini X3 Ağsu şəhərinin S.Quliyev küçəsinin şərq tərəfində özünə məxsus olan həyətyanı sahəsində layihə əsasında 1 mərtəbəli, mansardlı fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “Planeta” firmasının Ağsu şəhər sakini X1 şəhərin İlkin Məmmədov küçəsinin qərb tərəfində tikdirdiyi fərdi yaşayış evinin (mansardlı) memarlıq planlaşdırma layihəsi firmanın direktoru tərəfindən təsdiq edilmiş, Ağsu rayonunun baş memarı ilə razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təmiri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” tarixi qeyd edilməyən aktından görünür ki, obyektin təmiri xx.xx.2011-ci ildə başlanılmış, xx.xx.2011-ci ildə başa çatmışdır, akt qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti Başçısının məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 492-xm saylı məktubundan görünür ki,baş palana əsasən Ağsu şəhərinin 28-ci məhəlləsindən çəkilmiş 250 mm-lik yeraltı qaz kəmərinin trassası kənar ərazilərdən deyil, şəhərin İlkin Məmmədov küçəsinin ərazisindən keçirilməsi razılaşdırılmışdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30449 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan ünvanda İddiaçı balansında olan 250 mm- lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin çəkildiyini nəzərə aldıqda, Ağsu şəhəri, Cavanşir Şərifov küçəsində yerləşən X3 məxsus fərdi yaşayış evinin həmin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi, həyətyanı sahənin sağ tərəfindəki sərhəd hasarının və həyətyanı sahədə olan çardaq tikilisinin (8.5x4.5 metr) isə 250 mm-lik, orta təzyiqli yeraltı polietilən qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Ağsu rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli protokolundan çıxarışa əsasən X3 fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi satıldığını, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamına əsasən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun yaşayış evi inşa edilməsinə icazə verildiyini, tədqiq olunan yaşayış evinin iş materiallarında olan memarlıq planlaşdırma layihəsinə uyğun olduğunu nəzərə alaraq İddiaçı İB-nin balansında və istismarında olan, Ağsu şəhəri, C.Şərifov küçəsindən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin (hasar və çardaq tikilisinin) tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. İddiaçı İB-nin balansında və istismarında olan, Ağsu şəhəri, C.Şərifov küçəsindən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin faktiki vəziyyətində X3 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində sağ tərəfdəki sərhəd hasarı istiqamətində və hasardan 1.8 metr aralı məsafadə çəkildiyi müəyyən edilmişdir. Mülki iş materiallarında olan, İddiaçı İB-nin balansında və istismarında olan, Ağsu şəhəri, C.Şərifov küçəsindən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin çəkilməsinə dair tərtib edilmiş layihə sənədi ilə tədqiq olunan qaz xəttinin faktiki çəkildiyi sahə müqayisə edilərkən, həmin qaz kəmərinin çəkilməsinin layihəyə uyğun olmadığı və layihədə göstərilən sahədən 29 metr aralı (tədqiq olunan yaşayış evinə doğru) çəkildiyi müəyyən edilmişdir. Məhkəmə Kollegiyasının iclasında müəyyən edildi ki, Ağsu rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli protokolundan çıxarışa əsasən X3 fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi satılmış, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamına əsasən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun yaşayış evi inşa edilməsinə icazə verilmiş, cavabdeh tərəfindən mübahisəli ünvanda inşa edilmiş tikililər Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamına əsasən və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq aparılmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Göründüyü kimi, Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, milli və beynəlxаlq qаnunvericilik normаlаrının mülkiyyətçilərin hüquqlаrının müdаfiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qаnun fəаliyyətsiz qаlаr ki, bu dа qаnunvericiliyin çаtmаq istədiyi ümumi məqsəd xəyаli xаrаkter аlаrdı. Məhkəmələr tərəfindən çıxаrılаn qərаrlаr qаnuni olmаqlа bərаbər, həm də ədаlətli olmаlı, içtimаi münаsibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Ağsu rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli protokolundan çıxarışa əsasən X3 fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi satılmış, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamına əsasən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun yaşayış evi inşa edilməsinə icazə verilmiş, cavabdeh tərəfindən mübahisəli ünvanda inşa edilmiş tikililər Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 263 saylı sərəncamına əsasən və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq aparılmışdır. Bundan əlavə Ağsu şəhəri, Cavanşir Şərifov küçəsində yerləşən X3 məxsus fərdi yaşayış evinin həmin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi, həyətyanı sahənin sağ tərəfindəki sərhəd hasarının və həyətyanı sahədə olan çardaq tikilisinin (8.5x4.5 metr) isə 250 mm-lik, orta təzyiqli yeraltı polietilən qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilsədə, həmin qaz kəmərinin çəkilməsinə dair tərtib edilmiş layihə sənədi ilə tədqiq olunan qaz xəttinin faktiki çəkildiyi sahə müqayisə edilərkən, həmin qaz kəmərinin çəkilməsinin layihəyə uyğun olmadığı və layihədə göstərilən sahədən 29 metr aralı (tədqiq olunan yaşayış evinə doğru) çəkildiyi də müəyyən edilmişdir. Bundan əlavə apelyator “xxxxx” MMC-nin iş cəlb edilməsini habelə iş üzrə təkrar ekspertizanın təyin edilməli olduğunu bildirsə də buna zərurətin olduğunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(016)-33/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar