Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1890/2021 29.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli 2(014)-269/2021 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli 2(014)-269/2021 nömrəli (hakim Nizam Əliyev) qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində inşa etdikləri ət satışı dükanı cavabdehlərin öz hesabına sökülsün və onlar tərəfindən həmin ərazi öz əvvəlki vəziyyətinə salınması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb KapitalBank ASC-nin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməi qət edilmişdir. işin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X9 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində Dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12.2 metriliyində inşa etdikləri ət satışı dükanının onların öz hesablarına sökülməsinə və onlar tərəfindən həmin ərazinin öz əvvəlki vəziyyətinə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunda mövcud olmuş “Zəhmət’' kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı ümumi iclasının qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyul 1990-cı il tarixli, 259 nömrəli və Ağdaş rayon XDS-nin 17 iyul 1990-cı il tarixli 14 nömrəli qərarlarına əsasən Ağdaş rayonunun Binələr (keçmişdə Güvəkənd kəndi) kəndi ərazisindən əkin üçün yararsız olan torpaq sahəsindən yaşayış evi tikdirmək məqsədi ilə Ağdaş rayon Binələr kənd sakini X7 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən X7 Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 6801 nömrə ilə qeydə alınmış seriya A 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə X3 ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 17 oktyabr 2003-cü il tarixdə mütəxəssislər tərəfindən Ağdaş-Pirəzə avtomobil yolunun 9-cu km-də yolun sağ tərəfində yerləşən boş ərazidən ayrılaraq ona tanıdılmış və bu barədə akt tərtib olunmuşdur. Torpaq sahəsində tikinti işlərinin Tikinti norma və qaydalara, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Yanğın Təhlükəsizliyi qaydalarının tələblərinə uyğun aparılması cavabdehlərə tapşırılmışdır. Bundan sonra cavabdehlər X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin divarının yol tərəfində onun həyətyanı torpaq sahəsinin hasarına bitişik tikili tikmiş və həmin tikilinin yan tərəfində açıq şəraitdə iri və xırda buynuzlu heyvanların kəsilərək satışı ilə məşğul olurlar. Ət kəsilən dükan X4 mülkiyyətində fərdi yaşayış evi tikdirərək uzun müddət həmin təsərrüfatda yaşayan qardaşı arvadı X2 evlərinə yaxın ərazidə yerləşdiyindən və açıq şəraitdə ət kəsildiyindən həyətdə, eləcə də evin yaşayış və yardımçı otaqlarında üfunət iyindən yaşamaqlarının mümkün olmadığına, həyətdə və evdə üfunət iyindən nəfəs almağın belə mümkün olmadığına, bununla da artıq vəziyyət dözülməz hal aldığından həmin ət dükanının həmin ərazidən götürülməsi ilə bağlı kənd bələdiyyəsinə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə, Milli Məclisinə və müxtəlif inzibati orqanlara müraciətlər etmişdir. Azərbaycan Respublikasının 1-ci X15 xanım Əliyevaya və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevə ünvanlanmış müraciətlər aidiyyati üzrə araşdırılması üçün İddiaçınə göndərilmişdir. Müraciətlərin araşdırılması məqsədi ilə müraciət müəllifi X2 ilə söhbət aparılmış İddiaçı nümayəndələri və mütəxəssislər həmin əraziyə baxış keçirmişlər. X2 ilə söhbət zamanı müraciətində qeyd etdiklərini bir daha təsdiq edərək bildirdi ki, “cavabdehlər ət satışı dükanını onların divarına bitişik olmaqla tikdirmişlər, heyvanları açıq şəraitdə kəsidiklərinə görə həmin ərazidə üfunət iyindən yaşaya bilmədiklərinə, ona görə də ilk öncə məcbur olub Ağdaş rayon Gigiyena və Epidemologiya Mərkəzinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Ağdaş rayon Prokurorluğuna rəsmi qaydada, Azərbaycan Respublikasının X1ynar xəttinə müraciət etmişdir. Müraciət etdiyi orqanların əməkdaşları mübahisə yerinə baxış keçirmişlər və nədənsə qeyd etdiyi faktiki hallar olmasına baxmayaraq cavabdehlər tərəfindən qanun pozuntularının "aşkar olunmaması” müəyyən edilmişdir, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müdaxiləsindən sonra açıq şəraitdə heyvan kəsilməsi üçün cavabdehlər tərəfindən quraşdırılmış basdırmalar sökülmüşdür. Müraciətindən qısa müddət keçəndən sonra cavabdehlər yenə öz qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Ona görə də o məcbur olub qanunsuz tikilinin sökülməsinə və cavabdehlərin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına kömək edilməsi xahişi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatına, Azərbaycan Respublikasının 1-ci X15 xanım Əliyevaya və digər yuxarı səlahiyyətli inzibati orqanlara müraciət etmişdir”. Əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də cavabdehlərə məxsus ət satışı dükanı Respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yolunun 9-cu km-də yolun sağ tərəfində yolun oxundan 12.2 metr məsafədə tikilmişdir. Kəsilmiş ətin satışı otaq şəraitində həyata keçirilsə də, heyvanlar açıq şəraitdə kəsilir, heyvanın kəsilməsi nəticəsində qan və digər daxili əzalar və ifrazatlar dükanın yaxınlığında olan quyuya axıdılır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehlər Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Ağdaş rayon X6 Xidməti istisna olmaqla, ayrılmış torpaq sahəsində ət satışı üçün tikintiyə Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsindən və digər aidiyyati inzibati orqanlardan icazə almamışdır. Cavabdehlər tərəfindən qeyd edilən ərazidə inşa edilmiş ət satışı dükanı qanunla müəyyən olunmuş qaydada həmin daşınmaz əmlakı aidiyyati üzrə mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldırmamışdır. Cavabdehlər X10 və X9 tərəfindən ət satışı ilə məşğul olmaq üçün inşa etdikləri dükan Respublika əhəmiyyətli yolun 12.2 km-də yerləşdiyindən tikilinin yolun mühafizə zonasında olub-olmaması barədə məlumat verilməsi üçün tərəflərindən "xxxx" MMC-nə sorğu göndərilmişdir. "xxxx" MMC 124 saylı, 21 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, X3 məxsus ət satışı dükanı R-l 4 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun oxundan 12.2 metr məsafədə sağ tərəfdə yerləşir. Sözügedən yol Respublika əhəmiyyətli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 11 sentyabr tarixli 298 saylı “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1-ci bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. X3 məxsus ət satışı dükanı avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşir. Cavabdehlərə onlar tərəfindən qeyd edilən mübahisəli ərazidə ət satışı məqsədi ilə tikdirdiyi dükan binası Tikinti norma və qaydalarına, Respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağında, eləcə də Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla tikildiyindən, tikintiyə tələb olunan inzibati orqanlardan müvafiq icazə almadan tikildiyindən özbaşına tikili olduğundan sökülməsi təklif olunsa da, onlar buna məhəl qoymayaraq həmin tikilinin yerləşdiyi torpaq sahəsini aldığını əsas göstərməklə həmin tikilidə (dükanda) ət satışını davam etdirəcəyini bildirmişdir. Hazırda cavabdehlərin qanunsuz fəaliyyət göstərdikləri mübahisəli ərazidəki ət satışı dükan binasının yerləşdiyi torpaq sahəsinin onlara aid olmadığı aşkar edilmişdir. Belə ki, Ağdaş Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2013-cü il tarixli 14 saylı qərarı ilə Çingiz Şıxəliyevə ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsinin ayrılması tamamilə qanunsuzdur. Çünki torpaq sahəsi bələdiyyə fonduna aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 11 sentyabr tarixli 298 nömrəli “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1 bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. Odur ki, Çingiz Şıxəliyevə məxsus ət satışı mağazası avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşdiyindən qanunsuz tikili hesab olunur. Bu səbəbdəndə cavabdehlər bugünədək torpağa dair Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ala bilməmişdir. Eləcə də qeyd olunan tikintiyə dair rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən tikintinin aparılması üçün heçbir icazə sənədi alınmamışdır. Bununla da cavabdehlər Azərbaycan Respublikası Qanunvericiliyinin müvafiq maddələrini kobud surətdə pozmaqla onlara aid olmayan torpaq sahəsində qanunsuz tikdirdiyi dükandan istifadə edirlər. Bu barədə cavabdehlərə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onlar bu gün də, həmin tikilini könüllü sökməmişlər və həmin dükanda ət satışı fəaliyyətini davam etdirirlər. Cavabdehlərin qanunsuz hərəkətləri Respublika əhəmiyyətli avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkətlərinə, eləcə də tikili vətəndaşın həyətinin divarına bitişik tikilməklə orada kəsilən heyvanların açıq hava şəraitdə kəsilməsi nəticəsində vətəndaşlara mane törədir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında cavabdeh X8 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, 25 sentyabr 2013-cü il tarixli 14 saylı qərarı ilə Binələr Bələdiyyəsi tərəfindən ona 0.01 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qanunvericiliyə uyğun olaraq ət dükanı inşa etmişdir. Keçən müddət ərzində həmin ət dükanı ilə bağlı nə İcra Hakimiyyəti nə də digər dövlət qurumları tərəfindən qeyd edilən tikinti işləri ilə bağlı irad, etiraz və tələblər irəli sürülməmişdir. İnşa etdiyi tikili Bələdiyyə mülkiyyətinə daxil olan ərazidən ona ayrılan torpaq sahəsi üzərində inşa olunmuş, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi avtomobil yolunun mühafizə zonasına heç bir aidiyyatı yoxdur. İş materiallarında olan ekspert rəyi də bunu təsdiq edir. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apelyasiya şikayətinin dəlilləri və işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Qətnamədən narazı qalan cavabdeh X8 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2003-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyindən bununla bağlı ət dükanı acmaq üçün torpaq sahəsi ayırmaq barədə Ağdaş rayonu Binələr Bələdiyyəsinə mütaciət etmişdir. Bələdiyyənin 25.09.2003cü il tarixli qərarı ilə bələdiyyə torpağına aid sahədən mənə ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır. Mən həmin sahədə abadlıq işləri aparib, mavafiq təşkilatlardan müsbət rəylər alındıqdan sonra ət dükanını tikmişəm. Ayrılmış sahədə ət dükanını tikilməsi heç kimin hüquqlarını pozmur. 2004-cü ildən başlayaraq ət dükanın arxa hissəsindəki torpaq sahəsini qanunsuz olaraq zəbt edərək ev tikmiş X14 və onun ailə üzvləri hər cür qeyri qanuni vasitələr ilə müxtəlif instansiyalara müraciət edərək həmin ət dükanının sökülməsini tələb etmişlər. Lakin onların tələbi qanunsuz olduğu üçün müxtəlif instansiyalar tərəfindən rədd edilmiş, sonda isə məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Belə ki, X14 2004-cü ildə həmin ət dükanını sökülməsi tələbi ilə Ağdaş rayon məhkəməsində mənə qarşı iddia qaldırmış, məhkəmə 04 fevral 2004-cü il tarixli 2-44 saylı qətnaməsi ilə mənim həmin torpaq sahəsini qanuni əsaslarla əldə etdiyimi və ət dükanının tikintisi zamanı heç bir qanun pozuntusu olmaması qərarına gələrək, iddia əsassız olduğu üçü rədd edilmişdir, (məhkəmənin həmin qətnaməsinin surətini şikayətimə əlavə edirəm). Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən müxtəlif instansiyalara şikayət edilməsinə baxmayaraq təmin edilməmişdir. Bundan başqa 2020-ci ildə X14 mənə məxsus olan ət dükanını sökülməsi tələbi ilə Ağdaş rayon məhkəməsində yenidən mənə qarşı iddia qaldırmış, məhkəmə (hakim Nizam Əliyev) 29 iyun 2020-ci il tarixli 2(014)-728/2020- saylı qərardadı ilə iddiaçı X4 mənə qarşı “cavabdehlərin ona məxsus zəbt edilmiş pay torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarmışdır. (Məhkəmənin həmin qətnaməsinin surətini şikayətimə əlavə edirəm). Məhkəmə həmin qərardadında göstərmişdir ki, iddiaçı X14 eyni tələblə bağlı 2003-cü məhkəmədə iddia qaldırmış və məhkəmənin 04 fevral 2004-cü il tarixli 2-44/2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icrata xitam verməlidir. Lakin təkrarən işə baxan hakim Nizam Əliyev yuxarıda göstərilən Ağdaş rayon məhkəməsinin ləğv edilməmiş 04 fevral 2004-cü il tarixli 2-44 saylı qətnaməsini və özünün qəbul etdiyi 29 iyun 2020-ci il tarixli 2(014)-728/2020- saylı qərardadını nəzərə almadan Azərbaycan Respublikası MPM-nin 153.2.2 və 261.0.2-ci maddəsinin tələblərinə zidd 2(014)-269/2021 nömrəli, 05.05.2021- ci il tarixli qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin 2(014)-269/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin məzmunundan və işdə olan iddia ərizəsindən görünür ki, İddiaçı Başçısı tərəfindən verilmiş iddia tələbi ilə 2003-cü ildə verilmiş iddia tələbi tamamilə eyni məzmunda yazılmaqla biri-birini təkrarlayır. Yəni 2003-cü ildə Qurban Mollayevin mənə qarşı verdiyi iddia tələbi eyni ilə İddiaçı Başçısının adı ilə yenidən iddia ərizəsinə köçürülərək məhkəməyə verilmişdir. Yəni İddiaçı Başçısının adından da iddia ərizəsini eyni şəxs yazmış, ərizəyə isə İcra Başçısı imza etmişdir. Buna səbəb isə Ağdaş rayon məhkəməsinin ləğv edilməmiş 04 fevral 2004-cü il tarixli 2-44 saylı qətnaməsinin qüvvədə olması ilə əlaqədar eyni predmet və eyni əsaslar üzrə verilmiş iddia tələbində formal olaraq iddiaçının, tərəflərin dəyişdirilməsidir. Göründüyü kimi, X14, mənim mülkiyyətimdə olan torpaq sahəsini əlimdən almaq və ət dükanımı sökdürmək üçün hər cür vasitələrə, eləcədə İddiaçı Başçısının onun adından iddia tələbi ilə məhkəməyə müraciət etməsi kimi vasitələrə əl atır. Bunlar isə tamamilə Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.2, 153.3 153.4-cü maddələrinin tələblərinə zidd olmaqla həmin maddənin tələblərinin pozulmasıdır. Həmin maddənin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədar iş üzrə icrata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalı idi. Lakin Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyev özünün qəbul etdiyi 29 iyun 2020-ci il tarixli 2(014)-728/2020 saylı qərardadına əsasən İddiaçı Başçısının ərizəsini qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxararaq ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalı olduğu halda bunu etməmişdir. Odur ki, şikayətin təmin edilərək iddia tələbinin rədd ediməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli 2(014)-269/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Ağdaş rayonunda mövcud olmuş “Zəhmət’' kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı ümumi iclasının qərarı ilə məlum olur ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyul 1990-cı il tarixli, 259 nömrəli və Ağdaş rayon XDS-nin 17 iyul 1990-cı il tarixli 14 nömrəli qərarlarına əsasən Ağdaş rayonunun Binələr (keçmişdə Güvəkənd kəndi) kəndi ərazisindən əkin üçün yararsız olan torpaq sahəsindən yaşayış evi tikdirmək məqsədi ilə Ağdaş rayon Binələr kənd sakini X7 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən X7 Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 6801 nömrə ilə qeydə alınmış seriya A 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İşə əlavə edilmiş Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə məlum olur ki, X3 ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş 17 oktyabr 2003-cü il tarixi aktdan məlum olur ki, Ağdaş rayon Binələr kənd ərazisində Ağdaş-Pirəzə avtomobil yolunun sağ kənarından Ləki qəsəbə sakini Cavabdeh1 mağaza tikintisi üçün 0.01 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi avtomobil yolundan yüksək gərginlikli elektrik xəttindən və yüksək təzyiqli qaz xəttindən aralıdır. Ətrafdakı tikintilər heç bir partlayış və yanğın təhlükəsi yaratmır. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş Rayon Şöbəsi tərəfindən verilmiş rəydən məlum olur ki, X5 mağaza tikintisi üçün 0.01 hektar torpaq sahəsi ayrılmasına etiraz etmədiyi bildirilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC 124 saylı, 21 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, X3 məxsus ət satışı dükanı R-l 4 Ağdaş-Ləki avtomobil yolunun 9-cu km hissəsində yolun oxundan 12.2 metr məsafədə sağ tərəfdə yerləşir. Sözügedən yol Respublika əhəmiyyətli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 11 sentyabr tarixli 298 saylı “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının” təsdiq edilməsi haqqında qərarının 1.1 -ci bəndinə əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyənləşdirilmişdir. X3 məxsus ət satışı dükanı avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşir. İşə əlavə edilmiş Ağdaş rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 21 oktyabr 2020ci il tarixli 07-709 saylı Ağdaş rayonu Güvəkənd kənd sakini X3 verilmiş məktubdan məlum olur ki, Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində yerləşən sizə məxsus ət satışı mağazasının inşa edildiyi torpaq sahəsi Ağdaş –Ləki avtomobil yolunun 9-cu km-də və yolun oxundan 12.2 m məsafədə sağ tərəfdə yerləşir. Eyni zamandan sizə məxsus mövcud sənədlər araşdırılmış və məlum olmuşdur ki, torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün heç bir qanunverici sənəd yoxdur. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən özbaşına tikinti hesab edilir. Bununla bağlı rayon İcra Hakimiyyətində sözügedən qanunsuz tikilinin sökülməsinə dair sizə şifahi xəbərdarlıq edilməsi ilə yanası bir daha nəzərinizə çatdırılır ki, qısa müddət ərzində tərəflərindən həmin tikilinin sökülüb götürülməsini təmin etmədiyiniz təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 27 aprel 2019-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Ağdaş rayon Güvəkənd Bələdiyyəsi tərəfindən 16 iyun 2020-ci il tarixli 32 saylı arayışdan məlum olur ki, X8 şəxsə sahibkarlıqla məşğul olmaq üçün ət dükanı tikmək məqsədi ilə 25 sentyabr 2003-cü il tarixində Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 14 saylı protokoluna əsasən Binələr bələdiyyə mülkiyyətindən ona 0.01 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli **********90 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayonun Binələr kəndi ərazisində R-14 Ağdaş-Ləki yolunun 9-cu km hissəsində cavabdehlər tərəfindən inşa olunan tikili yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Mövcud qanunvericiliyinə əsasən (“ Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu 15-1.) yaşayış məntəqəsinin hüdudları daxilində avtomobil yolları üçün qorunma (mühafizə) zolağı nəzərdə tutulmur. Cavabdeh tərəfindən inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. 3-cü sualın cavablandırılması üçün aidiyyati sahə üzrə mütəxəssisə müraciət olunması tövsiyyə olunur. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli 10/3872 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, Ağdaş rayonun Binələr kənd ərazisində R-14 Ağdaş-Ləki yolunun 9-cu km hissəsində cavabdehlər tərəfindən inşa olunan tikili yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir. Mövcud qanunvericiliyə əsasən (“Avtomobil yolları, haqqında” Azərbaycan Respublikasının Qanunu 15-1.) yaşayış məntəqəsinin hüdudları daxilində avtomobil yolları üçün qorunma (mühafizə) zolağı nəzərdə tutulmadığı müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş obyektin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Qərardadın üçüncü sualı üzrə: Təddiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə, layihə sənədləri olmadığı üçün, həmin aparılmalı tikinti işləri Azərbaycan Respublikası Nazilər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Məhkəmə kollegiyası işin mübahisə edilən halları ilə balı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Lakin o da qeyd edilməlidir ki, qüvvədə olan “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Hazırki mülki iş materiallarından isə görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” ilə bağlı məhkəməyə iddiaçı qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi deyil, İddiaçı müraicət etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinə zidd olan haldır. Belə ki, MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz ( M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarı) Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən yol verilmiş qeyd edilən pozuntuya diqqət yetirməmiş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli 2(014)-269/2021 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tаrixli 2(014)-269/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. iş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1890/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1890/2021
29.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver