Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-19/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi ilk tələb, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi qarşılıqlı tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçıun vəkili, həmçinin onun nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi ilk tələb, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi qarşılıqlı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X5 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, 45-BH255 saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzildə olan 74 adda ev əşyalarının alınıb ona verilməsi, Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən avtoyuma məntəqəsinə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0.0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı (sahibkarlıq) torpaq sahəsi üzərində ½ hissədə olan X7 miras payı üzərində vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə və azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X5 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzildə olan 121 adda, 18313 manat dəyərində əşyalara, 20 adda 35590 manat dəyərində qızıl-zinət əşyalarına vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, həmin əşyaların özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun mərhum bacısı X7 əri olmuşdur. Onlar arasında nikah 2016-cı ildə bağlanmışdır. Bacısı 14 iyun 2021-ci ildə uzun müddət davam edən ağır xəstəlikdən sonra vəfat etmişdir. X11 21 iyul 2003-cü il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən əmlakını ona vəsiyyət etmişdir. Sürəyya Şərifova vəfat etdikdən sonra ondan ünvan 1 ünvanında yerləşən mənzil, Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil, avtoyuma məntəqəsi, əyarı 583, çəkisi 15 qram olan nazik sep, əyarı 583, çəkisi 10 qram olan sep, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram olan bismark sep, əyarı 583, çəkisi 70 qram olan bismark sep, əyarı 583, çəkisi 40 qram olan bismark qolbağı, əyarı 583, çəkisi 36 qram olan yolka sep, əyarı 583, çəkisi 22 qram yolka qolbağı, əyarı 583, çəkisi 30 qram olan tros sep, əyarı 583, çəkisi 20 qram olan tros sep, əyarı 583, çəkisi 12 qram bir ədəd nişan üzüyü, əyarı 583, çəkisi 18 qram, karatı 1.5 olan bir dəst qara qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 583, çəkisi 15 qram, karatı 1.2 olan bir dəst ortası yaşıl qaşlı brilyant sırğaüzük dəsti, əyarı 750, çəkisi 12 qram , karatı 1.5 olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi hər biri 6 qram olmaqla ümumi çəkisi 12 qram olan 2 ədəd qızıl üzük, 28 ədəd qızıl dişdən ibarət qızıl-zinət, həmçinin 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, l dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik , 4 ədəd tefal tava, 5-li ,2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əlüzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markalı telefon1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı , 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı , 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı (böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alüminium ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos , 10 ədəd Qoşa yataq dəsti (təzə) , 5 ədəd yataq dəsti-təknəfərlik(təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alüminum qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı (xrustal) , 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət ev əşyaları miras qalmışdır. Mirasın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etmişdir. Ancaq Cavabdeh1 miras əmlakı evdən çıxardığına və avtomobili qanunsuz satdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Cavabdeh1 bacısı vəfat etdiyi gün, hətta o, vəfat etdikdən sonra mərhumun mülkiyyətində olmuş “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin mərhumun ona verdiyi etibarnamə əsasında dostu Cavabdeh2 satılmasını sənədləşdirmişdir. Halbuki bacısı ona müqavilənin mühüm şərtləri, satış qiyməti, satılması barədə hər hansı göstəriş verməmişdir. 14 iyun 2021-ci il tarixdə avtomobil satılarkən Sürəyya Şərifova vəfat etdiyindən, etibarnamə qüvvədən düşmüşdür və vəfat edənə qədər özündə olmamışdır ki, Cavabdeh1 onun iradəsinin nədən ibarət olmasını bilsin. Dəyəri daha yüksək olan avtomobili 21000 manata satmışdır. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1 ona qarşı pul tələbinə dair iddiasının isə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı (cavabdeh) Cavabdeh1 cavabdeh İddiaçı və üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 tərəfindən İddiaçı verilmiş 21 iyul 2003-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı (cavabdeh) Cavabdeh1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mərhum həyat yoldaşı X7 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat, qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat, dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat pul olmaqla, cəmi 18480 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (cavabdeh) Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 1980-cı illərdən mərhum Sürəyya Şərifova ilə faktiki nikah münasibətlərində olmuş, 2016-cı ildə isə aralarında olan faktiki nikahı rəsmiləşdirmişlər. Birgə münasibətlərindən uşaqları doğulmamışdır. Mərhum arvadı Sürəyya Şərifova uzun müddət ankoloji xəstə olmuş və o, onun müalicəsi üçün xeyli xərc çəkmişdir. Ona görə də mərhuma məxsus qızıl əşyalarının çox hissəsini də satıb onun müalicəsinə xərcləmişdi. Həmin əşyaları mərhum özü sağlığında müalicəsi üçün satmışdır. Ondan başqa xərclər çox olduğuna görə ona Rusiya Federasiyasından pul göndərilmiş, həmçinin kredit götürərək müalicə xərcləri, dərman və yol xərclərini ödəmişdir. Bundan əlavə mərhumun yas mərasimlərinin keçirilməsi və qəbir daşı üçün xərclər onun tərəfindən ödənilmişdir. Eləcə də dəfn xərci ona ödənilməli olmasına baxmayaraq, həmin pul məbləği cavabdeh İddiaçı tərəfindən alınmışdır. Ondan başqa mərhumun sağlığında 24 ədəd qızıl dişi olmuş, lakin xəstə yatan vaxt həmin dişləri ağız boşluğunda saxlaya bilmədiyi üçün tez-tez çıxarmışdır. Vəfat edəndən sonra həmin dişlər yoxa çıxmışdır. Mərhum vəfat edəndə evdə çox adam olmuş, o cümlədən İddiaçı da yaxınları orada olmuşdur. Hazırda vəsiyyət üzrə vərəsə olan İddiaçı mərhumun adına olan avtomaşını tələb edir. Halbuki avtomaşın mərhumun adına olsa da, faktiki nikahda olan zaman onun tərəfindən kreditlə alınmışdır. Həmin vaxt onun adına kredit olduğuna görə avtomaşını mərhumun adına almışdır. Ondan sonra da bütün aylıq kredit məbləğini o, ödəmişdir. O barədə olan bütün qəbzləri məhkəməyə təqdim etmişdir. Hesab edir ki, həmin avtomaşın mərhumun sağlığında onun özü tərəfindən verilmiş etibarnamə əsasında özgəninkiləşdirildiyindən, həmçinin avtomaşının kredit borcu onun tərəfindən ödənildiyindən, miras toplusuna daxil edilə və həmin avtomaşından İddiaçı miras payı müəyyən edilə bilməz. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, İddiaçı ona qarşı iddiasının isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1751/2021 saylı qərardadı ilə sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı X2nın vəsiyyət üzrə vərəsəsinin, Cavabdeh1 isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsinin tanınması, X1 miras qalmış, xx.xx.2013-cü il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ona məsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə X2nın mülkiyyətində olmuş, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, X1 miras qalmış əyarı 583, çəkisi 15 qram, dəyəri 1050 (bir min əlli manat) manat olan nazik sep, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan sep, əyarı 583, çəkisi 4 qram, dəyəri 280 (iki yüz səksən) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram, dəyəri 700 (yeddi yüz) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram, dəyəri 350(üç yüz əlli) manat olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark sep, əyarı 583, çəkisi 70 qram, dəyəri 4900 (dörd min doqquz yüz ) manat olan bismark sep, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800 (iki min səkkiz yüz) manat olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram, dəyəri 2520 (iki min beş yüz iyirmi) manat olan yolka sep, əyarı 583, çəkisi 22 qram, dəyəri 1540 (bir min beş yüz qırx) manat olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram, dəyəri 1400 (bir min dörd yüz) manat olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2, dəyəri 1050 (bir min əlli) manat olan, bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5, dəyəri 1080 (bir min səksən) manat olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram, dəyəri 420 (dörd yüz iyirmi) manat olan olan 1 ədəd üzük və dəyəri 2088 (iki min səksən səkkiz) manat olan 24 ədəd qızıl dişdən ibarət 17 adda qızıl-zinət əşyalarının dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildə olan və üzərinə həbs qoyulmuş, 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, 1 dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik, 5-li, 2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əlüzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markalı telefon, 1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı(böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alminimum ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəsti (təzə), 5 ədəd yataq dəsti-təknəfərlik (təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət 73 adda ev əşyalarından vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh (iddiaçı) Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddiaçı (cavabdeh) Cavabdeh1 iddiasının qismən təmin edilməsi, X2nın qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına Cavabdeh1 tərəfindən çəkilmiş 6700 (altı min yeddi yüz) manat məbləğində xərc, ümumi mirasın dəyərindən çıxılıb qanun üzrə vərəsə olan Cavabdeh1 verilməsi, X2nın dəfn xərci üçün ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun 300 (üç yüz) manat məbləğində hissəsinin cavabdeh (iddiaçı) İddiaçı alınıb iddiaçı (cavabdeh) Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı bacısı X2 ilə Cavabdeh1 nikahları xx.xx.2016-cı il tarixdə bağlanmışdır. X9 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. X1 ünvan 1 ünvanında yerləşən mənzil, Dodge Durango markalı, 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil, qızıl-zinət və məişət əşyaları miras qalmışdır. X2 21 iyul 2003-cü il tarixdə vəsiyyətnamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı vəsiyyət etmişdir. Sürəyya Şərifovanın ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələri dairəsinə əri Cavabdeh1 daxil olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşin mübahisə edilən halları ondan ibarətdir ki, vəsiyyət üzrə vərəsə 28 ədəd qızıl dişlə birlikdə 20 adda qızıl zinət və 121 adda məişət əşyalarının miras qaldığını iddia edir. Qanun üzrə vərəsə isə 24 ədəd qızıl dişlə birlikdə 8 adda qızıl-zinət və 120 adda məişət əşyalarının miras qaldığını etiraf edir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, X1 yuxarıda qeyd olunan daşınmaz və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlaklardan başqa 17 adda qızıl-zinət, yəni əyarı 583, çəkisi 15 qram olan nazik sep, əyarı 583, çəkisi 10 qram olan sep, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram olan bismark sep, əyarı 583, çəkisi 70 qram olan bismark sep, əyarı 583, çəkisi 40 qram olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram olan yolka sep, əyarı 583, çəkisi 22 qram olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2 olan bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram , karatı 1.5 olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram olan 1 ədəd üzük və 24 ədəd qızıl diş və 120 adda məişət əşyaları miras qalmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı (cavabdeh) İddiaçı ilkin iddia ərizəsində 12 adda qızıl əşyası və 74 adda məişət əşyası olduğunu göstərmiş və həmin əşyaların da üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə həmin əşyaların üzərinə həbs qoyulması üçün mübahisəli əşyaların olduğu yerə baxış keçirilmişdir. Həmin vaxt 1 adda məişət əşyası, 4 adda isə qızıl-zinət əşyası aşkar edilməmişdir. Ona görə də icra məmuru 8 adda qızıl-zinət və 73 adda məişət əşyalarının üzərinə həbs qoymuş və o barədə protokol tərtib etmişdir. Sonradan tələb olunan qızılzinət əşyaları ilə bağlı isə iddiaçı (cavabdeh) Mabudov X8 şəhər Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş materiallara istinad etmişdir. Belə ki, həmin materialda Cavabdeh1 arvadı X7 vəfat etdiyi gün evdə Sürəyya Şərifovaya məxsus iki ədəd çəkisi 10-15 qram olan boyunbağının, iki ədəd çəkisi 4-5 qram olan üzüyün, iki ədəd çəkisi 5-10 qram olan qolbağın, bir ədəd çəkisi 4-5 qram olan sırğanın və qızıl dişlərin oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmiş, sonradan xx.xx.2021-ci il tarixdə yenidən Polis şöbəsinə müraciət edərək, qeyd edilən qızıl-zinət əşyalarını yaşadığı evdə şkafdan tapdığını və həmin qızılların fotoşəkillərini əlavə etməklə, şikayət və tələbinin olmadığını göstərmişdir. Eləcə də məhkəmə iclası zamanı arvadı X7 24 ədəd qızıl dişi olduğunu bidirmiş və sonradan verdiyi ərizədə isə qızıl dişlərin evdə olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçı (cavabdeh) İddiaçı tələbinin 17 adda qızıl-zinət aid hissəsinə dair istinad etdiyi halları sübut etmişdir. Bundan başqa cehiz əşyaları ilə bağlı iddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh1 təqdim etdiyi qiymətləndirmə rəyinə və həmin rəyə əlavə edilmiş fotoşəkillərə istinad etmişdir. Cavabdeh (iddiaç) Cavabdeh1 da məhkəmə iclası zamanı məişət əşyalarına aid hissəni mübahisələndirməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1, həmçinin 17 adda qızıl-zinət və 120 adda məişət əşyaları miras qalmışdır. Birinci instansiya məhkəməsi, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı hesab etmişdir ki, X2 tərəfindən verilmiş vəsiyyətnamədə miras əmlak İddiaçı vəsiyyət edildiyindən və onun tərəfindən notariat ofisinə ərizə verilməsi ilə həmin mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyindən, İddiaçı vəsiyyət üzrə vərəsə tanınmalıdır. Birinci instansiya məhkəməsi məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı hesab etmişdir ki, Cavabdeh1 mərhumun birinci növbəli yeganə qanun üzrə vərəsəsi olduğuna və məcburi payın həcminin müəyyənləşdirilməsi zamanı vəsiyyət üzrə vərəsə nəzərə alınmadığına görə onun məcburi payı bütün miras əmlakın ½ hissəsində müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının “Dodge Durango” markalı, 2012ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə Cavabdeh2 arasında “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilə dair alqı-satqı müqaviləsi etibarnamə verən şəxs, X2 ölən gün, yəni xx.xx.2021-ci il tarixdə miras açılan gün bağlanmışdır. Göründüyü kimi mübahisəli avtomobilin mülkiyyətçisinin həmin alqı-satqı müqaviləsi bağlanan zaman iradə ifadəsi olmamış, həmçinin onun ağır xəstə olmasını da Cavabdeh2 bilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh2 avtomobili alan vaxt vicdanlı olmamışdır. Bununla belə birinci instansiya məhkəməsi, həmçinin nəzərə alır ki, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt Cavabdeh2 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də məhkəmə iddianın avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi hissəsində əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi miras qalmış 120 adda məişət əşyalarının dəyəri ilə bağlı qeyd etmişdir ki, tərəflərin təqdim etdiyi mütəxəssis rəylərində göstərilən qiymətlər kəskin şəkildə birbirindən fərqləndiyinə, tərəflər ümumi razılığa gəlmədiklərinə, həmçinin həmin əşyalar real mövcud olduğuna görə həmin məişət əşyalarının hər birinin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi, miras toplusuna daxil olan məişət əşyalarından vərəsələrinin payının ½ hissədə müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh1 iddiasının İddiaçı mərhum həyat yoldaşı X7 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat məbləğində pulun alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi, həmçinin iddianın qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat və dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə miras qoyanın qəbirüstü abidəsi Cavabdeh1 vəsaiti hesabına inşa edilmiş və iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, həmin qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün çəkilmiş xərc 6700 manat təşkil etmişdir. Ona görə də qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, təqdim edilmiş ödəniş qəbzinə görə dövlət tərəfindən ödənilmiş 600 manat dəfn xərci isə tam şəkildə vəsiyyət üzrə vərəsə İddiaçı tərəfindən alınmışdır. Ona görə də həmin məbləğin ½ hissəsi, yəni 300 manat məbləğində hissəsi İddiaçı alınıb Cavabdeh1 verilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 1133.1, 1146, 1179, 1180, 1115.1, 1152, 1157, 1134.2, 1196, 1243.2, 1193, 1202.2, 1243.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 117, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi avtomobilə münasibətdə onun ½ hissədə əmlak payını müəyyən etsədə avtomobili idarəçiliyinə qaytarmamaqda haqlı deyildir. Digər tərəfdən mərhumun əmlaklarını ələ keçirən cavabdehdən qızılların tam təmin edilməməsi əsassızdır. Halbuki, məhkəməyə təqdim etdiyi çoxsaylı şəkillərdə, hətta mərhumun qəbirdaşı şəklində də həmin qızıllar təsvir olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Ancaq məhkəmə bu barədə vəsatətini təmin etməmişdir. Mütəxəssis rəyi sübut növü kimi nəzərdə tutulmamışdır. Məhkəmə isə mötəbər sübuta istinad etmədən bölünməli əmlakların dəyərini azaltmışdır. Eyni sübut növü ilə də mərhumun qəbirdaşının düzəldilməsinə çəkilmiş 6700 manat xərcin bölünməsinə dair iddianı təmin etmişdir. Qeyd edilənləri nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın tam təmin, Cavabdeh1 iddiasının qəbirdaşının hazırlanmasına çəkilmiş xərcin 6700 manat müəyyən edilməsi hissəsinin ləğv edillib həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini “Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X. Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi barədə” hissədə baxılmamış saxlanması qanunsuzdur və MPM-nin tələblərindən kənardır. Bundan əlavə qərardad ləğv olunduğu halda işə mahiyyəti üzrə baxılarsa məhkəmə aşağıda göstərilən halları nəzərə almalıdır. Belə ki, hakim qərardadda Mülki Məcəllənin 1152-ci maddəsinə istinad edərək ilkin iddia üzrə İddiaçı vəsiyyət üzrə vərəsə olmasını qeyd etmiş və sözügedən maddənin tələblərindən də görünür ki, vəsiyyət üzrə vərəsə olan İddiaçı vəsiyyət üzrə vərəsə olması nəzərə alınmaqla mülkiyyətdə olmayan və heç bir mülkiyyət sənədi olmayan avtoyuma məntəqəsinin vəsiyyət üzrə vərəsənin hüquqlarının tanınması qanunsuzdur. Məhkəmə MM-nin 1152-ci maddəsinə əsasən iddianı həmin hissədə də rədd etməlidir. Bundan əlavə qətnamədə göstərilən avtomobilə qiymət qoyulmamasından da narazıdırlar. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən avtomobil satılmış və özgəninkiləşdirilmişdir. Sözügedən “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil satılan zaman X4 olmuşdur və iş materiallarından da görünür ki, sözügedən avtomobilin pulu da onun tərəfindən ödənilmişdir. Sürəyya Şərifova avtomobilin satılması (özgəninkiləşdirilməsi) barədə ümumi etibarnamə verməkdə məqsədi avtomobilin onun tərəfindən satılmasını istəməsidir. Buna mərhumun iradə ifadəsi olmuşdur ki, buna da səbəb Sürəyya Şərifovanın müalicələrinə külli miqdarda xərcin çəkilməsidir. Ona görə də iddia həmin hissədə əsassızdır və rədd olunmalıdır. Bundan əlavə iddianın birinci instansiya məhkəməsində göstərilən qaydada təmin olunması isə tam qanunsuzdur. Belə ki, avtomobil satılmış və bununla əlaqədar sənədlər iş materiallarında var. O, avtomobili satdığı zaman S.Şərifova sağ idi və onun xəstəliyi ilə əlaqədar borcları ödəməkdən ötrü satılmışdır. Avtomobili alan Cavabdeh2 vicdanlı alıcıdır. O, avtomobilin pulu ilə S.Şərifovanın xəstəliyi ilə əlaqədar yaranmış borcları ödəmişdir. Bundan əlavə qətnamədə “Onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə X2nın mülkiyyətində olmuş, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan onun məcburi payı ½ hissədə müəyyən edilməsi” qət edilmişdir. Lakin qətnamə bu hissədə də qanunsuzdur və icra olunması qeyrimümkündür. Bu cür qaydada iddianın təmin olunması mübahisənin həlli deyil əksinə yeni məhkəmə proseslərinin yaranması və qətamənin reallıqda icra olunmaması deməkdir. Halbuki, qətnamədə satılmış avtomobilin dəyəri də bölünə bilərdi. Bundan əlavə qətnamədə ev əşyalarının dəyəri göstərilməmişdir. Bu da öz növbəsində qətnamənin icra olunmamağına gələcəkdə əsas verəcəkdir. Ona görə də əmlakların dəyəri də qətnamədə müəyyən olunmalıdır. Belə ki, evdə aşkarlanan əmlakların naturada bölünməsi mümkün olmadıqda onların dəyərinə görə eyni dəyərli əşyaların bölünməsi məqsədə müvafiq olar. Belə ki, qətnamədə göstərilən sadə bir formada iki qiyməti fərqli olan televizorun naturada qiymət qoyulmadan bölünməsi qeyrimümkündür. Ona görə də qətnamə həmin hissədə də dəyişdirilməlidir. Qeyd edilənləri nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, öz şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın tam təmin, Cavabdeh1 iddiasının qəbirdaşının hazırlanmasına çəkilmiş xərcin 6700 manat müəyyən edilməsi hissəsinin ləğv edillib həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, öz şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası MM-nin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-cı maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, öz şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın tam təmin, Cavabdeh1 iddiasının qəbirdaşının hazırlanmasına çəkilmiş xərcin 6700 manat müəyyən edilməsi hissəsinin ləğv edillib həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, öz şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmaısını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi, miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 96/2022 saylı, 19 iyul 2022-ci il tarixli saylı qətnaməsi mübahisələndirilən Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi, miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia mübahisələndirilən Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə təmin edilməməli, mübahisələndirilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri ekpert rəyinə uyğun 18163,00 manat müəyyən olunmalı, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı bacısı X2 ilə Cavabdeh1 nikahları xx.xx.2016-cı il tarixdə bağlanmışdır. X9 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. X1 ünvan 1 ünvanında yerləşən mənzil, Dodge Durango markalı, 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil, qızıl-zinət və məişət əşyaları miras qalmışdır. X2 21 iyul 2003-cü il tarixdə vəsiyyətnamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı vəsiyyət etmişdir. Sürəyya Şərifovanın ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələri dairəsinə əri Cavabdeh1 daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi avtomobilə münasibətdə onun ½ hissədə əmlak payını müəyyən etsədə avtomobili idarəçiliyinə qaytarmamaqda haqlı deyildir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, mübаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mülkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Birinci instansiya məhkəməsi iddianı avtomobilə aid hissədə təmin edərkən Cavabdeh2 vicdanlı alıcı olmamamaqla, müqavilə bağlanarkən X2nın xəstə olması barədə Cavabdeh2 məlumatlı olmasını qeyd etsə də, lakin bu halı heç bir sübutla əsaslandırmamışdır. Bundan başqa, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt Cavabdeh2 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də avtomobil miras əmlakına daxil olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı həmin avtomobilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi çoxsaylı şəkillərdə, hətta mərhumun qəbirdaşı şəklində də qızıllar təsvir olunmuşdur. Birinci instansiya məhkəməsinə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Ancaq məhkəmə bu barədə vəsatətini təmin etməmişdir. Məhkəmə əşyaların dəyərini qiymətləndirərkən müxtəlif mütəxəssislərin rəylərinə istinad etmişdir. Lakin mütəxəssis rəyi sübut növü kimi nəzərdə tutulmamışdır. Məhkəmə isə mötəbər sübuta istinad etmədən bölünməli əmlakların dəyərini azaltmışdır. Eyni sübut növü ilə də mərhumun qəbirdaşının düzəldilməsinə çəkilmiş 6700 manat xərcin bölünməsinə dair iddianı təmin etmişdir. Kollegiya hesab edir şikayətin bu dəlili əsassızdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində 20 adda qızıl-zinət əşyasının miras qalmasını bildirməsinə baxmayaq birinci instansiya məhkəməsində 17 adda qızılzinət əşyasının miras qalması sübut olunmuş, digər 3 qızıl-zinət əşyasının mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 6 fevral 2023-cü il tarixli 9/8939 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 34080 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilliant qaşların qiymətini müəyyən etmək üçün həmin brilliant qaşlara baxış keçirmədən onların keyfiyyətlini müəyyən etmək mümükün deyildir. Bu səbədən də, brilliant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. 2-ci sual üzrə "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabatında qeyd edilən göstəricilərə əsasən Mingəçevir şəhərinin Mingəçevir kənd qəbristanlığında yerləşən X7 adına quraşdırılmış məzar daşının hazırki vəziyyətə gətirilməsi üçün çəkilən xərcin real bazar dəyəri təxminən 6700 manat təşkil edir. Məhkəmə kollegiyasının 30 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 9 iyun 2023-cü il tarixli 9/3065 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə 16 adda qızıl-zinət əşyalarının yeni vəziyyətdə orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25440 manat, işlənmiş və ya lom kimi qiyməti təxminən 20049 manat müəyyən olunur. Digər bir adda (cədvəlin 17-ci qrafasında göstərilən) qızıl dişlər haqqında kifayət qədər məlumat (əyarı, çəkisi və s.) olmadığından həmin qızıl dişlər üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: 14-cü qrafada göstərilən qızıl zinət əşyasının üzərində olan brilliant qaşların mənşəyi, ölçüsü, sayı, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı 2-ci sual üzrə ekspert əmtəəşünasın tədqiqat obyekti (qəbirüstü baş daşının və qəbir abidəsinin bütövlüklə abadlaşdırılmasına çəkilən xərclər) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. 3-cü sual üzrə qeyd olunan xüsusiyyətlərə müvafiq aparılmış tədqiqat nəticəsində, internet (sayt: Azturbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 35000 manat müəyyən olunur. 4-cü sual üzrə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 18163,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2023-cü il tarixli 9/3065 nömrəli rəyi ilə 16 adda qızıl-zinət əşyalarının yeni vəziyyətdə orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25440 manat, işlənmiş və ya lom kimi qiyməti təxminən 20049 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hər iki tərəfin mənafeyini nəzərə alaraq, qızıl-zinət əşyasının qiymətini ortaq məxrəcə gələrək 22290 manat müəyyən etmişdir. Kollegiya hamçinin qeyd edir ki, qızıl-zinət əşyası miras əmlakı kimi hər iki tərəf arasında paylarına uyğun bölündüyü üçün onların qiymətinin müəyyənləşdirilməsinin iş üçün müstəsna əhəmiyyəti yoxdur. Çünki paylar bərabər olmaqla qiymətlərin yuxarı müəyyən olunması onların hər hansı birinin payının artması və ya azalmasına səbəb olmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6 fevral 2023-cü il tarixli 9/8939 nömrəli rəyindən görünür ki, X13 qızının adına quraşdırılmış məzar daşının hazırki vəziyyətə gətirilməsi üçün çəkilən xərcin real bazar dəyəri təxminən 6700 manat təşkil edir. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə miras qoyanın qəbirüstü abidəsi Cavabdeh1 vəsaiti hesabına inşa edilmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, həmin qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün çəkilmiş xərc 6700 manat təşkil etmişdir. Ona görə də qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə görə əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Cavabdehin şikayətinin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini “Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X. Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi barədə” hissədə baxılmamış saxlanması qanunsuzdur və MPM-nin tələblərindən kənardır. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinin, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi” barədə hissəsi baxılmamış saxlanılmışdır. Cavabdeh (iddiaçı) Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(107)-1258/2022 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi iddia tələbinin həmin hissəsinin baxılmamış saxlanılmasına dair qanuni qüvvədə olan qərardad mövcuddur. Eyni zamanda kollegiya bildirir ki, iddiaçının həmin tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmamışdır. O, həmin tələbin baxılmamış saxlanılmasına əsas olmuş hallar aradan qalxdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Ona görə kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Cavabdehin şikayətinin ikinci dəlili ondan ibarətdir ki, qətnamədə ev əşyalarının dəyəri göstərilməmişdir. Bu da öz növbəsində qətnamənin icra olunmamağına gələcəkdə əsas verəcəkdir. Ona görə də, əmlakların dəyəri də qətnamədə müəyyən olunmalıdır. Belə ki, evdə aşkarlanan əmlakların naturada bölünməsi mümkün olmadıqda onların dəyərinə görə eyni dəyərli əşyaların bölünməsi məqsədə müvafiq olar. Belə ki, qətnamədə göstərilən sadə bir formada iki qiyməti fərqli olan televizorun naturada qiymət qoyulmadan bölünməsi qeyri-mümkündür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2023-cü il tarixli 9/3065 nömrəli rəyi ilə əşyaların orta bazar qiyməti müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərardadda göstərilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 18163,00 manat müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, mübahisələndirilən əşyaların dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyun 2023-cü il tarixli 9/3065 nömrəli rəyinə uyğun müəyyən olunmalıdır. Cavabdehin şikayətinin son dəlili ondan ibarətdir ki, avtomobil satılmış və bununla əlaqədar sənədlər iş materiallarında var. O, avtomobili satdığı zaman S.Şərifova sağ idi və onun xəstəliyi ilə əlaqədar borcları ödəməkdən ötrü avtomobil satılmışdır. Avtomobili alan Cavabdeh2 vicdanlı alıcıdır. O, avtomobilin pulu ilə S.Şərifovanın xəstəliyi ilə əlaqədar yaranmış borcları ödəmişdir. Bundan əlavə qətnamədə “Onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə X2nın mülkiyyətində olmuş, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan onun məcburi payının ½ hissədə müəyyən edilməsi” qət edilmişdir. Lakin qətnamə bu hissədə də qanunsuzdur və icra olunması qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə X2nın mülkiyyətində olmuş, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsi ilə razılaşmır. Məhkəmə kollegiyası “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilə dair iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədоvаnın şikаyəti üzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mülkiyyətçisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın müəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mübаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1 və 166.2-ci maddələrinə görə daşınan əşyaya kim sahiblik edirsə, ehtimal olunur ki, həmin şəxs o əşyanın mülkiyyətçisidir. İndi daşınan əşyaya faktiki sahiblik edən şəxs həqiqətdə həmin əşyanın mülkiyyətçisi olmadığı halda onun mülkiyyətçi olduğuna haqlı olaraq ehtimal verərək sözügedən daşınan əşya üzərində mülkiyyət haqqı əldə etmək istəyən vicdanlı üçüncü şəxslərin bu etimadı qorunurmu? Bu suala olan ümumi cavab MM-in 181.4 və 182-ci maddələrində nəzərdə tutulan ümumi müddəalar ilə tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur”. Göründüyü kimi, MM-in 182.1-ci maddəsinin ilk cümləsində əşya başqasının mülkiyyətində olmasına baxmayaraq onun vicdanlı əldə edilməsi hallarında əldə edənin mülkiyyətçi hesab olunduğu bildirilməklə vicdanlılığın qorunmasına dair əşya hüququ prinsipi öz təsdiqini tapmışdır. Eyni maddənin 2-ci cümləsində vicdanlılıq deyilərkən nəyin nəzərdə tutulduğuna, 3-cü cümləsində isə bu vicdanlılıq halının (faktının) nə vaxt olması lazım gəldiyinə aydınlıq gətirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinin birinci cümləsində isə daşınan əşyalara olan mülkiyyət (və əslində həm də digər əşya haqları olaraq məhdud əşya haqlarının) haqqının əldə edilməsi baxımından vicdanlılığın qorunmadığı hallar, yəni daşınan əşyalar baxımından vicdanlılıq prinsipinin istisnaları göstərilmişdir. Eyni maddənin (MM.m. 182.2) 2-ci cümləsində isə, onun 1-ci cümləsində vicdanlılığın qorunmaması ilə bağlı nəzərdə tutulan bu istisnaların tətbiq olunmadığı əşyalar da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsi bu kimi hallarda əsasən vicdanlılığın (yəni görünüşə etimad edənin bu etimadının) qorunacağını bildirsə də, sonradan 2-ci bəndində buna çox geniş bir şəkildə məhdudiyyət (istisna) qoymuşdur. MM-in 182.2-ci maddəsinə görə pul, sənədli qiymətli kağızlar və aukisonda özgəninkiləşdirilən əşyalar xaricində qalan digər daşınan əşyalar barəsində vicdanlılıq iki halda qorunmur: 1- əşya mülkiyyətçinin vasitəsiz sahibliyindən iradəsi xaricində çıxdıqda, 2- üçüncü şəxs daşınan əşyanı əvəzsiz əldə etdikdə. Düzdür, MM-in 182.2-ci maddəsində mülkiyyətçinin iradəsinin ziddinə olaraq çıxan sahibliyin hansı növ (yəni vasitəli və ya vasitəsiz) sahiblik olduğu xüsusi şəkildə qeyd olunmasa da, burada sözügedən sahibliyin vasitəsiz sahiblik olduğuna şübhə edilməməlidir. Belə ki, həm MM-in 182.2-ci maddəsində sadalanan halların hamısı vasitəsiz sahibliyin itirilməsi hallarına aiddir, həm də başqa cür olması işin mahiyyəti baxımından mümkün deyildir. Çünki bir anlığa sözügedən bu maddənin yalnız vasitəsiz sahiblik deyil, həm də vasitəli sahibliyin itirilməsi hallarına da aid olduğunu qəbul etsək, onda daşınan əşyalar üzərində mülkiyyət və s. əşya haqlarının vicdanlı əldə edilməsi mümkünsüz olar. Yəni vasitəli sahibliyin itirilməsi hallarında da vicdanlılıq qorunmasa, onda bu o deməkdir ki, daşınan əşyaların vicdanlı əldə edilməsi mümkün deyildir. Belə bir nəticə isə həm əşya hüququnda hamılıqla qəbul edilən vicdanlılığın qorunması prinsipinə, həm MM-in 182.1-ci maddəsinə, həm də MM-in 182.2-ci maddəsinin elə birbaşa özünə kökündən zidd olduğuna görə qətiyyən qəbul edilməzdir. Beləliklə, daşınan əşyalara olan vasitəsiz sahiblik onun mülkiyyətçisinin iradəsi xaricində çıxdığı hallarda həmin daşınan əşyaları əldə edən üçüncü şəxslərin vicdanlılığı qorunmur, yəni onlar əldə etmə vaxtında vicdanlı olsalar belə, yenə də həmin vaxt sözügedən daşınan əşyalara mülkiyyət və s. əşya haqlarını əldə edə bilmirlər. Ancaq pul, sənədli qiymətli kağızlar və hərracda özgəninkiləşdirilən əşyalara olan vasitəsiz sahiblik mülkiyyətçinin iradəsi xaricində əlindən çıxmış olsa belə, sözügedən əşyaları əldə edən üçüncü şəxslərin vicdanlılığı qorunur. Daşınan əşyalara olan vasitəsiz sahiblik onun mülkiyyətçisinin iradəsi daxilində başqasına keçmişsə, onda sözügedən daşınan əşyaları əvəzli olaraq əldə edən üçüncü şəxslərin vicdanlılığı qorunur. Yəni bu son qeyd olunan hallarda vicdanlı üçüncü şəxslər daşınan əşyalara olan mülkiyyət və s. əşya haqları əldə edirlər. Kollegiya hesab edir ki, Cavabdeh1 mübahisələndirilən avtomobili etibarnamə əsasında satdığından həmin vaxt avtomobili alan Cavabdeh2 mübahisəli avtomobili alarkən Cavabdeh1 adına verilmiş etibarnaməyə etimad göstərərək üçüncü şəxslərin hüquqlarından azad əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də avtomobil miras əmlakına daxil edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsində və mirar qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi, miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair hissədə təmin edilməməli, mübahisələndirilən əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri ekpert rəyinə uyğun 18163,00 manat müəyyən olunmalı, qətnamə mübahisələndirilən digər hissələrədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş “Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi və miras qalmış ev əşyalarının dəyərinin müəyyən edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi “Dodge Durango” markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X1 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payının ½ hissədə müəyyən edilməsi hissəsində təmin edilməsin. Mübahisələndirilən ev əşyalarının orta bazar qiyməti ekspert rəyinə uyğun olaraq 18163,00 manat müəyyən olunsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 150 (yüz əli) manat pulun 75 (yetmiş beş) manatı İddiaçı, 75 (yetmiş beş) manatı isə Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-19/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-19/2024
25.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver