Məhkəmə qərarları › İş №2(107)-1905/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1905/2020

04.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1905/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi,İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnаməsi ilə(hakim Pərviz Hacıyev) İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinə düşən istixanaların Cavabdeh faktiki istifadə etdiyi 0.1764 ha olan torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsinin Cavabdeh hesabına sökülməsi, Cavabdeh «cavabdeh İddiaçı Bəxtiyar oğluna 1200 m2 torpaq sahəsinin verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus eni 4.4 metr olmaqla sərhədboyu hissədə etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, 300 (üç yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən inşa edilmiş istixanaların ona məxsus torpaq sahəsində yerləşən hissəsinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxx 2020-ci il tarixdə, 2(075)- 664/2020 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı Bəxtiyar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bəxtiyar oğluna 1200 m2 torpaq sahəsinin verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus eni 4.4 metr olmaqla sərhədboyu hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxx 2020-ci il tarixdə, 2(075)- 773/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-773/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-664/2020 və 2(075)- 773/2020 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. İşə məhkəmədə baxılarkən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X11 Hakimiyyəti başçısının xx xxxxx 1992-ci il tarixli, 191 saylı sərəncamı ilə ona bağçılıq məqsədilə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Texnikanın köməyi ilə ərazi zibildən və kol-kosdan təmizləndikdən sonra bağçılıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Bu isə qardaşlarını və özünə yaxın bildiyi iki nəfər başqa şəxsi cəlb etmişdir. X11 Hakimiyyəti başçısının xx xxxx 1994-cü il tarixli, İ/395 saylı sərəncamı ilə Vaqif Həşimov və Cavabdeh hər birinin adına Kiş çayının sol sahilində S.Mümtaz küçəsi ilə L.Abdullayev küçəsinin kəsişdiyi yerdən cənub istiqamətdə daşlıq sahədən 1200 kv.m torpaq sahəsi verilmişdir. 2014-cü ildə Cavabdeh özünə aid torpaq sənədlərini ondan almış və istixana fəaliyyəti ilə məşğul olmağa başlamışdır. İstixananı quraşdırarkən cavabdehə xəbərdarlıq etmiş, ona tələsməməsini, torpaqlarının sərhədlərinin hələ müəyyən edilmədiyini bildirmişdir. Cavabdeh öz növbəsində problem olmadığını, əgər ölçüdən artıq hissə olarsa sökə, yaxud pul ödəyib alacağını bildirmişdir. 2016-cı ilin oktyabr ayında ona və Vaqif Həşimova aid torpaq sahələri özəlləşmiş, sonuncu ailə vəziyyəti ilə əlaqədar özünə məxsus torpaq sahəsini ona satmışdır. Məlum olmuşdur ki, Cavabdeh özünə aid 1200 kv.m torpaq sahəsinin sərhədlərini aşmış, istixanaların 2.4 m-lik hissəsi faktiki olaraq onun mülkiyyətində olan torpaqda yerləşir. Verdiyi sözü cavabdehin yadına salaraq istixanaların ona aid torpaq sahəsinə düşən hissəsini sökməyi xahiş etsə də, sonuncu bundan yayınmışdır. Artıq uzun müddətdir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ona qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi» tələbinə dаir iddiasına münasibət bildirərək göstərmişdir ki, çıxarışın alınması zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. Odur ki, Cavabdeh ona qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi» tələbinə dаir iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ona X11 Hakimiyyəti başçısının xx xxxx 1994- cü il tarixli, 1/395 №li sərəncamı əsasında şəhərin S.Mümtaz küçəsi ilə L.Abdullayev küçəsinin ilə kəsişdiyi yerdən cənub istiqamətdə, Kiş çayımın sol sahilində 1200 m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasına dair sxem təsdiqlənərək ona verilmişdir. Daşlıq sahə olan həmin ərazini daşdan təmizləyərək bağçılıq fəaliyyəti üzrə istifadə etmişdir. Həmin vaxt İddiaçı da həmin ərazidən onunla həmsərhəd olmaqla torpaq sahəsi eyni qaydada verilmişdir və halhazıradək hər kəs öz yerindən istifadə edir. Cavabdeh İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq ona məxsusdur. O, hüquq müəyyənedicisənəd alarkən torpaq sahəsinin aşağı hissəsindən yol saxlayaraq 4.4 metr ona aid toıpaq sahəsinə keçməklə çıxarış almışdır. Onun saxladığı yol mövcud olmamış və işin bu halı torpaq sahəsinin ayrılması sənədi ilə təsdiq olunmuşdur. Yaranmış vəziyyətdə o, məcburiyyət qarşısında qalaraq hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Tələbinin əsası odur ki, hazırkı iş üzrə cavabdehə çıxarış verilərkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, ona məxsus torpaq sahəsi tam olaraq yerində olmuş, hazırda da yerindədir. Lakin torpaq sahəsinin alt tərəfindən özü üçün yol saxlamışdır. 1200 m2 torpaq sahəsinə dair çıxarış ona məxsus torpaq sahəsinin eni 2.4 metr olmaqla verilmişdir. Odur ki, hesab edir ki, cavabdehin təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarış torpaq sahəsinin eni 4.4 metr olmaqla sərhədboyu hissə əsassız verildiyindən həmin hissədə etibarsız hesab edilməlidir Birinci instansiya məhkəməsinin iclаsında Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ona qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiasına münasibət bildirərək qeyd etmişdir ki, ona məxsus istixaların bir hissəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinə düşür. Lakin İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ona məxsus olduğundan iddianı qəbul etmir. Odur ki, İddiaçı ona qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X9 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X8 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini özünün iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclаsında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdeh İddiaçı Bəxtiyar oğlunun iddiasının təmin edilməməsi, onun iddiasının isə təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan X11 Hakimiyyəti başçısının xx xxxx 1994-cü il tarixli, İ/395 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Kiş çayının sol sahilində S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətdə daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə 1200 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan X11 Hakimiyyəti başçısının xx xxxx 1994-cü il tarixli, İ/395 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X3 Kiş çayının sol sahilində S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətdə daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə 1200 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1664/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, X2 adına verilmiş RX seriyalı, xx xxxxxx 2015-ci il tarixli, ******* №li və İddiaçı Bəxtiyar oğlunun adına verilmiş RX seriyalı, xx xxxxxx 2015-ci il tarixli, ******* №li hüquqların yüklülüyünün qeydiyyata alınması barədə çıxarışın daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması barədə çıxarışlarla dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X4 ilə İddiaçı Bəxtiyar oğlu arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-157 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsini 2000 manata İddiaçı Bəxtiyar oğluna satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı Bəxtiyar oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, 209 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan istixanaların cənub tərəfdən az bir hissəsi, yəni Cavabdeh faktiki istifadə etdiyi 0.1764 ha olan torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları daxilindədir. Cavabdeh adına X11 Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli, 1/395 saylı sərəncamına əsasən Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş sxemdə göstərilən torpaq sahəsi mübahisə predmeti olan istixanaların yerləşdiyi torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdeh adına X11 Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli, 1/395 saylı sərəncamına əsasən Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş sxemdə ayrılmış torpaq sahəsi bənddən başlayaraq cənub istiqamətdə 40 metr, şərq istiqamətə 30 metr olmaqla sahəsi 1200 kv.m göstərilmişdir. Lakin yer səthi üzərində cavabdeh tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 1764 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsi Autocad proqramında işlənilmiş sxemdə izahlı şəkildə göstərilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, X7 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda götərilən maddələrinə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X7 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dаir iddiası təmin, iddiаçı Cavabdeh İddiaçı Bəxtiyar oğluna qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi» tələbinə dаir iddiası rədd edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxx 2020- ci il tarixli, 209 saylı ekspert rəyi ilə mübahisə predmeti olan istixanaların cənub tərəfdən az bir hissəsi, yəni Cavabdeh faktiki istifadə etdiyi 0.1764 ha olan torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları daxilində olduğu, Cavabdeh adına X11 Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli, 1/395 saylı sərəncamına əsasən Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş sxemdə göstərilən torpaq sahəsi mübahisə predmeti olan istixanaların yerləşdiyi torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı Cavabdeh tərəfindən inşa edilmiş istixanaların ona məxsus torpaq sahəsində yerləşən hissəsinin cavabdehin hesabına sökülməsi, Cavabdeh isə cavabdeh İddiaçı Bəxtiyar oğluna 1200 m2 torpaq sahəsinin verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus eni 4.4 metr olmaqla sərhədboyu hissədə etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsiİddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mübahisə predmeti olan istixanaların Cavabdeh faktiki istifadə etdiyi 0.1764 ha olan torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018- ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları daxilindədir. Cavabdeh adına X11 Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli, 1/395 saylı sərəncamına əsasən Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş sxemdə göstərilən torpaq sahəsi mübahisə predmeti olan istixanaların yerləşdiyi torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehin istifadəsinə iddiaçı tərəfindən verilməmişdir. Bir sözlə, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədir. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsinə düşən istixanalar cavabdehin hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh İddiaçı Bəxtiyar oğluna qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi» tələbinə dаir iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Birinci instansiya məhkəməsi tədqiqi zamanı müəyyən olundu ki, X11 Hakimiyyəti başçısının xx xxxx 1994-cü il tarixli, İ/395 saylı sərəncamına əsasən Cavabdeh və X2 hər birinə Kiş çayının sol sahilində S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətdə daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə 1200 kv.m torpaq sahəsi verilmişdir. X4 özünə məxsus torpaq sahəsini İddiaçı satmış, sonuncu həmin torpaq sahəsini xx xxxxxx 2018-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh İddiaçı Bəxtiyar oğluna 1200 m2 torpaq sahəsinin verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus eni 4.4 metr olmaqla sərhədboyu hissədə etibarsız hesab edilməsini xahiş etsə də, cavabdeh İddiaçı Bəxtiyar oğluna məxsus çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmiş, hətta Cavabdeh adına X11 Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli, 1/395 saylı sərəncamına əsasən Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş sxemdə göstərilən torpaq sahəsi mübahisə predmeti olan istixanaların yerləşdiyi torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı Bəxtiyar oğlunun tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı tam mülkiyyətində olan Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.12 ha torpaq sahəsinə düşən istixanaların Cavabdeh faktiki istifadə etdiyi 0.1764 ha olan torpaq sahəsinin cənub tərəfdən 0.0286 ha hissəsi cavabdehin hesabına sökülməlidir. İddiaçı Cavabdeh «cavabdeh İddiaçı Bəxtiyar oğluna 1200 m2 torpaq sahəsinin verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus eni 4.4 metr olmaqla sərhədboyu hissədə etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin, Cavabdeh iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi İddiaçı iddiasının təmin, Cavabdeh iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul edərkən düzgünnəticəyəgəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar