Məhkəmə qərarları › İş №2(107)-1905/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1905/2021

02.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1905/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə İddiaçı1 Cavabdeh, X3, X4 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)- 597/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş atası X5 qalmış Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsinə və vərəsəliyin açılma yerinin –Yevlax rayonu Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, öz iddiasından imtina etdiyini və mirasın İddiaçı1 tərəfindən qəbul edilməsini bildirmişdir. İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş atası X5 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-597/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X5 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlakın X10 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-597/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X17 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. Mərhum atası X17 həyatda olduğu müddətdə onun qayğısına qalan və ona qullqu göstərən, eləcə də vəfatı ilə əlaqədar yas mərasimini təşkil edilməsində özü iştirak etmişdir. Atasının sağlığında da, onun ölümündnən sonra da Yevlax şəhəri, H.Hacıyev 22/7 ünvanında yaşamışdır. 06 avqust 2020-ci il taixdə atasından onlara qalmış mirasın - Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-də 3/4 hissəsini qəbul edərək, həmin hissəyə çıxarış əldə etmişdir. Mənzilin 1/4 hissəsi isə hələ də mərhum atası X7 adında qalmışdır. Atası sağlığında qardaşı Sahibə mülk vermişdir. Lakin Sahib həmin mülkü satmışdır. Sahib atasının ölümündən də əvvəl miras qalmış evdən çıxmışdır. Mirasdan heç nə qəbul etməmişdir. Mirası faktiki olaraq o qəbul etmişdir. İki il öncə Sahib yaşadıqları evə gəlmişdir. Həmin gündə də aralarında mübahisələr başlamışdır. X22 xidmət mərkəzinin notariat kontorundan Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-də 1/4 hissəyə vərəsəlik şəhadətnaməsi almaq istəyərkən, adı çəkilən qurumdan ona verilmiş məktubda bildirilib ki, Cavabdeh mirası faktiki qəbul etdiyinə görə miras payı açıq saxlanılır və açıq saxlanılan 1/4 hissəyə görə vərəslik haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu mübahisənin iddia qismində verilməsinə səbəb odur ki, cavabdeh mirasla bağlı mübahisə açmışdır. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar etmiş və onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O həmin evdə atasının vəfatından sonra Sevda və Zəhranın, eyni zamanda özünün yaşadığını bildirmişdir. Mirası Sevdanın qəbul etdiyini deməmişdir. Onun fikirləri təhrif edilmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-597/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Maraqlı şəxs məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-597/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 05 mart 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 13 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı2 xx xxxxxx 1942-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 10 avqust 2020-ci il tarixli 205 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı1 Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixli 253 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı2 Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixli 252 saylı verilmiş arayışından məlum olur ki, X2 şəhəri, H.Hacıyev küçəsi 22/7 mənzilin sahibidir. Aşağıda qeyd olunan şəxslər mərhumun vəfatından öncə, sonrada həmin ünvanda yaşamayıblar: oğlu Cavabdeh; gəlini X11. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 22 sentyabr 2020-ci il tarixli 260 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı1 atası mərhum X12 xəstə olduğu müddətdə baxmışdır və yas mərasimini vermişdir. İddiaçı1 mərhum atasından öncə həmin ünvanda yaşamışdır və hal-hazırda da həmin mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 avqust 2020-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 22, mənzil 7 3/4 hissədə İddiaçı1 və 1/4 hissədə X12 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 mart 2020-ci il tarixli 675 saylı arayışından məlum olur ki, X17 30 aprel 2006cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X22 Xidmət Mərkəzində Notariat ofisinin 19 oktyabr 2020-ci il tarixli 1351 saylı məktubundan məlum olur ki, İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyil. İmtina barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 1967-ci il tarixli AZ 093568 saylı evlənmək haqqında şəhadətnamədən məlum olur ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 1967-ci il tarixli AZ 093568 saylı evlənmək haqqında şəhadətnamədən məlum olur ki, X17 ilə X6 15 dekabr 1967-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 31 mart 2021-ci il tarixli 240 saylı məktubundan məlum olur ki, mərhum X17 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 01.11.2005-ci il tarixli 331 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncunun yaşayış yeri Yevlax rayon H.Hacıyev küçəsi ev 22, mənzil 7 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 31 mart 2021-ci il tarixli 240 saylı arayışından məlum olur ki, Azərbaycan Respublikası vətəndaşı 01 yanvar 1935-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Yevlax rayon H.Hacıyev küçəsi ev 22, mənzil 7-də qeydiyyatda olmuş X17 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 31.03.2021-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu Cavabdeh 25.08.1972; qızı X3 20.03.1976; qızı X10 xx.xx.1977; oğlu X16 19.08.1973; oğlu X13 24.07.1969. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 30 iyun 2020-ci il tarixli 358 saylı arayışından məlum olur ki, X13 24 iyul 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon 1 saylı Notariat ofisinin 29 mart 2021-ci il tarixli 212 saylı məktubundan məlum olur ki, mərhum X7 adına Yevlax rayon 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyun 2020-ci il tarixli AZ-ll 085795 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X16 19 avqust 1973-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.31 kv/m olan, 3 otaqlı mənzildən ibarət miras əmlakın 1/4 hissəsi açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X22 Xidmət Mərkəzində Notariat ofisinin 11 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh miras əmlakdan ¼ hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(039)ə1548/2021-ci il tarixli qətnaməsindən çıxarışdan bəlli olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X22 Xidmət Mərkəzində Notariat ofisinin 11 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları baxımından düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs – X17 2006-cı il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə kolegiyası belə qənaətə gəlir ki, notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırki vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin hazırki vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, X17 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. X7 ölümündən sonra ondan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.31 kv/m olan, 3 otaqlı mənzildən ibarət miras qalmışdır. X7 ölümündən sonra mirası faktiki olaraq X10 qəbul etmişdir. Həmçinin 04 avqust 2020-ci il tarixdə həmin miras əmlakın 3/4 hissəsini qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən də qəbul etmişdir. Cavabdeh, X3, X10, X16 və X1 Əhməd İsa oğlunun vərəsələridir. X16 19 avqust 1973-cü il tarixdə vəfat etmişdir. X3 və X13 mirasın, X10 tərəfindən qəbul etdiyini təsdiqləyərək, mirasın, X10 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh atasının ölümündən sonra mirası hər hansı bir qaydada qəbul etməmişdir. Atasının ölümündə də əvvəl miras qalmış mənzildən çıxmış və kirayələrdə yaşamışdır. İki il öncə isə həmin mənzilə köçmüşdür. Bundan əlavə Cavabdeh həm birinci instansiya məhkəməsində verdiyi izahatında, eləcədə həmin məhkəməyə təqdim etdiyi ərizəsində miras əmlakın faktiki olaraq 2006-cı ildən bacısı Sevdanın qəbul etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə kollegiyası təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Cavabdeh Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)- 597/2021 nömrəli qətnaməsini qanuna zidd, qeyri-obyektiv və əsassız kimi qeyd etsə də, bunu maddi və ya prosessual qanunvericilik baxımından əsaslandıra bilməmiş, yalnız birinci instansiya məhkəməsində verdiyi ifadələrin təhrif olunması ilə bağlı əlaqələndirmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apellyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, şikayət vermiş şəxs öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası . Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(039)-597/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar