Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1924/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akifoğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının barəsində tərtib etdikləri xx xxx 2020-ci il tarixli, 167259 nömrəli akt əsasında hesablanmış 3020.91 manat borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının barəsində tərtib etdikləri xx xxx 2020-ci il tarixli, 167259 nömrəli akt əsasında hesablanmış 3020.91 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Baş Göynük kəndində yaşayır. Evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı onun adınadır. İşlətdiyi elektrik enerjisinin dəyərini sayğac üzrə vaxtıvaxtında poçta ödəmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri xx xxx 2020-ci il tarixdə evinə gələrək barəsində 167259 nömrəli akt tərtib etmişlər. Halbuki həmin akt tərtib edilərək cavabdeh təşkilatın əməkdaşları qanunvericiliklə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərək nəinki hal şahidlərinin iştirakı təmin edilməmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı təşəbbüs irəli sürülməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh təşkilatın nümayəndələri hər hansı araşdırma aparmadan illik planı bitirmək üçün öz kabinetlərində oturaraq belə bir akt tərtib etmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı Dursun oğlunun adına **********01915 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları V.Cəlilov və S.Xəlilov tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının sayğacdan kənar xətdən istifadə etdiyi, elektrik sayğacının süni şəkildə sxemdən kənaşdırılaraq enerji uçot dəstini pozduğu və həmin ünvana iki tərəfdən xətt daxil olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxx 2020-ci il tarixli, R 167259 saylı akt tərtib olunmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıqaşkar öz əksini tapmışdır. Daha sonra Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş kənar xətt ləğv olunaraq sayğac uçot dəsti bərpa olunmuşdur. xx xxx 2020-ci il tarixli, R 167259 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Şimal-Qərb RETSİnin Akt komissiyası tərəfindən xx xxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 300 gün üçün 0.xx xxxxxxx 3000 kvts (dəyəri 210.00 manat) və 0.xx xxxxxxx 25607 kvts (dəyəri 2816.77 manat) toplamda 3026.77 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Odur ki, belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Əlavə olaraq göstərdi ki, abonentin adı «İddiaçı» olsa da, təşkilat tərəfindən yanlış olaraq, «İddiaçı Dursun oğlu» kimi qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiаçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən iş üçün sübut kimi təqdim edilən video çəkilişə düzgün baxılmadan qanunsuz qətnamə qəbul edilmişdir. “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş video görüntüyə Şəki Rayon Məhkəməsi tərəfindən ətraflı baxılmamış və nəticədə onun hüquqları pozulmuşdur. Yəni, həmin kənar xətdən istifadə edilən elektrik sayğacının süni şəkildə sxemdən kənarlaşdırıldığı, kimin tərəfindən edildiyi müəyyən edilə bilməz. Həmin video görüntüdə naqillər tamamən qarışıqdır. Həmçinin qeyd edilməlidir ki, Şəki Rayon Məhkəməsi sübutlara qiymət vermək əvəzinə iş materialları ilə təsdiq olunmayan, uydurma və ziddiyyətli mülahizələrə istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılan sübutlara əsasən müəyyən edilən hallar onu deməyə əsas verir ki, mübahisəli akt inandırıcı sübut kimi qiymətləndirilən və onda təsbit olunan məlumatların həqiqiliyi məhkəmə tərəfindən qəbul oluna bilməz. Ən azından ona görə ki, iddiaçı barəsində akt tərtib edilərkən bu işlə bağlı sübut kimi təqdim edilməli olan video görüntü aktda qeyd edilməli idi (video görüntünün nə vaxt və kim tərəfindən çəkildiyi məlum deyil). Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır. Məhkəmə baxışı zamanı cavabdeh təşkilatın nümayəndəsi tərəfindən aktı tərtib etmiş şəxslər akt tərtib olunarkən video çəkiliş aparıldığını bildirsələr də iddiaçı tərəfindən qeyri-qanuni X1 edildiyinə dair sübutlar (qanunsuz elektrik xəttinin video çəkilişi və s) tərtib olunmuş aktda video çəkilişin aparılması barədə hər hansı qeyd də əlavə edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi və iddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı (Dursun) oğlu Şəki EŞ-nin enerji satış bazasında **********01915 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İşdə olan xx xxx 2020-ci il tarixli, Akt R seriyalı, 167259 nömrəli aktdan görünür ki, İddiaçı (Dursun) oğlunun sayğacdan kənar xətdən istifadə etdiyi, elektrik sayğacının süni şəkildə sxemdən kənaşdırılaraq enerji uçot dəstini pozduğu və həmin ünvana iki tərəfdən xətt daxil olduğu aşkar edilmişdir. İşdə olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri Z.M.Həsənov tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 300 gün üçün 0.xx xxxxxxx 3000 kvts, dəyəri 210.00 manat və 0.xx xxxxxxx 25607 kvts, dəyəri 2816.77 manat olmaqla, cəmi 3026.77 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Qüsur bərpa olunmuşdur. İşdə olan xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı 5 il ərzində istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 27 manat olmuşdur. İşdə olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı məxsus mənzildə xx xxx 2020-ci il tarixdə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan sonra xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 28.54 manat olmuş, İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 312 manat pul ödəmişdir. İşdə olan cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı istehlakçı İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyi, elektrik sayğacının süni şəkildə sxemdən kənaşdırıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qət edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavəyə, «Elektrik Enerjisindən İstifаdə Qаydаlаrı»nın aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Baş Göynük kəndində yerləşən mənzildə xx xxx 2020-ci il tarixdə X1 qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı sayğacdan kənar xətdən istifadə etmiş, elektrik sayğacının süni şəkildə sxemdən kənaşdırılaraq enerji uçot dəstini pozmuş və həmin ünvana iki tərəfdən xətt daxil olmuşdur. Sözügedən elektrik sayğacı yalnız iddiaçının nəzarət etdiyi ünvanda olmuş və həmin sayğaca başqasının müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar formal xarakter daşımışdır. Bundan başqa iddiaçı son beş il ərzində Şəki rayonu Baş Göynük kəndində yerləşən mənzildə ailəsi ilə birlikdə mütəmadi yaşamasına və X1 etməsinə baxmayaraq sayğac heç bir yük hesablamamış, yalnız xx xxx 2020-ci il tarixdə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan sonra bir neçə həftə ərzində istifadə edilmiş elektrik enerjisinin dəyəri toplamda 28.54 manat olmuşdur. Bu isə bir daha onu sübut edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdeh təşkilata məxsus elektrik sayğacı yararsız vəziyyətə gətirilmiş, uçotsuz istifadə edilmiş elektrik enerjisinə görə iddiaçının adına rəsmiləşdirilmiş **********01915 saylı enerji hesabında ümumilikdə 3026.77 manat borc ödənilməmişdir. Həmçinin, İddiaçı akt əsasında hesablanmış borcdan xx xxx 2020-ci il tarixdə 110 manat, xx xxx 2020-ci il tarixdə 200 manat olmaqla, cəmi 200 manat ödəniş etdmişdir ki, bu da onu mübahisəli aktda göstərilən qüsuru törətməsini etiraf etməsi kimi qəbul edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiаçı İddiaçı аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-906/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1924/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1924/2020
21.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver