Məhkəmə qərarları › İş №2(107)-1933/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1933/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1933/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 21 aprel 2021-ci il tarixdə cavabdeh Soltanov X1 Səidə Dursun qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbinin rədd edilməsi, mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 29.07.2021-ci il tarixdə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53- 10301 saylı çıxarışın ləğv olunması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E. İsayev) 19 avqust 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Qərardaddan narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsi 2(025)- 609/2021 saylı iş üzrə mübahisə predmeti olan mülkiyyətə dair əldə edilmiş sənədlərin, o cümlədən, çıxarışın mötəbərliyini və qanuniliyini tədqiq etmədən, (bununla bağlı, iddiaçının vəsatəti məhkəmə tərəfindən təmin edilmişdir), əmlakın qanuni kimə mənsub olması müəyyənləşdirilmədən, həmin əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilməsi barədə 19.08.2021-ci il tarixdə qanunsuz qərardad qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə (hakim) iş üzrə məsələnin həllinə aşkar qərəzli mövqedən yanaşmışdır və bu səbəbdən, nəticə etibarı ilə səhv qənaətə gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 sentyabrt 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayətini müdafiə edərək bildirmişdir ki, hazırki iş üzrə qiymətləndirmə təyin etməkdə birinci instansiya düzgün nəticəyə gəlməmişdir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qərardadına əsasən birinci instansiya məhkəməsi mülki iş üzrə təqdim olunmuş sübutları araşdırıb, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fikrini dinləyib, hesab edir ki, mübahisənin düzdün həll olunması və Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evin real bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmalıdır. Belə olan halda, iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul etmək üçün Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evin qiyməti qanunda nəzərdə tutulmuş qaydada müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmalıdır. Göründüyü kimi işin obyektiv həlli məqsədilə xüsusi bilik tələb edən ekspert rəyi lazım olduğundan iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 97.1-ci maddəsinə əsasən işəi işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə hakim öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil, hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları özü qəbul edir. Əlbəttə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin, bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki, şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil, çünki məhkəmə isə hələlik işə mahiyyəti üzrə baxmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi qanunvericilikldə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar