Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1938/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 manat pulun Cavabdeh alınıb ona ödənilməsinin təmin edilməsi tələbi”nə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddianın rədd edilməsi və ona məxsus "xxxx" MMCnin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilk iddia təmin olunmamış, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 (qırx üç min) manat pulun Cavabdeh alınıb ona ödənilməsinin təmin edilməsi tələbi”nə dair ilkin iddiasının əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “ona məxsus "xxxx" MMC-nin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 (bir yüz səksən) manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi tələbi”nə dair qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 manat pulun Cavabdeh alınıb ona ödənilməsinin təmin edilməsi barədə, Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddianın rədd edilməsi və ona məxsus "xxxx" MMC-nin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh qanun üzrə vərəsəlik qaydasında əldə etdyi iddia edilən Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən, "xxxx" MMC-ni, əvvəlki hüquqi şəxs olmuş “Sevinc -78 “ əmlakı əsasında yenidən təsis edilmiş və mülkyyətinin yaradılması prosesində mərhum qardaşı X6 ilə aralarında pay müəyyən edilmışdir. Göstərilən razılaşma sözügedən "xxxx" MMC-nin nizamnaməsinin 6.3-cü bəndində təsbit edilmişdir. Həmin normaya zidd olaraq onun məlumatı və razılığı olmadan mübahisəli mülkiyyət obyektinin dəyərinin satış qiyməti 3029 manat göstərilməklə nizamnamə fondu kimi yox qara nöqtə ilə göstərilərək qardaşının oğlu X3 adına yazılmışdır. Digər tərəfdən "xxxx" MMC, 10 avqust 2000-ci ildə təsis edilənə qədər, həyətdə quraşdırılmış daş sexini baş usta olaraq işlətmiş, ictimai əsasla mühasibatlıq işini aparmış və ən əsası hazırki, "xxxx" MMC-nin mülkiyyəti özəlləşdirərkən digər qardaşı Səməd Kərimov xeyli məbləğdə pulu dövlətə ödəmiş, o isə eyni vaxtda özəlləşməyə sərf olunan müxtəlif məbləğləri kredit alaraq həmin kredit borclarının 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək şəxsən ödəmişdir. Zənn edir ki, "xxxx" MMC-nin mülkiyyəti, 2010-cu ildə X3 ölümündən 11 il sonra, qanun üzrə vərəsəlik hüququ verən şəhadətnamə əsasında hazırkı cavabdehə və digər 1ci növbəli vərəsələrə miras olaraq veriləcəksə, həmin 11 il ərzində miras kütləsinin qorunub saxlanılması, onun bilavasitə idarə edilməsi üçün zəhmət çəkmiş vicdanlı sahib olmaqla, miras əmlaka zərər yetirmədən ayrıla bilməyən yaxşılaşdırmaya çəkdiyi xərclər də ona ödənilməlidir. Belə ki, miras əmlakın 150 kvm-lik qeyri-yaşayış sahəsini və dam örtüyünü tamamilə təmir etdirmiş, həyətinin kənarını daş hasarla hördürmüş, mişar daşı sexi və maşın təmiri sexlərinin qorunub saxlanması üçün cari təmir etdrmişdir. Bütün sadalanan tikinti-təmir işlərinə 11.000 manat xərc çəkmişdir. Hazırda həmin yaxşılaşdırmanı ayırmaq mümkün deyildir. AR Mülki Məcəlləsinin 157.7-ci maddəsinin mənasına görə,vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını ayırması mümkün olmadıqda, yaxşılaşdırma üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Yaxşılaşdırmaya çəkdiyi 11.000 manat məsrəfləri tələb etməyim qanuni və əsaslıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005- 2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 manat pulun Cavabdeh alınıb ona ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən 3 saylı Yanacaq doldurma məntəqəsi qanunla müəyyən edilmiş qaydada mərhum əri X1. Həmin əmlaka Mərhum əri X3 adına 003776 qeydiyyat nömrəli, 01.08.2008-ci il tarixli Şəhadətnamə verilmişdir. Mərhum əri X3 21.10.2010-cu il tarixli vəfatından sonra Qax rayon Dövlət Notariat Kontoru tərəfindən onun adına yuxarıda adı çəkilən, ünvan 2 ünvanında yerləşən 3 saylı Yanacaq doldurma məntəqəsinin balansına daxil olduğu “Mahir-K" MMC tam olmaqla qanun ürə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı bu günki tarixədək qanunsuz əsaslara, yəni zorakılıqla "xxxx" MMC-nin balansına daxil olan inzibati binadan, tualetdən, texniki təmir sexindən, daş kəsən mişardan, daşın kənarına bəzək vuran dəzgahdan, bəzəkli fiqurlar hazırlayan dəzgahdan, kərpic hazırlamaq üçün hidravlik dəzgahdan, iri daşları kəsən mişar dəzgahından, 15 PV Generatorundan, 13 tonluq su çənindən və mişar daşı sexinin talvarından istifadə etmiş və istifadəyə görə icarə haqqı ödəməkdən imtina etmişdir. Dəfələrlə yuxarıda qeyd olunan əmlaklardan istifadəyə son qoyması tələb olunsada buna məhəl qoymamış, onu isə həmin əşyaların yerləşdiyi əraziyə buraxmamışdır. Yuxarıda qeyd edilən əmlaklardan istifadəyə görə aylıq icarə haqqı 1500 manat olmaqla illik icarə haqqı 18 000 manatdır. İddiaçı on ildən artıqdır ki, həmin əşyalardan qanunsuz əsaslarla istifadə edir. Qeyd edilən əmlakların 10 illik icarə haqqı isə 180 000 manata bərabərdir və həmin məbləğ mənə ödənilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddianın rədd edilməsi və ona məxsus "xxxx" MMC-nin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, İddiaçı tərəfindən ona qarşı qaldırılmış pul tələbinə dair ilkin iddianın rədd edilməsi və ona məxsus "xxxx" MMC-nin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Sözügedən qətnamə ilə razı deyil və onu qanunsuz və əsassız hesab edir. Məhkəmə baxışında o, AR MPM-nin 77.1-ci maddəsinin tələbi qaydasında sübutetmə vəzifəsini tam və hərtərəfli izahatı və iş materialına əlavə edilmiş sübut və sənədlərlə icra etmişdir. Əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanındakı "xxxx" MMC-nin hüquq müəyyənedici sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bu barədə Qax rayon məhkəməsinin, Şəki Apeliyasiya məhkəməsinin və AR Ali Məhkəməsinin məhkəmə aktlarında mübahisəli münasibətlərə hüquqi qiymət verilmişdir. Məhkəmə baxışında bu faktları söyləyib həmin sübutların alınması üçün şifahi vəsatət verərək məhkəmədən xahiş etmişdir ki, öz təşəbbüsü ilə həmin hüquq müəyyənedici sənədlər tədqiq olunsun və hüquqi qiymət verilsin. Məhkəmə onun bu barədəki şifahi vəsatətlərini əsassız olaraq təmin etməyib. Məhkəmə həmçinin mübahisəli əmlakın yerləşdiyi əraziyə yerli baxış keçirməyib. Digər tərəfdən onun təşəbbüsü ilə tikinti texniki ekspertizanın rəyinə hüquqi qiymət verməkdən yayınıb və bununla da barəsində ədalətli məhkəmə araşdırması hüququnu pozub. Bununla da, nəticə etibarilə məhkəmə AR MPM-nin 14.2-ci maddəsinin tələblərini kobud surətdə pozmuş və onun öz təşəbbüsü ilə əldə etdiyi prossessual sənədə yəni, tikinti texniki ekspertizanın rəyinə obyektiv hüquqi qiymət verməmişdir. Zənn edir ki, sözügedən əsassız və qanunsuz qətnaməni qəbul etməklə məhkəmə “İnsan Hüquqların və X5 X2“ 6-cı maddəsində müəyyən edilmiş mülki işin qərəzsiz və ədalətli məhkəmə araşdırılması hüququnun reallaşdırılması imkanını əldən çıxarmışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialarında olan Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 3 saylı Yanacaq doldurma məntəqəsinin qanunvericilikdə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin verdiyi 18 iyul 2021-ci il tarixli № 2- 221/E saylı əlavə ekspertizanın rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən tikiliyə 10.815 manat pul xərclənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin verdiyi 28.01.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Qax şəhəri, N.Gəncəvi küçəsi, ev 25də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 19.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 21.05.202-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh Nurməhəmməd qızı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 63-cü maddələrinə və İnsan hüquqlarının və X5” X2 6-cı maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 63-cü maddəsinin İ-ci bəndinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İnsan hüquqlarının və X5” X2 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin mənasına görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını ayırması mümkün olmadıqda, yaxşılaşdırma üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. "xxxx" MMC-nin verdiyi 18 iyul 2021-ci il tarixli № 2- 221/E saylı əlavə ekspertizanın rəyində ünvan 4 ünvanında yerləşən tikiliyə 10.815 manat pul xərclənməsi göstərilsə də, sübutetmə yükü üzərinə düşən İddiaçı tərəfindən "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 manat xərc çəkməsi ilə bağlı məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə ilkin iddianın əsassız olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcbuti olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Lakin qarşılıqlı iddia tələbində göstərilən əmlakların İddiaçı icarəyə verilməsi ilə bağlı Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə qarşılıqlı iddia tələbinin əsassız olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanındakı "xxxx" MMC-nin mülkiyyətindəki miras kütləsini 11 il müddətində (2010-2021) qorunub saxlanılması və idarə edilməsi ilə vicdanlı sahib olaraq İddiaçı miras əmlaka zərər yetirmədən öz yaxşılaşdırılması üçün ayrılması mümkün olmayan çəkdiyi 11000 manat məsrəflərin dəyərinin, habelə "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün 2005-2016-cı illərdə ödədiyi 32000 manat məbləğindəki pulla birlikdə cəmi olmaqla 43000 (qırx üç min) manat pulun Cavabdeh alınıb ona ödənilməsinin təmin edilməsi tələbi”nə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “ona məxsus "xxxx" MMC-nin balansında olan əmlaklardan istifadəyə görə yaranmış 180 000 (bir yüz səksən) manat icarə haqqının İddiaçı alınıb ona ödənilməsi tələbi”nə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(024)-348/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1938/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1938/2021
13.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver