Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1939/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla оğlu və Mahmudov Ayaz Akif оğlundаn ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh 8000 manat əsas, 1170 manat faiz borcu, 92 manat kredit müqaviləsinin qeydiyatı üçün ödənilmiş rüsum və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9292 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat əsas borc, 1275 manat fazi borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92,40 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilən 200 manat məbləğində pulun, ümumilikdə 10.097,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən 2020-ci ilin iyun ayında 500 manat məbləğində ödəniş edildiyindən, MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə edərək Cavabdeh 9492 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı hazırkı iddia tələbinə uyğun izahat verərək göstərmişdir ki, onunla Cavabdeh arasında 16.04.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidməti mərkəzində fəaliyyət göstərən xüsusi notariusun iştirakı ilə reyestrdə 3M- 263 sayla qeydə alınmış kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 30.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 8500 manat məbləğində borc verilmişdir. Müqavilənin bağlanması tarixindən hazırkı vaxtadək üç ildən artıq vaxt keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Bununla bağlı borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq nəticəsi olmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq, notarius vasitəsi ilə borcun qaytarılması ilə bağlı yazılı xəbərdarlığında bir nəticəsi olmamışdır. Ona görə də cavabdehdən 8000 manat əsas borc, 1170 manat fazi borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92,40 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilən 200 manat məbləğində pulun, ümumilikdə 9492 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil hazırkı iddia tələbi ilə eyni məzmunlu izahat verib, hazırkı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəməyə etiraz mülahizələri təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İddiaçıla aralarında əvvəllər dostluq münasibətləri olmuşdur. 2016-cı ildə Bakı şəhərində yaşayarkən iddiaçı ona birlikdə iş qurub qazanc əldə etməyi təklif etmişdir. İddiaçının təklifi ilə razılaşmış və bunun üçün Bakı şəhərinin Zirə qəsəbəsindən icarəyə torpaq sahəsi götürmək qərarına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən iddiaçı işi qurmaq üçün bütün maliyyə xərclərini özünün çəkəcəyini, o isə iki nəfər işçi ilə parnik qurulmasını, əkilməsini, becərilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə birlikdə Zirə kəndinə gedərək orada həyətyanı torpaq sahəsini 2000 manata icarəyə götürmək üçün torpaq sahəsinin sahibi ilə razılaşmışlar. Torpaq sahəsinin sahibi torpağı başqa şəxslərin də istədiyini bildirməklə icarə haqqının əvvəlcədən ödənilməsini tələb etmişdir. İddiaçı 2000 manat icarə haqqını iki günə verəcəyini bildirsə də, bir neçə gündən sonra cəmi 500 ABŞ dolları pul göndərmişdir. İddiaçı icarə haqqını tam göndərmədiyindən məcbur qalaraq arvadına məxsus 4000 manat dəyərində qızıl-zinyət əşyalarını lombardda girov qoyaraq 2000 manat pul götürərək icarə haqqını ödəmiş, qalan pulla da müəyyən texniki ləvazımatlar almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulları ona gec ödədiyindən lombarda qoyduğu 4000 manat dəyərində qızıl-zinyət əşyaları lombard tərəfindən satılmışdır. İddiaçı ona ümumilikdə hissə-hissə 500 ABŞ dolları+500 ABŞ dolları+500 ABŞ dolları+1000 ABŞ dolları+500 ABŞ dolları+500 manat+600 manat+500 ABŞ dolları+500 ABŞ dolları olmaqla, cəmi 4000 ABŞ dolları və 1100 manat pul vermişdir. O, həmin pullarla və özünün lombarddan aldığı 2000 manat da daxil olmaqla vəsaitlə torpaq sahibinin 2000 manat icarə haqqını ödəmiş, parnik qurmaq üçün texniki ləvazımatlar, toxum, xüsusi hazırlanmış torpaq, dərmanlar, kübrə və sair almış, istifadə olunan təbii qazın pulunu ödəmiş, 2016-cı ilin yanvar ayından başlayaraq sentyabr ayınadək iki nəfər fəhlənin hər ay cüzi də olsa zəhmət haqqını ödəmişdir. Parnikdə ilkin olaraq xiyar bitkisi əkmişlər. Lakin həmin məhsul gömrükdən Rusiya Federasiyasına buraxılmadığından və ucuz qiymətə satıldığından ziyana düşmüş, sonradan ümumiyyətlə məhsulu alan olmadığından heç bir gəlir əldə edə bilməmişlər. Bu səbəbdən iddiaçıya gəlirdən heç bir pul ödənilməmişdir. Bundan sonra iddiaçı ondan çəkdiyi xərcləri geri tələb etməyə başlamış, tez-tez evinə gələrək ailəsinin yanında ona hədə-qorxu gəlmiş, onu təhdid etmişdir. İddiaçı hər dəfə ona verdiyi pulların iki qatını alacağını bildirmişdir. Bütün bu hədə-qorxu və təhdidlərdən bezərək iddiaçı ilə aralarında formal borc müqaviləsinin bağlanmasına razılaşmışlar. Bu razılaşmadan sonra iddiaçıya 500 manat+2000 manat+500 manat+200 manat olmaqla, cəmi 3200 manat ödəmişdir. Müqavilə üzrə borcdan 5300 manat borcu qalmışdır. Həmin puldan da onun lombarda qoyduğu qızıllara görə çəkdiyi 4000 manat çıxıldıqda cəmi iddiaçıya 1300 manat borcu qalmışdır. O, borc müqaviləsi üzrə iddiaçıya ödədiyi ilkin 500 manatı ödəyərkən müqavilədə qeyd etmiş, 2000 manatı hər ikisinin dostu olan Elnur adlı şəxsin iştirakı ilə ona ödəmiş, lakin müqavilə üstündə olmadığından qeydiyyat aparmamışdır. İddiaçı qeyd barədə Elnurun yanında söz vermişdir ki, istədiyi vaxt qeyd aparacaqdır. İkinci 500 manatı isə iddiaçının xahişi ilə onun adını bilmədiyi bacısı oğluna vermiş və aldığı barədə iddiaçı onu məlumatlandırmış, 200 manatı isə onun qardaşı Ramil Babayev aparıb iddiaçıya vermişdir. Həmin vaxt iddiaçı borcunun qalığının 5300 manat olmasını qardaşına bildirmişdir. Bundan əlavə iddiaçı şərikli iş görmək üçün pul verərkən 1 ABŞ dolları 1.20 manat olduğu halda, onunla iddiaçı arasında formal borc müqaviləsi bağalnarkən 1 ABŞ dolları 1.90 manatdan hesablanmışdır. Onun hazırda iddiaçıya borcu qalmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Belə ki, onun iddiaçı ilə əvvəldən dostluq münasibəti olmuşdur. O, Bakı şəhərində kirayədə yaşadığı zaman 2016-cı ilin yanvar ayında iddiaçı birlikdə iş qurub qazanc əldə etmək təklifini etmişdir. Bunun üçün Bakının Zirə qəsəbəsində torpaq icarəyə götürərək parnik qurub tərəvəz bitkiləri əkmək qərarına gəlmişlər. İddiaçı bildirmişdir ki, bu işi qurmaq üçün bütün maliyyə xərclərini özü çəkəcək, o, isə iki nəfər işçi ilə parnikin qurulmasını, əkilməsini, becərilməsini təşkil edəcək. Əldə olunan gəlir çəkilən xərclər çıxıldıqdan sonra aralarında bərabər bölünəcəkdir. Onlar birlikdə Zirə kəndinə gedərək bir həyətyanı torpaq sahəsini icarəyə götürmək üçün 2000 manata razılaşıblar. Torpaq sahibi icarə haqqının qısa müddətə ödənilməsini tələb etmişdir ki, torpağı başqa istəyənlər də var, vaxtında işini bilsin. İddiaçı iki günə pulu verəcəyini desə də bir neçə gündən sonra cəmi 500 ABŞ dolları pul göndərmişdir. O, məcbur qalaraq həyat yoldaşının 4000 manat dəyərində qızıllarını, yəni bir qızıl sırğa və üzükdən ibarət biriliyant qaşlı dəsti, bir qızıl tros boyunbağını, bir birliyant qaşlı nişan üzüyünü və bir birliyant qaşlı üzüyü lombarda girov qoyaraq 2000 manat borc pul götürüb icarə haqqını ödəmiş, qalan pulla da müəyyən texniki ləvazimatlar almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulları ona gec ödədiyindən lombarda qoyduğu 4000 manat dəyərində qızılları lombard tərəfindən satılmışdır. İddiaçı ona ümumilikdə hissə-hissə 500 ABŞ dolları + 500 ABŞ dolları +500 ABŞ dolları + 1000 ABŞ dolları + 500 ABŞ dolları + 500 manat + 600 manat + 500 ABŞ dolları + 500 ABŞ dolları olmaqla, cəmi 4000 ABŞ dolları və 1100 manat pul vermişdir. O, həmin pullarla və özünün lombarddan aldığı 2000 manat da daxil olmaqla vəsaitlə həm torpaq sahibinin 2000 manat icarə haqqının ödəmiş, parnik qurmaq üçün texniki ləvazimatlar, toxum, xüsusi hazırlanmış torpaq, dərmanlar, kübrə və sair almış, istifadə olunan təbii qazın pulu ödənilmiş, 2016-cı ilin yanvar ayından başlayaraq sentyabr ayınadək iki nəfər fəhlənin hər ay cüzi də olsa zəhmət haqqını ödəmişdir. Parnikdə ilkin olaraq xiyar bitkisi əkmişlər. Lakin həmin məhsul gömrükdən Rusiyaya buraxılmadığından və ucuz qiymətə satıldığından ziyana düşmüş, sonradan ümumiyyətlə məhsulu alan olmadığından heç bir gəlir əldə edə bilməmişlər. Bu səbəbdən iddiaçıya gəlirdən heç bir pul ödənilməmişdir. Bundan sonra iddiaçı ondan çəkdiyi xərcləri geri tələb etməyə başlamış, tez-tez evinə gələrək ailəsinin yanında ona hədə-qorxu gəlmiş, onu təhdid etmişdir. Hər dəfə bildirmişdir ki, ondan verdiyi pulu iki qat alacaqdır. Bütün bu hədə-qorxu və təhdidlərdən bezərək iddiaçı ilə aralarında formal borc müqaviləsinin bağlanmasına razılaşmışdır. Bu razılaşmadan sonra o, iddiaçıya 500 manat + 2000 manat + 500 manat + 200 manat olmaqla, cəmi 3200 manat ödəmişdir. Müqavilə üzrə borcdan 5300 manat qalır. Həmin puldan da onun lombarda qoyduğu qızıllara görə çəkdiyi 4000 manat çıxıldıqda cəmi iddiaçıya borcu 1300 manat qalır. O, borc müqaviləsi üzrə iddiaçıya ödədiyi ilkin 500 manatı ödəyərkən müqavilədə qeyd etmiş, 2000 manatı hər ikisinin dostu olan Elnur adlı şəxsin iştirakı ilə ona ödəmiş, lakin müqavilə üstündə olmnadığından qeyd aparılmamışdır. İddiaçı qeyd barədə Elnurun yanında söz vermişdir ki, istədiyi vaxt qeyd aparacaqdır. İkinci 500 manatı isə iddiaçının xahişi ilə onun adını bilmədiyi bacısı oğluna vermişdir və aldığı barədə iddiaçı onu məlumatlandırıb. 200 manatı isə onun qardaşı X2 aparıb iddiaçıya vermişdir. Həmin vaxt iddiaçı borcunun qalığının 5300 manat olmasını qardaşına bildirmişdir. Bundan başqa, iddiaçı şərikli iş görmək üçün pul verərəkən 1 ABŞ dolları 1 manat 20 qəpik Azərbaycan manatına bərabər idi. Lakin onunla formal borc müqaviləsi bağlayarkən 1 manat 90 qəpikdən hesablayıb. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı ona qarşı cəmi 10097.40 manat məbləğində pul tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8500 manat məbləğində borc pul verir, borc alan Cavabdeh həmin pul məbləğini 30.09.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin 16.04.2018-ci il tarixli, BPMASAN**********67 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə 92,40 manat məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 417.2, 417.3, 425.1, 445.7, 448.1, 500.1, 500.2, 501, 739.1 və 739.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 417.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3-cü maddəsinə əsasən, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir və yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 8500 manat məbləğində borc pul vermiş, borc alan həmin pul məbləğini 30.09.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş və bu barədə 16.04.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, o, borcundan 500 manat hissəsini ödəmiş, qalan hissəsini isə hazırkı vaxtadək ödəməmişdir. Hazırda iddiaçı borcunu tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə arasında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Cavabdeh iddiaçıya ümumilikdə 3200 manat ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 3200 manat mənbləğində pulun ödənildiyini sübutetmə yükü onun üzərinə düşür. Birinci instansiya məhkəməsi bildirmişdir ki, Mülki qanunvericiliyin müddəalarından görünür ki, tərəflər müqavilədə hər hansı şərtə dair razılığa gəlirlərsə, bu tərəflər üçün məcburidir. 16.04.2018-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti 30.09.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürməsi öz əksini tapmışdır. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, borclu pul məbləğini 30.09.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi öhdəliyin icrası müddəti müqaviləyə əsasən kredit müqaviləsinin müddəti bitdiyi tarixdən qətnamə çıxarıldığı tarixə, yəni, – 22.07.2021-ci il tarixə kimi 02 il 10 aylıq müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Beləliklə, Cavabdeh 16.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 8000 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə 02 il 10 aylıq müddət üçün tutulmalı olan məbləğ 1170 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92.40 manat məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin qeydiyyatı üçün 92 manat məbləğinin ödənilməsi işdə olan "xxxx" ASC-nin 16.04.2018-ci il tarixli, BPMASAN**********67 saylı mədaxil qəbzi ilə təsdiq edildiyindən cavabdehdən kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92.40 manat məbləği də tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini hüquqi yardıma görə çəkilmiş 200 manat xərcin cavabdehdən tutulması hissəsinə gəlincə hesab etmişdir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, hazırkı mübahisə üzrə Vəkilla müvəkkili İddiaçı arasında hüquqi yardıma dair müqavilə və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi tələbi bu hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsi üzrə 8000 manat əsas, 1170 manat faiz borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9292 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən – 9292 manat həcmində təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən – 9292 manat həcmində təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(037)-456/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1939/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1939/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver