Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1942/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, 3-cü şəxs X6 (sonuncu iclasda iştirak etmirlər) iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “şəhadətnamənin və vəsiyyətnamənin etibrasızlığı, vərəsəliyin qəbulu müddətinin uzadılması, miras payın bölüşdürülməsi və s.” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 29 iyun 2021ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, X22, X18 və qeyrilərinə qarşı iddia ərizəsi (sonradan tələbin həcminin artırılması və ərizənin dəqiqləşdirilməsi barədə ərizələrlə) ilə məhkəməyə müraciət edərək
1. X7 ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ r hissəsinə dair X1 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi,
2. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ½ hissədə X10 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması;
3. 10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X13 və X22 Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi;
4. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması;
5. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ½ hissəsi üzərində iddiaçının payının müəyyən olunması;
6. İddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası X7 vərəsəsi kimi tanınması; 7.Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi;
8. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin halları
Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10 fevral 2003-cü il tarixdə vəfat etmiş atası X7 vərəsəsidir. 01 iyun 2004-cü il tarixdə əmisi X12 ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair atasının ölmündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt o, azyaşlı olmuş, anası X14 2004-cü il tarixdə onun qanuni nümayəndəsi olmuşdur. Guya anası X14 27 may 2004-cü il tarixdə miras qoyan X4 qalan miras əmlakını oğlunun adından qəbul etmədiyi haqqında və gələcəkdə də qəbul etməyəcəyi və bu barədə məhkəmədə iddia qaldırmayacağı ilə bağlı ərizə vermişdir. Anası onun mənafeyinə zidd olan heç bir addım ata bilməzdi. Anasının dediyinə görə imzanı onun aldadaraq maddi yardım adı ilə hüquqdan sui-istifadə edərək imzalatdırmışlar. Bunu anasının özü məhkəmədə izahat verərək təsdiq edə bilər, üstəlik həmin vaxt o, azyaşlı olmuşdur. Qanunvericiliyə əsasən anası ona çatası əmlak barədə onun mənafeyinə zidd qərar qəbul edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Göründüyü kimi anası ona çatası miras əmlak barəsində sərəncam verərkən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almamışdır. Bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)-400/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə kobud maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Hesab edir ki, bu cür əsassız, ədalətsiz və qanunsuz qətnamə Şəki Apelyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən (qüvvədə) saxlanıla bilməz. İddiaçının atası öləndə və miras açılarkən onun 11 yaşı olmuşdur Vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia qaldırılan zaman isə iddiaçının 17 yaşı olmuşdur. İddiaçı öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi üçün birinci növbədə baş verən hadisələri qavramalı, onların hüquqi nəticəsini dərk etməli, oxumalı, işləməli, pul qazanmalı, notariat icraatını qaldırmalı, atasına məxsus sənədləri toplamalı, hüquqi yardım üçün vəkillə müqavilə bağlamalı və mülkiyyət hüquqlarını bərpa etmək üçün məhkəmədə düzgün iddia qaldırmalı idi. Bunu etmək üçün isə kifayət qədər vaxt lazımdır. Üstəlik 2009-cu il tarixdə məhkəmədə qaldırılan iddianın məzmunundan görünür ki, iddia ərizəsi hüquqi savada malik olmayan biri tərəfindən qaldırılmışdır. Bir sözlə 11 yaşında olan uşaq böyüməli və ətrafında baş verənləri tam olaraq qavramalı idi ki, öz pozulmuş hüquqlarını qorumaq üçün məhkəmə müdafiəsindən qanunamüvafiq qaydada və düzgün formada isitifadə edə bilsin. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)- 400/2021 nömrəli qətnaməsində kobud maddi və prosessual hüquq normalarının pozuntularına yol verildiyindən həmin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını, işə obyektiv, qərəzsiz və ədalətli baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatları:
Məhkəmə kollegiyasının 26.10.2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən tam və obyektiv araşdırma aparılmamışdır. İddiaçı Vətən mübahirbəsinin iştirakçısıdır, qazidir. Birinci növbə vərəsə sağ olduğu halda, növbəti vərəsəyə necə pay vermək olar. Həmin vaxt iddiaçı azyaşlı olmaqla, anasının himayəsində olmuşdur. Cavabdeh tərəf də iddiaçının anasının hüquqi savadsızlığından istifadə edərək ona ərizəyə imza etdirmişlər. Halbuki iddiaçının anası latın qrafikası ilə yazıb-oxumağı bacarmır. Bundan əlavə qanunvericilikdə mirasdan qəbulu və imtinası nəzərdə tutulmuşdur. “Mirası qəbul etməyəcəm” deyilən anlayış qanunvericilikdə yoxdur. Əlavə olaraq bildirir ki, həmin “imtina ərizəsi” də qanunvericiliklə müəyyən olunmuş müddət ərzində deyil, miras qoyanın ölümündən bir ildən sonra yazılmışdır. Qeyd olunan ərizə təsdiq olunarkən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi də alınmamışdır. Qeyd olunmalıdır ki, iş materialları ilə tam sübuta yetirilir ki, iddiaçı tərəfindən ötürülən müddət ərzində etibarsızlıq faktından sui-istifadə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Əqdin etibarsız olması faktı müddətsiz olaraq əlaqədar subyektlər tərəfindən həmişə irəli sürülə bilər, yetər ki, etibarsızlıq faktından sui-istifadə olunmasın”. Həmin sübutlar da iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında KM qeyd etmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarından görünür ki, əqdin etibarsızlığını tərəflər istənilən vaxt mübahisələndirə bilərlər. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu son nəticədə bu qərara gəlmişdir ki, MM-nin 337-ci maddəsinə uyğun olaraq əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən aslı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə məhkəmələr bunu mütləq nəzərə almalıdır. Göstərilənləri nəzərə alarq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş edir. Məhkəmənin 26.10.2021-ci il tarixli iclasında iştirak etmiş 3-cü şəxs X14 izahat verərək bildirmişdir ki, X15 ölən zaman oğlu Kamran azyaşlı olmuşdur. O, heç vaxt oğlunun ziyanına hansısa sənədə heç vaxt imza etməzdi. Lakin cavabdeh tərəf onun hüquqi savadsızlığından istifadə edərək ərizəyə imza etdirmişdir. Halbuki o ərizədə qeyd olunanları oxuya bilmirdi. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. X14 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf isə gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Hüquqi məsələlər:
Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sənədlər əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Ucar rayon dövlət notariat kontoruna, X12 və X11 qarşı Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsinə X16 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ucar rayon dövlət notariat kontoruna vəzifə olaraq tapşırılması, X10 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən X8 iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olduğundan rədd edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(120)-1664/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X16 cavabdeh Ucar rayon notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi və qanuni vərəsələrin müəyyən edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli, 151 nömrəli arayışın surətindən görünür ki, X19 03 fevral 2020-ci il tarixdə ölmüşdür. 10 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 03 fevral 2020-ci il tarixdə ölmüş X10 vərəsəsi-X21 və X23r və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, mənzil 8-də qeydiyyatdadır. AA2 843052 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan surətindən görünür ki, X14 Bakı şəhəri, Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, mənzil 8-də qeydiyyatdadır. Ucar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 01 iyun 2004-cü ildə 2V-26 reyestr nömrəli (17 saylı vərəsəlik işi) notariat işindən görünür ki, X15 ölən günədək ona mənə məxsus Ucar şəhəri, Nərimanov küçəsi, ev 9-da ünvanda yerləşən yaşayış evinin ona düşən hissəsini ünvan 4yan X3 vəsiyyət etmişdir (07 fevral 2003-cü il tarixli vəsiyyətnamə). Həmin vərəsəlik işində (17 nömrəli notariat işi) olan: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 10 fevral 2003-cü ildə 38 yaşında ölmüş və bu barədə Ucar rayon VVAQD şöbəsində ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2003-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 aprel 2004-cü ildə 52 yaşında ölmüş və bu barədə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2004-cü il tarixdə 469 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata X15 və ana X14 olan İddiaçı xx xxxxxxxx 1992-ci ildə Ucar şəhərində doğulmuşdur. Çıxarışdan görünür ki, X15 ilə X6 nikahları pozulmuş, bu barədə 26 sentyabr 1995-ci ildə 15 nömrə ilə qeyd edilmişdir. xx xxxxxxxx 1992-ci ildə anadan olmuş İddiaçı adından hərəkət edən anası, Göyçay şəhəri, Atatürk küçəsi, ev 39-da yaşayan X14 tərəfindən Ucar rayon dövlət notariat kontoruna ünvanlanmış 27 may 2004-cü il tarixli ərizədən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş X4 qalan Ucar şəhəri, Nərimanov küçəsi, ev 9 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakı xx xxxxxxxx 1992-ci ildə anadan olmuş oğlu İddiaçı adından o, qəbul etməmişdir. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqdır. Həmin yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakın X10 adına keçirilməsinə etiraz emir. 01 iyun 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 2003-cü ildə vəfat etmiş X7 ünvan 4yan qardaşı X19 ikidə bir hissədə irs almalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul və ya imtina edib-etməməsini, mirasdan imtina olub-olmamsına, mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın qəbul olunubolunmamasına, olunmuşdursa hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki) və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlərə xüsusi diqqət yetirilməlidir. Belə ki, bu kimi hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sübutlardan müəyyən edildi ki, miras qoyan şəxs X15 10.02.2003-cü il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras qoyan şəxs – X15 2003-cü il tarixdə vəfat etdiyindən hazırkı mübahisəyə 2000-ci il redaksiyalı Mülki Məcəllənin müvafiq müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1163-cü maddənin tələbinə görə nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərən kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və apellyasiya şikayətində xahiş olunanlarla bağlı yeni qətnamə qəbul edilməsi üçün əsaslı ola bilməz. Kollegiya tam hüquqlu məhkəmə kimi iddia tələbində, həmçinin apellyasiya şikayətində qeyd olunanlar üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi vacib hesab edir. 1.Məhkəmə kollegiyası belə hesab edir ki, miras qoyan X15 10.02 2003-cü il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (2000-ci il redaksiyalı Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Ucar şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ucar rayonunda yerlədiyindən mirasın açıldığı yer Ucar rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka X7 öldüyü məqamadək malik olduğu ünvan 6 ünvanda yeləşən evin ona məxsus olan ½ hissəsi daxildir. Məhkəmə araşdırması zamanı həmçinin miras qoyan Vəli Daşdəmirovun mübahisəli əmlaka dair X2 adına 07.02.2003-cü il tarixdə Ucar rayon notariat kontorunda vəsiyyətnamə qoyması müəyyən edilmişdir (i/m səh.67).
2. Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş xx.xx.1992-ci il təvəllüdlü övladı, hazırki İddiaçı azyaşlı olmaqla onun qanun üzrə birinci növbə vərəsəsi, (MM-nin 1159.1-ci maddəsi), Qətibə Daşdəmirova isə vəsiyyət üzrə vərəsəsi olmuşdur (MM-nin 1166-cı maddəsi). Eyni zamanda müəyyən edildi ki, mübahisəli miras əmlakın əldə olunması birgə nikah dövrünə təsadüf etməməklə, miras qoyan ölməmişdən əvvəl, yəni 1995-ci ildə arvadı X5 rəsmi qaydada boşanmışdır. Bu halda kollegiya hesab edir ki, sonuncunun birgə əmlak rejimi yaranmamaqla, həmçinin miras qoyanın vərəsəsi də hesab olunmur (MM-in 1163-cü maddəsi).
3. Araşdırmanın bu hissəsində kollegiya bildirir ki, iddiaçı iddia tələbində, həmçinin də apellyasiya şikayətində X7 ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ hissəsinə dair X1 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişdir Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi vəsiyyətnamənin qüvvədən düşməsi-etibarsız sayılması barədə iddianın axını vəsiyyətnamə tərtib edildiyi gündən deyil, mirasın açıldığı gündən başlanır. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş materiallarında olan 07.02.2003-cü il tarixli, 2V-16 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarial qaydada təsdiq olunmaqla, üç nəfər şahidin iştirakı ilə tərtib olunmuşdur. Vəsiyyətnamənin digər şəxs tərəfindən imzalanmasının da əsas səbəbi kimi “vəsiyyət edənin hər iki əlinin və bütün barmaqlarının yanması” səbəbi olmuşdur.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü m maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı da cavabdeh yalnız israrlı şəkildə müddətin tətbiq edilməsini və məhz bu səbəbdən iddianın təmin olunması üçün heç bir əsasın olmadığını bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
5. Şikayət üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, təqdim olunmuş sənədlərdən, o cümlədən 01.06.2004-cü il tarixli, 2V-26 nömrəli notariat işindən (i/m səh. 61, notariat işinin 8-ci səhifəsi) müəyyən olunur ki, İddiaçı anası X14 27 may 2004-cü il tarixli, notarial qaydada təsdiq olunmuş ərizə ilə notariusa müraciət edərək “10 fevral 2003-cü ildə vəfat etmiş X4 qalan Ucar şəhəri, Nərimanov küçəsi, ev 9 ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsindən ibarət miras əmlakı xx xxxxxxxx 1992-ci ildə anadan olmuş oğlu İddiaçı adından o, qəbul etmədiyini, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağı, həmçinin həmin yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakın X10 adına keçirilməsinə etiraz emədiyini bildirmişdir.
6. Kollegiya apellyasiya şikayətinin (o, cümlədən iddia tələbinin) bu hissəsi ilə bağlı vurğulayır ki, düzdür həmin vaxt (2003-cü ildə) İddiaçı azyaşlı olmaqla, öz hüquqlarını müstəqil qaydada həyata keçirə bilməmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı sonradan (həmin vaxt iddiaçı məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmuşdur) 2009-cu il tarixdə mübahisəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, “.... X14 öz izahatında göstərmişdir ki, 2004-cü ilin may ayında o, Ucar şəhərinə gəlmiş, qaynı Əlidən 500 ABŞ dollar aldıqdan sonra oğlunun qanuni nümayəndəsi kimi Ucar rayon DNK-ya gedib 10.09.1992-ci il təvəllüdlü oğlu Kamranın adından miras əmlakı qəbul etmədiyini, miras əmlakı qəbul etmək buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacağı barədə ərizə təqdim etmişdir”. İş materialları ilə həmin qətnamənin qanuni qüvvədə olması müəyyən edilir. Mülki Proserssual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında göstərilir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
7. Apellyasiya şikayətinin digər dəlilinə, yəni “iddiaçının atası öləndə və miras açılarkən onun 11 yaşı olmasına, vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia qaldırılan zaman isə 17 yaşı olmasına, eləcə də öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi, bir sözlə baş verənləri qavramaq üçün vaxt lazım olmasına” münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçı mübahisəli vərəsəlik şəhadətnaməsinin verilməsindən 17 il sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxxxxxx 1992-ci ildə doğulub, 2010-cu il tarixdə artıq yetkinlik yaşına çatmışdır) isə təxminən 11 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində hüquqlarından istifadə etməmişdir. Ona görə də iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağalbatan görünmür. Çünki məhkəmə tədqiq edilən sübutları sadalamaqla kifayətlənməməli, onlar əlaqəli şəkildə şərh edilməklə, məcmu halda qiymətləndirilməlidir.
8. Apellyasiya şikayətinin daha bir dəlili üzrə - Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılmasına aid hissədə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin bu hissəsinə də düzgün kontekstdən yanaşmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında, həmçinin təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İddiaçı atası (miras qoyan) 2003-cü il tarixdə vəfat edərkən, azyaşlı, olsa da yenə də yetkinlik yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində öz hüqundan lazımi qaydada istifadə etməmiş, mirasın rəsmi və ya faktiki qaydada qəbul edilməsinə dair hər hansı mötəbər sübüutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bunu digər səbəblərlə əsaslandırsa da, kollegiya həmin dəlilləri iş üçün yetərli hesab etmir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən (mirasın qəbul edilməsinin xüsusi müddəti) əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi miras onun qəbulu üçün müəyyən edilmiş müddətdə-yəni miras açıldığı gündən altı ay keçənədək qəbul edilməlidir. Həmin müddətin müəyyən hissəsinin yeni vərəsənin vərəsəlik hüququ yaranandək keçdiyinə görə vərəsəlik hüququ yeni vərəsəyə keçdikdən sonra mirası qəbul etmək müddətinin qalan hissəsi ərzində uzadılmalıdır. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə isə belə bir hal mövcud deyil. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində deyil, yetkinlik yaşına çatandan təxminən 10-11 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də kollegiya iddiaçıya münasibətdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbini üzrlü hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov