Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1974/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X8 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(024)-406/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şəki Regional Asan Xidmət Mərkəzinin Notariat ofisində 18 mart 2019-cu il tarixdə 4Ə-625 nömrə ilə qeyd edilən X3 və Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsin (hakim M.Qarayev) 23 iyul 2021-ci il tarixli, 2(024)-406/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı və onun vəkili Vəkil apellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o övladı ilə birlikdə Zaqatala rayonu, Lahıc kəndində yaşayır. Cavabdeh ilə nikahlarını 15 oktyabr 2015-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurarkən cavabdehin valideynlərinə məxsus Qax rayonu, Tanqıt kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 05 avqust 2020-ci il tarixdə cavabdeh evdən çıxıb getmiş, özünə yeni ailə həyatı qurmuşdur. O, cavabdeh evdən çıxıb getdikdən sonra 6 ay qaynanası və qaynatası ilə birlikdə yaşamışdır. 04 fevral 2021-ci il tarixdə cavabdehin anası və qardaşı övladını müalicə adı altında həyat yoldaşının yanına aparmış, onu isə epillepsiya xəstəsi olduğu, müalicələrə ehtiyacı olduğu üçün Zaqatala rayonu, Lahıc kəndində yerləşən atası evinə geri göndərmişlər. Bir müddət müalicə aldıqdan sonra səhhəti yaxşılaşmışdır. Atası evində yaşadığı müddətdə Cavabdeh Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aralarında bağlanmış nikahın pozulması və birgə nikah dövründə anadan olmuş övladının özünün himayəsinə verilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı dövründə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət etmişəm. Azyaşlı övladım X4 mübahisə həll edilənədək və iş üzrə yekun qərar qəbul olunanadək onun yanında saxlanmasına dair qərardad qəbul edilmişdir. Cavabdehlə birlikdə yaşadıqları dövrdə cavabdeh ailədə böyük oğlan olmuşdur. Evdə ailə həyatı qurmamış qaynı da olmuşdur. Cavabdehin kənddə adında torpaq sahəsi olmadığı, qaynanası və qaynatası onlara evdən gələcəkdə çıxmalarını bidirdiyi üçün, eyni zamanda yoldaşının torpaq almaq üçün maliyyə imkanı olmadığı üçün anası X1 mülkiyyət hüququ üzrə özünə məxsus olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən torpaq sahəsinin 1/3 hissəsini 04 fevral 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisində onun adına bağışlamışdır. Həmin torpaq sahəsinin üzərində özünün valideynlərinin maliyyə dəstəyi ilə fərdi yaşayış evi tikilmişdir. Cavabdehlə münasibəti pozulduqdan sonra azyaşlı övladını icra məmurlarının iştirakı ilə Zaqatala rayonunda cavabdehin yaşadığı evdən götürən zaman cavabdeh ona Lahıc kəndində olan torpağı satacağını bildirmiş, o isə həmin torpağın anası tərəfindən bağışlandığının bildirsə də cavabdeh artıq gec olduğunu, torpaq sahəsinə dair onunla X8 Xidmət mərkəzində bağlanmış bağışlama müqaviləsininin olduğunu bildirmişdir. Qeyd edir ki, təxmini 1 il əvvəl o cavabdehlə X8 Xidmət mərkəzinə Lahıc kəndində yerləşən yaşayış evinə su, qaz və işıq çəkilməsi məqsədi ilə müraciət etmişdir. Çünki torpaq sahəsi onun adına olduğu üçün onun iştirakı vacib idi. Cavabdehin bildirdiklərindən sonra X8 xidmət Mərkəzinə getmiş, cavabdeh ilə aralarında hər hansı bir əməliyyatın aparılıb-aparılmaması ilə bağlı Notariusa yaxınlaşmışdır. Cavabdeh ilə aralarında 18 mart 2019-cu il tarixli bağışlama müqaviləsinin mövcud olduğunu bildirmişlər. Ərizə ilə müraciət edərək həmin bağışlama müqaviləsinin təsdiq olunmuş surətini götürmüşdür. Bağışlama müqaviləsindən aydın olur ki, X3 ilə Cavabdeh arasında 18 mart 2019-cu il tarixdə X8 Xidmət Mərkəzində bağışlama müqaviləsi bağlanmışdır. Birinci bağışlama müqaviləsi ilə ikinci bağışlama müqaviləsi arasında 42 gün fərq olmuşdur. Cavabdeh qabaqcadan planlı şəkildə iş görmüş, ona bağışlanmış torpaq sahəsini xəstəliyindən istifadə edərək öz adına özəlləşdirmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. cavabdehlə aralarında olan mülki mübahisəyə Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normaları tətbiq edilməlidir. Cavabdehin məhkəmə iclasmda vermiş olduğu ifadədən aydın olur ki, iddiaçının öz hərəkətlərinin mənasını başa düşmədiyi, tez-tez özündən getməsi və bəzən heç kimi tanımamasını bildirir. Lakin məhkəmə mübahisənin həllində cavabdehin vermiş olduğu izahata uyğun olaraq mülki məcəllənin 346.1-ci maddəsini nəzərə almamışdır. Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlərdən bəhs edir. Cavabdehin özünün vermiş olduğu ifadədən də aydın olur ki, cavabdeh onun xəstəliyindən istifadə edərək onun üçün son dərəcə əlverişsiz şərtlə sözügedən əqdi bağlamağa nail olmuşdur. Ona görə də Qax Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(024)-406/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının təmin edilməsini xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən könüllü olaraq ona bağışlanılmış, iddiaçıya qarşı heç bir təzyiq olunmamışdır. Həmin torpaq sahəsində övladı üçün ev inşa etdirmişdir. Lakin xasiyyətləri uyğun gəlmədiyindən iddiaçı evdən çıxıb getmişdir. Apellyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və X8 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(024)-406/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Az-İİ № 021203 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 Cavabdeh ilə 15 oktyabr 2015-ci ildə nikah bağlayan zaman ərinin “Aslanlı” soyadını götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında Şəki Regional Asan Xidmət Mərkəzinin Notariat ofisində 18 mart 2019-cu il tarixdə 4Ə-625 nömrə ilə qeyd edilən Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Fatimə Mirzəyeva (Aslanlı) Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.3601 ha torpaq sahəsinin özünün paylı mülkiyyətində olan 1/3 hissəsini Cavabdeh bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.3601 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh paylı mülkiyyətindədir. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Tanqıt kəndində yaşayır. 27.04.2021-ci il tarixli № ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Məhkəmə kollegiyasının iclasında sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Şəki Regional Asan Xidmət Mərkəzinin Notariat ofisində 18 mart 2019-cu il tarixdə Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Fatimə Mirzəyeva (Aslanlı) Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.3601 ha torpaq sahəsinin özünün paylı mülkiyyətində olan 1/3 hissəsini Cavabdeh bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında Zaqatala rayonu Lahıc kəndində yerləşən 0.3601 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, iddiaçı apellyasiya şikayətində mübahisəli müqavilənin rəsmiləşdirilməsindən məlumatsız olduğunu, həmin vaxt öz hərəkətlərinin mənasını başa düşmədiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, kollegiya qeyd edir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Qeyd olunamlıdıdr ki, bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədsalətsizliyə səbəb olar. Dördüncü, müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da şikayətin dəlilləri ilə bağlı göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya baxışında təqdim etmədiyindən iddiaçının göstərdikləri əsaslı hesab edilə bilməz. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən də bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beşincisi, iş materiallarından müəyyəın edilir ki, iddiaçının mübahisələndirdiyi müqavilə 18.03.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli əmlaka dair bağışlama müqaviləsinin bağlanmasından təxminən 2 il 2 ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Mülki Prosessual Məcəllənin; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(024)-406/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1974/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1974/2021
26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver