Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-199/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı təbii qaz borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, Borçalı bağlar deyilən ərazidə 76-cı həyət üçün nəzərdə tutulmuş sayğacda (abonent kodu- **********00760) qaz sızması nəticəsində yaranmış 590.85 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı oğlu iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırılmış, sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında qaz sızması olduğunun ona məlum olmuş, sərf olunmuş qazın dəyərinin 590.85 manat olduğunu görmüş, bununla bağlı qaz idarəsinin işçilərinə müraciət etmişdir. Lakin onların akt yazmadıqlarını dediklərini, onların dediyinə əsasən işlətdiyi qazın dəyəri olduğunu, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirildiyini, aktda “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısı alındı” qeyd edildiyini, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qazın atmosferə axdığının müəyyən edildiyini, qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olduğunu, qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borcun yarandığını göstərmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və orada yaşayır. Mingəçevir şəhəri, “Borçalı bağları” deyilən ərazidə yerləşən 76-cı həyət Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsində meyvə ağacları əkmiş, kiçik bir yaşayış üçün “dam” vardır. Həmin torpaq sahəsində yaşayış yoxdur. Tikilidə bir ədəd ikigözlü qaz piltəsi vardır. Həmin qaz piltəsindən bağda ağaclara qulluq edən zaman çay qaynadıb içir. xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırılmışdır. Qeyd etdiyi kimi həyətinə yalnız meyvə ağaclarına qulluq üçün gedir. Sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında məlum olmuşdur ki, qaz sızması olub. Görmüşdür ki, sərf olunmuş qazın dəyəri 590.85 manatdır. Qaz idarəsinin işçilərinə müraciət etmiş, demişlər ki, onlar akt yazmamışlar, işlətdiyi qazın dəyəridir. 104 xidmətinə, aidiyyəti üzrə müəyyən orqanlara müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, aktda qeyd edilmişdir ki, “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısı alındı”. Hazırda həmin sayğac yerində, plomb da qırılmış vəziyyətdədir. Müəyyən edilmişdir ki, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qaz atmosferə axmışdır. Qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olmuşdur. Qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borc yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə işə cavabdeh hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Cavabdehnə qarşı qaz sızması nəticəsində yaranmış, onun istifadəsində olan **********00760 saylı abonent koduna hesablanaraq daxil edilmiş 590.85 (beş yüz doxsan manat səksən beş qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tələbini əsaslandırdığı abonentin saldosunu və sifariş formasını məhkəməyə təqdim etmiş, ancaq həmin sənədlərlə onun tələbində göstərdiyi hallar təsdiq edilməmişdir. Belə ki, iddiaçı iddia tələbində sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qazın atmosferə axdığını, qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olduğunu, qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borc yarandığını qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, tələbini yalnız formal mülahizələrlə əsaslandırmışdır. Belə ki, iddiaçı qaz sızmasının qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı olduğuna dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii X5nın pozulması haqqında aktı da məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, “Borçalı bağları” deyilən ərazidə 76-cı həyət üçün nəzərdə tutulmuş sayğacda (abonent kodu- **********00760) qaz sızması nəticəsində 590.85 manat əsassız borcun yaranması faktını sübutetmə yükü iddiaçının üzərinə düşür.
9. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırıldığını, sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında qaz sızması olduğunun ona məlum olduğunu, sərf olunmuş qazın dəyərinin 590.85 manat olduğunu gördüyünü, bununla bağlı qaz idarəsinin işçilərinə müraciət etdiyini, lakin onların akt yazmadıqlarını dediyini, onların dediyinə əsasən işlətdiyi qazın dəyəri olduğunu, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirildiyini, aktda “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısı alındı” qeyd edildiyini, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qazın atmosferə axdığının müəyyən edildiyini, qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olduğunu, qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borcun yarandığını göstərmişdir. Məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilmiş sübutlar əsasında araşdırır.
10. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır.
11. Məhkəmə, həmçinin nəzərə almışdır ki, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmaq, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamaq, bununla bağlı qaz paylayıcısına təcili məlumat vermək istehlakçının vəzifəsidir. Ona görə də İddiaçı mənzildə bir aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı olduğu halda, bunu etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirməmişdir.
12. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qaz sızması nəticəsində yaranmış 590.85 manat borcun cavabdeh tərəfin səhlənkarlığının nəticəsi olması faktı öz təsdiqini tapmamış və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verən sübutlar təqdim edə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 3.2.7, 3.2.10, 3.2.12-ci bəndləri, Avropa insan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir, qanunsuz və əsassızdır.
16. O, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğunu və orada yaşadığını, Mingəçevir şəhəri, “Borçalı bağları” deyilən ərazidə yerləşən 76-cı həyət Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəs irərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun qanuni istifadəsində olduğunu, həmin torpaq sahəsində meyvə ağacları əkdiyini, kiçik bir yaşayış üçün “dam” olduğunu, həmin torpaq sahəsində yaşayışın olmadığını, tikilidə bir ədəd iki gözlü qaz piltəsinin olduğunu, həmin qaz piltəsindən bağda ağaclara qulluq edən zaman çay qaynadıb içdiyini, xx.xx.2020-ci il tarixdə həyətinə qaz sayğacı quraşdırıldığını bildirmişdir. Qeyd etdiyi kimi həyətinə yalnız meyvə ağaclarına qulluq üçün getdiyini, sayğac quraşdırılandan xeyli müddət sonra 2022-ci ilin avqust ayında qaz sızmasının məlum olduğunu bilib. Görmüşdür ki, sərf olunmuş qazın dəyəri 590.85 manatdır. Qaz idarəsinin işçilərinə müraciət etdiyini, demişlər ki, onlar akt yazmamışlar, işlətdiyi qazın dəyəridir. 104 xidmətinə, aidiyyəti üzrə müəyyən orqanlara müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, aktda qeyd edilmişdir ki, “Plomb qırıldı, sayğacın çıxışından qaz sızmasının qarşısıalındı”. Hazırda həmin sayğac yerində, plomb da qırılmış vəziyyətdədir. Müəyyən edilmişdir ki, sayğac quraşdırılan zaman sayğacın çıxışında arakəsməyə lazımi rezinləri (praklatka) yerləşdirmədikləri üçün sayğacdan çıxan (hesablanan) qaz atmosferə axmışdır. Qazın sərf olunması qaz istismarı sahəsi işçilərinin səhvi ucbatından olmuşdur. Qaz istismarı sahəsi işçilərinin səhlənkarlığı nəticəsində qaz sızaraq 590.85 manat əsassız borc yaranmışdır .
17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, dəfələrlə cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehİstehsalat Birliyinin işçiləri öz qanunsuz əməllərini bildikləri üçün məhkəməyə gəlməmişdirlər. Buna baxmayaraq məhkəmə əsassız olaraq onun iddiasını təmin etməmişdir.
18. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəliq ərarına istinad edərək əsaslandırmışdır ki, “X5”nın 3.2.10-cu yarımbəndinə əsasən, istehlakçı mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır.
19. Halbuki, o, iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsində meyvə ağacları əkmiş, kiçik bir yaşayış üçün “dam” vardır. Həmin torpaq sahəsində yaşayış yoxdur. Tikilidə bir ədəd ikigözlü qaz piltəsi vardır. Həmin qaz piltəsindən bağda ağaclara qulluq edən zaman çay qaynadıb içir.
20. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cu il tarixli, 2(051)- 2086/2023 saylı qətnaməsini ləğv edərək, iddiasının təmin olunmasını, Cavabdehnə qarşı qaz sızması nəticəsində yaranmış, onun istifadəsində olan **********00760 saylı abonent koduna hesablanaraq daxil edilmiş 590.85 (beş yüz doxsan manat səksən beş qəpik) manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxıl olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
25. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 27.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cu il tarixli, 2(051)-2086/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının
31. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cu il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.
35. Belə ki, kollegiyanın iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri Borçalı 76 ünvanında 22 yanvar 2020-ci il tarixdə iddiaçının adına məişət qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac üzrə 2021-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayınadək heç bir sərfiyyat olmamış, həmin dövrlər ərzində iddiaçının qaz sərfiyyatı üzrə borcu -0,90 manat təşkil etmişdir. Lakin 2022-ci ilin avqust ayında abonentin saldosu üzrə 2 gözlü qaz plitəsinin olduğu həmin ünvanda qaz sayğacı üzrə 32513 qaz sərfi üçün 590,85 manat hesabat aparılmışdır. İddiaçı 06 sentyabr 2022-ci il tarixdə Borçalı 76 ünvanında quraşdırılmış qaz sayğacında qaz sızmasının baş verməsi barədə müraciəti əsasında Mingəçevir Xidmət Sahəsinin qəza dispetçer xidmətinin işçiləri tərəfindən həmin sayğacın plombu qırılmış, sayğacın çıxışından qaz sızmasının qarşısı alınmışdır. İddiaçı həmin sərfiyyatın onun təqsirindən yaranmadığını əsas gətirərək, hesablanmış məbləğin silinməsinə dair məhkəmədə iddia qaldırmışdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin əsassız olaraq onun iddiasını təmin etməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş ona məxsus fərdi yaşayış evinin (bağ evi) qaz xətti üzərində quraşdırılmış qaz sayğacında baş vermiş sızma nəticəsində abonent hesabında əlavə borcun yaranması barədə müraciətinə X3 Agentliyinin Mingəçevir filialında baxılmışdır. Müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ərizəsində sözügedən ünvan kimi qeyd olunan ünvan 5yış evi ( bağ evi) X7 İstismarı idarəsinin (bundan sonra - Tərtər RQİİ) abonent bazasında **********00760 kodu ilə qeydiyyatdadır. Müraciətin araşdırılması məqsədilə Tərtər RQİİ-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, sözügüdən ünvanda quraşdırılmış qaz sayğacının çıxışında qaz sızmasının olması barədə müraciət xx.xx.2022-ci il tarixdə daxil olmuş və dərhal Mingəçevir Xidmət Sahəsinin qəza dispetçer xidmətinin işçiləri tərəfindən sızma aradan qaldırılmış və müvafiq qaydada sənədləşdirilmişdir. Müraciət ərizəsində bildirdiyinə və eyni zamanda abonent saldosunun təhlili zamanı məlum olmuşdur ki, 2022-ci il ərzində sızma barədə məlumat daxil olan tarixədək (xx.xx.2022 - xx.xx.2022) qeyd olunan ünvanda yaşayış olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011– ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 3.2.10-cu yarımbəndinə əsasən, istehlakçı mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır. Məlumat üçün bildirilmişdir ki, cari tarixədək abonent hesabında 590.85 manat məbləğində debitor borc yaranmışdır.
37. İşdə olan İddiaçı aid Mingəçevir şəhəri Borçalı 76 ünvanı üzrə abonentin saldosundan görünür ki, həmin ünvana 22 yanvar 2020-ci il tarixdə məişət qaz sayğacı quraşdırılmış və istifadə olunan cihaz 2 gözlü qaz plitəsindən ibarətdir. Həmin sayğac üzrə 2021-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayınadək heç bir sərfiyyat olmamış, həmin dövrlər ərzində iddiaçının qaz sərfiyyatı üzrə borcu -0,90 manat təşkil etmişdir. Lakin 2022ci ilin avqust ayında həmin ünvanda qaz sayğacı üzrə 32513 qaz sərfi üçün 590,85 manat hesabat aparılmışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla müraciət ərizəsində bildirilmə ilə yanaşı, eyni zamanda abonent saldosunun təhlili nəticəsində 2022-ci il ərzində sızma barədə məlumat daxil olan tarixədək (xx.xx.2022 xx.xx.2022) qeyd olunan ünvanda yaşayışın olmaması müəyyən edilmişdir.
39. Həmin məktubda qeyd edilmiş və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011– ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 3.2.10-cu yarımbəndində qeyd edilmiş, istehlakçının mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı olmasına gəlincə isə “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
40. Kollegiya qeyd edir ki, həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, istehlakçının mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı olması, qaz paylayıcısını qaz sayğacına hər ay baxmaq vəzifəsindən azad etmir. Hansı ki, həmin vəzifənin icrası qaz sayğacında, o cümlədən sayğacın yerləşdiyi ərazi üzrə nasazlığın aşkar edilməsinə imkan verərdi.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, idda təmin edilməli, İddiaçı istifadəsindəki, abonent kodu **********00760 olan qaz sayğacı üzrə hesablanmış 590,85 manat borc İddiaçı hesabından silinməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(051)-2086/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İdda təmin edilsin. İddiaçı istifadəsindəki, abonent kodu **********00760 olan qaz sayğacı üzrə hesablanmış 590,85 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.