Məhkəmə qərarları › İş №2(107)-1990/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1990/2021

02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1990/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlakın onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlakın onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi, 3-cü şəxslər, barışıq sazişi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X39 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tаrixli, 2(019)-546/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh, üçüncü şəxslər X5, X6 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh, üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması, miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaldıb, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kəndində mübahisələndirilən daşınmaz əmlak qeydiyyatdadır. X3, anası X24r. Birgə təsərrüfat apardıqları dövrdə Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.2424 ha həyətyanı torpaq sahəsi, 1.00 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailələrinin mülkiyyətinə verilmişdir. Bu barədə İddiaçı, X3na, anası X25, qardaşı Cavabdeh JN 139 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X58 verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki kontur daxilində, yəni 139F cizgidə qeyd edilən 6512.82 kvm hissəsi həyətyanı torpaq sahəsinə bitişik hissədən, 139 saylı cizgidə qeyd edilən 3444.00 kvm hissəsi isə çöl sahəsindən verilmişdir. 0.2424 ha həyətyanı torpaq sahəsinin 0.1155 ha hissəsini və 0.6512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.473 ha hissəsini öz razılıqları ilə atalarının başqa ailəsi olan X18 vermişlər. Qalan torpaq sahələrinə və fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. X3 04 sentyabr 2013-cü il tarixdə, anası X37 isə 07 avqust 2018-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra miras qalmış əmlakları qardaşı Cavabdeh və özü qəbul etmişlər. Digər qardaş və bacıları isə ailə quraraq təsərrüfatdan əvvəldən çıxmışlar və başqa ünvanlarda yaşayırlar, mirası qəbul etməmişlər. X1 və anası X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli imtina məktubu verərək qeyd etmişdir ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə arasında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Eyni zamanda bildirir ki, 28 mart 2014-cü il tarixdə Balakən rayon Notariat Ofisi tərəfindən hazırda mübahisələndirilən miras əmlakın 03.09.2013-cü ildə ölmüş X17 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsinin ona düşən hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Lakin iddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə görə hesab edir ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbi təmin edilmiş, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56.1 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Eyni zamanda Balakən rayonu Qazma kəndində yerləşən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. X32 04 sentyabr 2013-cü il tarixdə, X37 isə 07 avqust 2018-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra miras qalmış əmlakları Cavabdeh və İddiaçı qəbul etmişlər. Digər qardaş və bacıları isə ailə quraraq təsərrüfatdan əvvəldən çıxmışlar və başqa ünvanlarda yaşayırlar, mirası qəbul etməmişlər. İddiaçı X1 və anası X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli imtina məktubu verərək qeyd etmişdir ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Eyni zamanda 28 mart 2014-cü il tarixdə Balakən rayon Notariat Ofisi tərəfindən hazırda mübahisələndirilən miras əmlakın 03.09.2013-cü ildə ölmüş X17 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsinin ona düşən hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Lakin iddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə görə hesab edilir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı xx xxx 1980-cı il tarixdə anadan olmuş, X3, anası X37 yazılmışdır. X32 03 sentyabr 2013-cü il tarixdə ölmüşdür. X37 20 avqust 2018-ci il tarixdə ölmüşdür. Balakən rayonu Qazma kəndində yerləşən 0,6512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu Qazma kəndində yerləşən 0,3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56.1 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. digər vərəsə olan qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Süleyman Soltan oğlundan miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, 0.2424 ha həyətyanı, 0.3444 ha (əkin) və 0.6512 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X17 məxsus hissəsindən barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq 0.1155 ha həyətyanı və 0.0455 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik hüququ əsasında X33 və onun qızı X8 mülkiyyətinə verilmişdir. 03.09.2013-cü ildə ölmüş X17 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahələrinin ona düşən hissəsinə Cavabdeh, İddiaçı, X15, X9 və X10 mirasdan pay verilmişdir. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müddət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə, miras qalmış əmlakların Cavabdeh və İddiaçı tərəfindən qəbul edildiyinə, miras əmlakların ½ hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınmasına cavabdehin etiraz etməməsinə əsasən hesab edir ki, iddia təmin edilməli, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci, 223.2-ci, 223.4-cü, 1133.1-ci, 1133.2-ci, 1145-ci, 1151-ci, 1159.1-ci, 1159.2-ci, 1159.3-cü, 1159.4-cü, 1159.5-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-cü, 1255-ci 1246-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü, 311-ci maddəsi əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia Balakən rayon Notariat Ofisinə qarşı qaldırılmalı olduğu halda, Cavabdeh qarşı iddiaçı "vərəsəlik hüququnun tanınması" adlı iddia ilə Balakən Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının miras əmlaka vərəsəlik hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmişdir. İddiaçı vərəsə olması mübahisə predmeti olmamışdır. Ancaq sonuncu iş üzrə üçüncü şəxs Balakən rayon Notariat Ofisindən "vərəsəlik hüququ haqqında şəhadətnamə" almadan bir başa hazırki tələblə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi qeyd olunan miras əmlakı qəbul etmiş X20, X21, X26 və X22 miras əmlakdakı paylarını nəzərə almamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli, 2(019)-26/2015 iş nömrəli qətnaməsindən və vərəsələr barədə arayışdan da göründüyü kimi, X20, X21, X26 və X38 da həmin mirasdan məcburi pay almalıdırlar. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-cil tarixli, 2(019)-26/2015 iş nömrəli qətnaməsinə əsasən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinin səbəbi, vərəsələrdən birinin adına miras qoyan tərəfindən vəsiyyətnamə yazılması olmuşdur. Balakən Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli, 2(019)- 1949/2016 iş nömrəli qərardadından da göründüyü kimi, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış əmlakların bir qismi iddiaçı, cavadeh və hazırki iş üzrə qəbul edilmiş qətnamə hüquq və maraqlarına toxunan şəxslər arasında bölünmüşdür. X20, X21, X26 və X22 da hazırki miras əmlakda qanun üzrə vərəsəlik hüquqları vardır. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, onlar, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 iş nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili və nümayəndəsi X51 məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdiyini və Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iş üzrə 3-cü şəxs X26 apellyasiya şikayətindən imtina etmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr tarixli qərardadı ilə onun ərizəsi nəzərə alınmış, X11 apelyasiya şikayəti üzrə apellyasiya icraatın xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti və iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56.1 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Eyni zamanda Balakən rayonu Qazma kəndində yerləşən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X14, ümumbirgə X19, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. X32 04 sentyabr 2013-cü il tarixdə, X37 isə 07 avqust 2018ci il tarixdə ölmüşdür. Onların aşağıdakı vərəsələri qalmışdır; X34, X21, Cavabdeh, İddiaçı, X35 və X38. Onların ölümündən sonra miras qalmış əmlakları Cavabdeh, 3-cü şəxslər X23, X21, X12, X38 və İddiaçı qəbul etmişlər. İddiaçı X1 və anası X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli imtina məktubu verərək qeyd etmişdir ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Eyni zamanda 28 mart 2014-cü il tarixdə Balakən rayon Notariat Ofisi tərəfindən hazırda mübahisələndirilən miras əmlakın 03.09.2013-cü ildə ölmüş X17 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsinin ona düşən hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 02 noyabr 2016cı il tarixli 2(019)-1949/2016 saylı qərardadı ilə X7 miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, 0.2424 ha həyətyanı, 0.3444 ha (əkin) və 0.6512 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X17 məxsus hissəsindən barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq 0.1155 ha həyətyanı və 0.0455 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik hüququ əsasında X33 və onun qızı X8 mülkiyyətinə verilmişdir, daha sonra X33 və onun qızı X2 Süleyman Soltan oğlundan miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi və 0,3444 ha əkin sahəsindən imtina etmişlər. Sazişlə daha sonra X7 miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, iddiaçı X33 və onun qızı X16 verilmiş 0,1155 ha həyətyanı və 0.0455 ha (əkin) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verildikdən sonra yerdə qalan torpaq sahələri bölgü sxeminə uyğun olaraq X28, X21, Cavabdeh, İddiaçı, X29 və X22 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə, miras qalmış əmlakların Cavabdeh və İddiaçı tərəfindən qəbul edildiyinə, miras əmlakların ½ hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınmasına cavabdehin etiraz etməməsinə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Digər vərəsələr isə vərəsəliyi qəbul etməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2(019)-1949/2016 saylı qərardadından müəyyən edilir ki, X7 miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, 0.2424 ha həyətyanı, 0.3444 ha (əkin) və 0.6512 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X17 məxsus hissəsindən barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq 0.1155 ha həyətyanı və 0.0455 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik hüququ əsasında X33 və onun qızı X8 mülkiyyətinə verilmişdir, daha sonra X33 və onun qızı X2 Süleyman Soltan oğlundan miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi və 0,3444 ha əkin sahəsindən imtina etmişlər. Sazişlə daha sonra X7 miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, iddiaçı X33 və onun qızı X16 verilmiş 0,1155 ha həyətyanı və 0.0455 ha (əkin) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verildikdən sonra yerdə qalan torpaq sahələri bölgü sxeminə uyğun olaraq X30, X21, Cavabdeh, İddiaçı, X29 və X22 mülkiyyətinə verilmişdir. Göründüyü kimi 3-cü şəxslər artıq mübahisəli mirasla bağlı öz iradələrini ifadə etməklə vərəsəliyə dair pay almaqda israrlıdırlar. Yəni əvvəlki mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və iş barışıq sazişi ilə yekunlaşmışdır. Artıq qeyd edilən qərardadla həmin işdə cavabdeh tərəf olmuş indiki 3-cü şəxslərin mirası qəbul etmələri təsdiq olunur. Ona görə də kollegiya qeyd edir ki, 3-cü şəxslər miras əmlaka dair vərəsəlik hüququnu itirməmişlər. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı halda miras əmlaka dair bütün vərəsələrin vərəsəlik hüququ qorunmalı və paylar bərabər surətdə müəyyən edilməlidir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iş üzrə 3-cü şəxs X26 apelyasiya şikayətindən imtina etmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr tarixli qərardadı ilə onun ərizəsi nəzərə alınmış, X11 apelyasiya şikayəti üzrə apelyasiya icraatın xitam verilmişdir. X4 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, vərəsəlik hüququndan imtina etmişdir. Beləliklə kollegiya hesab edir ki, 3-cü şəxslər də miras əmlakı faktiki olaraq qəbul etdiyindən iddia qismən təmin edilməli, iddiaçının miras əmlakda payı 1/5 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə xitam verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Posessual Qanunvericiliyin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilə bilər. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, tərəflər eyni deyildir. Əvvəlki işdə iddiaçı X33 olmuş, hazırkı iddiada isə İddiaçıdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)- 546/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, iddiaçının miras əmlakda payı 1/5 hissədə müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh, üçüncü şəxslər X5, X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi qismən təmin edilsin. 04 sentyabr 2013-cü il tarixdə ölmüş X7 və 07 avqust 2018-ci il tarixdə ölmüş X13 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/5 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar