Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2002/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X3 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 aprel tarixli, 04 nömrəli qərarı ilə Cavabdeh1 adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN036A, KOD 40308028 nömrəli şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oğluna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qax rayon Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X3 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin Qax rayon AİK-nın 1998-ci il 22 aprel tarixli 04 nömrəli qərarı ilə Cavabdeh1 Məhəmməd oğlunun adına işlənmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli Şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən olunması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 29 iyul 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, Qax rayonu Ağçay kəndində mərhum anası X12 qızının adına 0.09 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1967-ci ildə inşa edilmiş, ümumi sahəsi o cümlədən, yaşayış sahəsi 77 kvm olan yaşayış evi vardır. X16 29 may 1995-ci ildə ölmüşdür. Onun ölümündən sonra kənd icra nümayəndəliyində təsərrüfat bağlanmışdır. Qax rayon Dövlət Arxivində olan 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda 29.05.1995-ci ildə qeydiyyata alınmışdır. Mərhumun ölümündən sonra onu birinci dərəcəli vərəsələri olaraq iki nəfər, o və digər vərəsə olan iddiaçı bacısı İddiaçı2 qalmışdır. O, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qax rayon Dövlət Notariat ofisinə müraciət etmiş ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, Rusiya Federasiyasında yaşasa da, hər il ata evinə gəlmiş və orada yaşamışdır. Anasından miras qalan əmlaka faktiki sahiblik edir. Hal-hazırda həmin evdə yaşayır. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iş üçün əhəmiyyət kəsb edən halları araşdırmadan qətnamə çıxarmışdır. Belə ki, məhkəmə işə baxarkən qarşı tərəfin məhkəmədə iştirakını təmin etməmiş, mülki iş üzrə həqiqəti müəyyən edəcək şahidlərin məhkəməyə dəvət edilməsində maraqlı olmamışdır. Ona görə ki, X16 29 may 1995-ci il tarixdə vəfat etdiyindən kənd icra nümayəndəliyində onun adına olan təsərrüfat bağlanmışdır. Bu barədə Qax Rayon Dövlət Arxivində 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında müvafiq qeydiyyat aparılmışdır. İşə baxan hakim Qax Rayon Dövlət Arxivində 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında olan qeydiyyatın hüquqi nəticələr yaratmadığını bildirmişdir. Necə ola bilər ki, təsərrüfat bağlandığı halda vərəsəlik açılır. Analarının 1-ci dərəcə vərəsələri onlar olduğu halda Qax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 22 aprel tarixli, 04 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-036A kod 40308028 nömrəli Şəhadətnamə Mollayev Вауram Məhəmməd oğlunun adına işlənmişdir. Ona görə də hal-hazırda həmin daşınmaz əmlaka mülkiyyət sənədi əldə edən cavabdehlər ləyaqətli vərəsə ola bilməzlər. Mübahisəli yurdun həqiqi sahibləri vərəsələri onlardır. Bundan başqa məhkəmə rəsmi vəkilinin iştirakını təmin etmədən daha doğrusa vəkilin ünvanına bildiriş göndərməmiş, onun müdafiə hüququnu pozmuşdur. Ona görə də qətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iş üzrə Qax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(024)-432/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, anası 1995-ci tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra miras kimi ev, torpaq sahəsi qalmasına baxmayaraq, ona heç bir vərəsəlik payı ayrılmamışdır. O, uzun müddət Rusiyada yaşamasına baxmayaraq, anasının yas mərasimində iştirak etmiş, hərdənbir yaşadıqları evə gedib-gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər iddiaçı və cavabdehlər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, vərəsəliklə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: JN-036 A, KOD 40308028 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 22 aprel tarixli qərarı ilə Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 ümumibirgə mülkiyyətinə verilmişdir. Reyestr nömrəsi **********29-10301, qeydiyyat nömrəsi ********** saylı, 16.03.2020ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Ağçay kəndində 0.09 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tam, həmin evin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsi isə Cavabdeh1, X15, X9 və X10 ümumibirgə mülkiyyətinə verilmişdir. Qax rayonu Ağçay kəndində 0.09 ha torpaq sahəsinə üzərində yerləşən fərdi yaşayış evinə dair Reyestr nömrəsi **********29-10301 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, həmin sənədin verilməsinə əsasən DTXK Qax rayon şöbəsinin 11.09.2002-ci il tarixli JN-036A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qax RİHB-nın İlisu kənd nümayəndəsinin 20.02.2020-ci il tarixli 117 nömrəli tikili barəsində arayışdır. Həmin sənədin xüsusi qeydlər hissəsində 350 kv.m torpaq sahəsinin zəbt olunduğu, B tikilisi və İ tikilisinin bir hissəsinin zəbt olunmuş torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Qax rayon Dövlət Notariat ofisinin dövlət notariusunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Əriazi İdarəsinə ünvanladığı 23 sentyabr 2019-cu il tarixli № 149 saylı məktubun təsdiq olunmuş surətindən görünür ki, X1 və X4 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair Qax rayon Dövlət Notariat ofisinə vərəsələr İddiaçı1 və İddiaçı2 tərəfindən müraciət daxil olmuşdur. X3 29.05.1995-ci il tarixdə və X5 01.12.1985-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə İddiaçı1 və İddiaçı2 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Ona görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhumun adına miras əmlaka mülkiyyəti təsdiq edən sənədin verilməsi xahiş edilmişdir. Qax rayon Notariat ofisinin dövlət notariusunun İddiaçı1 ünvanladığı məktubdan görünür ki, Qax rayon Notariat Ofisinə təqdim edilən sənədlərdə atası X4 miras qalan fərdi yaşayış evinin hüquq müəyyənedici sənədləri olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. V-ЖГ № 351781 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 valideyinləri X8 və X6r. AZ-İİ № 010689 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X8 01.12.1985-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.12.1985-ci il tarixdə 14 nömrə ilə qeydiyyat aparılmışdır. AZ-İİ № 010690 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X12 qızı 29.05.1995-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.05.1995-ci il tarixdə 12 nömrə ilə qeydiyyat aparılmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 04 may 2021-ci il tarixli № 05/75-209/69 saylı Arayışın surətindən görünür ki, X8 ilə X2 nikahları 07 may 1956-cı ildə bağlanmışdır. Qax rayon Dövlət Arxivinin verdiyi Qax rayonu İlisu kənd ƏİN-nin Ağçay kəndi üzrə 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabından Arxiv çıxarışının surətindən görünür ki, X7 29 may 1995-ci ildə ölmüş, həmin tarixdən təsərrüfat bağlanmışdır. Qax RİHB-nın İlisu kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 05.05.2021-ci il tarixli 242 saylı arayışdan görünür ki, X7 öldüyü günədək, yəni 29.05.1995-ci il tarixədək Qax rayonu Ağçay kəndində yaşamışdır, mərhumun hal-hazırda İddiaçı1 və İddiaçı2 ibarət vərəsələri vardır. Qax RİHB-nın İlisu kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 05.05.2021-ci il tarixli 242 saylı arayışdan görünür ki, X7 öldüyü günədək, yəni 29.05.1995-ci il tarixədək Qax rayonu Ağçay kəndində yaşamışdır, mərhumun hal-hazırda İddiaçı1 və İddiaçı2 ibarət vərəsələri vardır. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı iddiaçının izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçının anası - miras qoyan şəxs X7 1995-ci tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, miras qoyan şəxs 2000-ci il tarixdən əvvəl vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı); - 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. - 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. - 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. - 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. - 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. - 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. - 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. - 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan şəxs X7 1995-ci tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Qax rayonunda yaşadığından mirasın açıldığı yer Qax rayonudur (həmin Məcəllənin 529-cu maddəsi). Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 22 aprel tarixli qərarı ilə Qax rayonu Ağçay kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, X15, X9 və X10 ümumbirgə mülkiyyətinə verilmişdir. Daha sonra Qax rayonu Ağçay kəndində 0.09 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tam, həmin evin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsi isə Cavabdeh1, X15, X9 və X10 ümumibirgə mülkiyyətinə verilməsinə dair Cavabdeh1 adına Reyestr nömrəsi **********29-10301, qeydiyyat nömrəsi ********** saylı, 16.03.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən və şikayətin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı olsa da, iddianın təmin olunması üçün əsaslı deyildir. Əvvəla ona görə ki, işin faktiki hallarından görünür ki, iddiaçıların mübahisələdirdiyi əmlaklar cavabdehlərin ümumbirgə mülkiyyətində olmaqla, sonuncuların mülkiyyətinə Qax rayon AİK 1995-ci il qərarı ilə verilmişdir. Digər əmlaka gəldikdə isə, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəf həmin əmlakın miras kütləsinə daxil olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmiş, şikayətin bu dəlilini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. İkinci, işin əsas mübahisəli halı iddiaçılar tərəfindən mirasın faktiki qəbulu ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçılardan biri İddiaçı1 uzun illər Rusiyada yaşamış, yalnız hərdənbir Azərbaycana gəlmiş, digər iddiaçı isə hələ anasının sağılında gəlin köçərək həmin əmlakdan çıxmış və hər biri özlərinə məxsus olan evdə yaşamış, dediklərinə görə hərdənbir qeyd olunan evə baş çəkmişlər. Lakin kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların həmin mübahisəli evə hərdənbir gəlib-getməsi heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə, orada yaşayan şəxslərə baş çəkmək, sonuncuların yaşayış tərzi ilə maraqlanmağa uyğun gəlir. Çünki iddiaçıların özlərinin etirafından da məlum olur ki, onlar hər biri özlərinə məxsus olan evdə yaşamışdır. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya şikayətinin dəlilləri baxımından araşdırmanı davam etdirən kollegiya bildirir ki, miras əmlaka, orada yaşayan şəxslərə hərdənbir baş çəkilməsi işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. Çünki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin (köhnə redaksiyalı) 552-ci maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən altı ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi əgər doğrudan da iddiaçılar tərəfindən əgər miras əmlak faktiki qaydada qəbul edilibsə də belə bu 6 aylıq müddəti əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir. Apellyator məhkəmə iclasında həm də anasının dəfn mərasimində iştirak etdiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə (iddiaçılar) tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Bu cür məlumatların həmin məsələ baxımından hüquqi əhəmiyyəti yoxdur. Çünki bu cür hallar milli-mənəvi dəyərlərdən irəli gəlir və mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Göründüyü kimi bu kimi davranışlar heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi deyil, şəxsi münasibətlər zəmnindən irəli gələn və ailə başçısını itirmiş şəxslərə köməklik götərilməsi kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən Qax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(024)-432/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qax rayon Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X3 adına olan 0.09 ha həyətyanı torpaq sahəsinin Qax rayon AİK-nın 1998-ci il 22 aprel tarixli 04 nömrəli qərarı ilə Cavabdeh1 Məhəmməd oğlunun adına işlənmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-036A, KOD 40308028 nömrəli Şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi ilə eyni daşınmaz əmlak olması faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2002/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2002/2021
30.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver