Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-201/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V. Məmmədov) 14 sentyabr 2021-ci il tarixli, 2(033)- 389/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat mələğində pul vəsaitinin iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı və vəkili Vəkil apellyаsiyа şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayır. Həyətlərində 2 yaşayış evi vardır. Yaşayış evinin biri 1962-ci ildə tikilmişdir və həmin evdə mərhum X3 və nənəsi X6 yaşamışdır. İkinci yaşayış evində isə atası yaşamışdır. Həmin mülkə dair atasının adına 24.02.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X3 1987-ci ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, babası sağlığında nəyi varsa hamısını mərhumun oğlu X11 03 fevral 1982-ci ildə vəsiyyət etmişdir. Babasının adına 1962-ci ildə tikilmiş yaşayış evi və mal damı olmuşdur. Üçüncü şəxs Fatimat Sofiyevanın əri Abdulla Musayev 05.09.2016-cı il tarixdə vəfat etmişdir. Hələ babası sağlığında 1960-cı ildə X11 şəhərdə mənzil alaraq öz ata payını vermişdir. Həmin ildən babasının və mərhum nənəsinin qayğısını özü çəkmişdir. Babasının sağlığında əldə etdiyi əmlakının oğlu Abdulla Musayevə vəsiyyət etməsi heç də inandırıcı deyildir. Ona görə ki, babası 1970-ci illərin axırından görmə qabiliyyətini itirmişdir. Bunu təsdiq edən şahidləri də vardır. Eyni zamanda babası savadsız olmuşdur. Mübahisəli vəsiyyətnamədə olan imza X3na məxsus deyildir. Bundan başqa X12 adından tərtib edilmiş 03 fevral 1982ci il tarixli vəsiyyətnamə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 16 fevral 1982ci il tarixdə təsdiq edilməklə, 2/43 nömrə ilə reyestrə daxil edilmişdir. Bu hal vəsiyyətnamənin saxta olmasını bir daha təsdiq edir. Eyni zamanda torpaq sahəsi həmin dövrdə dövlətin müstəsna mülkiyyəti olmuşdur. X27 qanuna əsasən isə 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilməli idi. İslahatdan əvvəl babası öldüyünə görə torpaq sahəsi onun adına işlənə bilməzdi. Mübahisəli vəsiyyətnamə üçüncü şəxs tərəfindən saxta yolla tərtib edilmişdir. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib edilməmişdir. Mübahisəli vəsiyyətnamə üçüncü şəxs tərəfindən saxta yolla tərtib edilmişdir. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işə əlavə olunmuş adına verilmiş 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsi ona əsas verir ki, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş saxta vəsiyyətnaməni mübahisələndirsin. Baxmayaraq ki, məhkəmə 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsindən sonra saxta yolla əldə olunan sənədlərin yaratdığı hüquqi nəticələri daha üstün tutmuşdur. Əgər onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmasaydı, məhkəmə iddia ərizəsini icraata qəbul etməzdi və xətşünaslıq ekspertizasının təyin edilməsi üçün qərardad qəbul etməzdi. Eyni zamanda 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, torpaq sahəsi həmin dövrdə dövlətin müstəsna mülkiyyəti olduğundan sənəddə fərdi yaşayış evi göstərilmişdir. Məhkəmə mülki işə baxarkən X27 qanunun tələblərini nəzərə almamışdır. Əmlak İslahatı qanununa əsasən hər hansı bir subyektə islahatın aparıldığı müəssisədə son 5 ilin əmək haqqı indeksləşməklə əmlak payı müəyyən olunur. X27 Qanuna əsasən isə 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilməli idi. İslahatdan əvvəl babası X24 1987-ci ildə vəfat etdiyinə görə torpaq sahəsi babasının adına işlənə bilməzdi. Ona görə ki, həmin dövrdə torpaq sahələri Dövlətin müstəsna mülkiyyəti olmuşdur. X42 Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarından görünür ki, X13 adına 2200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq Kadastrı kitabında 20.07.2009-cu il tarixdə A№205648 seriyalı 332 nömrə ilə uçota alınmışdır. Qeyd olunan xüsusatlar göstərir ki, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçisi odur. Babasının vəfatından əvvəl və sonra da yurdu idarə edən o və atası olmuşdur. Bu səbəbdən Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin saxta olması onu göstərir ki, X14 və mərhum əri X7 ləyaqətli vərəsə olmaları şübhəlidir. Eyni zamanda ekspert rəyindən görünür ki, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamədə olan vəsiyyətçi sözündən sonra olan imzanın X24 tərəfindən imzalanmadığı sübut olunmuşdur. Məhkəmə xətşünaslıq ekspertizası təyin edərkən həqiqəti müəyyən etmək üçün ekspert qarşısında qoyduğu beş sualdan birini qərardadda göstərməklə, onun hüquqlarını məhdudlaşdırmışdır. Bununlada məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bundan başqa vəsiyyətnamənin həqiqiliyinə şübhə olmasaydı, babası X24 1987-ci ildə vəfat etdiyi halda, notariat kontorunda 01.12.2012-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik açılmazdı. Məhkəmə mülki mübahisəni 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə istinad edərkən, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 01.12.2012-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 01.09.2000-ci il tarixdən sonra yaranmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğunluğuna münasibət bildirməmişdir. 14.09.2021-ci il tarixdə təyin olunmuş məhkəmə baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 iştirak etmədiyi halda onun qətnamədə iddia tələbinə dair izahatı göstərilmişdir. Bu hal onu göstərir ki, məhkəmə tərəflərin çəkişmə prinsipini təmin etməyərək, mötəbər olmayan sübutlara, sənədlərə istinad edərək ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Adına verilmiş 24.02.1988ci il tarixli qeydiyyat vəsiqəsinin olması onun hazırkı mübahisəni qaldırmağa subyektiv hüququnun olduğunu göstərir. Məhkəmə mülki işə baxarkən ekspert qarşısında qoyulmuş suallardan yalnız birini qərardadda göstərmişdir. Vəsiyyətnamənin saxta olmasına kifayət qədər sübutlar olsa da, məhkəmə mülki mübahisənin obyektiv həll olunmasını təmin etməmişdir. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 14.09.2021 tarixli, 2(033)-389/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, babası Yusif Musayev gözdən zəif olduğu üçün həmin vəsiyyətnaməni imzalaya bilməzdi. Hesab edir ki, vəsiyyətnamə tərtib olunan zaman atası şahid olmalı idi. Bundan əlavə ekspert tərəfindən verilmiş rəydən də görünür ki, vəsiyyətnamədəki imza babasına məxsus deyil. Fatimat Sofiyeva daim şəhərdə yaşayıb, indi gəlib kənddəki əmlakı qeyri-qanuni yolla ələ keçirib. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. -372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sənədlər əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)- 389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş ; Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli 197 saylı arxiv arayışından görünür ki, X8 Danaçı kənd XDS l/K-nin 1991/1995-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi aravdı X29, oğlu İddiaçı, qızı X15, qızı X9, qızı X16, gəlini X26 və nəvəsi X2 ibarət olmuşdur. Yaşayış evi tikilib 1981-cı ildə, ümumi sahəsi 150 m2, yaşayış sahəsi 78 m2. Cəmi torpaq: 0. 20 ha, o cümlədən tikilialtı 0.02ha-dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən iddiaçı X7 adına verilmiş qeydiyyat tarixi 06.02.2013-cü il olan, qeydiyyat nömrəsi isə ********* olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0,2202 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01 dekabr 2012-ci il tarixli 2V-821 nömərli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Zaqalala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci ildə təsdiq edilən və reyestrdə 2/43 N-ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22 iyun 1982-ci ildə vəfat etmiş X1 və 27 fevral 1987-ci ildə vəfat etmiş X12 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi - oğlu X17r. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsindən 03 oktyabr 2012-ci il tarixdə verilmiş **********91 saylı arayışda qeyd olunan 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m yaşayış sahəsi 39.8 kv.m olan fərdi yasavıs evindən ibarətdir. 03 fevral 1982-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X23 ona məxsus olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən əmlakını, yəni iki mərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X11 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən iddiaçı X14 adına verilmiş qeydiyyat tarixi 27.11.2018-ci il olan, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən iddiaçı X7 adına verilmiş qeydiyyat tarixi 05.10.2018-ci il olan, qeydiyyat nömrəsi isə ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0,2202 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. 24 fevral 1988-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli 4/865 №-li Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 14 saylı təsərrüfatbaşına kitabın 13-cü vərəqində 978 nömrəsi ilə qeyd edilmiş “Ailə başçısı:” qrafasında olan 10 ədəd imza; 15 saylı təsərrüfatbaşına kitabın 15-ci vərəqində 123 nömrəsi ilə qeyd edilmiş “Ailə başçısı” qrafasında olan 9 ədəd imza ilə 3 fevral 1982-ci il tarixli 2/43 reyestr nömərli vəsiyyətnamənin aşağı hissəsində “/MUSAJEB J./” yazılarının qarşısındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisələndirilən vəsiyyətnamə 1982-ci ildə tərtib edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan şəxs X24 1987-ci ildə vəfat etdiyindən, mübahisələndirilən vəsiyyətnamə isə 1982-ci ildə tərtib edildiyindən notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq vəsiyyətnamənin tərtibinə və mübahisələndirilməsinə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı); -532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -537-ci maddəsinin tələbinə görə hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan, həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ya ayrı-ayrı dövlət, kooperativ təşkilatlarına və ictimai təşkilatlara vəsiyyət verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. -545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. -549-cu maddəsinə əsasən ayrıca vəsiyyət sərəncamının etibarsızlığı bütün vəsiyyətnamənin etibarsızlığına səbəb olmur. Vəsiyyətnamə məhkəmə tərəfindən etibarsız hesab edilmişdirsə, həmin vəsiyyətnamə ilə vərəsəlikdən məhrum edilən vərəsə, ümumi əsaslar üzrə vərəsəlik hüququna malik olur. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərən kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və apellyasiya şikayətində xahiş olunanlarla bağlı yeni qətnamə qəbul edilməsi üçün əsaslı ola bilməz. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. İddiaçı həm apellyasiya şikayətinin dəlilində, həmçinin məhkəmə iclasındakı izahatında mübahisələndirilən vəsiyyətnamədəki imzanın X20 məxsus olmaması, həmçinin bununla bağlı ekspert rəyinin olması və rəyin sübut kimi qəbul edilməsi bildirilir. Kollegiya şikayətin bu dəlili ilə bağlı bildirir ki, iş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 12 iyul 2021-ci il tarixli 4/865 №-li rəyində 14 saylı təsərrüfatbaşına kitabın 13-cü vərəqində “Ailə başçısı:” qrafasında olan imzaların və 3 fevral 1982-ci il tarixli 2/43 reyestr nömərli vəsiyyətnamədəki imzanın müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilmişdir. Kollegiya verilmiş rəyi hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, həmin rəyə görə mübahisələndirilən vəsiyyətnamədəki imzanın X23 tərəfindən icra olunmaması deyil, vəsiyyətnamədəki imza ilə sərbəst nümunə kimi götürülmüş və tədqiqata təqdim edilmiş təsərrüfatbaşına kitabdakı imzaların eyni olmamamsı qeyd edilmişdir. Bu isə özüözlüyündə vəsiyyətnamədəki imzanın X20 məxsus olmaması anlamına gəlmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlarla mübahisəli vəsiyyətnamənin X23 tərəfindən imzalanmaması halı təsdiq edilmir. Bundan əlavə işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı 1962-ci il təvəllüdlü olmaqla mübahisələndirilən vəsiyyətnamə tərtib olunan vaxtı, yəni 1982-ci ildə artıq yetkinlik yaşına çatmış şəxs olmuşdur. İşin faktiki hallarından müəyyən edilir ki, vəsiyyət edən X23 27 fevral 1987-ci ildə vəfat etdiyi vaxt, onun birinci növbə üzrə vərəsəsi, yəni iddiaçının atası X4 olmuş, lakin həmin dövrdə birinci növbə vərəsə kimi vəsiyyətnaməni mübahisələndirməmişdir. Göründüyü kimi vəsiyyətnamənin tərtib olunduğu vaxtdan qırx ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində hüquqlarından istifadə etməmişdir. Ona görə də iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağalbatan görünmür. Çünki məhkəmə tədqiq edilən sübutları sadalamaqla kifayətlənməməli, onlar əlaqəli şəkildə şərh edilməklə, məcmu halda qiymətləndirilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə (arbitraj və münsiflər məhkəməsi) tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il redaksiyalı); -1231.1-ci maddəsinin tələbinə görə vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. -1231.2-ci maddənin tələbinə görə vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2000-ci il redaksiyalı) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü m maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-201/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-201/2022
11.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver