Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2027/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə İddiaçı arasında olan Qəbələ rayon Nic kəndində 0,45 ha torpaq sahəsində olan 4 otaqlı 107,6 kvadrat metr yaşayış və 28 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin alqı satqı müqaviləsinin və X5 ilə Nikoyl İKB ASC (Yelo Bank ASC) arasında Qəbələ rayon Xüsusi Notariat Kontorunda bağlanmış 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışın-ının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 onun Qəbələ rayon Nic kəndində 0,45 ha torpaq sahəsində olan 4 otaqlı 107,6 kvadrat metr yaşayış və 28 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini razılığı olmadan öz krediti üçün Yelo Bank ASC-yə girov qoymuşdur. O, yaşlı adamdır və ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbəri olmamışdır. Əslində ev onunla digər oğlunun və həyat yoldaşının adına olmuşdur.X5 onların xəbərləri olmadan evi sənədləşdirməklə Nikoyl İKB ASC-yə girova qoymuşdur. O və evin digər paylı mülkiyyətçiləri evin Ayazın adına keçirilməsinə razılıq verməmişlər. Həmçinin evin girov qoyulması zamanı da onlar tərəfindən heç bir razılıq və ya ərizə alınmamışdır. Onlar evdə həm qeydiyyatda olmuşlar, həm də evin mülkiyyətçisi olmuşlar. Bundan əlavə digər oğlu X3 da bunlardan xəbəri olmamışdır. O, artıq 10 ilə yaxındır ki, Azərbaycanda yoxdur. Məhkəmə işə baxarkən onların xəbərləri olmamışdır. O, yaşlı adamdır. Ümumiyyətlə sənəd işindən anlayışı olmadığına görə heç nə bilməmişdir. Hazırda bir neçə gün qabaq hərracdan gələn sənəddən sonra bilmişdir ki, ev banka satılmış və girovda qoyulmuşdur. Alqı satqı müqaviləsi və bundan sonra ipoteka müqavilələri notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir Notariat Kontorunda olmamışdır və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ rayon Məhkəməsindən 2021-ci ilin ilk aylarında məktub gələndə bilmişdir ki, evi Bankda girovdadır və külli miqdarda ordan pul götürülmüşdür. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evini ümumiyyətlə Muradxanov Ayazın adına keçirtməmişdir və ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra ipotekanın etibarsız hesab edilməsi ilə bağlı tələblərini banka qarşı irəli sürmək istəmişdir. Təqdim etdiyi 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 saylı ipoteka müqaviləsi bağlanarkən də evdə qeydiyyatda ola ola ondan razılıq ərizəsi alınmamışdır. İndi isə onu evdən çıxartmaq istəyirlər. Bu səbəbdən də o, ipoteka müqaviləsinin etibarsızlığına dair iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, bu işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə icra mərhələsindədir. Əsas borclu qətnamənin icra mərhələsində 2000 manata yaxın ödəniş etmişdir. Hesab edirlər ki, hazırki iddia qətnamənin icra mərhələsini yubatmaq məqsədilə qaldırılmış iddiadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və məhkəmə təcrübəsində belə mövqə formalaşdırılmışdır ki, kredit müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmənin vəzifələrindən biri də, müqavilələrin etibarsız olubolmamasını da araşdırmaqdan ibarətdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi onu göstərir ki, əvvəlki məhkəmə qətnamələri ipoteka müqaviləsinin legitimliyini tanımışdır. Həmçinin iddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 27.07.2021-ci il tarixli, 1215 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri təlvöḊ Komitəsinin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅıtəmḋıẊ 9 Saylı Qəbələ Ərazi İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri niṅıtəmḋıẊ 9 Saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, oğlu X5 onun Qəbələ rayon Nic kəndində 0.45 ha torpaq sahəsində olan 4 otaqlı 107.6 kvadrat metr yaşayış və 38 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşyış evini razılığı olmadan öz krediti üçün Yelo Bank ASC-yə girov qoymuşdur. O, yaşlı adamdır. Ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbəri olmayıb. Əslində ev onunla digər oğlunun və həyat yoldaşının adına olmuşdur. X5 onların xəbəri olmadan evi sənədləşdirməklə Nikoyl İKB ASC yə girova qovmuşdur. O və evin digər paylı mülkiyyətçiləri evin Ayazın adına keçirilməsinə razılıq verməmişlər. Həmçinin evin girov qoyulması zamanı da onlar tərəfindən heç bir razılıq və ya ərizə alınmamışdır. Onlar evdə həm qeydiyyatda olmuşlar, həm də evin mülkiyyətçiləri olmuşlar. Bundan əlavə digər oğlu X3 da bunlardan xəbəri olmayıb. O, artıq 10 ilə yaxındır ki, Azərbaycanda yoxdur. Məhkəmə işə baxarkən onların xəbəri olmayıb. O, yaşlı adamdır. Ümumiyyətlə sənəd işindən anlayışı olmadığına görə o heç nə edə bilməmişdir. Hazırda bir neçə gün qabaq hərracdan gələn sənəddən sonra bilmişdir ki, ev Banka satılıb və ev girovda olubmuş. Alqı satqı müqaviləsi və bundan sonra ipoteka müqavilələri notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir Notariat Kontorunda olmamışdır və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ rayon Məhkəməsindən 2021-cu ilin ilk aylarında məktub gələndə bilmişdir ki, evi Bankda girovdadır və külli miqdarda ordan pul götürülüb. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evini ümumiyyətlə Muradxanov Ayazın adına keçirtməmişdir və ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra ipotekanın etibarsız hesab edilməsi ilə bağlı tələblərini Banka qarşı irəli sürmək istəmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)- 1106/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" İKB ilə X5 arasında bağlanmış 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən kreditin qaytarılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinin 03.04.2012-ci il tarixli, MA seriyalı, ******* №-li reyestr nömrəsi **********75- 10301, qeydiyyat №-si **********, daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsi ünvanında yerləşən 107.6 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X5 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15.000 manat məbləğində kredit götürmüşdür Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 158.4, 269.1 və 271.1-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 10.1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03 noyabr 2015-ci il tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələrinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1- ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03 noyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızlığını 2 halla əsaslandırmışdır. Birincisi o halı göstərmişdir ki, əslində ev onunla digər oğlunun və həyat yoldaşının adına olmuşdur. X5 onların xəbəri olmadan evi sənədləşdirməklə "xxxx" İKB ASC-nə girov qoymuşdur. İddiaçının iddia tələbənin əsası kimi göstərdiyi birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinə bununla bağlı, yəni ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinin 03.04.2012-ci il tarixli, MA seriyalı, ******* №-li reyestr nömrəsi **********75-10301, qeydiyyat №-si ********** olan Çıxarışın etibarsızlığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçıda belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin ipoteka predmeti olan fərdi yaşayış evinə verilmiş Çıxarışla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Cavabdeh "xxxx" İKB ASC-də (Yelo Bank”) məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək X5 ilə ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızlığınının ikinci halını onunla əsaslandırmışdır ki, ev ipoteka ilə yüklü edilərkən evdə qeydiyyatda olan digər şəxslərin razılığı nəzərə alınmamışdır. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1-ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. İpoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarına aid edilmişdir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Belə ki, Mülki Məcəllənin 288-ci maddəsinə əsasən girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər. Girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi tərəfindən digər şəxslərin razılıqlarının alınması tələbi mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququ baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka ilə yüklü edilərkən evdə qeydiyyatda olan digər şəxslərin razılığı nəzərə alınmaması 04.08.2014-cü il tarixli 5- SKMF-1-0-2597-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola bilməz. Həmçinin, iddiaçı iddia tələbində ümumi mülkiyyətlərində olan 0,45 ha torpaq sahəsinin ipoteka qoyulduğunu bildirsədə, ipoteka müqaviləsində belə hal nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dairiddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(025)-1106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2027/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2027/2021
01.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver