Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-203/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh2, Maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tаrixli, e-2(025)-794/2024 saylı qətnаməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Sadiq oğlu cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbi tələbi barədə iddia qaldıraraq A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatının ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 28 oktyabr 2024-cü il tаrixli, e- 2(025)-794/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatı ləğv edilməsi qət edilmişdir. Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tаrixli, e-2(025)- 794/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda cavabdehlərlə razılaşmış və onlardan heç bir tələbi yoxdur. Ona görə də cavabdehlərə qarşı qaldırdığı iddiadan imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Maraqlı şəxs nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda işin icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tаrixli, e-2(025)-794/2024 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2, 402.2.4-cü maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə mane olan hallar mövcud deyildir. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair” iddia tələbindən imtinası qəbul edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tаrixli, e-2(025)-794/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-203/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-203/2025
28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver