Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2046/2021 12.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(046)-1138/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2400 manat əsas borc, müqavilə üzrə öhdəliyin icra olunmalı olan gündən (01.03.2017-ci il tarixdən) məhkəmə qərarı çıxarılan günə qədər olan müddət ərzində hər gün üçün bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu və məhkəmə xərcləri Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 2100 manat pulun, bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu və məhkəmə xərclərinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 27 iyul 2021-ci il tarixli, 2(046)- 1138/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(046)-1138/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə şahidləri dindirməklə iddia sübut olunduğu təqdirdə, onun təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 11.08.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə 2400 manat məbləğində borc verilmişdir. Müqavilənin 2-ci bəndinə görə cavabdeh aldığı borc məbləğini 01.03.2017-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş, lakin aralarında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini yerinə yetirmiyərək borc aldığı pul vəsaitini qaytarmır. 01.03.2017-ci il tarixdə müqavilədə şərtləndirilmiş öhdəliyin icra müddəti başa çatdıqdan sonra cavabdeh öz öhdəliyini yerinə yetirmədiyi üçün ona dəfələrlə müraciət etməli olmuş, lakin cavabdeh uzun müddət ona olan borcunu qaytarmaq üçün heç bir səy göstərməmişdir. Yalnız müqavilədə nəzərdə tutulan müddətdən iki il keçəndən sonra - 2019-cu ilin mart ayında novruz bayramı ərəfəsində Cavabdeh yaşadığı evə gələrək, borcdan 300 manat məbləğində pul qaytarmış və həmin vaxtı onun verdiyi pulu qəbul etməkdən imtina etmək istəmiş, lakin Cavabdeh onu əmin etmişdir ki, elə həmin ilin sonuna kimi borc aldığı pulun qalan hissəsini də tam şəkildə qaytaracaqdır. Həmin vaxtdan sonra Cavabdeh yenə də öz vədinə əməl etməmiş və son iki ildə borcunun qalan hissəsindən hər hansı məbləğdə olursa-olsun pul qaytarmamışdır. Buna görə də hesab edir ki, Cavabdeh əsas borcundan onun 2019-cu ilin mart ayında qaytardığı 300 manat çıxılmaqla, borcun qalan hissəsinin müqabilində ondan 2100 manat məbləğində pulun, həmin məbləğ nəzərə alınmaqla faiz borcunun və məhkəmə xərclərinin tutulmasına dair məhkəmə qaydasında qərar qəbul edilməlidir. Hesab edir ki, aralarında bağlanmış müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən cavabdeh mülki qanunvericilik normalarının pozulmasına yol verir. Buna görə də iddianın azaldılması barədə ərizədə göstərilən həddə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi 01.03.2017-ci il tarixədək qüvvədə olmuş iddiaçı isə 2021-ci il tarixdə məhkəmə müraciət etmişdir ki, bu da 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dəlalət edir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən məhkəmə qətnaməsi prosussal hüquq normalarını pozulması və düzgün tətbiq olunmaması əsasında qəbul edilmişdir. Buna görə də ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsində istər onun özünün izahatının və istərsə də, qeyd etdiyi şahidlər dindirilməklə iş üzrə obyektiv qərar edilərək, Göyçay Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmadan, yekun nəticəyə gəlmişdir. Belə ki, cavabeh uzun müddət ona məxsus olan (həyətinin digər hissəsində olan) təndirxananı işlətmişdir. O, daim cavabdehin özünə və ailəsinə köməklik göstərmişdir. Lakin cavabdeh sonda onun bu etibarından sui-istifadə etmişdir. Borc verdiyi pulu cavabdehdən dəfələrlə geri istəməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bununla bağlı notariusa müraciət etmiş, cavabdehə xəbərdalıq göndərmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu qədər tələbdən sonra bir dəfə 2019-cu ilin mart ayında öz həyətində ona 300 manat pul qaytarmışdır. Qalan borcla bağlı isə yenə də vaxt verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı şahidlər aparsa da, məhkəmə onları dindirməmiş, “ortada borc müqaviləsi var, ehtiyac yoxdur deyə cavab vermişdir”. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; Tərəflər arasında bağlanmış 11.08.2016-cı il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-621 nömrə ilə qeydə alınmış kredit müqaviləsindən görünür ki, Cavabdeh 11.08.2016-cı il tarixdə İddiaçı 2400 manat məbləğində borc almış, Cavabdeh həmin məbləği 01.03.2017-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür Apellyasiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş; X1 ifadə verərək bildirmişdir ki, İddiaçı onun uşaqlıq dostudur. Onlar bir neçə dost teztez bir yerə yığışırlar. 2019-cu ilin mart ayında, Novruz Bayramı ərəfəsində bir neçə dost İddiaçı məxsus olan həyətdə (Sulu Təpə qəsəbəsində) oturub çay içirdilər. Ağahüseynin arvadı da onlara çay gətirmək üçün evə getmişdi. Bu vaxt həyət qapısının zəngi çalındı. Qapı açıldıqdan sonra bir nəfər tanımadığı şəxs onlara tərəf gələrək salamlaşdı, sonra onlardan təxminən 3-4 metr aralıda Ağahüseynə 300 manat məbləğində pul verdi. Hətta həmin vaxt Ağahüseyn ona əsəbləşərək, qalan pulun nə vaxt qaytaracağını soruşdu. Həmin şəxs gedəndən sonra bilmişdir ki, bu şəxs Ağahüseynə borclu olan Cavabdehdir. X2 ifadə verərək bildirmişdir ki, onlar bir neçə dost tez-tez bir yerə yığışırlar. 2019-cu ilin mart ayında, Novruz Bayramı ərəfəsində bir neçə dost İddiaçı məxsus olan həyətdə (Sulu Təpə qəsəbəsində) oturub çay içirdilər. Həmin vaxt həyət qapısının zəngi çalındı və qapı açıldıqdan sonra həyətə bir nəfər şəxs daxil oldu. Həmin şəxs onlara yaxınlaşaraq salamlaşdı, sonra onlardan bir neçə metr aralıda Ağahüseynə pul verdi. Hətta həmin vaxt Ağahüseyn əsəbləşərək, mən nə qədər gözləyəçəm, qalan pulun nə vaxt qaytaracağını soruşdu. Həmin şəxs gedəndən sonra bilmişdir ki, bu şəxs Ağahüseynə borclu olan Cavabdehdir. Şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun əridir. Cavabdeh onun ərinə 2400 manat məbləğində pul borcludur. Əri tərəfindən nə qədər pul tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Hansıki, əri cavabdehə nə qədər yardımlar etmişdir. 2019-cu ili mart ayında, Novruz Bayramı qabağı əri dostları ilə onlara məxsus həyətdə çay süfrəsində oturmuşdular. Həmin vaxt həyət qapısının zəngi çalındı. Evdə kamera olduğundan gələn adamın Cavabdeh olduğunu gördü. Hətta sevindi ki, yəqin Kərim pulun hamısını gətirib. Lakin Kərim həyətə daxil olaraq ərinə cəmi 300 manat məbləğində pul vermişdir. Həmin vaxt əri əsəbi halda deyinirdi. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması– öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2016-cı il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, 11 avqust 2016-cı il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 11 avqust 2016-cı il tarixdə İddiaçı 2400 manat məbləğində borc almışdır. Cavabdeh borcunu 01.03.2017-ci il tarixədək qaytarmalı olduğu halda müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdeh həmin puldan iddiaçıya 300 manat ödəniş etmişdir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya belə qənaətə gəlir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunması üçün əsaslı olmaqla, iddia tələbinin qismən təmin edilməsi üçün yetərlidir. Birincisi ona görə ki, cavabdeh mövcud kredit müqaviləsi üzrə mübahisələndirilən pulun ona verilməsini etiraf etməklə, bunu mübahisələndirmir. Cavabdeh tərəfin mübhaisələndirdiyi hal həmin kredit müqaviləsi üzrə iddia müddətinin keçməsidir (i/m səh.34). Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh mübahisəli kredit müqaviləsi üzrə iddia müddətinin keçdiyini, birinci instansiya məhkəməsi də məhz bu səbəbdən iddianı təmin etməsə də, əksinə bu iş materialları ilə təkzib olunur. Belə ki, əvvəla iş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda həm polis orqanına, həm notariusa müraciət etmiş, hətta cavabdehin özünə xəbərdarlıq məktubları göndərmişdir. Bundan əlavə, kollegiyanın araşdırılması zamanı biri digərini tamamlayan şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi bitəndən sonra, yəni 2019cu ilin mart ayında iddiaçıya 300 manat məbləğində ödəniş etməklə borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin məzmunundan göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi üçün yalnız borclunun borcun etiraf edilməsini göstərən hərəkətlər edilməsini göstərən hərəkətlərini əsas sayır. Borc təkcə formal qaydada deyil, konklyudent hərəkətlər (borcun qismən ödənilməsi, möhlət istəmə, əvəzləşdirmə təklif etmə və s) vasitəsilə də etiraf oluna bilər. İkincisi, kollegiya bu halda həmçinin qeyd edir ki, borclunun hərəkətsizliyi müddətin kəsilməsi üçün əsas ola bilməz. Çünki əsas borcun etirafı, o sıradan onun ödənilməsi formasında etirafı özlüyündə kreditorun əlavə tələblərinin (dəbbə pulu, faiz və s) zərərin ödənilməsi tələbinin etirafını sübut edən hal kimi qiymətləndirilə və belə tələblər üzrə iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notarial qaydada bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir.. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Üçüncüsü, kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Dördüncüsü, məhkəmə kollegiyası 11.08.2016-cı il tarixli kredit müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddia tələbi qismən təmin edildiyindən tərəflərin hazırki qətnamənin mübahisələndirilən hissəsindən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(046)-1138/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi “bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu və məhkəmə xərclərinin Cavabdeh tutulması” hissəsində təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2046/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2046/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver