Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2069/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızının cаvаbdehlər Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı vərəsəlik hüququnun pozulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ, vərəsəliyin qəbul edilmə müddəti, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiаçı Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı və onun vəkili X7 və Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tаrixli, 2(051)-2675/2018 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mustafayeva (Məmmədova) X4 Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı iddiа ərizəsi ilə, daha sonra ərizəsini dəqiqləşdirərək 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə etibarsız hesab edildiyi halda onun hüquqi nəticəsinə dair sənədlərin “seriya MH № 0002291” çıxarışın ləğv olunması, X9 vərəsələrinin müəyyən edilməsi və vərəsələrin payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X15 və anası X10 onların yeganə övladları olan o (yəni İddiaçı) 1969-cu ildən 1995-ci ilədək Mingəçevir şəhərindəki N.Nərimanov küçəsindəki 28/1 nömrəli evin 33 nömrəli mənzilində doğma valideynləri ilə yaşamışdır. 22.02.1994-cü il tarixdə həmin mənzil atası Məmmədov Məsim Yusif oğlunun adına özəlləşdirilmişdir. 23.03.2006-cı il tarixdə atası X15 dünyasını dəyişəndən sonra o dəfələrlə Mingəçevir Notariat Kontoruna müraciət etsə də, ona atasının övladı kimi vərəsəlik şəhadətnaməsini notariat kontoru qanunsuz olaraq verməmişdir. 21 dekabr 1991-ci ildə o, el adəti ilə Oğuz rayonunun Padar kəndinə ailə qurub ərə getmişdir. Lakin Mingəçevir şəhərində işlədiyi üçün yenidən Mingəçevirə qayıtmışdır. Birinci uşağı Oğuzun rayon Padar kəndində, ikinci uşağı isə Mingəçevir şəhərində anadan olmuşdur. Anası dünyasını dəyişəndən sonra, atası başqa qadınla evlənsə də, həmin qadından övladı olmamışdır. Atasının ikinci həyat yoldaşı heç bir yerdə işləməmişdir. Atasının ağır xəstəliyi dövründə 10 gün ərzində hər gün xəstəxanada yanında o olmuşdur. Lazım olan davadərmanları özü almışdır. Ağır xəstə olduğu və xəstəxanadan evə qayıtdığı günləri, ölüm günündək atasına özü baxmışdır. Eyni zamanda bütün qonşularda yaxşı bilir ki, atasının dəfnini özü təşkil edib, yasınıda vermişdir. Lakin atasının ikinci həyat yoldaşıda dünyasını dəyişib. O, ölməmişdən əvvəl xəstə olduğu vaxtı Şəkidə yaşayan bacısı qızının adına 14 saylı Mənzil İstismar İdarəsinin əvvəlki müdiri X11 vərəsəlik sənədləri alaraq bunun əsasında bacısı qızının adına sənədlər düzəldib ondan xəbərsiz Asan xidmətə vermişdir. Atasının, anasının və onun adına olan xüsusi mülk olan evləri tamam başqa kənar bir şəxsin adına sənədləşdirilib. Göstərilən hallar onun hüquqlarını pozur. Ona görə də X12 adına verilmiş 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə etibarsız hesab edildiyi halda onun hüquqi nəticəsinə dair sənədlərin “seriya MH № 0002291” çıxarışın ləğv olunması, X9 vərəsələrinin müəyyən edilməsi və vərəsələrin payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tаrixli, 2(051)-2675/2018 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiа tələbi təmin edilmiş, 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili aid “seriya MH № 0002291” saylı reyestrdən çıxarış ləğv olunması, Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı, qalan ½ hissədə Maraqlı şəxs payları müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X15 və X3 birgə nikahından Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı adlı övladları olmuşdur. İddiaçı valideynləri ilə 1995-ci ilədək Mingəçevir şəhərindəki N.Nərimanov küçəsindəki 28/1 nömrəli evin 33 nömrəli mənzilində doğma valideynləri ilə yaşamışdır. 22.02.1994-cü il tarixdə həmin mənzil atası Məmmədov Məsim Yusif oğlunun adına özəlləşdirilmişdir. 23.03.2006-cı il tarixdə iddiaçının atası X15 dünyasını dəyişmişdir. 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə ilə Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili X9 qanun üzrə vərəsəsi X5 adına keçmişdir. Lakin qanun pozuntusu nəticəsində X9 qanun üzrə vərəsəsi kimi Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızının adı göstərilməmişdir. Halbu ki, X13 ilə bərabər Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı da X9 qanun üzrə vərəsəsidir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili tam mülkiyyət hüququ üzrə X9 adına 04.11.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki 9 saylı evin, 5 saylı mənzili 22 iyun 1994-cü il tarixdə 5616/94 nömrə ilə reyestr kitabına X9 adına qeydiyyata alınmışdır. Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili X9 qanun üzrə vərəsəsi X5 adına keçmişdir. Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 adına 04.11.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. X15 23 mart 2006-cıildə ölmüşdür. Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı 9 may 1968-ci ildə Şəki rayonu Böyük-dəhnə kəndində qoğulmuşdur. Doğum haqqında şəhadətnamədə ata kimi X9 adı qeyd olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə nəticəyə qəlmişdir ki, İddiaçı və X1 Məmmədovun birinci növbə vərəsəsidir. Almaz Məmmədova vəfat etmiş və vəsiyyətnamə qoymaqla öz vərəsəsi kimi Maraqlı şəxs tanınmasını xahiş etmişdir. Məsim Məmmədov vəfat etdiyi üçün ondan miras qalmış əmlak onun vərəsələri Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı və X6 (Almaz Məmmədova vəfat etdiyi üçün isə onun vərəsəsi Maraqlı şəxs) qalmalıdır. Onların hər birinə Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzildən ½ hissədə pay müəyyən olunmalıdır. dövlət rüsumu kimi ödənilmiş 10 manat pul iddiaçıya aid edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsi əsaslıdır. iddia tələbi “seriya MH № 0002291” çıxarışın ləğv olunması, X9 vərəsələrinin müəyyən edilməsi və vərəsələrin payına mütənasib surətdə bölünməsi hissəsində tam əsaslıdır. Belə ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edildiyi halda onun hüquqi nəticələri də aradan qalxır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci,1159-cu 1193cü, 1243.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 199.1-ci,191.3-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə mübahisə predmeti olan mənzil vəsiyyətnamə əsası ilə ona məxsus olmasına baxmayaraq məhkəmə iclasında iştirakı təmin olunmamış, göstərilən məhkəmə qətnaməsi rəsmi qaydada ona göndərilməmiş, qətnamə barəsində ümumiyyətlə məlumatı olmamışdır. Qətnamə 25.08.2021-ci il tarixində əldə etmiş və qətnamənin onun mənafeyinə zidd olduğunu hesab etmişdir. Qətnaməsi əsassızdır, o səbəbdən də qətnamə ləğv edilməlidir. Məhkəmə obyektiv həqiqəti ifadə edən faktları qətiyyən nəzərə alınmamış, iş tam hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz vəəsassız bir qətnamə qəbul edilmişdir. Qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı vəsiyyətnamə əsasında adı çəkilən mənzili 04.11.2006-cı il qeydiyyat tarixli ******* seriya nömrəli Çıxarışla mülkiyyət hüququ əsası adına qeydiyyata aldırmış və 30 aprel 2008-ci il tarixli,7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakla bərabər Maraqlı şəxs vəsiyyət etmişdir. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı 13.04.2018-ci il tarixində vəfat etmişdir. Bundan sonra X9 birinci nikahdan olan qızı, iş üzrə iddiaçı Mustafayeva ( Məmmədova) X4 Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı "vərəsəlik hüququnun tanınması" tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə onu iş üzrə cavabdeh qismində deyil, maraqlı şəxs kimi qəbul etmişdir. Bundan başqa məhkəmə qətnaməsinin birinci səhifəsinin ikinci abzasında onun məhkəməyə əriz göndərərək iddianı tam olaraq qəbul etdiyi göstərilmişdir. Halbuki, o belə bir ərizə göndərməmiş və məhkəmənin işə baxan hakimi də bu ərizənin həqiqətən də onun tərəfindən göndərildiyini dəqiqləşdirmək üçün öz prosessual imkanlarından istifadə etməmişdir. Əslində, işə baxan hakim, onun iddianı qəbul etməyinə şübhə ilə yanaşaraq, bu məsələni aydınlaşdırmaq üçün məhkəmələrdə olan elektron sistem vasitəsi ilə onu əlaqə nömrələrini əldə edərək bu ərizənin həqiqətən də onun tərəfindən yazıldığını aydınlaşdıra bilərdi. Qeyd olunanlara əsasən o Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsinin ləğv edilməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiаçı Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı və onun vəkili X14 apellyasiya şikayətinin təmin edilməməsini Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tаrixli, 2(051)-2675/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)- 2675/2018 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X15 və X3 birgə nikahından Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızı adlı övladları olmuşdur. İddiaçı 21 dekabr 1991-ci ildə o, el adəti ilə Oğuz rayonunun Padar kəndinə ailə qurub ərə getmişdir. 22.02.1994-cü il tarixdə mübahisəli mənzil atası X9 adına özəlləşdirilmişdir. 23.03.2006-cı il tarixdə iddiaçının atası X15 dünyasını dəyişmişdir. 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə ilə Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili X9 qanun üzrə vərəsəsi X5 adına keçmişdir. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı vəsiyyətnamə əsasında adı çəkilən mənzili 04.11.2006-cı il qeydiyyat tarixli ******* seriya nömrəli Çıxarışla mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və 30 aprel 2008-ci il tarixli,7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakla bərabər Maraqlı şəxs vəsiyyət etmişdir. Məmmədova(Rəfiyeva) Almaz Ramazan qızı 13.04.2018-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar vərəsəliyin qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, lazım olan dava-dərmanların alınması, ağır xəstə olduğu vaxt atasına baxması vərəsəliyin onun tərəfindən qəbul edilməsi əsasına gəlmir. Eyni zamanda atasının dəfnini təşkil edib, yasını verməsi də vərəsəliyin qəbul edilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı 21 dekabr 1991-ci ildə ailə quraraq Oğuz rayonunun Padar kəndinə köçüb getmişdir. Özünün izahatında da qeyd etmişdir ki, atası öldükdən sonra miras evdə yaşamamışdır. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı vərəsə olaraq vərəsəlik açıldıqdan sonra miras mülkdə yaşamamış miras əmlakı nə rəsmi, nə də ki, faktiki qəbul etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində qeyd etdiyi halı, yəni dəfələrlə notariat orqanına müraciət etməsi və notariat orqanının vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsi barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından mirasın qəbul edildiyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəf bu barədə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia ərizəsi 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “seriya MH № 0002291” çıxarışın ləğv edilməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, “seriya MH № 0002291” çıxarış 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Həmin şəhadətnamə qanuni hesab edildiyindən, verilmiş çıxarış da qanunidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızının, qalan ½ hissədə Maraqlı şəxs paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi hissəsini təmin etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd edildiyi ki, paylar o vaxt müəyyən edilə bilər ki, iddiaçı mirası qəbul etmiş olsun. Hazırkı halda isə iddiaçı mirası nə rəsmi nə də ki, faktiki olaraq qəbul etməmişdir. Ona görə də iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)-2675/2018 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili aid “seriya MH № 0002291” saylı reyestrdən çıxarışın ləğv olunması, Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Məsim qızının, qalan ½ hissədə Maraqlı şəxs paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi barədə iddia rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2069/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2069/2021
09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver