Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2071/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tаrixli, 2(054)-170/2021 saylı qətnaməsindən İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, Cavabdeh4 maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın alqısatqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin tam, Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələrinın alqı- satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin Cavabdeh4 aid paya münasibətdə qismən, Şəki rayonu Çapağan kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsinın alqı- satqısına dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh4 aid paya münasibətdə qismən etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq İddiaçı və maraqlı şəxs Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə üçüncü şəxsin cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək maraqlı şəxs Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100.000 manat məbləğində pulun müştərək qaydada tutulmasına dair hissəsində həmin məbləğin İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun əri Cavabdeh4 2015-ci ildə Şəki rayonunun Bideyiz və Çapağan kəndlərində yerləşən və müxtəlif ölçüdə sahələrə malik, əsasən əkin təyinatlı torpaqlar almış və bu barədə ona mülkiyyət hüququnun qeydiyyatına dair müvafiq Çıxarış sənədləri verilmişdir. Qanunvericiliyin tələbinə görə həmin əmlaklar onların birgə ümumi mülkiyyəti hesab olunur. Cavabdeh4 həmin torpaq sahələrini müxtəlif vaxtlarda və müxtəlif şəxslərdən aldığına görə qeyd olunan əmlaklara olan hüquqları da ayrı-ayrı vaxtlarda dövlət qeydiyyatına alınmış və hər birinin hüquqmüəyyənedici sənədi də ayrı olmuşdur. Bu isə onun təsərrüfat fəaliyyəti zaman müəyyən çətinliklər yaratmış, o, subsidiya alarkən və ya toxum, texnika almaq, hətta, kredit əldə etmək üçün torpaq sahələrinin sənədlərini ayrı-ayrılıqda təqdim etməli olmuşdur. Ona görə də əri torpaq sahələrinin sənədlərinin vahid sənəd şəklində hazırlanmasını məqsədəuyğun hesab etmişdir. Bunu Cavabdeh4 onun qardaşı - peşəkar hüquqşünas və hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 tövsiyyə etmişdir. Bundan sonra Cavabdeh4 qardaşı Cavabdeh2 tövsiyyəsinə uyğun olaraq ümumi tanışları olan Cavabdeh1 14.10.2018-ci il tarixdə 1 (bir) ay müddətinə qüvvədə olan etibarnamə vermişdir. O özü isə öz növbəsində qeyd olunan əmlaklara dair hüququ olan şəxs kimi notariat qaydasında təsdiqlənməklə buna dair razılıq ərizəsi vermişdir. Lakin bundan sonra ötən müddət ərzində həmin torpaq sahələrinə dair Cavabdeh4 adına mülkiyyət sənədi verilməmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahələri əsasən Cavabdeh2 və qismən də digər Cavabdeh3 adlı şəxsə alqı-satqı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 15 iyul 2019-cu il tarixli məktubu ilə ona məlum olmuşdur ki, Cavabdeh4 adına Şəki rayonu Bideyiz kəndində 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun 16.10.2018-ci il tarixli 40-1046, 40-1047, 40-1048, 40-1049, 40- 1050, 40-1051, 40-1052 və 40-1053 saylı alqı-satqı müqavilələrinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində 10.05.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 Sahid oğluna və X1 məxsus 1.29 hektar əkin və 1.61 hektar əkin torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun 05.10.2018-ci il tarixli 40-1002 və 43-1003 saylı alqı- satqı müqavilələrinə əsasən Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində 08.05.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şəki rayonu Çapağan kəndində yerləşən, Cavabdeh4 ogluna və X1 məxsus 0.40 hektar həyətyanı torpaq sahəsi Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun 06.10.2018-ci il tarixli, 40-1009 saylı alqısatqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində 11.10.2018-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Hesab edir ki, onun əri Cavabdeh4 məxsus olmuş torpaq sahələrinin satılmasına dair bağlanmış alqı-satqı müqavilələri aldatma yolu ilə bağlandığından etibarsızdır. Belə ki, Cavabdeh4lə Cavabdeh2 Bakı şəhərində eyni binanın müxtəlif mənzillərində yaşamaqla qonşudurlar və Cavabdeh4 həmin torpaq sahələrini, həqiqətən də, öz qardaşı Cavabdeh2 satmaq niyyəti olsa idi, bunu etibarnamə əsasında nümayəndə vasitəsilə deyil, özü birbaşa müqavilənin tərəfi kimi çıxış etməklə edə bilərdi. Cavabdeh4 etibarnamə verdiyi şəxs Cavabdeh1 torpaq sahələrinin alqı-satqısından əldə olunan vəsaiti bank hesabından çıxararaq Cavabdeh4 deyil, Cavabdeh2 vermişdir. Torpaq sahələrinin bir hissəsi isə digər Cavabdeh3 formal olaraq satılmış və həmin torpaq sahələrinin də dəyəri Cavabdeh4 ödənilməmişdir. Eyni zamanda, torpaq sahələrinin müqavilələrdə qeyd edilən dəyəri həmin torpaq sahələrinin real dəyərindən qat-qat aşağı qeyd edilmişdir. Cavabdeh4 Cavabdeh1 etibarnamə verməkdə həqiqi niyyəti həmin torpaq sahələrinin satılması olmamış, Cavabdeh2 məqsədi isə torpaq sahələrini ələ keçirmək olmuşdur. Həmin torpaq sahələri ilə bağlı tərəflər arasında mübahisə iki ildən artıq müddətdir ki, davam edir. Bu müddət ərzində əri Cavabdeh4 və onun özünün həmin torpaq sahələrindən istifadəsi məhdudlaşdırılmışdır. Qeyd olunan torpaq sahələri 2015-ci ildə Cavabdeh4 tərəfindən əldə olunduqdan sonra həmin torpaq sahələrində 5000 ədəddən artıq qoz ağacı əkilməklə bağ salınmışdır. Hər ağacın orta hesabla iki kiloqramdan artıq məhsul veridiyini və bir kiloqram qoz məhsulunun bazar qiymətinin 5 manatdan baha olmasını nəzərə almaqla, ötən iki il ərzində onların ailə büdcəsi 100.000 manat gəlirdən məhrum olmuşdur. Ona görə hesab edir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə yanaşı, onlara dəymiş 100.000 manat maddi zərər də cavabdeh şəxslərdən müştərək qaydada tutulmalıdır. Ona görə də o, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tаrixli, 2(054)-170/2021 saylı qətnaməsi ilə İddiaçı, Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın alqı-satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin tam, Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələrinın alqı-satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı- satqı müqavilələrinin Cavabdeh4 aid paya münasibətdə qismən, Şəki rayonu Çapağan kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X1 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsinın alqı-satqısına dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh4 aid paya münasibətdə qismən etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ödənilməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Cavabdeh4 ilə 02.12.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələri onun tərəfindən Cavabdeh1 verilmiş 14.10.2018-ci il tarixli etibarnamə əsasında Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 satılmışdır. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 və X1 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, Şəki rayonu Çapağan kəndində yerləşən, Cavabdeh4 və X1 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsi isə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış06.10.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrininin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddiasına dair 2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarına əsasən həmin iddia tələbi təmin edilməmişdir. Qeyd olunan yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı mübahisə predmetinə aid olan alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq iddiaçı ona və əri Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi qeyd olunan alqı-satqı müqavilələrinin aldatma yolu ilə bağlandığını, nəticədə ona və ərinə həm də maddi zərər dəydiyini bildirir. Cavabdeh2 ona qarşı olan iddia tələbini qəbul etmir, qeyd olunan torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin qanuni əsaslarla tərtib edildiyini, eyni zamanda, İddiaçı və ya onun əri Cavabdeh4 hər hansı miqdarda maddi ziyan vurmadığını bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının əri Cavabdeh4 hazırki iddia üzrə eyni müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə ona qarşı olan iddiasının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarına istinad edir. Cavabdeh1 iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh3 və üçüncü şəxs qismində işə cəlb edilmiş Cavabdeh4 məhkəmə iclaslarına gəlmədiklərinə görə həmin tərəflərin iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası tərəfindən həmin qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli 2(103)- 3316/2020 nömrəli qətnaməsində göstərilmişdir ki, Şəki rayonu Bideyiz kəndində yerləşən 1.29 hektar və 1.61 ha əkin torpaq sahəsi, habelə, Şəki rayonunun Çapağan kəndində yerləşən 0.40 hektar həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçı (Cavabdeh4) və Məmməd Əliyevə məxsusolmuşdur. 14.11.2015-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı (Cavabdeh4) tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Cavabdeh2 adına 4 il müddətinə, 14.11.2019-cu il tarixədək Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı İddiaçı 30.09.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, İddiaçı mübahisəli torpaq sahələrinin satılmasına etiraz etməmişdir. Sözügedən torpaq sahələrinin Cavabdeh3 satılması barədə 05.10.2018-ci il və 06.10.2018-ci il tarixlərdə Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlanmışdır. Həmin alqı-satqı müqavilələrini “Satıcı” qismində çıxış edən iddiaçının (Cavabdeh4) adından Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş 14.11.2015-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2, digər mülkiyyətçi Məmməd Əliyevin adından etibarnaməyə əsasən Orxan Nuri, “Alıcı” qismində çıxış edən Cavabdeh3 adından isə Cavabdeh1 imzalamışlar. Hər üç alqı-satqı müqaviləsinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyərini (1.29 ha torpaq sahəsi – 8.000 manat; 1.61 ha torpaq sahəsi – 8.500 manat; 0,40 ha torpaq sahəsi – 25.000 manat) təşkil edən pul vəsaiti alıcı tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Bundan başqa, işdə olan sənədlərdən müəyyən edilir ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha və 3.7225 ha əkin, habelə, 0.7174 ha torpaq sahələri tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. 14.10.2018-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Cavabdeh1 adına bir ay müddətinə 14.11.2019-cu il tarixədək Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Qeyd edilən torpaq sahələrinin Cavabdeh2 satılması barədə 16.10.2018-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlanmışdır. Həmin alqı-satqı müqavilələrini iddiaçının adından Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş 14.10.2018-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 imzalamışdır. Sözügedən alqı-satqı müqavilələrinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyəri “Alıcı” qismində çıxış edən iş üzrə Cavabdeh2 tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. İddiaçının (Cavabdeh4) arvadı İddiaçı tərəfindən iddiaçının adına olan torpaq sahələrinin satılmasına razılıq verilməsi də iddiaçının torpaq sahələrini məhz özgəninkiləşdirmək niyyətində olmasını bir daha təsdiq edir. İddiaçının paylı mülkiyyətçisi olduğu mübahisəli torpaq sahələrini satmaq, Cavabdeh3 isə həmin əmlakı almaq niyyətinin olması həmçinin əmlakın Məmməd Əliyevə məxsus hissəsinin də Cavabdeh3 tərəfindən əldə olunması ilə sübut olunur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə qərara gəlmişdir ki, iddia tələbinin Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin tam, Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin Cavabdeh4 aid paya münasibətdə qismən, Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh4 aid paya münasibətdə qismən etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılmasına dair hissələri təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq iddiaçıya və üçüncü şəxs Cavabdeh4 ödənilməsi barədə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iki il ərzində əri Cavabdeh4 və onun özünün mübahisə predmetinə aid olan torpaq sahələrindən istifadəsinin məhdudlaşdırıldığını, nəticədə bu müddət ərzində onların ailə büdcəsi 100.000 manat gəlirdən məhrum olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim olunmamış, eyni zamanda iddiaçı özünün iddia tələbinin həmin hissəsinin əsası kimi də alqı-satqı müqavilələrinin etibarsızlığına istinad etmişdir. Qeyd olunan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbinin həmin alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinin də heç bir hüquqi əsası yoxdur. Həmin əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq iddiaçıya və üçüncü şəxs Cavabdeh4 ödənilməsinə dair hissəsi də təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, idiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğinin onun özünə aid edilməsini qanunauyğundur. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 394-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 78.1-ci, 82.3-cü, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin çıxardığı qətnamə iddia tələbini tam əhatə etməmiş, iddiaya daxil olan tələbin bir hissəsi məhkəmə araşdırmasından və məhkəmənin gəldiyi yekun nəticədən kənarda qatmışdır. Halbu ki, iddia tələbinin bu hissəsi işin nəticəsini tam dəyişə biləcək hal olmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” 10.08.2021-ci il tarixli ərizədə tələb yenidən əsaslandırılmaqla iddia tələbinə dəyişiklik edilmiş və iddiaçı məhkəmədən Şəki rayonu, Çapağan kəndində yerləşən və əvvəl Cavabdeh4 və X1 məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsinin alqı-satqısma dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsi ilə yanaşı həmçinin həmin torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, işə baxmış birinci instansiya məhkəməsi tələskənlik göstərərək və ya diqqətsizlik ucbatından yeni əsaslandırmaya və tələbin qeyd olunan hissəsinə heç bir münasibət bildirməmişdir. Bu isə prosessual hüquq pozuntusu olmaqla yanaşı həmçinin yalnış məhkəmə qətnaməsinin çıxarılmasına da səbəb olmuşdur. İddia tələbində qeyd olunan dəyişikliyə səbəb həmin halın yalnız cari iş üzrə məhkəmə araşdırması zamanı aşkar edilməsi olmuşdur. Belə ki, cavabvdeh Cavabdeh2, tərəflər arasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində başladılmış digər əlaqəli iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər olan məhkəmə prosesi zamanı işin bu halını gizlin saxlamışdır. Hətda onu da qeyd etmək lazımdır ki, tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestrinə olunmuş sorğular zamanı Şəki rayonu, Çapağan kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsinin Cavabdeh3 mülkiyyətində olduğu bildirilmişdir. Halbu ki, Qəbələ Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinin 02.09.2021-ci il tarixli, 1529 saylı məktubu ilə təqdim olunmuş notariat işinin təsdiq olunmuş surətindən də müəyyən olunur ki, həmin torpaq sahəsi 21.10.2018-ci il tarixdə Cavabdeh3 adından çıxış etməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh2 sözügedən alqı-satqı əməliyyatı üzrə müqaviləni məqsədyönlü şəkildə Reyestr Xidmətinə təqdim etməmişdir. Şəki rayonu, Çapağan kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 adına reyestrdən çıxarış alan kimi elə eyni alqı-satqı məbləğində olmaqla Cavabdeh2 tərəfindən əldə olunmuşdur. Bu isə qanunvericiliklə qadağan olunmuş haldır və həmin əqdin etibarsızlığına əsas verir. Şəki rayonu, Çapağan kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsinin təkrarən Cavabdeh2 satılmasına dair məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, alqı-satqıda Cavabdeh3 bu dəfə də Cavabdeh1 təmsil etmişdir. Yəni Cavabdeh1 öncə Cavabdeh3 adından həmin torpaq sahəsinin alıcısı qismində çıxış etmiş, bir neçə gün sonra isə o, Cavabdeh3 artıq eyni alqı-satqı predmeli üzrə satıcı qismində təmsil etmişdir !!! Bu arada qeyd olunmalıdır ki, Cavabdeh1 bütün hallarda alqı-satqı predmeti olmuş əmlakların dəyəri olan məbləğləri Cavabdeh2 aldığını və təkrarən ona qaytardığını bildirmişdir. İşin qiymətləndirilməli olan hallarından biri də ondan ibarətdir ki, Cavabdeh1 torpaq sahələrinin satış qiymətini əmlakların mülkiyyətçisi olmuş Şahin Həbibullayelə razılaşdırmamış, notariat hərəkətlərinin nəticələri barədə təmsil olunana heç bir məlumat vermimişdir. Bütün hallarda əmlakların dəyərini Cavabdeh2 müəyyən etmişdir. Bundan başqa, Şəki rayonu, Çapağan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin satış dəyərinin Şahın Həbibullayevə ödənilməsi barədə Cavabdeh2 verdiyi izahat da sübut kimi qiymətləndirilə bilməz. Yəni, əmlakın satış dəyərinin mülkiyyətçiyə ödənilməsini sübut etmək vəzifəsi təmsil edənin üzərinə düşdüyündən və pul vəsaitinin ödənilməsinin müəyyən olunmuş forma və qaydası olduğundan bunun sadə sözlə ifadə olunmaqla təsdiqlənməsi mümkün deyildir. Cavabdeh2, məhkəmə araşdırması zamanı bildirmişdir ki, “mübahisə predmeti olan torpaq sahələri onun özününkü olmuş və o faktiki olaraq özünə məxsus əmlakları geriyə qaytarmışdır“ və məhkəmə də haqlı olaraqdan ona sual vermişdir ki, “özününkü olan əmlak üçün nəyə görə kiməsə pul ödəmisən?" Cavabdeh2 məhkəmənin bu sualına verdiyi cavab sadə dildə desək vəziyyəti izah etməmişdir. Yeri gəlmişkən, işin bu halı barədə şikayət olunan qətnamədə də qeyd olunmuşdur. Mübahisəyə apellyasiya instansiyasında baxılarkən mübahisə predmeti olan əmlakların alqı-satqı zamanı olan real bazar dəyəri araşdırılmalı, mübahisəli əqdlər üzrə təmsilçi olaraq Cavabdeh2 təmsil olunan Cavabdeh4 adından dolayısı ilə şəxsən özü barəsində əqd bağlaması, Cavabdeh1 proseslərdəki iştirakı və onun Cavabdeh2lə qarşılıqlı əlaqəsi hüquqi baxımdan qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq onlar, Oğuz Rayon Məhkəməsinin 2(054)-170/2021 saylı, 10.08.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin Oğuz Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsinin ləğvini və iddia tələbinin tam təmin edilməsi barədə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator tələbini tam olaraq göstərməsə də birinci instansiya məhkəməsinin qətnaməsindən tam narazı olduğunu bildirir. Buradan belə başa düşülür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Oğuz Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Cavabdeh4 ilə 02.12.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələri onun tərəfindən Cavabdeh1 verilmiş 14.10.2018-ci il tarixli etibarnamə əsasında Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 16.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 satılmışdır. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 və X1 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 05.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, Şəki rayonu Çapağan kəndində yerləşən, Cavabdeh4 və X1 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsi isə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrininin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddiasına dair 2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarına əsasən həmin iddia tələbi təmin edilməmişdir. Qeyd olunan yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq iddiaçıya və əri Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi qeyd olunan alqı-satqı müqavilələrinin aldatma yolu ilə bağlandığını, nəticədə ona və ərinə həm də maddi zərər dəydiyini bildirir. Cavabdeh2 ona qarşı olan iddia tələbini qəbul etmir, qeyd olunan torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin qanuni əsaslarla tərtib edildiyini, eyni zamanda, İddiaçı və ya onun əri Cavabdeh4 hər hansı miqdarda maddi ziyan vurmadığını bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının əri Cavabdeh4 hazırki iddia üzrə eyni müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə ona qarşı olan iddiasının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarına istinad edir. Cavabdeh1 iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası tərəfindən həmin qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apellyasiya şikayətində göstərmişdir ki, məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” 10.08.2021-ci il tarixli ərizədə tələb yenidən əsaslandırılmaqla iddia tələbinə dəyişiklik edilmiş və iddiaçı məhkəmədən Şəki rayonu, Çapağan kəndində yerləşən və əvvəl Cavabdeh4 və X1 məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsinin alqı-satqısma dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsi ilə yanaşı həmçinin həmin torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, işə baxmış birinci instansiya məhkəməsi tələskənlik göstərərək və ya diqqətsizlik ucbatından yeni əsaslandırmaya və tələbin qeyd olunan hissəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili qətnamənin ləğv edilməsinə əsas ola bilməz. İş materiallarında olan “iddia tələbinin dəqiqləşdirilməsinə dair” 10.08.2021 -ci il tarixli ərizədən görünürki, iddiaçı tələbində Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 06.10.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsi ilə yanaşı həmçinin həmin torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqısatqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, ancaq həmin müqavilənin tarixini, sayını, hansı notariat orqanında bağlanmasına dair hər hansı bir qeyd aparmamış, qeyri müəyyən tələb irəli sürmüşdür. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Bundan başqa kollegiya alqı-satqı müqavilələrinin real dəyərinin müəyyən edilməsi ilə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, tələb alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsindən ibarətdir. Yəni həmin müqavilə üzrə pulların qaytarılması barədə hər hansı bir tələb yoxdur. 100.000 manat isə torpaqda əkilən qoz ağaclarına dair əldən çıxmış fayda ilə bağlıdır. Bundan başqa kollegiya 100.000 manat əldən çıxmış fayda ilə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun əri özlərinə məxsus torpaq sahələrini özgəninkiləşdirmək üçün etibarnamə və yazılı ərizə verərkən hər hansı bir qeyd şərt göstərməmiş, torpaq sahələrini əgər olmuşsa həmin qoz ağacları ilə birlikdə satmışlar. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli 2(103)- 3316/2020 nömrəli qətnaməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçının əri Cavabdeh4 qeyd edilən müqavilələrin etibarsız hesab edilməsini tələb etmiş, ancaq iddia tələbi rədd edilmişdir. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, hazırkı iddiaçı mübahisəli torpaq sahələrinin əri tərəfindən satılmasına notarial qaydada təsdiq edilən ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Əgər əvvəlki məhkəmə iddiaçının ərinin müqavilələrin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə müqaviləni mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, hər iki iddia da eyni əsasla qaldırılmışdır. Hər iki iddiada tələb müqavilənin etibarsızlığıdır. Eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə müqavilənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin müqavilənin hüquqi nəticə əmələ gətirən etibarlı bir müqavilə olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin müqavilənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan müqavilənin etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 10.08.2021ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2071/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2071/2021
09.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver