Məhkəmə qərarları › İş №2(107)-2074/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2074/2021

26.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2074/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Maraqlı şəxs2 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(033)-1003/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmlş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Maraqlı şəxs2 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 may 1940-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 09 sentyabr 2021-ci il tarixli, 2(033)-1003/2021 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxslər Zaqatala rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Maraqlı şəxs2 qarşı 20 may 1940-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir . Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(033)-1003/2021 saylı qərardadı əsasız hesab olunmalı və ləğv edilərək ərizəsinə xüsusi icraat qaydasında baxılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.5-ci bəndində qeyd olunmuşdur- Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Plenum qərarında hüquq haqqında mübahisənin nədən ibarət olmasını ətraflı şəkildə izah etmişdir. Plenum qərarının hüquq haqqında mübahisənin izahından açıq aydın görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair ərizədə hüquq haqqında mübahisə yoxdur. Sözügedən Plenum qərarının 1.2-ci bəndində qeyd olunur - Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqmda iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş- bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə bəmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Ərizəsində şəxsin psixi qüsurunun nəticəsində öz hərəkətlərin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh olunmuşdur. Məhkəmə qərardadında məhkəmə psixiatrıya ekspertizasının təyin olunmasına dair qabaqcadan münasibət bildirərək qeyd edir ki, iş materiallarında şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olmadığı üçün onun fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə məhkəmə psixiatriya ekspertizasının təyin edilməsinə məqsədə müvafiq hesab edilmir. Məhkəmənin ekspertiza ilə bağlı qeyd olunan mövqeyi MPM-nin 97.1-ci maddəsinin tələblərinə ziddir. MPM-m 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan maddənin məzmunundan görünür ki, məhkəmə psixiatriya ekspertizasının təyin edilməsi hazırlıq iclasının predmeti olmadığı üçün, həmin məsələyə hazırlıq iclasında baxılmadığı üçün qərardadda məhkəmə psixiatriya ekspertizasının təyin edilməsinə qabaqcadan münasibət bildirilməsi yolverilməzdir. Məhkəmə psixiatrik ekspertiza ilə bağlı ekspertizasının təyin olunması məsələsinin həlli məhkəmə baxış iclasının predmetidir. Zaqatala Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(033)-1003/2021 nömrəli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 8(033)-52/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardadın qəbul olnması zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddənin məzmunundan görünür ki, məhkəməyə aid hüquq haqqında mübahisənin mövcudluğu aşkar edildikdə, təkcə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələr yox, ümumiyyətlə xüsusi icraat qaydasında baxılmalı olan bütün ərizələr baxılmamış saxlanılır. Beləliklə kollegiya belə hesab edir ki, iş üzrə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsində mübahisə olduğundan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq ərizəni baxılmamış saxlamaqda, və Ərizəçi ümumi əsaslarla məhkəməyə iddia vermək hüququnu izah etməkdə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(033)-1003/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(033)-1003/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar