Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2084/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz yazılmış elektrik borcunun hesabından silinməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(033)-273/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərişıq ASC tərəfindən onun hesabına cərimə kimi yazılmış 1058 manat 46 qəpik pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (T.Həsənov) 12 iyul 2021-ci il tarixli, 2(033)-273/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi 27 aprel 2020-ci il tarixli 167257 nömrəli akta, 23 may 2020-ci il tarixli R 167343 saylı akta, 21 noyabr 2020-ci il tarixli R200293 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1052,92 (bir min əlli iki manat doxsan iki qəpik) manat borc İddiaçı hesabından silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiа tələbi belə əsаslаndırılmışdır ki, o, Zaqatala şəhəri Təbriz küçəsində ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayır. Evinə qanuni qaydada elektrik enerjisi çəkilmişdir. Elektrik enerjisindən qanuni qaydada istifadə edərək haqqını vaxtlı vaxtında ödəyir. İstifadə etdiyi elektrik enerjisinin miqdarı yaşadığı evin giriş darvazasından çöldə, ictimai yolda quraşdırılmış və ploblanmış elektrik sayğacı ilə ölçülür. 23 may və 21 noyabr 2020-ci il tarixlərdə cavabdeh təşkilatın nümayəndələri gəlib sayğacda nasazlıq aşkar edərək, akt yazmışlar, onun bütün bunlardan xəbəri olmayıb. Ona məlumat vermədən sayğacı yenisi ilə əvəz ediblər. Sonra isə qanunsuz olaraq ona 1.058 manat 46 qəpik cərimə adı altında borc yazmışlar. O cavabdehin ünvanına getmişdir. Ordan ona möhürü və imzası olmayan kağızlar vermişlər. Qanunsuz yazılmış 1.058 manat 46 qəpik pulu ondan, hər dəfə smart karta yüklədiyi puldan çıxırlar. Məhkəmə qərarı olmadan ondan artıq məbləğ tutulur. Deməli o işıq pulunu qabaqcadan karta yükləyir. Karta qoyulmuş pulun 80 %-ni cavabdeh hesabdan silir, yalnız 20%-i üçün ona işıq verir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz edərək iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Abduxalıq oğlu cavabdeh "xxxx" ASC və "xxxx" ASC-nin X1rşı “qanunsuz yazılmış borcunun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı Abduxalıq oğlunun cavabdeh qismində göstərdiyi "xxxx" ASCnin X6 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. X6 müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin X6 "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyətəsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. Hüquqi şəxs statusuna malik olmayan X6 qeydiyyatda olan, o cümlədən iddiaçının qeydiyyatda olduğu enerji hesabları üzərində sərəncamverici səlahiyyətləri (enerji sərfiyyatmın silinməsi və digər dəyişikliklərin aparılması) onun tabe olduğu "xxxx" ASC həyata keçirir. Digər tərəfdən X6 yalnız verilmiş göstərişlərin və xidmətin icrasını təşkil edir. X3 tabe olduğu "xxxx" ASC isə hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bu səbəbdən də X3 cavabdeh kimi qeyd olunması əsassızdır. İddiaçı Abduxalıq oğlunun Zaqatala şəhəri, Təbriz küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı Abduxalıq oğlunun adına **********04441 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 23.05.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev və Ş.Eminov tərəfindən Zaqatala şəhəri, Təbriz küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin smart tipli sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 23.05.2020-ci il tarixli, R167343 saylı akt tərtib olunmuşdur. 23.05.2020-ci il tarixli, R167343 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 31.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0.11 manatla 554 kvt.s, dəyəri 60.94 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin tarixdən 6 ay keçdikdən sonra 21.11.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev, Ş.Eminov və M.Xəlilov tərəfindən iddiaçıya məxsus həmin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini kəsərək bir başa xəttə qoşulub, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 21.11.2020-ci il tarixli, R200293 saylı akt tərtib olunmuşdur. 21.11.2020-ci il tarixli, R200293 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 24.11.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0.11 manatla 2273 kvt.s, dəyəri 250.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Göründüyü kimi əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanlann aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna-olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. İddiaçı iddia tələbində silinəcək məbləği 1058.46 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya iddia ərizəsində qeyd edilmiş aktlar əsasında 310.97 manat hesabat aparılmış, yerdə qalan 747.49 manat borcun həmin aktlarla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Abduxalıq oğlunun Zaqatala şəhəri, Təbriz küçəsində yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 12 iyun 2021-ci il tarixli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış cavabdeh tərəfindən təqdim olunmuş hər-hansı bir mötəbər sübutla elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşımadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş video çəkliş disqindəki çəkiliş görüntülərini nəzərə almamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşlarımız üç dəfə ayrı-ayrı vaxtlarda baxış keçirmiş və evə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntularla əlaqədar əməkdaşlarımız tərəfindən videoçəkiliş aparılmış və R167257, R167343 və R200293 saylı aktlar tərtib olunmuşdur. Aparılmış videoçəkilişdə abonentin kənar xəttən istifadə etdiyi aşkar şəkildə əksini tapır. Göründüyü kimi aşkar edilmiş kənar xətlər tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər tətəfdən bu normanın tətbiqi üçün qüsurların xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurların xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. qeyd edilənlərə əsasən İddiaçı Abduxalıq oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz yazılmış borcunun hesabından silinməsi” tələbi üzrə Zaqatala Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(033)-273/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar verərkən, obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndələri ona heç bir xəbərdarlıq etmədən, məlumat vermədən onun barəsində akt tətrib etmişdir. Hansı ki, onun bu aktdan xəbəri olmamışdır. Səbəbini soruşduqda da, aqressiya ilə cavab verirlər. Halbuki, belə bir şey olmamış və onun xəbəri yoxdur. O, heç bir halda evində sayğacdan kənar elektrik xətti çəkməmiş və belə bir xəttdən istifadə etməmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(033)- 273/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş ; X10 Cəmiyyəti X3 rəisi tərəfindən təsdiq edilmiş 27 aprel 2020-ci il tarixli 167257 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq quraşdırılmış enerji uçot dəstinə baxış keçirildikdə məlum olmuşdur ki, istehlakçı sayğacın giriş xəttinə birbaşa qoşularaq X2 edir. Ölçü işləri aparılmış İ-0,9 A olduğu müəyyən edilmişdir. EEİQ-nə əsasən enerji uçot dəsti bərpa edilmişdir. 27.04.2020-ci il tarixli 167257 nömrəli akta əsasən 08 may 2020-ci il tarixli Şimalqərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 1 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, smart tipli sayğacın giriş xətti kəsilərək fərdi yaşayış evinə kənar xətdən istifadə edilmişdir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5 A x0,22 kVT.s x24 sx 0,7 x 365 gün=6745kVt.s) 6745 kVt.s x 0,11=741,95 manat ödənilməlidir. X10 Cəmiyyəti X3 rəisi tərəfindən təsdiq edilmiş 23 may 2020-ci il tarixli 167343 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent smart tipli sayğacın giriş xəttini kəsərək evini sayğacdan kənar birbaşa xətdə qoşulmuşdur. Axın yük yoxlanılmış və İ-1,5A olması müəyyən edilmişdir. Sayğacın sxem dəsti yerindəcə bərpa edilmişdir. 23.05.2020-ci il tarixli 167343 nömrəli akta əsasən 31 may 2020-ci il tarixli Şimalqərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 1 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, smart tipli sayğacın giriş xətti kəsilərək fərdi yaşayış evinə kənar xətdən istifadə edilmişdir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5 A x0,22 kVT.s x24 sx 0,7 x 30 gün=554kVt.s) 554 kVt.s x 0,11=60,94 manat ödənilməlidir. X10 Cəmiyyəti X3 rəisi tərəfindən təsdiq edilmiş 21 noyabr 2020-ci il tarixli 200293 nömrəli aktdan görünür ki, abonent İddiaçı istifadəsində olan sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın giriş xətti kəsilərək birbaşa qoşmuşdur, çıxan yük ampermaşa vasitəsi ilə yoxlanılmışdır. İ-4,1 A olduğu müəyyən edilmiş və kənar xətt ləğv edilərək sayğac yenidən möhürlənmişdir. 21.11.2020-ci il tarixli 200293 nömrəli akta əsasən 24 noyabr 2020-ci il tarixli Şimalqərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 1 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar küçə işıqlanmasından istifadə edir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 4.1 A x0,22 kVT.s x24 sx 0,7 x 150 gün=2273) 2273kVt.s x 0,11=250,03 manat ödənilməlidir. X12 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı Abduxalıq oğlunun yaşadığı fərdi yaşayış evinin enerji təchizatı barədə tərtib edilmiş 27.04.2020-ci il tarixli R 167257 saylı, 23.05.2020-ci il tarixli R 167343 saylı və 21.11.2020-ci il tarixli R 200293 saylı qüsur aktları əsasında itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə heablanmış məbləğlər kənar xəttən axan yük nominal gərginlik (220 kV) və üç illik iddia müddəti nəzərə alınmaqla “X2 Qaydalarının” 8.32-ci bəndinə əsasən aparılmışdır. 167257 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 5,0 A x 0,22 kV x 24 s x 30 gün = 792 kVt.s Dəyəri: 300 kVt.s x 0,07 manat = 21,0 manat 492 kVt.s x 0,11 man = 54,12 manat Cəmi məbləğ: 21,0 + 54,12 = 75,12 manat; 167343 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 5,0 A x 0,22 kV x 24 s x 30 gün x 0,7 = 554 kVt.s Dəyəri: 554 kVt.s x 0,11 manat = 60,94 manat; 200293 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 4,1 A x 0,22 kV x 24 s x 30 gün = 649 kVt.s Dəyəri: 300 kVt.s x 0,07 manat = 21,0 manat 349 kVt.s x 0,11 manat = 38,39 manat Cəmi məbləğ: 21,0 + 38,39 = 59,39 manat. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). - 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. - 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. - 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, tərtib edilmiş aktlarla İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq X2 etdiyi aşkarlanmış və 27 aprel 2020-ci il tarixli 167257 nömrəli akt, 23 may 2020-ci il tarixli 167343 nömrəli, 21 noyabr 2020-ci il tarixli 200293 nömrəli aktlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin mübahisələndirilən aktlar tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən aktlar tərtib olunmuşdur. Həmin aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır İkincisi, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktlardan da görünür ki, 27 aprel 2020-ci il tarixli 167257 nömrəli, 23 may 2020-ci il tarixli, R 167343 saylı, 21 noyabr 2020-ci il tarixli R200293 saylı aktlar tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Üçüncüsü «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırlmış olsun. Dördüncüsü ,kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində mübahisələndirdyi halları sübut edəcə dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(033)-273/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2084/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2084/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver