Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-209/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh7 və Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)- 1310/2021 nömrəli qətnaməsindən Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)-1310/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin olunmuş, X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd eidlmiş alqı satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrıayrılıqda 3/7 hissələrinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh9 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin qeydiyyata alınmasına dair hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bayraməlıi oğlu, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, 4Ə-111 və 4Ə-112 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 cavabdeh qismində cəlb edilmişlər. Həmçinin İddiaçı məhkəməyə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021ci il tarixli 4Ə-111 və 4Ə-112 saylıalqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş ********** qeydiyyat nömrəli, 03 fevral 2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, 03 fevral 2021ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Torpaq mülkiyyətçiləri olmuş cavabdehlər isə onun həmkəndliləridirlər. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və onların mərhum ata-analarına Aqrar islahat zamanı ünvan 2indən 3,76 hektar torpaq sahəsi ayrılmışdır. 2015-ci ilin 23 iyul tarixində cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 3,76 hektar torpaq sahəsindən mülkiyyətlərinə düşən 7/3 hissəsini, yəni 1,61 hektar torpaq sahəsini notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında İddiaçı bağışlamışlar. Torpaq sahəsi yerində də İddiaçı tanıdılmış və bu ilə kimi həmin torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Həmçinin iddiaçıya cavabdehlər tərəfindən ona bağışlanmış torpaq sahəsi ilə bağlı dövlət tərəfindən subsidiya da ödənilmişdir. İddiaçı 2021-ci ilin iyun-iyul aylarında 23 iyul 2015-ci il tarixli müqavilə əsasında ona bağışlanmış 1,61 hektar torpaq sahəsinə münasibətdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etdikdə oradan həmin torpaq sahəsinin cavabdehlər tərəfindən 29 yanvar 2021-ci il tarixdə Cavabdeh9 adına özgəninkiləşdirildiyi bildirilərək torpaq sahəsinin iddiaçının mülkiyyətinə rəsmiləşdirilməsindən imtina edilmişdir. Beləliklə cavabdehlər 23 iyul 2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında iddiaçıya bağışladıqları torpaq sahəsini sonradan notarial qaydada təsdiq edilmiş digər müqavilələr əsasında başqa bir şəxsə satmışlar. Həmçinin 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçının hüquqları pozulduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh7 izahatında göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli qərarı ilə ona, qardaşı Cavabdeh1, qardaşı arvadı Cavabdeh2, qardaşı oğlu Cavabdeh3, bacısı Cavabdeh8, mərhum atası X5, mərhum anası X6 ünvan 2i ərazisindən 3,76 hektar torpaq sahəsi verilmişdir. Atası Qasım 2003-cü ildə, anası Zeynəb isə 2008-ci ildə vəfat etmişlər. Qardaşı Cavabdeh1, qardaşı arvadı Cavabdeh2, qardaşı oğlu Cavabdeh3 ünvan 2ində qeydiyyatda olsalar da 1998-ci ildən onlar Şəki şəhərində yaşayırlar. Qardaşı Ağaların və onun ailə üzvlərinin torpaq sahəsindən isə o və bacısı Aybəniz istifadə etmişlər və torpaq pulunu da özləri ödəmişlər. 2015-ci ildə qardaşı Cavabdeh1, qardaşı arvadı Cavabdeh2, qardaşı oğlu Cavabdeh3 ünvan 2inə gələrək torpağı İddiaçı satmaq istədiklərini bildirmişlər. Onlar da Ağalargilə torpağı satmamalarını, sadəcə olaraq icarəyə vermələrini tövsiyyə etmişlər. Ancaq sonradan Ağalargil tərəfindən Sakitə verdikləri torpaq sahəsinin sənədləşməsi bağışlama şəklində rəsmiləşdirilmişdir. İddiaçı da qardaşı Ağalara götürdüyü torpağa görə icarə haqqı şəklində 500-600 manat pul vermişdir. Ancaq Ağalar tərəfindən torpaq sahəsinin Sakitə hansı müddətə icarəyə verilməsindən məlumatı olmamışdır. Həmçinin Sakit ona 1,61 hektar torpaq sahəsindən əlavə digər torpaq sahəsinin istifadəsi ilə bağlı 1000 manat pul vermişdir. Həmin vaxt Sakit torpağın ona satılmasını təklif etsə də o, bununla razılaşmamışdır. Həmçinin qardaşı Ağaların uşağının sənədləri Sakitdə olduğundan həmin sənədlərin, həmçinin torpaq sənədlərinin qaytarılmasını tələb etmişdir. Lakin Sakit torpaq sanədlərini qaytarmamışdır. Həmçinin o, Sakitə torpağı satacaqlarını bildirmiş və torpağı 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh9 satmışlar. Əvvəllər Sakitin istifadəsinə verdikləri torpaq sahəsi hazırda Rüstəmin istifadəsindədir. İddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ona, əri Ağalara, oğlu Ceyhuna, baldızları Ruqiyyə və Aybənizə, həmçinin mərhum qaynatası Qasıma və mərhum qayınanası Zeynəbə Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən 3,76 hektar torpaq sahəsi ayrılmışdır. Lakin 1998-ci ildən o, əri Ağalar və oğlu Ceyhun Şəki şəhərində yaşayırlar. 2015-ci ildə o, əri Ağalar və oğlu X18 kəndində yerləşən özlərinə aid torpaq sahəsinin İddiaçı 10 il müddətinə icarəyə verilməsi ilə bağlı razılıq əldə etmişlər. Belə ki, Sakit bu məqsədlə əvvəlcədən onlara 600 manat pul ödəmişdir. Sonradan da torpaqdan istifadə ilə bağlı onlara nə qədər vəsait ödənilməlidirsə Sakit həmin məbləği onlara ödəyəcəkdi. Sakitə torpağın icarəyə verilməsinə dair müqavilənin rəsmiləşdirilməsi üçün həm Ağalar, həm o, həm də oğlu Ceyhun notariat kontoruna getmişlər və orada müqaviləni imzalamışlar. Lakin onlar notariat kontorunda torpağı icarəyə verdiklərini bildirsələr də onların adından bağlanan müqavilə bağışlama müqaviləsi kimi rəsmiləşdirilmişdir. Belə ki, onlar notariatda müqaviləni oxumadan imzalamışlar. Sonradan iddiaçı ilə aralarındakı razılaşmanın bağışlama müqaviləsi şəklində rəsmiləşdirildiyini bilmişdir. İddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Cavabdeh4 Bayraməlıi oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Şəki rayonu X9 aqronom vəzifəsində işləyir. İş üzrə iddiaçı və digər cavabdehlər onun həmkəndliləridirlər. X17 Xidmət Mərkəzinə tez-tez gəlib getdiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 ona etibarnamə verərək onları notariat ofisində təmsil etmələrini və adlarından bağlanacaq alqı-satqı müqaviləsində onların adından iştirak etməsini xahiş etmişlər. O da buna etiraz etməmişdir. Belə olub Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 məxsus ünvan 2ində yerləşən 3,76 hektar torpaq sahəsinin Cavabdeh9 satılmasında onların adından iştirak etmiş və 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 adından imzalamışdır. Lakin onun İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 arasındakı torpaqla bağlı anlaşılmazlıqdan məlumatı olmamışdır. İddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh9, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərdən X17 Xidmət Mərkəzində Notariat Ofisi məhkəməyə göndərdiyi məktublarında iş yükünün çoxluğu nəzərə alınaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsə də cavabdehlər Cavabdeh9 məhkəmə iclasına gəlməməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün Cavabdeh9 həmin əmlakı vicdanlı əldə etməməsini müəyyən etməli idi. İşin hallarından görünür ki, C.Rüstəm qanunamüvafiq qaydada əmlakın dəyərini ödəyərək dövlətin müəyyən etdiyi şəkildə alqı-satqı əsasnda əmlaka sahib olmuşdur. Burada hər hansı problem mövcud olsa idi bu zaman Notariat və DƏDRX tərəfindən bu hal müəyyən olunar və əmlakın satılması mümkün olmazdı. Şəxs dövlətin qurumlarına etimad göstərərək qanuni şəkildə əmlak əldə etmiş, daha sonra hüquqlarını qanunun tələb etdiyi formada qeydiyyata aldırmışdır. Məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3oğju 23 iyul 2015-ci il tarixdə bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-392 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi əsasında ünvan 2ində yerləşən ümumi sahəsi3,76 hektar torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/7 hissəsini, yəni 1,61 hektarını İddiaçı bağışlamışlar. Lakin, İddiaçı tərəfindən həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Buna baxmayaraq sonradan, yəni 29 yanvar 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair A N -İ ******* nömrəli müqavilə əsasında Cavabdeh2, Cavabdeh3, Cavabdeh7,Cavabdeh8 və Cavabdeh1 Şəki rayonu BöyükDəhnə kəndində yerləşən 2,69 hektar torpaq sahəsini, 29 yanvar 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair A N -İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında isə ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsini Cavabdeh9 satmışlar. Alqı-satqı müqavilələri bağlandıqdan sonra isə həmin torpaqlara münasibətdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 03 fevral 2021-ci il tarixdə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)- 1310/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilən hissəsində əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh7 və Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil sonuncunun verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)-1310/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)-1310/2021 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yüeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası həmin hissədə də rədd edilməlidir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0263 KOD 40400018 nömrəli dövlət aktından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2000-ci il tarixli, 12 saylı qərarı ilə X5, X6, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 ünvan 2inin ərazisindən 3,76 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 yanvar 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X10, X11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 mülkiyyətində ünvan 2ində yerləşən 2,69 hektar torpaq sahəsi vardır. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 noyabr 2008-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 2ində qeydiyyatda olan Cavabdeh7, Cavabdeh8, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dur. Onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 19 yanvar 2021-ci il tarixdə X7 verilmiş çıxarışa əsasən ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 1,07 ha ümumi birgə olan mərhuma məxsus pay hissəsindən və DƏDRX tərəfindən 19 yanvar 2021-ci il tarixdə X7 verilmiş çıxarışa əsasən ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 2,69 ha ümumi birgə olan mərhuma məxsus pay hissəsindən ibarətdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30 aprel 2003-cü il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 2ində qeydiyyatda olan Cavabdeh7, Cavabdeh8, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1dur. Onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 19 yanvar 2021-ci il tarixdə X5 verilmiş ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 1,07 ha ümumi birgə olan mərhuma məxsus pay hissəsindən və DƏDRX tərəfindən 19 yanvar 2021-ci il tarixdə X5 verilmiş çıxarışa əsasən ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 2,69 ha ümumi birgə olan mərhuma məxsus pay hissəsindən ibarətdir. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Böyük Dəhnə İşdə olan satıcılar (onları Cavabdeh4 təmsil etmişdir) Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh1 ilə alıcı Cavabdeh9 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 29 yanvar 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən görünür ki, satıcılar ünvan 2ində yerləşən 2,69 hektar torpaq sahəsini 2690 manata alıcıya satmışlar. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 2,69 hektar torpaq sahəsi Cavabdeh9 mülkiyyətindədir. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 19 yanvar 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X10, X11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 mülkiyyətində ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsi vardır İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsinin 5/21 hissəsi Cavabdeh1, 3/21 hissəsi Cavabdeh2, 3/21 hissəsi Cavabdeh3, 5/21 hissəsi Cavabdeh7, 5/21 hissəsi Cavabdeh8 paylı mülkiyyətindədir İşdə olan satıcılar (onları Cavabdeh4 təmsil etmişdir) Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh1 ilə alıcı Cavabdeh9 arasında bağlanmış, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 29 yanvar 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən görünür ki, satıcılar ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsini 1070 manata alıcıya satmışlar. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsi Cavabdeh9 mülkiyyətindədir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Sərdar Nəsibovun DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanladığı 13 yanvar 2021ci il tarixli, 55 nömrəli məktubdan göstərilir ki, Şəki Regional “Asan Xidmət” Mərkəzinə daxil olmuş 11 yanvar 2021-ci il tarixli, **********32 saylı sorğuya cavab olaraq bildirilir ki, Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən ünvan 2ində yerləşən 3,67 ha (JN- 0263 KOD 40400018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı) torpaq sahəsinə dair hər hansı bir əməliyyat aparılmamışdır. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Şəki Rayon Məhkəməsinə ünvanladığı 22 iyul 2021-ci il tarixli, **********12 nömrəli məktubdan görünür ki, ünvan 2ində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0263 KOD 40400018 nömrəli dövlət aktına əsasən X10, X11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 mülkiyyətlərində olan torpaq sahəsi üzrə həmin dövlət aktına 15 iyul 2015-ci il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (forma-1) əldə olunmuşdur. Bundan sonra mülkiyyətçilərdən Cavabdeh2 həmin əmlakla bağlı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılması (yüklülüyünə) dair dövlət reyestrindən arayışla bağlı ərazi idarəsinə müraciət etmiş, aparılan araşdırma nəticəsində qeyd olunan dövlət aktına (JN-0263 KOD ********) 15 iyul 2015-ci il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (forma-1) verildiyi məlum olmuş və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə 11.01.2021-ci il tarixdə sözügedən əmlakla bağlı hər hansı bir notariat əməliyyatının aparılıb-aparılmaması ilə bağlı sorğu verilmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13 yanvar 2021-ci il tarixli, 55 nömrəli cavab məktubuna əsasən sözügedən əmlakla bağlı heç bir notariat əməliyyatının aparılmadığı qeyd olunmuşdur. Bundan sonra mülkiyyətçilərə (X10, X11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7) 2,69 ha torpaq sahəsinə dair reyestr nömrəsi-**********61, qeydiyyat nömrəsi-********** və 1,07 ha torpaq sahəsinə dair dair reyestr nömrəsi- **********92, qeydiyyat nömrəsi********** olan çıxarışlar verilmişdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Şəki Rayon Məhkəməsinə ünvanladığı 06 oktyabr 2021-ci il tarixli, 3975 nömrəli məktubdan görünür ki, Şəki şəhər 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş 23 iyul 2015-ci il tarixli, 4Ə-392 reyestr nömrəli bağışlama müqaviləsinin və onun təsdiq edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin tapılması mümkün olmamışdır. 4Ə-2015-ci il tarixli N 01337 reyestr kitabında bağışlama müqaviləsinin müvafiq qeydiyyat aparılmış hissəsi məhkəməyə göndərilir. Həmin məktuba əlavə edilmiş 2015-ci ilə aid 4Ə 01337 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestr jurnalının 392-ci sırasındakı 23 iyul 2015-ci il tarixli qeyddən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin tarixdə torpaq sahəsini İddiaçı bağışlamışlar. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 06 oktyabr 2021-ci il tarixli, 3975 nömrəli məktubundan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 23 iyul 2015-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə üzrə qovluqda olan sənədlərin tapılmaması göstərildiyindən, həmçinin notariat əməliyyatlarının qeydiyyatının aparıldığı jurnalla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı arasında 23 iyul 2015- ci il tarixdə bağışlama müqaviləsinin bağlanması müəyyən edildiyindən məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi 23 iyul 2015ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətinə sübut kimi istinad edilməsini mümkün hesab edir. İşdə olan hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə hədiyyə alan İddiaçı arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-392 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 2ində yerləşən ümumi sahəsi 3,76 hektar torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/7 hissəsini, yəni 1,61 hektarını hədiyyə alanın mülkiyyətinə verirlər. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 567, 646.1, 666.1 və 666.2-ci maddələrinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 23 iyul 2015-ci il tarixdə bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə392 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi əsasında ünvan 2ində yerləşən ümumi sahəsi 3,76 hektar torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/7 hissəsini, yəni 1,61 hektarını İddiaçı bağışlamışlar. Lakin İddiaçı tərəfindən həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Buna baxmayaraq sonradan, yəni 29 yanvar 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilə əsasında Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh1 ünvan 2ində yerləşən 2,69 hektar torpaq sahəsini, 29 yanvar 2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında isə ünvan 2ində yerləşən 1,07 hektar torpaq sahəsini Cavabdeh9 satmışlar. Alqı-satqı müqavilələri bağlandıqdan sonra isə həmin torpaqlara münasibətdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 03 fevral 2021ci il tarixdə Cavabdeh9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən ona bağışlanmış torpaq sahəsinin sonradan Cavabdeh9 satılaraq sonuncunun mülkiyyətinə rəsmiləşdirilməsini əsas gətirərək alqı-satqı müqavilələrinin etibarsızlığını, çıxarışın ləğvini tələb edir. Cavabdehlər isə məhkəmə iclasında iddiaçı ilə aralarındakı müqavilənin bağışlama kimi rəsmiləşdirilməsinə baxmayaraq əslində həmin torpaq sahəsinin iddiaçının icarəsinə verildiyini əsas gətirərək iddianı qəbul etmirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 23 iyul 2015-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında ümumi birgə mülkiyyətdə olan əmlakın özlərinə aid hissəsi üzərində sərəncam verərək 1,61 hektar torpaq sahəsini İddiaçı bağışladıqları halda həmin müqaviləni mübahisələndirmədən, adıçəkilən müqavilə qüvvədə olduğu halda həmin torpaq sahəsini digər bir şəxsə alqı-satqı qaydasında özgəninkiləşdirmişlər. Cavabdehlər 1,61 hektar torpaq sahəsini 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci dəfə özgəninkiləşdirilmələrinə baxmayaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 29 yanvar 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi 23 iyul 2015-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi ilə eyni hüquqi qüvvəyə malik bir sənəddir. Hansı ki, əvvəlcədən bağlanmış müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması sonradan eyni əmlakla bağlı yeni müqavilələrin bağlanmasını və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal kimi çıxış edir. Bağlanmış bağışlama müqaviləsinin bağlandığı ərəfədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün təqdim edilməməsi, iddiaçının cavabdehlər qarşısında hər hansı bir öhdəliyi icra etməkdən imtina etməsi əlaməti olmadığı kimi, bu hal cavabdehlərin sonradan eyni əmlakla bağlı digər bir şəxslə müqavilə münasibətlərində olmasının əsası kimi də qəbul edilə bilməz. Beləliklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əvvəllər bağladığı bağışlama müqaviləsi əsasında üzərində bir dəfə sərəncam verdikləri, digər bir şəxsin mülkiyyətinə verdikləri əmlakı üzərində qalmış formal hüquqlarından istifadə edərək növbəti dəfə özgəninkiləşdirməklə Azərbayan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşlar. Lakin iddiaçı tərəfindən cavabdehlərin arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri və onlar əsasında verilmiş çıxarışlar bütünlükdə mübahisələndirilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən 23 iyul 2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi üzrə 3,76 hektar torpaq sahəsindən yalnız özlərinə aid 1,61 hektarının iddiaçıya bağışlanması nəzərə alınmalıdır Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli alqı satqı müqavilələrinin bütünlükdə deyil, həmin müqavilələr üzrə 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı satqısına dair hissəsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. İddiaçı 29 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı satqısına dair hissəsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olduğundan həmin müqavilələr əsasında Cavabdeh9 adına verilmiş reyestrdən çıxarışların müqavilələrin etibarsız hesab edildiyi hissələrdə ləğv edilməsi tələbi özü-özlüyündə əsaslıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd eidlmiş alqı satqı müqavilələri 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrıayrılıqda 3/7 hissələrinin alqı satqısına dair hissədə etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh9 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin qeydiyyata alınmasına dair hissədə ləğv edilməlidir. Əsaslı olmadığından iddianın X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd eidlmiş alqı satqı müqavilələri 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 4/7 hissələrinin alqı satqısına dair hissəsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh9 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 4/7 hissələrinin qeydiyyata alınmasının ləğv edilməsinə dair hissələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kоllegiyаsı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3cü mаddəsinə əsаsən əgər qаnunlа əmlаk hüquqlаrının yаrаnmаsı üçün аyrı qаydа nəzərdə tutulmаyıbsа, dövlət qeydiyyаtınа аlınmаlı əmlаk hüquqlаrı оnlаrın qeydə аlındığı аndаn əmələ gəlir. Bundаn bаşqа Həmin Məcəllənin 140-cı mаddəsinə əsаsən əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyri-dəqiq оlmаsını bilməməsi əsаs şərtdir. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun. Hаzırki işdə isə əqdin həqiqi оlmаmаsı üçün Mülki Məcəllənin 140-cı mаddəsində muəyyən edilən hаllаr müvcud deyildir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının müvcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu оzgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mulkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməsi qeyd edilmişdir. Bunа gоrə də hаzırki işin hаllаrındаn və Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа əks оlunаn hüquqi mövqeyindən çıxış edərək məhkəmə kоllegiyаsı hesаb edir ki, Cavabdeh9 vicdаnlı əldə edən оlduğundаn, оnunlа cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 arasında nümayəndələri Cavabdeh4 vasitəsilə аrаsındа 29.01.2021-cü il tаrixdə bаğlаnmış AN-İ0914833 nömrəli və AN-İ0914834 nömrəli daşınmaz əmlakın аlqı-sаtqısına dair müqаvilələr etibаrsız hesаb edilə bilməz. Məhkəmə kоllegiyаsı qeyd edir ki, əqdin etibаrsız sаyılmаsı ilə bаğlı birinci instаnsiyа məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 337-ci mаddəsi yuxarıda göstərilən şəxslər arasında və yuxarıda göstərilən tarixdə bağlanmış muqаviləyə tətbiq edilə bilməz, çünki yuxаrıdа qeyd edildiyi kimi Cavabdeh9 vicdаnlı əldə edəndir. Bundаn bаşqа, məhkəmə kоllegiyаsı qeyd edir ki, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırki hаldа isə yuxаrıdа qeyd оlunduğu kimi Cavabdeh9 bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmuş, əqdin legitimsizliyi bаrədə оndа hər hаnsı şübhə оlmаmış və əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırmışdır. Bununlа dа vicdаnlı əldə edən kimi Cavabdeh9 iddiаçıyа nisbətdə dаhа üstün hüquqi mövqeyə çıxmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)-1310/2021 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh9 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(075)-1310/2021 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X17 Xidmət Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-111 nömrə ilə qeyd edilmiş və X17 Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli, reyestrdə 4Ə-112 nömrə ilə qeyd edilmiş alqı satqı müqavilələrinin 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh9 adına verilmiş 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 2,69 hektar və 1,07 hektar torpaq sahələrinin ayrı-ayrılıqda 3/7 hissələrinin qeydiyyata alınmasına dair hissədə rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-209/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-209/2022
19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver