Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2090/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiye Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)- 607/2020 nömrəli qərardadından iş üzrə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB tərəfindən **********02190 nömrəli abonent koduna işlənmiş 3744 kub metr təbii qazın dəyəri 374,4 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-607 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. “Cavabdeh” İstehsalat Birliyi xx xxxxxxxx 2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq sənəd əlavə edilmədiyindən məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. “Cavabdeh” İstehsalat Birliyi göstərilən qərardaddan şikayət vermişdir. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ramil Ömərov birinci instansiya məhkəməsində izahat verərək göstərmişdir ki, apelyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumu portaldan çıxarılmış, əvvəllər heç bir iş üçün istifadə edilməmişdir. Ona görə də məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək apelyasiya şikayətinə baxılması üçün göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-607 nömrəli qərаrdаdı ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-607 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Təqdim olunmuş iş materiallarından görünür ki, “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-607 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Ödənilmiş dövlət rüsumu İsmayıllı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxx 2020-ci il tarixli qətnamədən dörd gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Bu hal da öz növbəsində həmin ödəniş qəbzinin etibarlı olmasına şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-607 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-607 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(107)-2090/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2090/2020
02.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver