Məhkəmə qərarları › İş №2(107)-2092/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2092/2020

27.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2092/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020/2020 nömrəli qərardadından iş üzrə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-608/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB tərəfindən abonent koduna işlənmiş 3888 kub metr təbii qazın dəyəri 388,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)- 608/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmənin həmin qərardadından şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli qərardadının ləğv edilməsi bаrədə qərardad çıxаrılmаsını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumu portaldan çıxarılmış, əvvəllər heç bir iş üçün istifadə edilməmişdir. Ona görə də məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 2(037)-608/2020 nömrəli qətnamədən verilmiş apelyasiya şikayətinin Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli qərаrdаdı ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Təqdim olunmuş iş materiallarından görünür ki, “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-608/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Ödənilmiş dövlət rüsumu İsmayıllı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxx 2020-ci il tarixli qətnamədən dörd gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Bu hal da öz növbəsində həmin ödəniş qəbzinin etibarlı olmasına şübhə doğurur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-608/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar