Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2093/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair apelyasiya şikayətinin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********00006 nömrəli abonent koduna işlənmiş 3096 kub metr təbii qazın dəyəri 619 (altı yüz on doqquz) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi və yeni qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 92 (doxsan iki) manat 21 (iyirmi bir) qəpik məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00006 nömrəli abonent koduna vurulmuş 3096 kub metr təbii qazın dəyəri 619 (altı yüz on doqquz) manat 20 (iyirmi) qəpik debitor borc məbləğinin silinməsi, Qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat 21 (iyirmi bir) qəpik məbləğinin “Cavabdeh” İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilməsi, “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu xx xxxxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-629 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumu portaldan çıxarılmış, əvvəllər heç bir iş üçün istifadə edilməmişdir. Ona görə də, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-629 nömrəli qətnamədən verilmiş apelyasiya şikayətinin Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(037)-629/2020 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-629 nömrəli qərardadından “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-629 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-629 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd dövlət rüsumunun lazımi qaydada ödənilməsini təsdiq etmir. Belə ki, ödənilmiş dövlət rüsumu İsmayıllı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən on dörd gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-629/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2093/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2093/2020
28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver