Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2094/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 KB ASC-yə, Cavabdeh2 KB ASC-nin Şəki filialı və Cavabdeh3nə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və borcdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Cavabdeh2 KB ASC ilə arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun 41665.82 ABŞ dolları borcdan azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 KB ASC arasında guya kredit müqaviləsi bağlanmışdır. Hmin müqaviləyə əsasən həyat yoldaşı Tubu Səmədovanın adına olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Rəsmiləşdirmə aparılarkən o, iştirak etməmiş, nə kredit, nə də ipoteka müqaviləsindən xəbəri olmuşdur. Belə ki, müqavilələrdə kredit məbləği şişirdilmiş göstərilmişdir. Həmçinin, ipoteka müqaviləsi də həyat yoldaşı Tubu Səmədova tərəfindən imzalanmadığından məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Cavabdeh2 KB ASC ilə arasında rəsmiləşdirilmiş kredit müqaviləsi onun iradə ifadəsini əks etdirmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, ekspert rəyi düzgün olmadığı təqdirdə hakim bunun nəzərə almamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin yenidən araşdırılaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarınında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 KB ASC ilə üçüncü şəxs İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 24EM/11 saylı əsas kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana 65100 manat məbləğində 60 ay müddətinə xx.xx.2016-cı il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqaviələri bağlanılmaqla kredit verir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 KB ASC ilə üçüncü şəxs İddiaçı arasında xx.xx.2011-ci il tarixli 24EM/11 saylı ipoteka müqaviləsi bağlanılmış və Şəki 1 saylı DNK tərəfindən 3m-2/356 saylı notariat işi ilə təsdiq edilmiş, DƏDRX-nın X3 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 1 mərtəbəli 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 05Emk/14 nömrəli əlavə kredit müqaviləsi ilə İddiaçı 31 ay müddətinə illik 22 % olamaqla 51000 ABŞ dolları kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-806/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 KB ASC ilə İddiaçı arasında xx xxxxxxx 2011-ci ildə bağlanılmış və Şəki 1 sayı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24Emi/11 №-li ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4/148 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh2 KB ASC-nin Şəki filialı ilə İddiaçı arasında bağlanmış 24EM/11 nömrəli, xx xxxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsinin 1-ci vərəqinin aşağısında İddiaçı sözlərinin önündəki imza və 2-ci vərəqindən “8.2. Borcalan” qrafasındakı imzada – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Həmin Məcəllənin 339.3. maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Beləliklə də yuxarıda sadalanan normalardan da göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, xaraktercə şəxsə təsir göstərə bilən və onun şəxsən özünə və digər ailə üzvlərinə, onların əmlaklarına real xətər yetirən zorakılıq hərəkətləri və onlara real təhlükə yarada biləcək hədələr məcburetmə və ya aldatma üsulları sayılırlar. Bunlardan birinin tədbiq edilməsi ilə bağlanılmış əqd mübahisə edilə bilər. Məhkəmə kollegiyasının iclasında isə mübahisə predmeti olan müqavilələrin hədəqorxu, aldatma, görünüş nəticəsində, yəni real təhlükə yarada biləcək hədələrlə bağlanması sübut olunmur. Əksinə qeyd olunan müqavilələrin tərəflərin könüllü iradəsi əsasında bağlanması iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı cavabdeh Bank arasında öz razılıqları və şəxsi iradə ifadələri əsasında qeyd olunan müqavilə bağlanmış, iddiaçı da həmin müqaviləyə şəxsən özü imza etmişdir. Mübahisənin bu halı iş üzrə təyin edilmiş ekspert rəyi ilə sübut olunur. Bundan əlavə müqavilə rəsmiləşdirilən zaman tərəflər, o cümlədən də iddiaçı müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrinə uyğun hərəkət etmişlər. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər, o cümlədən də iddiaçı aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və gələcəkdə doğura biləcək risk dairəsini əvvəlcədən bilirdilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla apellyasiya şikayəti vermək xatirinə və işi süni şəkildə yubatmaq məqsədilə verilən bir şikayətdir. Çünki apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və buna dair təsdiqedici rəy də alınmışdır. İkincisi, iddiaçı qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, bu cür hallar kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-34/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2094/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2094/2020
17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver