Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2106/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfoyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 ərazi aidiyyəti ilə bağlı vəsatətinin rədd edilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-292/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahələrinin alqı-satqısına dair Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsız hesab edilərək müqavilələrin ləğv edilməsi və həmin müqavilələrin Cavabdeh3 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək torpaq sahələrinin alqı-satqısına dair Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsız hesab edilərək müqavilələrin ləğv edilməsi və həmin müqavilələrin Cavabdeh3 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması tələbi ilə yanaşı, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarışların verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.00 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ərazi aidiyyəti ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, hazırda iddiaçı əri Cavabdeh3 öz nümayəndəsi Cavabdeh1 vasitəsilə bağlamış olduğu müqavilələri mübahisələndirir. Cavabdeh3 iş üzrə cavabdeh kimi göstərilməmişdir, halbuki, müqavilənin tərəfi məhzCavabdeh3dir. Eyni zamanda, iş üzrə cavabdeh kimi göstərilmişCavabdeh1 qarşı heç bir tələb yönəlməmişdir. İşdə iştirak edən şəxslərin, Cavabdeh1 istisna olmaqla, hamısının yaşayış yeri Bakı şəhəri Xətai rayonudur. İşə Oğuz Rayon Məhkəməsində baxılması üçünCavabdeh1 formal olaraq cavabdeh kimi göstərilmişdir. Qeyd olunan əsaslara görə hazırki mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-292/2020 nömrəli qərardadı ilə (hakim Kamran Süleymanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 ərazi aidiyyəti ilə bağlı vəsatəti rədd edilmişdir. Cavabdeh2 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, hazırda iddiaçı əri Cavabdeh3 öz nümayəndəsi Cavabdeh1 vasitəsilə bağlamış olduğu müqavilələri mübahisələndirir. Cavabdeh3 iş üzrə cavabdeh kimi göstərilməmişdir, halbuki, müqavilənin tərəfi məhz Cavabdeh3dir. Eyni zamanda, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 qarşı heç bir tələb yönəlməmişdir. İşdə iştirak edən şəxslərin, Cavabdeh1 istisna olmaqla, hamısının yaşayış yeri Bakı şəhəri Xətai rayonudur. İşə Oğuz Rayon Məhkəməsində baxılması üçün Cavabdeh1 formal olaraq cavabdeh kimi göstərilmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)- 292/2020 nömrəli qərardadının ləğv edilməsini, onun tərəfindən verilmiş vəsatətin təmin edilərək mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Oğuz Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(054)-292/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbi barədə mülki iş üzrə Cavabdeh2 ərazi aidiyyəti ilə bağlı vəsatətinə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(054)-292/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Cavabdeh3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-292/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdehlərdən biri - Cavabdeh1 ünvan 1 ünvanında yaşayır. İddiaçı öz seçməsinə görə hazırki iş üzrə cavabdehlərdən biri - ünvan 1 ünvanında yaşayan Cavabdeh1 rəsmi yaşayış yeri üzrə Oğuz Rayon Məhkəməsinə iddia vermişdir və hazırki iş üzrə hər bir cavabdehə qarşı, o cümlədən, Cavabdeh1 qarşı yönələn tələb aydındır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə işin başqa məhkəməyə verilməsinə hər hansı əsas yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, mülki iş aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən və işin başqa məhkəməyə verilməsinə hər hansı əsas olmadığından Cavabdeh2 ərazi aidiyyəti ilə bağlı vəsatətinin rədd edilməsi barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-292/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-292/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2106/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2106/2020
28.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver