Məhkəmə qərarları › İş №2(107)-212/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-212/2020

27.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-212/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsi onlarla Cavabdeh arasında hər birinə ¼ hissə olmaqla bölünməsi və mülkiyyət hüquqlarının qeydə alınması, Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən 0,0181 ha torpaq sahəsi, Göyçay şəhəri Nizami küçəsi 180 saylı ünvanda yerləşən 0,0719 ha torpaq sahəsindəki və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindəki payların naturada ayrılması, mülkiyyətlərində olan 0,09 ha torpaq sahəsindən Göyçay şəhəri Nizami küçəsinə iki çıxış yolu açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılması ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180 A saylı həyatyanı torpaq sahəsindən Göyçay şəhəri Nizami küçəsinə iki giriş yolunun açılması, qalan hissədə iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilməsinin nəzərə alınması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatının cavabdehdən iddiaçıların xeyrinə tutulması və 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçılardan müştərək qaydada, 50 (əlli) manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 00719 ha və 00181 ha torpaq sahələri ¼ hissə olmaqla 4 paya bölünməli və naturada ayrılmalıdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı3 heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylı qətnаməsi qismən yəni, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İş materiallarında olan 07 mart tarixli ekspert rəyindən görünür ki Göyçay şəhəri Nizami küçəsi 180 və həmin ünvanda yerləşən fərdi yaşayış evinin 4 hissəyə yəni ¼ paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün deyildir. Birinci instansiya məhkəmə baxışında dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xidmətinin 16 saylı Ərazi İdarəsinin DƏKTİ və ÜŞ-nin şöbə müdiri X1 bildirmişdir ki, Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən 0, 0181 ha torpaq sahəsinin şərqdən qərbə real bölgüsü mümkündür. Göyçay şəhəri Nizami küçəsi 180 saylı ünvanda yerləşən 0,0719 ha torpaq sahəsinin real bölgüsü mümkündür. Lakin Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən 0, 0181 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa Nizami küçəsi 2 çıxış yolunun açılması mümkündür. Birinci instansiya məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xidmətinin 16 saylı Ərazi İdarəsinin Göyçay rayon şöbəsinin İnventarlaşdırıcı mühəndisi X2 bildirmişdir ki, 0,0719 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyətdə olduğu üçün fərdi yaşayış evinin altına düşən torpaq sahəsinin bölgüsü mümkünsüzdür. Həmin torpaq sahəsi üzərində bölgü o zaman aparıla bilər ki, fərdi yaşayış evi nəzərə alınmasın. Bundan əlavə Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180 A saylı həyatyanı torpaq sahəsindən Nizami küçəsinə iki giriş yolunun açılması mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xidmətinin 16 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən torpaq sahəsinin real bölgüsü mümkündür. Nizami küçəsinə iki çıxış yolunun açılması mümkündür. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evin ¼ hissəsi və həmin ünvanda yerləşən 0,719 ha torpaq sahəsinin ¼ hissəsi İddiaçı1, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evin ¼ hissəsi və həmin ünvanda yerləşən 0,719 ha torpaq sahəsinin ¼ hissəsi İddiaçı3, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evin ¼ hissəsi və həmin ünvanda yerləşən 0,719 ha torpaq sahəsinin ¼ hissəsi İddiaçı2, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evin ¼ hissəsi və həmin ünvanda yerləşən 0,719 ha torpaq sahəsinin ¼ hissəsi Cavabdeh xüsusi mülkiyyətlərindədir. Bundan əlavə Göyçay şəhər Bələdiyyəsi ilə İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh arasında xx.xx.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən ümumi sahəsi 0,0181 ha torpaq sahəsini almışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. HəminMəcəllənin157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-cü madəsinə əsasən Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci madəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddaçıların apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş 05 avqust tarixdə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/1374 nömrəli ekspertiza rəyindən görünür ki, Göyçay şəhəri Nizami küçəsi 180 və 180 A saylı ünvanda yerləşən torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissənin ayrılması və ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolunun aşılması texniki cəhətdən mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylı qətnаməsi qismən yəni, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylıqətnаməsi qismən yəni, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(046)-177/2019 saylı qətnaməsi qismən yəni, Göyçay şəhəri, Nizami küçəsində yerləşən 180 və 180A saylı ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissənin ayrılması və ayrılacaq torpaq payına ayrıca girişçıxış yolunun açılmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilsin. Göyçay şəhəri, Nizami küçəsində yerləşən 180 və 180A saylı ünvanda olan torpaq sahələrindən Cavabdeh payına düşən ¼ hissə ayrılsın. Ayrılacaq torpaq payına ayrıca giriş-çıxış yolu açılsın. Bölgü Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilən sxemə uyğun aparılsın. Qətnamə qalan hissədə yəni, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh paylarının naturada ayrılması ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri Nizami küçəsi 180 saylı fərdi yaşayış evinin torpaq sahəsindən və 180 A saylı həyatyanı torpaq sahəsindən Göyçay şəhəri Nizami küçəsinə iki giriş yolunun açılması, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Göyçay şəhəri Nizami küçəsi 180 A saylı ünvanda yerləşən sahibliklərində olan, A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələbi üzrə icraata məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilməsinin nəzərə alınması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatının cavabdehdən iddiaçıların xeyrinə tutulması və 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçılardan müştərək qaydada, 50 (əlli) manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 200 (iki yüz) manat (100+100) pulun 150 (yüz əlli) manatı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar