Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-212/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-633/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli AN-İ N- ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx"İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 12100 (on iki min yüz) manata və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinin 10000 (on min) manata, ümumilikdə 22100 (iyirmi iki min yüz) manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinə münasibətdə ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəyir, qalan 4500 (dörd min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə münasibətdə isə ilkin olaraq 6600 (altı min altı yüz) manat məbləğində vəsaiti satıcının-İddiaçı ASC-nin hesabına ödəyir, qalan 5500 (beş min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 12100 (on iki min yüz) manat Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və Qəbələ rayonu, Daşlıca kəbdi ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Qalan 10000 (on min) manat məbləğində pulu hər ay 200 manat olmaqla xx.xx.2024 tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi ödənişlər edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx"İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 21 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi ödəniş edilməmiş, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi boşaldılaraq Baka təhvil verilməmlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-633/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddianın təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91,92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 12100 (on iki min yüz) manata və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi 10000 (on min) manata, ümumilikdə 22100 (iyirmi iki min yüz) manata nisyə alqısatqı qaydasında Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinə münasibətdə ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 4500 (dörd min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə münasibətdə isə ilkin olaraq 6600 (altı min altı yüz) manat məbləğində vəsaiti satıcının -İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 5500 (beş min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 10.000 manatı ödəməmişdir. İşin bu halını tərəflərin özləri də mülki işin məhkəmə araşdırılması zamanı etiraf etmişlər. Ödəməli olduğu pulun ödənilməməsinin səbəbini, ödənişlərin dayandırılmasını o, maddi imkanın olmaması ilə əsaslandırmışdır. Eyni zamanda müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada və vaxtında ödəmədiyindən sonuncu tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Yəni, İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş şərtlər çərçivəsində əməl etmədiyinə görə iddia tələbi tələbi təmin edilməli, adı çəkilən müqavilə ləğv olunmalı və qeyri-yaşayış sahələri cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91,92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 324.1, 385.1, 421.1, 421.2, 421.3, 423.2, 424.3, 425.1, 442, 448.2, 567, 646.1, 319.1-ci, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən iddia tələbi ilə bağlı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hazırki vəziyyətdə maddi imkanının aşağı olması səbəbindən banka borc ödənişində ləngimə yaranmışdır. Bundan əlavə ödənişin ləngiməsinin səbəblərindən biri də bir müddət xəstə olmağı, əmək qabiliyyətinin müvəqqəti itirməyi olmuşdur. Bu gün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əmlakı hesab olunan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m yaşayış sahəsi 90.8 kv.m yardımçı sahəsi 91.92 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi əslində tərəfindən inşa olunmaqla mülkiyyətində olmuşdur. Kredit borcuna görə iddiaçının mülkiyyətinə keçirilib. O və ailə üzvüləri həmin evdə kirayəçi kimi yaşayırlar. Yəni hazırki vəziyyətdə əmlakı əlindən çıxan, evsiz qalan o və onun ailəsidir. Hesab edir ki, iddiaçı ilə bağlanılan Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməməyi heç də onun ödənişdən qəsdən yayınması kimi başa düşülməməlidir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-633/2022 saylı qətnaməsi ləğv olunmalıdır. Məhkəmə qətnamədə iddiaçı ilə bağlanılan alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməməyi qənaətinə gəlməklə, onun ödənişdən qəsdən yayınması kimi qiymətləndirilməsini işin hallarına uyğun gəlməyən hal hesab edilməlidir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(025)-633 /2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-633/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lızamınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(025)-633/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-633/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlilində bildirmişdir ki, bir müddət xəstə olmuş, əmək qabiliyyətimin müvəqqəti itirmişdir. Kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 12100 (on iki min yüz) manata və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi 10000 (on min) manata, ümumilikdə 22100 (iyirmi iki min yüz) manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinə münasibətdə ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 4500 (dörd min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə münasibətdə isə ilkin olaraq 6600 (altı min altı yüz) manat məbləğində vəsaiti satıcının -İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 5500 (beş min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 10.000 manatı ödəməmişdir. İşin bu halını tərəflərin özləri də mülki işin məhkəmə araşdırılması zamanı etiraf etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin xəstə olması müqavilə üzrə üzərinə götürdüyü öhtəliyi yerinə yetirməməyə əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-633/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-633/2022 saylı qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-212/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-212/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver