Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş apelyasiya şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək İddiaçı mərhum bibiləri X15 və X21 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum bibiləri X15 və X21 məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianl müdafiə edərək izahatında göstərmişdir ki, o xx xxxxxx 1970-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X4, anası X3r. X4 xx xxxxxxx 2009-cu ildə ölmüşdür. X15 və X25 onun bibiləri olmuşdur. Balakən rayon X10 xx xxx 1997-ci il tarixli 29 saylı qərarı ilə bibiləri X15 və X21 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 6xx xxx 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X15 xx xxxx 1993-cü ildə, X25 isə xx xxxxxx 1996-cı ildə ölmüşlər. Onların ölümündən sonra mərhum X6 və X17 irsi transmisiya üzrə vərəsəsi olduğuna dair ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən rayon Notariat Kontoru ona cavab məktubu göndərərək göstərmişdir ki, təqdim etdiyi sənədlərdə X6 ölüm akt qeydinin surətində və ölüm akt qeydinə dair arayışda adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmışdır. Həmin ölüm şəhadətnaməsinə düzəliş olunması üçün məhkəməyə müraciət etməlidir. Eyni zamanda mərhum X6 və X17 doğum haqqında şəhadətnamələri aşkar olunmadığından onların mərhum atası X7 bacıları olması faktı öz əksini tapmır. Bu səbəbdən X6 və X17 X7 bacıları olmaları faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməlidir. Bundan başqa Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mərhum X6 və X17 mirasının qəbulu üçün müddəti ötürmüşdür. Odur ki, müddətin bərpası üçün məhkəməyə müracət etməlidir. Bibilərindən qalmış mirasın qəbulu üçün müddətin uzadılması ona miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün vacibdir. Bu onun üçün əhəmiyyətli olduğundan o göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə аlıb ərizənin təmin оlunmаsı barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı qardaşıdır. X4 xx xxxxxxx 2009-cu ildə ölmüşdür. X15 və X25 onun bibiləri olmuşdur. Balakən rayon X10 xx xxx 1997-ci il tarixli 29 saylı qərarı ilə bibiləri X15 və X21 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 6xx xxx 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X15 xx xxxx 1993-cü ildə, X25 isə xx xxxxxx 1996-cı ildə ölmüşlər. Hazırda onlar mərhum bibiləri X15 və X11 miras qalan əmlakları vərəsəlik qaydasında öz mülkiyyətlərinə keçirtmək istəyirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsi çıxarılmışdır. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs Maraqlı şəxs3 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Maraqlı şəxs1 və Maraqlı şəxs2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mərhum X15 və X8 miras qalmış Balakən rayonu Kortala kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, sonuncuların vəfatından sonra X1 ölümünədək qəbul edib idarə etmişdir. Belə ki, həmin torpaq sahəsi yaşadıqları Balakən rayonu Kortala kəndində yerləşən fərdi yaşayış evinin arxasında və onlara aid hasarın içərisində yerləşir. X1 xx xxxx 2016-cı il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra isə ondan miras qalmış həmin əmlakı da onlar və anaları Maraqlı şəxs3 qəbul edib idarə etmişdir. Bütün bunlara baxmayaraq, o cümlədən, bir dənə belə üzrlü səbəb olmadığı halda Balakən Rayon Məhkəməsi heç bir araşdırma və əsaslandırma aparmadan, həmçinin onları işə üçüncü şəxs qismində cəlb etmədən iddiaçının mərhum bibiləri X15 və X18 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin - mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul etmişdir. Sual yaranır ki, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsi üçün üzrlü səbəb nədir və o bu halla bağlı məhkəməyə hansı sübutu təqdim edib? Balakən Rayon Məhkəməsinin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün hüquqi əsası nədir? Həmin qətnamədən də göründüyü kimi, iddiaçı nə bu barədə məhkəməyə sübut təqdim etmiş, nə də məhkəmə qətnaməni işin bu halı ilə bağlı sübutlarla əsaslandırmamışdır. Maraqlı şəxs3 apellyasiya şikayəti Maraqlı şəxs1 və Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs Maraqlı şəxs3 məhkəməyə ərizə göndərərək bütün ailə üzvləri Covid-19 virusuna yoluxduqlarından məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında izahat verən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs X19 izahatında göstərmişdir ki, mərhum X15 və X8 miras qalmış Balakən rayonu Kortala kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini sonuncuların vəfatından sonra X2 ölümünədək qəbul edib idarə etmişdir. Belə ki, həmin torpaq sahəsi yaşadıqları fərdi yaşayış evinin arxasında və onlara aid hasarın içərisində yerləşir. X2 xx xxxx 2016-cı ildə vəfat etmişdir. Onun ölümündən sonra isə ondan miras qalmış həmin torpağı onlar və anaları Maraqlı şəxs3 qəbul edib indiyə kimi istifadə etmişlər və hal-hazırda da idarə edirlər. Əmisi, hazırda baxılan mübahisə üzrə İddiaçı özünün həm pay torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi vardır. Bildirir ki, mərhum X14 bir oğlu var. Əvvəlki məhkəmə kollegiyasının iclasında izahat verən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 Sabina Bayramovanın izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 518 nömrəli məktubda göstərilmişdir ki, X6 ölüm akt qeydində adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmış, həmin ölüm şəhadətnaməsində düzəliş edilməsi və X6 və X17 X5 bacıları olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Balakən Rayon ZAQS bürosu tərəfindən xx xxxxxx 1953-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1934-cü ildə anadan olmuş, atası Bayramov Umar Mustafa oğlu, anası X23 yazılmışdır. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş 828 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2 Umar qızı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1998-ci ilədək onun nikahın qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1998ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydinə əsasən X15 xx.xx.1998-ci ildə vəfat etmişdir. Balakən rayon İHB-nın Kortala kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Nürəddin oğluna ünvanlanmış 476 nömrəli arayışdan görünür ki, onun bibiləri olan mərhum X15 ilə X25 bacılar olmuşdur. 28 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 1996-cı il tarixdə ölmüşdür. Balakən rayon Notariat Kontoru tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 518 nömrəli məktubda göstərilmişdir ki, “təqdim etdiyiniz sənədlərdə X6 ölüm akt qeydinin surətində və ölüm akt qeydinə dair arayışda adı səhvən Maraqlı şəxs2 Umar qızı kimi yazılmışdır. Həmin ölüm şəhadətnaməsinə düzəliş olunması üçün məhkəməyə müraciət etməlisiniz. Eyni zamanda mərhum X6 və X17 doğum haqqında şəhadətnamələri aşkar olunmadığından onların sizin mərhum atanız X7 bacıları olması faktı öz əksini tapmır. Bu səbəbdən X6 və X17 X7 bacıları olmaları faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməlisiniz. Bundan başqa Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən siz mərhum X6 və X17 mirasının qəbulu üçün müddəti ötürmüsünüz. Odur ki, müddətin bərpası üçün məhkəməyə müracət edə bilərsiniz”. xx xxxx 1993-cü il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, Maraqlı şəxs2 Umar qızı xx xxxx 1993-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN 6xx xxx 40106018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən Rayon X10 xx xxx 1997-ci il tarixli 29 saylı qərarı ilə X9 və X21 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-1416/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən rayon Kortala kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx xxxxxx 1998-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində «Maraqlı şəxs2 Umar qızı» sözlərinin «X9» düzəliş edilməsi, mərhumlar X6 və X17 ərizəçi İddiaçı mərhum atası X29 oğlunun bacıları olması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətlərinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mərhum bibiləri X15 və X21 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsi üzürlü hesab edilməklə uzadılmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Əmlak hüquqlarının məcmusu miras aktivini, əmlak vəzifələrinin məcmusu isə miras passivini yaradır. Deməli, miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Mirasın tərkibində əşya hüququnun bir növü kimi mülkiyyət hüququnun xüsusi yeri var. Müxtəlif əşyalar (ev, mənzil, torpaq və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Yəni, üzərində tam mülkiyyət hüququ yaranmış əşyalar mirasın kütləsinə daxil ola bilər. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Kollegiya hesab edir ki, X25 xx xxxxxx 1996-cı il tarixdə, X15 xx.xx.1998-ci ildə öldüyündən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Mülki Məcəllənin: 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və ya vəsiyyət həyata keçirilir. 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürənlər), ər (arvad), valideynlər birinci növbəli vərəsələr hesab edilirlər. 533-cü maddəsinə görə, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana kimi ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbl etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 553-cü maddəsinə görə, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. İşin gerçək halları ilə müəyyən olunur ki, Balakən Rayon X10 xx xxx 1997-ci il tarixli 29 saylı qərarı ilə X9 və X21 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(019)-1416/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayon Kortala kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx xxxxxx 1998-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində «Maraqlı şəxs2 Umar qızı» sözləri «Bayramova Səlimət Umar qızına» düzəliş edilməsi, mərhumlar X6 və X17 ərizəçi İddiaçı oğlunun mərhum atası X5 bacıları olması faktı müəyyən edilmişdir. X25 xx xxxxxx 1996-cı il tarixdə, X15 isə xx.xx.1998-ci ildə ölmüşdür. Onların vəfatından sonra miras əmlak kimi torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin miras əmlaka vərəsəlik hüququ barədə şəhadətnamə almaq üçün Balakən rayon Dövlət Notariаt Kоntоrunа müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürüldüyündən Balakən rayon Notariat Ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək ona müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməli olmasını izah etmişdir. İddiaçı mirasın qəbul üçün müddətin uzadılması ilə bağlı Balakən Rayon Məhkəməsinə mürаciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçının mərhum bibiləri X15 və X21 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmışdır. Bundan narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qətnamədən apellyasiya şikаyəti vermişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə iştirak etməyə cəlb olunmamış, qəbul edilmiş qətnamə hüquqlarına toxunan şəxslər apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında mərhum X15 və X21 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvvəllər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ataları, Maraqlı şəxs3 isə əri, mərhum Nadir Bayramovun idarə etdiyini, onun ölümündən sonra isə onların faktiki olaraq sahiblik və idarə etdiklərini bildirmişlər və bununla bağlı sübut təqdim etmişlər. Belə ki, Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 60 nömrəli arayışından görünür ki, mərhum X15 və X17 adına olan 0.70 ha pay torpaq sahəsinin vergisini 2016-cı ilə kimi Maraqlı şəxs3 əri X13 ödəmişdir. Əri rəhmətə gedəndən sonra 2016-cı ildən Maraqlı şəxs3 ödəyir. Göründüyü kimi miras qalmış 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əvvəllər Maraqlı şəxs3 əri idarə etmiş, indi isə faktiki olaraq Maraqlı şəxs3 və onun övladları idarə edirlər. Deməli, miras qalmış 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair aparılan hər hansı hərəkətlər X19, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlarına toxunur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu halı araşdırmadan, X19, Maraqlı şəxs2 və Maraqlı şəxs3 iş üzrə cavabdeh və ya üçüncü şəxs qismində cəlb edilməsini müzakirə etmədən əsassız olaraq iddianı təmin edərək iddiaçının mərhum bibiləri X15 və X21 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını qət etmişdir. Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X35 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” haqqında iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” haqqında iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə İddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-215/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-215/2021
28.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver