Məhkəmə qərarları › İş №2(107)-2177/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2177/2020

19.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2177/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X21, X8 qarşı “miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-cı ildə Ağdaş şəhərində ölmüş mərhum ataları X6 və xx xxxxx 2015-ci ildə Ağdaş şəhərində ölmüş mərhum anaları X4 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəflərindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onların ölümündən sonra ünvan 1 saylı ünvanda onlardan miras qalmış bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.09 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın onlar tərəfindən qəbul edilməsi və miras qalmış həmin əmlaklarda paylarının hər birinə 1/5 hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X12 və Cavabdeh2 qarşılıqlı iddia ilə İddiaçı1 və İddiaçı2 qarşı iddia qaldıraraq anaları X4 ölümündən sonra miras qalmış Ağdaş şəhəri H.Əliyev pr 44 yerləşən mənzilə və 0.09 hektar həyətyanı torpaq sahəsinə onların- qarşılıqlı iddia üzrə iddiaçılar X12, Cavabdeh2 hər birinin ½ miras payı müəyyən etməklə mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsini müzakirə edərək, qarşılıqlı iddianı icraata qəbul edilməsini mümkün hesab etməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçılar analarının ölümündən sonra, daha doğrusu 2017-ci ilə kimi cavabdehlərlə çox mehriban münasibətlərdə olmuşlar. Analarının ölümündən sonra iddiaçılar cavabdehlərin şəxsən razılıqları ilə mərhum analarına məxsus olan və onun ölümündən sonra miras qalan bəzi daşmar əşyalarını, analarının xalçasını, yatdığı yorğan-döşək, çarpayısını, ata və analarının təsbehləri kimi əntiq əşyaları, qədimi qurani kərim kitabını, yataq dəstləri, qazanlarını, somavarım, tiyanlarını, qab-qacaqları, boşqablarını və digər məişət əşyalarını iddiaçılar, bəzilərini isə cavabdehlər ata-ana yadigarı kimi götürərək bu günədək istifadə edirlər. Anaları öləndən sonra evdə yaşayan Raminin və Rəsmiyyənin iştirakı ilə iddiaçılar bu əşyaları götürmüşlər və heç kimin də etirazı olmayıb. Aralarında olan problem Raminin arvadı Leyla gələndən sonra olmuşdur. Həmin vaxta qədər vərəsələr arasında heç bir narazılıq, problem olmayıb. Valideynlərinin ölümündən sonra həmin evdə cavabdehlər yaşamasına baxmayaraq iddiaçılar daima valideynlərindən miras qalmış yaşayış evinə gəlmişlər və bir neçə gün orada qalmışlar. Həyətdə abadlıq işləri aparmış, evləri təmir etdirmişlər. Bununla da onlar mərhum valideynlərnin ölümündən sonra onlardan miras qalmış əmlakın bir hissəsini qəbul etməklə, həyətyanı torpaq sahəsindən və yaşayış evindən birgə istifadə etməklə, tələb olunan vergiləri ödəməklə miras əmlakın bir hissəsinin tərəflərindən faktiki olaraq qəbul edilməsini nümayiş etdirmişlər. Son vaxtlara kimi, daha doğrusu həmin həyətdə yaşayan bacı oğlu Ramin Mikayılovun valideynlərinin evinin qəbirstanlıqda olduğunu deyərək onları həmin evə buraxmayandan və bacıları olan cavabdehlər Raminin tərəfini saxlayandan sonra münasibətləri pisləşmişdir. Onlar 6 nəfər mirasçıdırlar, ana öləndən sonra hamısı ora köçüb yaşaya bilməzdi. Bu fiziki cəhətdən mümkün də deyildi. X16 2014-cü ildə evini ipotekaya qoyub kredit götürmüşdür, həmin vaxt borcu ödəyə bilmədiyinə görə evini hərraca çıxarırdılar, anası öləndən 1-2 ay sonra o anasının evinə yığışmaq istəmişdir, Ramin və Leyla buna etiraz etmişlər. Mərhum valideynlərindən, ən əsası analarının ölümündən sonra miras qalmış daşınmaz əmlak dövlət qeydiyyatından keçirilmədiyindən onlar qanunla müəyyən olunmuş müddətdə miras qalmış daşınmaz əmlaka vərəsəlik işi açdıra bilməmişlər. Həmin miras qalmış daşınmaz əmlakı qeydə aldırmaq və bu barədə tələb olunan sənədlərin əldə edilməsi üçün DƏDRX-nin əməkdaşları həmin əmlaka baxış keçirən və müəyyən ölçmə və inventarlaşdırma işləri aparmaq istəyəndə cavabdehlər buna mane olmuş, həmin işlərin aparılmasına onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması məsələsi məhkəmə tərəfindən baxılaraq həll edilmişdir ki, bütün bunları da həyata keçirmək üçün xeyli müddət tələb olunurdu. Məhz belə səbəblərdən mirasın qəbul edilməsi üçün tələb olunan müddət tərəflərindən üzürlü səbəblərdən buraxılmışdır. Onlar iddia ərizəsində və məhkəmə iclaslarında qeyd etmişlər ki, miras qalmış əmlakın daşmar hissəsinin bir hissəsini faktiki olaraq qəbul etmişlər, daşınmaz əmlak olan torpaq sahəsinin və yaşayış evinin sənədləri tam olmadığına görə keçən müddətdə həmin sənədlərin şəxsən tərəflərindən hazırlanaraq əldə edilməsi üçün qanuni hərəkətləri etmişlər və bu barədə mötəbər sübutları, yəni məhkəmə qətnaməsini, digər orqanlara müraciət edərək mərhumun adına əldə edilmiş digər sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişlər. Həmin hərəkətlər ilə miras əmlakın bir hissəsini faktiki qəbul etməklərini nümayiş etdirmişlər, digər miras əmlakın qəbulu edilməsi üçün hərəkətlərini davam etdirmişlər. Bütün bunlar da mirasın faktiki qəbulunu, və müddətin üzürlü səbəbdən buraxılmasını tam təsdiq edir. Lakin işə baxan məhkəmə məhkəməyə gətirilməsi mümkün olmayan qəbul edilmiş miras əmlaka şifahi vəsatətə baxmayaraq baxış keçirməkdən imtina etmiş, miras əmlakın bir hissəsini faktiki qəbul etdiklərinə görə mirası tam qəbul etmələri kimi hesab edilməsini nəzərə almamış, digər miras qalmış əmlakların müəyyən edilməsi üçün tərəflərindən qanuni hərəkətləri etmələrini müddətin üzürlü səbəblərdən buraxılması kimi qəbul etməmiş, nəticədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. Bundan başqa işə baxan məhkəmə qətnaməsində mirasın qəbulunun elə bir hərəkət olmasını, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etməsini, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirməsini, miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın iradəsi, sərəncamı və istifadəsi, onun lazımı vəziyyətdə saxlanılması və sair üzrə hərəkətlər kimi başa düşülməsini qeyd etsə də, nədənsə vərəsənin mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilməsini qeyd etməmişdir. Göründüyü kimi iddiaçılar qanun üzrə vərəsə kimi, mərhum ata və anlarının ölümündən sonra onlardan miras qalmış əmlakların müəyyən hissəsini faktiki qəbul etmişlər. Lakin bütün bunlara baxmayaraq, işə baxan Ağdaş Rayon Məhkəməsi işə baxılarkən iş üçün mühüm əhəmiyyəti olan qeyd edilən bütün faktiki halları hərtərəfli və tam araşdırmamış, iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş, bununla da iddia tələbinin rədd olunmasını ətraflı əsaslandırmamış, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X13, X17, X22, İddiaçı1, İddiaçı2, X18, Cavabdeh2 X1 vərəsələridir. X3, X17, X22, İddiaçı1, İddiaçı2, X18, Cavabdeh2 X5 da vərəsələridir. Həmçinin Ağdaş şəhəri nİzami Gəncəvi küçəsi 3 saylı evdə yaşayan İddiaçı1 atası X19 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı varisləri qalmışdır. İ dərəcəli varsiləri: İddiaçı2, İddiaçı1,X12, Cavabdeh2, X17. İİ dərəcəli varisləri: X21, X20. Həmçinin Ağdaş şəhəri nİzami Gəncəvi küçəsi 3 saylı evdə yaşayan İddiaçı1 anası X9 xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı varisləri qalmışdır. İ dərəcəli varsiləri: İddiaçı2, İddiaçı1, X12, Cavabdeh2, X17. İİ dərəcəli varisləri: X21, X20. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş rayon X2 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 79 saylı Notariat Əməliyyatı aparılmasından imtina qərarı ilə vətəndaşlar İddiaçı2 və İddiaçı1 mirasın qəbul müddətini itirdiyinə və daşınmaz əmlakın mülkiyyət hüququna dair sənədlərin əslini təqdim edə bilmədiyinə görə “Notarat haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinin 1-ci bəndində uyğun olaraq onlara Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan əlavə Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il 79 nömrəli imtina qərarına əsasən İddiaçı1, İddiaçı2 torpaq sahəsinin miras kimi qəbul edilməsini istəsə də, qanunvericilkdə göstərilmiş mirasın qəbul edilməsi müddətini itiridiyindən və daşınmaz əmlakın mülkiyyət hüququna dair sənədlərin əslini təqdim edə bilmədiyinə görə və “Notarat haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinin 1-ci bəndində uyğun olaraq onlara Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (ikinci hissə). Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (üçüncü hissə). 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı ( mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, miras qoyan atası X19 xx.xx.1990-cı il tarixdə vəfat etmiş, X9 2015-ci il tarixdə vəfat etdiyindən həmin vaxtlar mirasın açıldığı vaxt sayılır. Miras qoyan Ağdaş şəhərində yaşadığından mirasın açıldığı yer Ağdaş rayonudur. Miras əmlaka X4 öldüyü məqamadək malik olduğu Ağdaş şəhər, H.Əliyev pr.44- də yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi və tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyanın vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X4 öldüyü məqəmədək birinci növbə vərəsələr tərəfindən miras aktivi formal baxımından qəbul edilməmişdir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 hətta anasının ölümündən sonra da ondan miras əmlak qaldığını bildiyi halda qanunvericiliklə müyyən olunmuş müddət ərzində miras əmlakı rəsmi qaydada qəbul etməmiş, miras qoyanın ölümündən keçən 03 il ərzində heç bir hərəkət etməmiş, müddətin hansı üzrlü səbəblərə ötürüldüyünə dair tutarlı dəlillər təqdim etməmişlərdir. Bu faktın özü iddiaçıların miras əmlaka vərəsəlik açılan və ya ona yaxın müddətdə iddialı olmadıqlarına dəlalət edir. Əks təqdirdə, onlar mülkdən çıxmaz, vərəsəliyin açılması üçün notariat orqanına qanunla nəzərdə tutulmuş qaydada və vaxtda müraciət edər və ya dərhal məhkəmədə vərəsəliklə bağli iddia qaldırmaqla mübahisə açardı. İş materiallarında görünür ki Ağdaş şəhəri nİzami Gəncəvi küçəsi 3 saylı evdə yaşayan İddiaçı1 atası X19 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Həmçinin Ağdaş şəhəri nİzami Gəncəvi küçəsi 3 saylı evdə yaşayan İddiaçı1 anası X9 xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. İddiaçılar ataya münasibətdə 30 il, anaya münasibətdə isə 5 il müddət keçdikdən sonra məsələni mübahisələndirmişlər. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda işin faktiki halları və tərəflərin izahatlarından görünür ki, digər iddiaçılar vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etməsi, miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməsi və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməsi iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar vərəsəlik hüquqlarını itirmişdir. Bundan başqa kollegiya şikayətin digər dəlili olan, miras qoyanlardan qalmış bəzi əşyaların onlar tərəfindən götürülməsi və bununla da mirası faktiki qəbul etməsinə münasibət bildirərək qeyd edir ki, işin bu halı iddiaçılar tərəfindən miras əmlakın onlar tərəfindən qəbul edilməsi kimi qəbul edilə bilməz. Bu mövqe «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınadair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Qərarına uyğundur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-384/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar