Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-219/2020 13.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, X1 vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, X1 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı X21 və 01 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun və mirasa dair mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsindən iş üzrə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər DƏDRX-in X21 və 01 saylı Dövlət Notariat Kontoruna qarşı“vəsiyyətnaməüzrə vərəsəlik hüququnun və mirasa dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum X9 miras qalmış ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli 135501 saylıçıxarışla onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun və mirasa dair mülkiyyət hüququnun tanınmasıbarədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin ******* saylı ********** qeydiyyat nömrəli çıxarışına əsasən Yevlax şəhəri M.Maqomayev küçəsi 50 saylı fərdi yaşayış evi onun X2nın adına sənədləşdirilmişdir. O, həmin evdə doğulmuş, yaşamış, ailə qurmuş, sonra isə yenidən həmin evə köçərək bugünə qədər-15 ildir ki, orada yaşayır. Mübahisəli yaşayış evi atası X6 olmuş, o, həmin torpaq sahəsini 1968-ci ildə almış vəəvvəl onların anası ilə, anasının ölümündən sonra-2005-ci ildə isə X7 ilə evlənmişdir. Mübahisəli torpaq sahəsi həmin illərdə analığının adına sənədləşdirilmiş, sonra isə onlar onun ölümündən sonra xx.xx.2018-ci il tarixində həmin evəçıxarışəldə etmişlər. X2 beyindaxili qansızmadan xx.xx.2017-ci il tarixində vəfat etmiş, atası ilə nikah münasibətlərindən heç bir övladları olmamışdır. Qeyd olunan mübahisəli mənzildə o, 15 il ərzində analığı ilə birlikdə yaşamış, onun son ölüm gününə qədər nəvazişində olmuşdur. Beyindaxili qansızmadan vəfat etdiyindən, analığı bu proseslərdə bir müddət yaşamış, o, ağır vəziyyətlərində onunla daim təmasda olmuş, doğma övladı kimi onu saxlamışdır. Ölümünə 2-3 ay qalmış, onun və qonşularının qohumların yanında rəsmi elan edərək hazırkı fərdi yaşayış evini ona verdiyini, həmin evin ərinin-onun atasının olduğunu, heç kiminin olmadığını, onu övladı olaraq sevdiyini elan etmişdir. Bütün bunlardan bir ııeçə gün sonra isəözü oturaraq vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnamədə yaşadıqları fərdi yaşayış evini ona vəsiyyət olaraq verdiyini bəyan etmiş, həmin vəsiyyətnaməni öz əli ilə yazaraq imzalamışdır. Tərtib olunan vəsiyyətnamədə analığının imzası ilə yanaşı eynilə onun yanında olan şahidlər, həmçinin vəsiyyətnamənin tərtib edildiyi tarix barədə qeyd olmuşdur. O, həmin vəsiyyətnaməni dövlət notariat kontoruna aparsa da, zəruri vərəsəlik şəhadətnaməsi əldə edə bilməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18, X13 və X15 ifadə verərək X4 ev vəsiyyətnaməsinin özü tərəfindən yazılaraq imza edildiyini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn X3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri X3 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Çıxarılmış qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları pozulmuşdur. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında X1 vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı X20 və 01 saylı Dövlət Notariat Kontorunun nümayəndələri və X3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 98,3 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan əlyazma formasında “ev vəsiyyətnaməsi”ndən görünür ki, X7 ona ərindən qalan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini qızı İddiaçı vəsiyyət etmiş, vəsiyyətnamə xx.xx.2016-cı il tarixdə tərtib olunmuş, vəsiyyətnaməyə şahid kimi X19 vəİsmayılov Məhəmməd Bilal oğlu imza etmiş, lakin vəsiyyətnamə vəsiyyət edən tərəfindən imzalanmamışdır. İşdə olan AZ-İ seriyalı 905416 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X7 xx.xx.2017-ci il tarixdə beyindaxili qansızma nəticəsində Yevlax rayonunda ölmüşdür Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik (ölmüşşəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinəəsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumlarıövladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar vəəmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları vəəmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin tələblərinə əsasən fiziki şəxs ölməsi halıüçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçəşəxsə qoya bilər (maddə1166). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsindəşüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (maddə 1167). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir, vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (maddə 1168). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1). Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər (ev vəsiyyətnaməsi-maddə 1186). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı X9 miras qalmış ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli 135501 saylıçıxarışla onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun və mirasa dair mülkiyyət hüququnun tanınması barədə tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum mülkiyyətçi ilə hər hansı dərəcədə qohumluq münasibətlərində olmadığından onun qanun üzrə vərəsə kimi tanınması mümkün deyil. Bundan başqa materiallara əlavə edilmiş ev vəsiyyətnaməsinin məhz mərhum tərəfindən yazıldığını şahid ifadələri təsdiq etsə də, vəsiyyətnamə mərhum tərəfindən imzalanmamışdır. Belə olan halda həmin vəsiyyətnamənin hüquqi qüvvəsi də mövcud olmur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından X1 apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1525/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-219/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-219/2020
13.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver