Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2200/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və X3 İstismar İdarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tаrixli, 2(024)-822/2021 saylı qərardadından cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(024)-822/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və onun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh “Azəriqaz”İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1620 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda ərizə təqdim edərək iş mahiyyəti üzrə baxılıb qurtaranadək qaz təminatının bərpa edilməsi və cavabdehə təbii qazın dayandırılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(024)-822/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İddiaçı məxsus Qax rayonu Qaxbaş kəndində yerləşən qeyriyaşayış sahəsinə qaz təminatı bərpa edilməsi və cavabdehə təbii qazın dayandırılması qadağan edilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(024)-822/2021 saylı qərardadından cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(024)-822/2021 saylı qərardadı aşağıdakı əsaslara görə ləğv edilməli və iddianın təmin tədbiri barədə ərizə rədd edilməli, əks halda hazırkı şikayətə baxıldıqdan sonra 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı məxsus Qax rayonu Qaxbaş kəndində yerləşən qeyri yaşayış sahəsi (Çörək sexi) müvafiq olaraq qazlaşdırılaraq **********00000 saylı hesab açılmışdır. Qeyri yaşayış sahəsinə təbii qazm verilməsi üçün isə sonuncu dəfə iddiaçı ilə cavabdeh arasında 18-07-2017-cı il tarixli ***-**-** saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı bağlanılmışdır, İddiaçı qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı eyni zamanda məhkəmə qərardadında da müəyyən edilmişdir. Belə ki, məhkəmə İddiaçı məxsus Qax rayonu Qaxbaş kəndində yerləşən qeyri-yaşayış sahəsinə qaz təminatının bərpa edilməsi və cavabdehə təbii qazın dayandırılmasının qadağan edilməsi qərarı almışdır. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbirinin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Qax Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(024)-822/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tаrixli, 2(024)- 822/2021 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmə aidiyyət məsələsinə qiymət verilməsi üçün Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman tərəflərdən birinin hüquqi şəxs digərinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı İddiaçı VÖEN **********). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tаrixli, 2(024)-822/2021 saylı qərardadı prosessual qanunvericiliyin normaları kobud pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyətinə qiymət verilməsi üçün Qax Rayon Məhkəməsinə göndərilməlidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tаrixli, 2(024)-822/2021 saylı qərardadı tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və X3 İstismar İdarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Qax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2200/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2200/2021
11.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver