Məhkəmə qərarları › İş №2(107)-2205/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2205/2020

10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2205/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, maraqlarına toxunan şəxs Adıgözəlova Gülbəniz Qurbanəli qızı və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Şəki rayon Kiş Bələdiyyəsinə, Şəki rayon Kiş kənd İcra Nümayəndəliyinə, Şəki rayon X2, DT və XÇK-nin Şəki rayon Şöbəsinə, DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə və Cavabdeh1 qarşı evə mülkiyyət hüququnun müəyyən edilməsinə dаir mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadından iş üzrə Cavabdeh1 vərəsəsi Adıgözəlova Gülbəniz Qurbanəli qızı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Şəki rayon Kiş Bələdiyyəsinə, Şəki rayon Kiş kənd İcra Nümayəndəliyinə, Şəki rayon X2, DT və XÇK-nin Şəki rayon Şöbəsinə, DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Kiş kəndində 1957-ci ildə atası və babası tərəfindən tikilmiş, 1940-1942-ci illər üzrə təsərrüfat başına kitaba əsasən atasının adına qeydə alınan, hal-hazırda onun mülkiyyətində olan torpaq sahəsində yerləşən iki mərtəbəli, 4 otaqlı evə onun mülkiyyət hüququnun tanınması və bu hüququn DƏDRX-də qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə xx xxxxxx 2007-ci il tarixdə baxılaraq qətnamə çıxarılmışdır. İş üzrə Cavabdeh1 qızı Adıgözəlova Gülbəniz Qurbanəli qızının Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2 (075)-805/2007 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli (hakim E.Mehdiyev) qərardadına əsasən İddiaçı Şəki rayon Kiş Bələdiyyəsinə, Şəki rayon Kiş kənd İcra Nümayəndəliyinə, Şəki rayon X2, DT və XÇK-nin Şəki rayon Şöbəsinə, DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə və Cavabdeh1 qarşı evə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-805/2007 nömrəli qətnaməsindən Adıgözəlova Gülbəniz Qurbanəli qızının verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadından Cavabdeh1 vərəsəsi Adıgözəlova Gülbəniz Qurbanəli qızı şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadını ləğv edib apelyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, mərhum atasına qarşı məhkəmədə hərhansı idia tələbinin olması barədə nə atasının nə də onun məlumatı olmayıb. Olmuş olsaydı atasının və onun həmin məhkəmədə iştrak etməməyi mümkünsüz olardı. Ona görə ki, atasına məxsus olan və onun da yaşadığı yeganə evilərindən söhbət getdiyi halda mərhum atası və ya atası rəhmətə gedənə kimi və onun ölümündən sonra bu günə kimi həmin evdə yaşadığı üçün onun da biganə qalmağı mümkünsüz olardı. Qətnamə rəsmi qaydada ev ünvanlarına təqdim olunmuş olsaydı belə həmin qətnamədən apelyasiya şikayəti mütləq şəkildə verərdi. Lakin qeyd etdiyi kimi nə məhkəmə bildirişləri, nə də qətnamənin surəti mərhum atasının yaşadığı ünvana göndərilməmiş və ya rəsmi qaydada təqdim olunmamışdır. Qərardadda qeyd edilir ki, qeyd edilən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Apelyasiya şikayətində də qeyd etmişdir ki, qətnamə nə mərhum atasına və ya yaşadığı ünvana rəsmi qaydada təqdim eilməyib və həmin qətnamədən məlumatı olan kimi dərhal ərizə ilə müraciət edib qətnaməni rəsmi qaydada aldıqdan sonra 1 ay ərzində apelyasiya şikayəti vermişdir. MPM-də müəyyən eilmiş qaydada rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı və qətnamənin surətinin verilməsi müəyyən olunuqdan sonra qeyd edilən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi müzakirə edilə bilərdi. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Adıgözəlova Gülbəniz Qurbanəli qızı şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Adıgözəlova Gülbəniz Qurbanəli qızının vəkili X4 şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki prosessual müddətlərin müəyyən edilməsi proses iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması, çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. X6 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materialından görünür ki, İddiaçı Şəki rayon Kiş Bələdiyyəsinə, Şəki rayon Kiş kənd İcra Nümayəndəliyinə, Şəki rayon X2, DT və XÇK-nin Şəki rayon Şöbəsinə, DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə və Cavabdeh1 qarşı evə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə toplanılmış 2-805/2007 nömrəli mülki iş materialı arxivə təhvil verilməklə məhv edilmiş və Şəki Rayon Məhkəməsində yalnız həmin mülki iş üzrə çıxarılmış qətnamə saxlanılmışdır. Bundan başqa apellyasiya şikayətini nəzərdə keçirdikdə isə aydın oldu ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-805/2007 nömrəli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq, iş meterialından görünür ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 12 ildən artıq müddət keçdikdən sonra Adıgözəlova Gülbəniz Qurbanəli qızının apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Halbuki, Adıgözəlova Gülbəniz Qurbanəli qızı iş üzrə tərəf deyildir və onun həmin qətnamədən apellyasiya şikayəti verməsi hüququnun olduğu da müəyyən edilmir. Həmçinin, qeyd edilən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 vərəsəsi Adıgözəlova Gülbəniz Qurbanəli qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-805/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar