Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2207/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında mülki işə baxan hakim X1 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş etiraza аçıq məhkəmə iclаsındа, yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı işə baxan hakim X1 etiraz verərək etirazlarının təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsаslаndırılmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon filialına qarşı 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə baxılaraq iddia tələbinin təmin olunmasına dair 05.05.2021 -ci il tarixli 2(019)-433/2021 nömrəli qətnamə qəbul olunmuşdur.Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(107)-1447/2021 nömrəli qətnaməsi ilə ləğv olunmuş, iddiaçının iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. Hazırki iş üzrə Ərizəçi 27 avqust 2021 -ci il tarixli 50 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət etsə də qeyd olunan arxiv arayışının məzmunu 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ilə eynilik təşkil edir və hakim Hümbət Səlimov tərəfindən 05.05.2021-ci il tarixli 2(019)- 433/2021 nömrəli qətnamə ilə həmin məzmuna hüquqi qiymət verilərək iddia əsaslı hesab edilmişdir. Hesab edirlər ki, işə tam, hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi hakim Hümbət Səlimovun işə baxan hakim olmasını istisna edir. Balakən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(019)-1010/2021 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının işə baxan hakim X1 etirazı baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 19.1 və 19.1.7-ci maddələrinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübüt etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 182.2-ci maddəsinə əsasən etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 5.4.-cü bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda, o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. 6-cı bəndinin tələblərinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Hakimə həmin işin nəticələri ilə düzünə və ya dolayısı yolla maraqlı olması motivi ilə etiraz edildikdə, etiraz ərizəsi konkret faktlarla əsaslandırılmalıdır (MPM 21 –ci maddə). Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli mövqedə olması və başqa hallar nəzərdə tutulur. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Balakən Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” mülki işə baxan hakim X1 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş etiraz təmin edilməsin və mülki iş baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2207/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2207/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver