Məhkəmə qərarları › İş №2(107)-2235/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2235/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2235/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdeh Cavabdeh qаrşı pul tələbinə dair iddiası qismən təmin edilərək 3606.56 manat əsas borc, 500 manat cərimə borcu, ümumilikdə 4106.56 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh ) əsas borca görə 3606.56 manat, hesablanmış cərimə borcuna görə 4440.38 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 8076.94 manat pulun alınaraq cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 30.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 60.0 ton xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıdan 12683.68 manat məbləğində avans vəsaitləri götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh 7751.12 manat məbləğində 15596.19 kq xam pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh avans vəsaitləri dəyərinə görə yaranmış ümumi borcundan 1326.0 manat dəyərində avans vəsaitləri iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya 3606.56 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT- Ucar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 4440.38 manat təşkil edir. Müqavilə üzrə cavabdeh 60.0 ton məhsul təhvil verməli olduğu halda 15596.19 kq məhsul təhvil vermişdir. (60 t – 15596.19 kq) x 500 manat = 22201.90 manat x 20% = 4440.38 manat verilməmişdir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Beləliklə, cavabdeh 3606.56 manat əsas borcdan əlavə 4440.38 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 8046.94 manat təşkil edir. İddiaçı MMC-ın nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı arasında olan müqaviləyə görə əkilən pambıq sahəsinin aqrotexniki qulluğu üçün istifadə edilən gübrə məhsulları ilə onları qarşı tərəf təmin etməli idi. Lakin verdikləri gübrə keyfiyyətsiz olduğu üçün qaytarmışdır. Bu da məhsuldarlığa təsirini göstərmişdir. Hazırda tələb edilən məbləğdən 1106 manat borcu qəbul edir. İddianın digər tələblərini və cərimə məbləğini qəbul etmədiyindən qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, uzün illərdir ki, fərdi sahibkar kimi pambıq istehsalı ilə məşğul olur, həm özünün mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həm də digər şəxslərdən icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaq sahələrində pambıq əkib-becərir. Vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəməyə İddiaçı MMC-in nümayəndəsi Nümayəndə teleqram göndərərək məhkəmə prosesləri ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxıb apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası İddiaçı MMC-in nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı MMC-in “MKT-Ucar” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı 2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 30 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 60 ton xam pambıq məhsulu istehsal edib tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 117 saylı pretenziyadan görünür ki, cavabdehdən cəmiyyətə olan borclarının 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək göstərmişdir ki, “cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan avans almaq hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq əkmək və hər hektardan məhsul əldə etməklə xam pambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin (dəbbə pulunun) ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas borca görə 3606.56 manat, hesablanmış cərimə borcuna görə 4440.38 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 8076.94 manat pulun alınaraq cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən 3606.56 manat əsas borc, 500 manat cərimə borcu, ümumilikdə 4106.56 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. Belə ki, işin həqiqi hallarından görünür ki, İddiaçı MMC hüquqi şəxsdir. Cavabdeh isə fərdi sahibkardır. Belə ki, Cavabdeh xx.xx.2005-ci ildə ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilməklə o fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışlar. O, fərdi sahibkarlıqla məşğul olur. Hazırda baxılan mübahisə də onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Belə ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə, yəni pambığın əkilib becərilməsi və əldə etdiyi pambıq məhsulunun satışından ibarət olan fəaliyyət ilə məşğuldur. O, qeyd edilən sahibkarlıq fəaliyyətini, yəni pambıq istehsalını həyata keçirmək məqsədi ilə İddiaçı MMC ilə xx.xx.2016-cı il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqavilə başlamış, həmin müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı hazırda baxılan mübahisə yaranmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında başlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 30 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 60 ton xam-pambıq məhsulu istehsal edib tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. Mürmehdi Orucov qanunsuz sahibkarlıqla deyil, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, qeyd edildiyi kimi o, xx.xx.2005-ci ildən fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla fərdi sahibkar kimi peşəkarcasına sahibkarlıq fəaliyyəti ilə məşğuldur, iddianın predmetinə aid olan məsələlər onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranmışdır. Tərəflərin arasında yaranan münasibətdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zəminində yarandığına görə kommersiya xarakterlidir. Belə olan halda, İddiaçı MMC hüquqi şəxsdir, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir, tərəflər arasında yaranmış mübahisə isə kommersiya xarakterli olduğundan işə mülki icraat qaydasında deyil, kommersiya icraatı qaydasında Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının: 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. 8-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həya-ta ke-çi-ri-lən fə-a-liy-yə-tin sahibkar-lıq fə-a-liy-yə-ti he-sab olunma-sı üçün üç şərtin mövcudluğu tələb edilir: müs-tə-qil-lik, mən-fə-ət gö-tür-mək məqsə-di və fə-a-liy-yə-tin iq-ti-sa-di xarakter-li olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. İstinad olunan Plenum qərarının tövsiyəsindən birmənalı görünür ki, hüquqi şəxs ilə fərdi sahibkar statusuna malik olan, yəni vergi uçotuna alınmış fiziki şəxsin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, kommersiya icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Lakin belə olduğu təqdirdə birinci instansiya məhkəməsi işə kommersiya icraatı qaydasında kommersiya məhkəmədə baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərmək əvəzinə mülki icraat qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu, həm də aşağıda qeyd edilən qanunvericilik normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin Vаsilesku Rumıniyаyа qаrşı iş üzrə 22 mаy 1998-ci il tаrixli qərаrındа ifаdə etdiyi hüquqi mövqeyə əsаsən, yаlnız işə bаxmаq üçün tаm həcmdə səlаhiyyətə mаlik оlаn məhkəmə Kоnvensiyаnın 6-cı mаddəsində əks оlunаn «məhkəmə» аnlаyışının tələblərinə cаvаb vermiş оlur. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə, məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 385.1.1-ci mаddəsinə görə, mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.2.1-ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-405-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikаyət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-97/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddaçı İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair iş kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar