Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2238/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(016)-703/2020 saylı qərardadından iddiаçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 1000 (bir min) manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissələrinə dair xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı (hakim Xaliq İmanov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə olan paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi hazırkı mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə baxaraq icraata xitam verilməsi barədə qərardada qəbul etsə də, qərardadın tarixi xx xxxxxxxx 2020-ci il kimi göstərilmişdir. Məhkəmə kollegiyası bunu “texniki səhv” kimi qəbul etmişdir. Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı qərardadından iddiаçı İddiaçı şikayət vermişdir. Şikаyət onunlа əsаslаndırılmışdır ki, o, iddia ərizəsi ilə müraciət etmək üçün ardıcıllığı pozmamışdır. Real bölgünün aparılması mümkün olmadığından cavabdehlərə düşən payın kompensasiya ilə əvəz olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə isə düzgün hüquqi nəticəyə gəlməyərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Ona görə də, Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)- 703/2020 saylı qərardadı ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 2(016)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 Əlqara oğlunun payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin, Cavabdeh2 payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin naturada ayrılması, naturada ayrılması mümkün olmadıqda cavabdehlərin hər birinə 500 manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissəsinə dair paylarına xitam verilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 Əlqara oğlunun payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin, Cavabdeh2 payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin naturada ayrılması, naturada ayrılması mümkün olmadıqda cavabdehlərin hər birinə 500 manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissəsinə dair paylarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddəsinin tələblərinə əməl edilmədiyindən təmin edilməmişdir. İddiaçı yenidən iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1000 (bir min) manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissələrinə dair xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 2(016)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 Əlqara oğlunun payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin, Cavabdeh2 payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin naturada ayrılması, naturada ayrılması mümkün olmadıqda cavabdehlərin hər birinə 500 manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissəsinə dair paylarına xitam verilməsi barədə iddiası rədd edilmişdir. Sözügedən 2(016)-22/2020 saylı mülki iş üzrə iddiaçının iddia tələbləri Cavabdeh1 Əlqara oğlunun payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin, Cavabdeh2 payına düşən 1/8 hissə fərdi yaşayış evi və 0.01333 ha torpaq sahəsinin naturada ayrılması, naturada ayrılması mümkün olmadıqda cavabdehlərin hər birinə 500 manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissəsinə dair paylarına xitam verilməsi barədə olsa da, hazırkı iş üzrə İddiaçı iddia tələbi cavabdehlər Cavabdeh2 vəCavabdeh1 Əlqara oğlunun hər birinə 1000 (bir min) manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissələrinə dair xitam verilməsi barədədir. Göründüyü kimi, qeyd edilən tələblər eyni tərəflər arasında olsa da, eyni predmet barəsində və eyni əsaslar üzrə deyildir. Yəni əvvəlki tələbdə olan naturada ayrılması mümkün olmadıqda cavabdehlərin hər birinə 500 manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissəsinə dair paylarına xitam verilməsi ilə hazırkı 1000 (bir min) manat kompensasiya verilməklə Ağsu rayonu, Kəndoba kəndində yerləşən evin 1/8 və torpaq sahəsinin 0.01333 ha hissələrinə dair xitam verilməsi tələbləri üst-üstə düşmür və eynilik təşkil etmir. Göründüyü kimi, birinci dəfə iddiaçı cavabdehə qarşı naturada ayrılması mümkün olmadıqda kompensasiya verilməsini, ikinci halda isə kompensasiya məbləğini artırmaqla birbaşa kompensasiya verməklə paya dair hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, iddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, qərardadı ləğv edilməli, birinci instansiya məhkəmsində işə baxılarkən həmin məqamlara hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı tam və Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Ağsu Rаyon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı tam və Ağsu Rаyon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(016)-703/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Ağsu Rаyon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.a
Məhkəmə qərarları › İş №2(107)-2238/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2238/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver