Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2239/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsindən iddiaçı LPO QSC “Bank Standart” KB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 380,38 manat əsas borc, 79,24 manat faiz borcu, 10.00 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz hesabı ilə 52,45 manat faiz məbləği olmaqla cəmi 522.07 manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumu əvəzinin Cavabdeh alınaraq ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı 380.38 manat əsas borc, 79,24 manat faiz borcu, 348,19 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 52,45 manat faiz məbləği, ümumilikdə isə 860,26 manat məbləğində kredit borcunun və 30 (otuz) manat dövlət rüsumu əvəzinin iddiaçının xeyrinə tutulması barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx xxxxxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129250/15 saylı müqavilə bağlanmış, Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 380,38 manat əsas borc, 79,24 manat faiz borcu, 348,19 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 52,45 manat faiz məbləği, ümumilikdə 860,26 manat məbləğində borcu qalmışdır. İddiaçı QSC “Bank Standard” KB birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh da həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı apellyasiya şikayəti verərək qətnamənin cərimə borcu hissəsində ləğv edilməsini, 380,38 manat əsas borc, 79,24 manat faiz borcu, 348,19 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 52,45 manat faiz məbləği, ümumilikdə 860,26 manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumu əvəzinin Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması ilə iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunurki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 1xx/xx/129250/15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 28 faiz olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib olunmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda QSC “Bank Standard” KB qarşısında kredit öhdəliklərinin icrasını lazımınca təmin etməmişdir. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən kreditin qaytarılması üçün tərtib edilmiş qrafik üzrə kreditin qaytarılması gecikdirildikdə, hər gecikdirilmiş günə görə faiz hesablanması və borcalan tərəfindən kreditora ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 380,38 manat əsas borcu, 79,24 manat faiz borcu, 348,19 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 52,45 manat faiz məbləği, ümumilikdə 860,26 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə,... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsаsən, dəbbə pulu (cərimə, peniyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi, və yа lаzımındа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrculunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi аndаn tutulmаlıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsаsən, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi işin hallarına və qeyd edilən maddi hüquq normalarına əsaslanaraq iddia tələbini əsas və faiz borclarına, habelə gecikdirilmiş günlər üçün hesablanmış borca aid hissələrdə tam, cərimə borcuna aid hissədə isə qismən təmin etmişdir. İddiaçının apelyasiya şikayəti iddia edilən cərimə borcunun az məbləğdə təmin edilməsi ilə əlaqədardır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsində tələb olunan 348.19 manat məbləğində cərimə borcundan 10 manat təmin etməyi məqsədə müvafiq və ədalətli saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə səlahiyyət verir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azaltsın. Cavabdehin əsas borcu 380,38 manat, faiz borcu 79,24 manat məbləğində olduğu halda ondan 348,19 manat məbləğində cərimə də ödəməsinin tələb edilməsi ədalətsiz görünür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kreditlərlə əlaqədar banklara həmin kreditlərin qaytarılması üçün borclulara daha əlverişli şərait yaradılması, hesablanmış faizlərin və cərimələrin azaldılması və ya silinməsi, qalan borc məbləğləri üçün daha yüngül şərtlərlə yeni müqavilələrin bağlanması təklif olunmuşdur. Bu baxımdan məhkəmə də öz növbəsində cavabdehin cərimə borcunu azaltmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Ona görə də iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-383/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2239/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2239/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver