Məhkəmə qərarları › İş №2(107)-2242/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2242/2020

12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2242/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadından X12 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 Cavabdeh qarşı ”Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 0,729 kv/m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə və İddiaçı3 payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi qət edilmişdir. X1 Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda da məhkəməyə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı ilə X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmadığından, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadından X12 şikayət vermişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli qərardadından X12 tərəfindən verilən şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Qax şəhəri, İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsi” tələbinə dair iddia ərizəsinə xx xxxx 2019-cu il tarixdə baxıb iddianı qismən təmin edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə və İddiaçı3 payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsini qət etmişdir. O, həmin qətnamədən xəbər tutduqda narazı qalaraq apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə də əlavə etmişdir. Qax Rayon Məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m. həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsi” tələbinə dair mülki iş üzrə X6 verdiyi apellyasiya şikayətini xx xxxxxxxx 2020-ci il tarixdə nəzərdən keçirərək X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)- 327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmadığından, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-327/2019 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi həmin qətnamədən onun şikayət vermək hüququnun olmaması nəticəsinə gəlsə də, bu tamamilə qanunsuz və əsassızdır. Belə ki, əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə qərardadında istinad etsə də, sonda qeyd etmişdir ki, X12 həmin iş üzrə tərəf və ya üçüncü şəxs olmadığı halda Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin onun hüquq və mənafelərinə, maraqlarına toxunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Lakin həmin qətnamə onun hüquq və mənafelərinə toxunur. Belə ki, həmin işə əvvəllər birinci instansiya məhkəməsində baxılmış və apellyasiya şikayəti əsasında apellyasiya məhkəməsinə göndərilərək orada müvafiq qərar qəbul edilmişdir. Hazırda da apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi qüvvədədir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq həmin iddiaya ona xəbər vermədən baxmış və bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Onun bilərəkdən həmin işə cəlb edilməməsinin səbəbi də artıq həmin işə bir dəfə məhkəmə tərəfindən baxılması və onun bundan xəbər tutacağı təqdirdə iş üzrə icraata xitam verməli olmaları olmuşdur. Bir daha qeyd edir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi onun hüquq və mənafelərinə toxunur və ona görə də o haqlı olaraq həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Belə ki, hazırkı iddia tələbinə dair işə artıq bir dəfə baxılmış və həmin tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin həmin iddia tələbinə xx xxxxxxx 2018-ci il tarixdə hazırkı iddia tələbinə baxan Qax Rayon Məhkəməsinin hakimi X14 tərəfindən baxılmışdır. Belə ki, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər İddiaçı1, X11, Cavabdeh və X7 qarşı atası X2 miras qalmış əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair ilkin iddiası qismən, İddiaçı1, Cavabdeh, Muxtarova Aslan qızı və İddiaçı3 ona qarşı X2 miras qalmış Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 729.33 kv.m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsinə dair qarşılıqlı iddiası da qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, mərhum İddiaçı1 Mustafa oğlundan miras qalmış əmlak üzərində onun mülkiyyət hüqüqunun tanınması və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı nömrəli Çıxarışa əsasən X8 məxsus olmuş Qax şəhəri İ.Nəsimi küçəsində 729.33 kv.m həyətyanı sahə üzərində 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 112 kv.m., yaşayış sahəsi 76 kv.m. olan, X3 yaşadığı və ona vəsiyyət olunan otağın qabaqdakı eyvanının naturada düz xətt boyunca kəsib ayırmaqla yeni giriş qapısının açılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.669 ha həyətyanı torpaq sahəsindən mərhum Muxtar Muxtarovun payından miras qalmış 1/5 hissədən İddiaçı1 payı 1/5 hissə, Cavabdeh payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq onlara verilməsi, 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.669 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 3/5 hissə, İddiaçı2 payı 3/5 hissə və İddiaçı3 payı 3/5 hissə müəyyən edilməklə, ekspert rəyində göstərilən qaydada naturada ayrılaraq onlara verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh və İddiaçı1 müştərək qaydada tutularaq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X11 tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən Ə.Məcidov, məruzəçi hakim İ.Quliyev və M.Əsədlidən ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, onun tələbinin qismən təmin edilməsi, onun cavabdehlər İddiaçı1, X11, Cavabdeh və X7 qarşı ataları X2 miras qalmış əmlakındakı payı miras qoyanın xx xxxxxxx 2010-cu il tarixli vəsiyyətnaməsi üzrə ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinin günbatan tərəfində ki, 1 (bir) otağı, X2 miras əmlakın vəsiyətnamədən kənar hissəsinin, o cümlədən həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyətdə olan payının 2/1 hissəsi həddində müəyyən edilməsi, iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, İddiaçı1, Cavabdeh, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi, apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, tərəflərin ödədiyi dövlət rüsumunun özlərinə aid edilməsi, iş üzrə ekispertiza xərci olan 100 (yüz) manat pulun Cavabdeh, İddiaçı1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qax Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən ona düşən İddiaçı1 düşən 1/5 hissə, İddiaçı2 düşən 1/5 hissə və İddiaçı3 düşən 1/5 hissə payın müəyyən edilərək naturada bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-327/2019 saylı qərardadının ləğv edilməsi və Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üşün prosessual müddətin bərpa edilməsi və aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən X12 izahatında Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-327/2019 saylı qərardadının ləğv edilməsi və Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq idiaçılar İddiaçı1, X15 və İddiaçı3 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 376.2-ci mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tаrixli nömrəli qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, “sözügedən məhkəmə qətnaməsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə və İddiaçı3 payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi qət edilmişdir. 2(024)-327/2019 saylı mülki iş üzrə X12 iş üzrə tərəf olmadığından məhkəmə iclasına çağırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, X12 həmin iş üzrə tərəf və ya işdə iştirak edən şəxs olmamış, Qax Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 paylarının müəyyən edilərək onlara verilməsi onun maraqlarına toxunmur. Çünki həmin qətnamə ilə yuxarıda adı çəkilən şəxslərə payları müəyyən edilərək verilən torpaq sahəsi miras kütləsinə daxil deyildir və həmin şəxslərin ümumibirgə mülkiyyətində olan torpaq sahəsidir. Göründüyü kimi həmin iddia tələbində Afərdə Muxtarovaya qarşı hər hansı tələb irəli sürülməmiş, eyni zamanda da həmin məhkəmə qətnaməsinin onun maraqlarına toxunması ilə bağlı hər hansı bir hal aşkar edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsi X5 hüquq və mənafelərinə, maraqlarına toxunmur. Bu baxımdan da, Afərdə Muxtarovanın sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmadığı üçün, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası yolverilməzdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdən görünür ki,Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı1, X11, Cavabdeh və X7 qarşı atası X2 miras qalmış əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair ilkin iddiası qismən, İddiaçı1, Cavabdeh, Muxtarova Aslan qızı və İddiaçı3 X9 qarşı X2 miras qalmış Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 729.33 kv.m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsinə dair qarşılıqlı iddiası da qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, mərhum İddiaçı1 Mustafa oğlundan miras qalmış əmlak üzərində iddiaçı Afərdə Muxtarovanın mülkiyyət hüqüqunun tanınması və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı nömrəli Çıxarışa əsasən X8 məxsus olmuş Qax şəhəri, İ.Nəsimi küçəsində 729.33 kv.m həyətyanı sahə üzərində 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 112 kv.m., yaşayış sahəsi 76 kv.m. olan, X3 yaşadığı və ona vəsiyyət olunan otağın qabaqdakı eyvanı naturada düz xətt boyunca kəsib ayırmaqla yeni giriş qapısının açılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.669 ha həyətyanı torpaq sahəsindən mərhum Muxtar Muxtarovun payından miras qalmış 1/5 hissədən İddiaçı1 payı 1/5 hissə, Cavabdeh payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq onlara verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.669 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 3/5 hissə, İddiaçı2 payı 3/5 hissə və İddiaçı3 payı 3/5 hissə müəyyən edilməklə, ekspert rəyində göstərilən qaydada naturada ayrılaraq onlara verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X11 tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddiaçı X6 tələbinin qismən təmin edilməsi, iddiaçı X6 cavabdehlər İddiaçı1, X11, Cavabdeh və X7 qarşı ataları X2 miras qalmış əmlakındakı payı miras qoyanın xx xxxxxxx 2010-cu il tarixli vəsiyyətnaməsi üzrə ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinin günbatan tərəfində ki, 1 (bir) otağı, X2 miras əmlakın vəsiyətnamədən kənar hissəsinin, o cümlədən həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyətdə olan payının 2/1 hissəsi həddində müəyyən edilməsi, iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, İddiaçı1, Cavabdeh, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi, apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, tərəflərin ödədiyi dövlət rüsumunun özlərinə aid edilməsi, iş üzrə ekispertiza xərci olan 100 (yüz) manat pulun Cavabdeh, İddiaçı1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qax Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən ona düşən İddiaçı1 düşən 1/5 hissə, İddiaçı2 düşən 1/5 hissə və İddiaçı3 düşən 1/5 hissə payın müəyyən edilərək naturada bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə və İddiaçı3 payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi qət edilmişdir. Bundan sonra X12 həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda da məhkəməyə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı ilə X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmadığından, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmaması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd olunan qətnamələrdən görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə X6 atası X2 miras qalmış əmlakındakı payı miras qoyanın xx xxxxxxx 2010-cu il tarixli vəsiyyətnaməsi üzrə ünvan 3 saylı ünvanda yerləşən yaşayış evinin günbatan tərəfində yerləşən 1 (bir) otağı, habelə X2 miras qalan əmlakın vəsiyyətnamədən kənar hissəsinin, o cümlədən həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan payının 2/1 hissəsi həddində müəyyən edilmişdir. İddiaçıların hazırkı iddia tələbində onlara düşən payın naturada bölünüb verilməsini tələb etdikləri torpaq sahəsində X6 payı 2/1 hissəsi həddində müəyyən edilmişdir. Habelə sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bir hissəsi də Afərdə Muxtarovanın mülkiyyətindədir. Kollegiyaya görə, Afərdə Muxtarova üzərində mülkiyyətində olan yaşayış evinin yerləşdiyi, habelə torpaq sahəsinin özündə 2/1 hissə həddində payıının müəyyən edildiyi torpaq sahəsindən digər şəxslərin paylarının naturada ayrılaraq verilməsinə dair qətnamənin onun hüquqlarına toxunmasını bəyan etməkdə haqlıdır. Göründüyü kimi, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi X6 hüquq və vəzifələrinə toxunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Sözügedən qətnamənin X6 hüquqlarını və qanuni mənafeyini pozması işin halları ilə müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə X6 hüquq və vəzifələrinə toxunduğundan o, qətnamədən şikayət vermək hüququna malik olan şəxsdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan şikayət təmin edilməlidir. Lakin birinci instansiya məhkəməsi X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad çıxarsa da, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsinə münasibət bildirməmişdir. Qeyd edilən məsələnin həll edilməsi isə birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tаrixli nömrəli qərardadı ləğv edilməli, X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinə baxılması üçün mülki iş Qax Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: X12 tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(024)-327/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tаrixli qərardadı ləğv edilsin. X6 Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(024)-327/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinə baxılması üçün mülki iş Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar