Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2267/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və maddi zərər tələbinə dair” mülki işin iddia tələbinin “tikilinin sökülməsi” hissəsi üzrə işin icraatına xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, Cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, həm də onun itirilmiş hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Yuxarı Tala kənd sakinidir. Ailəsi 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin, Cavabdeh qanunsuz əməlləri nəticəsində rahat yaşaya bilmir. Belə ki, cavabdehin apardığı qanunsuz tikili evinin təməlinə ziyan vurmuşdur. Eyni zamanda, cavabdehin apardığı qazma işləri evinin divarını zədələmişdir. Dəfələrlə ona müraciət etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh onun evinə ziyan vurmaqla onun mülkiyyət hüquqlarını da pozmuşdur. Cavabdeh tərəfindən evinə dair hazırlanan sənədlər qanunsuz olmuş və sonuncu onun evinin həyətyanı sahəsinə maddi zərər vurmuşdur. Beləliklə də, onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, iddiası əsaslıdır. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən məlumatı var. Hazırki iddiasının bir hissəsi, yəni tikilinin sökülməsi tələbinə dair hissəsi üzrə baxılıb qətnamə qəbul edilmişdir. Həmin qətnamədən də narazıdır. Ona görə də, hazırda iddia tələbinin həcmini artıraraq həm də cavabdehdən maddi zərər tələb edir. İşə yenidən baxılaraq həm tikilinin sökülməsini, həm də cavabdehdən onun xeyrinə maddi zərər tutulmaqla mülkiyyət hüquqlarının bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı əvvəllər də eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ona qarşı məhkəmədə evinə bitişik qanunsuz tikilinin sökülməsi və giriş darvazasının yerinin dəyişdirməsi tələbinə dair iddia qaldırmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti də təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı isə eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirir ki, o, iddiaçıya hər hansı maddi zərər vurmamış, onun mülkiyyət hüquqlarını pozmamışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maddi zərər tələbinə dair iddia ərizəsinin “tikilinin sökülməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, tərəflərə izah edilmişdir ki, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verildiyinə görə həmin tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbinin qalan, yəni “mülkiyyət hüquqlarının bərpası və vurulmuş maddi zərərə görə əvəz tələbinə dair” hissəsi rədd edilmiş, 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. Zaqatala Rayon Məhkəməsinin mülki işin icraatına hissəvi xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün əsasdır. Həmin maddədən görünür ki, məhkəmə mülki işə baxarkən iddia tələbində tikilinin sökülməsi barədə tələbinin olduğunu bilsə də, iddia ərizəsinin mahiyyətinin fərqli olduğunu görmüşdür. Bu səbəbdən məhkəmə mülki işə mahiyyəti üzrə baxmış və yekunda mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmışdır. Bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Bundan başqa hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)- 70/2018 nömrəli qətnaməsi ilə nəticələnmiş işin predmeti ilə hazırkı iddianın predmetinin fərqli-fərqli mahiyyəti vardır. “Tikilinin sökülməsi” ifadəsinin hər iki iddiada işlədilməsi onun eyni predmet və eyni əsaslar olması barədə nəticə yaratmamalıdır. Ona görə ki, sözdə eyni ifadə olunsa da, mülki işlər üzrə ayrı-ayrı hüquqi mənalar daşıyır. Eyni zamanda bildirir ki, hazırkı iddianın əsasını tərəflərin bir-biri ilə yola getməməsi, cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin onun mülkiyyətində olan yaşayış evinin təməlinə maddi zərər vurması təşkil edir. Bununla da hər iki iddia ərizəsinin mahiyyətindən görünür ki, tərəflər arasında mübahisələr fərqli səbəblərdən yaranmışdır və ayrı-ayrı nəticələrin əldə olunmasını ehtiva edir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərаrdаdının ləğv edilməsini xаhiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadından İddiaçı verdiyi şikаyət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Şikayət üzrə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Təsdiq edilmiş surəti işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(033)-70/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Yuxarı Tala kəndində onun evinə bitişik cavabdehin apardığı qanunsuz tikilinin sökülməsi və giriş darvazasının yerinin dəyişdirilməsi tələbinə dair iddiası həmin daşınmaz əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-93/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi İddiaçı münsaibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Həmin qətnamələrin surətlərindən göründüyü kimi, İddiaçı əvvəlki tələbi, həmçinin iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında əsaslandığı hallar iddiaçının hazırkı iddia tələbinin “tikilinin sökülməsi” hissəsi ilə üst-üstə düşür və eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı evinə bitişik qanunsuz tikilinin sökülməsi və giriş darvazasının yerinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Müqayisə aparıldıqda görünür ki, hazırkı iddia tələbinin “tikilinin sökülməsi” hissəsi bundan əvvəlki iddia tələbinin “tikilinin sökülməsi” hissəsi ilə eynilik təşkil edir, hər iki halda tələb eyni tikiliyə aiddir. Bu hal işdə olan sənədlərlə və iş materiallarına əlavə olunmuş fotoşəkillərlə, məhkəmə tərəfindən mübahisələndirilən əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş hallarla (tərəflər yerində müayinə zamanı mübahisələndirilən tikilinin əvvəlki iddia tələbində mübahisələndirdikləri tikili olduğunu təsdiq etmişlər) da öz təsdiqini tapır. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ... olarsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyаsı işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və maddi zərər tələbinə dair iddia ərizəsinin “tikilinin sökülməsi” hissəsi üzrə mülki işin icraatına xitam verməkdə haqlı olmuşdur. İddiaçı eyni tərəfə qarşı, eyni predmet (tikilinin sökülməsi) barəsində və eyni əsasla (mülkiyyət hüququnun pozulması) iddia qaldırması isə qanuna müvafiq olmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-723/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2267/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2267/2020
11.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver