Məhkəmə qərarları › İş №2(107)-2272/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2272/2020

17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2272/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - İddiaçı; Cavabdeh - Cavabdeh2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadından iddiаçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadı ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia tələbinin “vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, 10 (on) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiаçı Xəlilov X1 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 390/2020 saylı qərardadından şikayət verərək sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadı ilə iddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayətə etiraz edərək, təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(033)-68/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə, Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontoruna və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 verilmiş reyestrdə 2-v-86 nömrə ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 verilmiş reyestrdə 2b-47 nömrə ilə qeyd edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Zaqatala şəhəri, S.Kazımov küçəsində 0,0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m. yaşayış və 125,5 kv.m. ümumi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evinin 2/3 hissə payının cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı əvvəlki iddia tələbi, həmçinin iddia ərizəsində və məhkəmə iclaslarında əsaslandığı hallar, iddiaçının hazırkı iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” hissəsi ilə üst-üstə düşür və eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının əsaslandığı hallar üst-üstə düşür və hazırkı iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi” hissəsi, bundan əvvəlki iddia tələbi ilə eynilik təşkil edir. Bu hal işdə olan sənədlərlə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355.22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş materialları ilə də müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(033)-68/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 260.0.2-ci maddəsinin əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 403-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı Qərara aldı: İddiаçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar