Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2300/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 1267/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1267/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı xx xxxxxx 2019-cu il tarixli, 160810 nömrəli akt əsasında yazılmış 108,70 manat elektrik enerjisi borcunun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 160810 nömrəli akt əsasında yazılmış 108.70 manat elektrik enerjisi borcunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı göstərmişdir ki, o, Şəki rayonu Baş Zəyzid kəndində yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçt vasitəsilə ödəmiş və həmişə sayğac üzrə ödəniş aparmışdır. Təxminən 2019-cu ilin noyabr ayında onun evinə quraşdırılmış sayğac işləmədiyindən o, cavabdeh təşkilata müraciət edərək, sayğacının dəyişdirilməsini istəmişdir. Cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2019-cu il tarixdə evinə gəlib həmin tarixdə sayğaca baxış keçirərək 160810 nömrəli akt tərtib etmişlər. Bundan sonra istismar müddəti ötən sayğac xx.xx.2020-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir. Lakin o, yeni sayğac qoyulanadək X1 etmişdir. Bildirişi alan zaman isə 108.70 manat qalıq borcunun olması ona məlum olmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndəsindən borcu olmadığı halda həmin borcun haradan yarandığını soruşduqda, cavabdeh təşkilatın nümayəndələri heç bir borcu olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlum deyildir. Dələlərlə müraciət etsə də, hər dəfə ona rəsmi məlumat verməkdən yayınmışlar və şifahi olaraq qalıq borcun akta görə hesablandığı bildirilmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan qalıq borcu yazaraq “X1 Qaydaları”nın tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona əsassız qalıq borcu yazmaqla yanlışlığa yol vermişlər. Göstərmişdir ki, sayğacı işləmədiyi qış aylarında daima X1 etmişdir. Lakin cavabdeh tərəf sayğacı vaxtında yenisi ilə dəyişdirməmiş və ona əsassız olaraq istifadə edilmiş elektrik enerjisinə görə borc hesablamışlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cаvаbdeh “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının Şəki rayonu Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2019cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları A.Məmmədov və V.Cəfərov tərəfindən Şəki rayonu Baş Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2019-cu il tarixli, R160810 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçı öz imzasıyla təsdiq etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2020-ci il tarixli, 163544 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğacın axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixli, R160810 saylı akta əsasən “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt/s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt/s (dəyəri 20.68 manat), toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonentinin (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Qeyd etməyi zəruri hesab edirik ki, abonentə məxsus elektrik sayğacı onun həyətində quraşdırılmışdır və ona kənar şəxsin müdaxiləsi mümkünsüzdiir. EEİQ-nın 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzilin (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2020-ci il tarixə qədər 186 gün üçün sərfıyyatının toplamda 326 kvt/s olduğu, lakin sayğac dəyişildikdən sonrakı 194 gün üçün artaraq xx.xx.2020-ci il tarixə 840 kvt/s olduğu görünür. Abonentin "abunə haqqında” məlumatından açıq-aşkar görünür ki. sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sonrakı dövrdəki sərfıyyatı arasında fərq (514 kvt.s) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, iddiaçının yaşadığı ünvana quraşdırılmış elektrik sayğacı keçən yükü qeyd etməyib. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki rayonu Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Belə ki, işdə olan abonentin saldosundan görünür ki, xx.xx.2019-cu il tarixdə sayğac göstəricisi 15716 kvt sərfiyyat olmuş və bu rəqəm 4 ay boynca dəyişməmişdir. Saldodan da görünür ki, xx.xx.2020-ci il tarixində də sayğac göstəricisi 15716 kvt enerji sərfiyyatı dəyişməz qalmışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1267/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab edərkən reallığa uyğun olmayan nəticəyə gəlmiş və işin hallarını kifayət qədər araşdırmamışdır. Belə ki, cavabdeh təşkilatın nümayəndələri barəsində akt tərtib etsələr də, həmin aktdan onun məlumatı olmamış, aktda onun adı yazılmamış, onun tərəfindən akta imza atılmamışdır. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 Qaydaları”nın tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bu qaydalara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi, cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından istifadə etmişlər. Bundan başqa, həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi bu halları kifayət qədər araşdırmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı və cavabdeh “xxxx” ASC-yə apellyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli, R-160810 nömrəli aktdan görünür ki, fərdi evdə abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. İşdə olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblər”dən görünür ki, sayğac yenisi ilə əvəzlənmiş və itirilmiş elektrik enerjisinin dəyəri 108,88 manat dəyərində hesablanmışdır. İşdə olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı istifadə etdiyi elektrik enerjisi 6591 kvt/s, dəyəri 598.73 olmuş və İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərindən cəmi 437.00 manat pul ödəmişdir. Qalıq borc 598.73- 437.00=161.73 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixli, 3 nömrəli Qərarla edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), onun qoşulma sxemi pozulduqda dövlət elektroenergetika müəssisəsi bu elektrik qurğusunun faktiki maksimal yükünə və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində, enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılmalıdır. Hesablaşma elektrik sayğacının normal işinin bərpa olunması enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən оlunmuşdur ki, İddiaçı Şəki rayonu Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00613 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirmiş, baxış zamanı abonentə məxsus elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, R-160810 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R-160810 saylı akta əsasən “xxxx” ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt.s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt.s (dəyəri 20.68 manat), toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İşdə olan abonentin saldosuna nəzər saldıqda aydın olur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı xx.xx.2019-cu il tarixdən etibarən yeni sayğac quraşdırıldığı xx.xx.2019-cu il tarixədək sayğacdan keçən enerjini qeydiyyata almamış, lakin sayğacın elektrik enerjisini qeyd etmədiyi 129 gün müddətində iddiaçı elekrtik enerjisindən istifadə etmişdir. Bunu iddiaçı məhkəmə iclasında da qeyd edərək etiraf etmişdir. Həmçinin abonentin saldosunda olan xx.xx.2019-cu il tarixdə sayğac 15716 kvt sərfiyyat göstərmiş və bu rəqəm 4 ay boynca dəyişməmiş, xx.xx.2020-ci il tarixdə də eyni sayğac göstəricisi (15716 kvt) dəyişməz qalmışdır. Buna görə də cavabdeh təşkilat R-160810 saylı akta əsasən Mülki Məcəllənin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 0.xx xxxxxxx 1260 kvt/s (dəyəri 88.20 manat) və 0.11 manatla 188 kvt/s (dəyəri 20.68 manat), toplamda 108,88 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən hesablanmış həmin borcun silinməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin əsasları ilə razılaşır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı xx.xx.2019-cu il tarixdən etibarən yeni sayğacın quraşdırıldığı xx.xx.2019-cu il tarixədək sayğacdan keçən enerjini qeydiyyata almamış, lakin sayğacın elektrik enerjisini qeyd etmədiyi həmin 129 gün müddətində iddiaçı elekrtik enerjisindən istifadə etmişdir. Bunu özünün də etiraf etdiyi halda iddiaçının həmin müddət üçün ondan istifadə etdiyi enerjinin haqqının tələb olunması ilə razılaşmaması və hesablanmış borcu ödəmək istəməməsi başa düşülən deyil. Abonent iddia edir ki, sayğacın işlək vəziyyətdə olmadığı müddətdə istifadə etdiyi elektrik enerjisinin dəyəri ondan tələb edilməməlidir. Lakin belə mülahizə və təsəvvür yanlışdır. “X1 Qaydaları”nın 8.16-cı bəndində deyilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır… İşdən görünür ki, iddiaçının istifadəsində olmuş köhnə sayğac xx.xx.2019-cu il tarixdə şəbəkədən açılmış, yeni sayğac isə xx.xx.2020-ci il tarixdə quraşdırılmış, nəticədə iddiaçının elektrik enerjisini sayğacsız istifadə etməsi 1 ayı keçmişdir (1 ay 20 gün olmuşdur). Cavabdehin yeni sayğacın quraşdırılmasını 20 gün gecikdirməsi üzrlü səbəbdən də baş verə bilər. Digər tərəfdən, xx.xx.2019-cu il tarixdə sayğac göstəricisi qeydə alınarkən 15716 kvt sərfiyyat olmuş və bu rəqəm 4 ay boynca dəyişməmişdir. Belə faktlar olduğu halda iddiaçının hal şahidlərinin iştirakı olmadan aktın tərtib edilməsi, özünün aktı imzalamaması və s. kimi dəlilləri əhəmiyyətsiz və formal xarakterlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün enerji dəyərinin 108,88 manat məbləğində hesablanması ağlabatandır; 4 ay 10 gün olan qış ayları üçün 108,88 manat dəyərində enerji sərfiyyatı məqbul və reallığa uyğun görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2300/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2300/2020
02.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver